Məhkəmə qərarları › İş №e-2-2(113)-254/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-254/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-254/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 2489891,29 manat borc olmaqla, bundan 2367027,42 manat əsas, 50866,79 faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 71997,07 faiz borcu, iş üzrə ödənilmiş 2035 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 6 ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən kreditin illik faiz dərəcəsi 5% təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kredit məbləği AZN valyutasına mübadilə edilmiş, illik faiz dərəcəsi 5% olmaqla kreditin əsas borcu 2410027,42 AZN, faiz borcu isə 45625,38 AZN məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2023-cü il tarixinə artırılmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,9 kv.m olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2017-ci il tarixli, 193/M-2 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinin 6.1.1-ci bəndinə əsasən borcalan təqdim edilən müddətli öhdəlikdə və bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödənişləri iki dəfə ardıcıl olaraq ödəmədiyi halda borcalan kreditin dərhal qaytarılmasını, eləcədə faizlərin ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan qanunvericiliyə uyğun olaraq kredit xəttinin məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********260 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 2489891,29 AZN təşkil edir, bundan 2367027,42 AZN əsas, 50866,79 AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 71997,07 AZN borc təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 449.1, 449.4, 449.4-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 36.2, 39.3 və 47.5-ci maddələrinə istinad olunmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Borc alan” Cavabdeh və “Borc verən” İddiaçı ASC arasında imzalanmış 27 dekabr 2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsinə əsasən, Borc verən Borc alana “qeyri yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə ******* (bir milyon dörd yüz yetmiş min) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək bərpa olunan kredit xətti açmışdır. Kredit xətti çərçivəsində ayrılan kredit(lər), irəlidə "Kredit" adlandırılacaq, kredit xəttinin müddəti ərzində verilir. Kredit üzrə faiz dərəcəsi illik 10 (on) % təşkil edir, FİFD-10% təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, borc alan kreditin verilməsi üçün bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş bütün tələb olunan şərtlərə riayət etdikdə, Borc verən Borc alan tərəfindən "Müddətli öhdəlik" imzalandığı gün krediti tam və ya hissə-hissə Bankda açılmış Borc alanın xüsusi hesabına köçürür. Müqavilənin 3.3-cü bəndinə əsasən, kreditin məbləği Borc alanın xüsusi hesaoına köçürüldükdən sonra Borc alan, krediti yalnız bu müqavilənin 1.1-ci bəndində göstərilən məqsədə istifadə edə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən, kreditin ödənilməsi Borc verən tərəfindər bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Borc alan kreditdən istifadə üçün faizləri hər ayın sonuna kimi ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Kredit bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə Borc alan tərəfindən ödənilməzsə, Borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən Borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 20 (iyirmi)% dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır. xx.xx.2018-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsinə Əlavəyə əsasən, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M saylı Kredit Xətti Müqaviləsinə aşağıdakı əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə, illik 10 % hesablamaq şərti ilə açılan 1 470 000 (Bir milyon dörd yüz yetmiş min) ABŞ dolları məbləğində olan kredit xəttinin qalıq məbləğinin (əsas məbləğdən qalıq borcu 1 450 484.33 ABŞ dolları, faiz 224 463.76 USD məbləğindədir) istifadə müddəti xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər artırılır. Müddətin artırılmasına görə borcalandan xidmət haqqı tutulmasın. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2018-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-İi Kredit xətti müqaviləsinə Əlavədən müəyyən olunur ki, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-li Kredit Xətti Müqaviləsinə aşağıdakı əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 ay müddətinə (xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2019-cu il tarixinə qədər artırılıb), illik 10 % hesablamaq şərti ilə açılan 1 470 000 (Bir milyon dörd yüz yetmiş min) ABŞ dolları məbləğində olan kredit xəttinin qalıq məbləğinə (əsas məbləğdən qalıq borcu 1 448 719.63 USD , faiz 250 631.85 USD məbləğindədir) hesablanan illik faiz dərəcəsi endirilərək 5% təyin edilir.Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2019-cu il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-İi Kredit xətti müqaviləsinə Əlavədən müəyyən olunur ki, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M saylı Kredit Xətti Müqaviləsinə əlavənin ediliməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə, illik 10 % hesablamaq şərti ilə açılan (xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən illik 5% təyin edilib) 1 470 000 (Bir milyon dörd yüz yetmiş min) ABŞ dclları məbləğində olan kredit xəttinin (əsas məbləğdən qalıq borcu 1 435 574,93 ABŞ dolları, faiz 19 181,82 USD məbləğindədir) istifadə müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2020ci il tarixinə qədər artırılır. Müddətin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-İi Kredit xətti müqaviləsinə Əlavədən müəyyən olunur ki, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-li Kredit Xətti Müqaviləsinə aşağıdakı əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 ay müddətinə (xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılıb), illik 10 % hesablamaq (xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən illik 5% təyin edilib) şərti ilə açılan 1 470 000 ABŞ dolları məbləğində olan kredit xəttinin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək, (1 USD=1.70 AZN), 1 470 000 USD=2 499 000 AZN kredit xətti, 1 417 663,19USD=2 410 027,42 AZN əsas borc, 26 838,46 USD=45 625,38 AZN faiz borc təyin edilir. Müddətin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-İi Kredit xətti müqaviləsinə Əlavədən müəyyən olunur ki, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-İi Kredit Xətti Müqaviləsinə əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 ay müddətinə (xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən Kreditin istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılıb), illik 10 % hesablamaq (xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən illik 5% təyin edilib) şərti ilə açılan 1470 000 (Bir milyon dörd yüz yetmiş min) ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən qalıq borc AZN valyutasına mübadilə edilib) qalıq məbləğinin (əsas borc 2 403 027 AZN, faiz 42 421 AZN məbləğindədir) istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılır. Müddətin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2022-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə Əlavədən müəyyən olunur ki, İddiaçı ASC (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 193/M №-li Kredit Xətti Müqaviləsinə əlavənin edilməsi haqqında razılaşdılar. Borc verən tərəfdən Borc alana “qeyri-yaşayış sahəsinin təmiri və avadanlıqlarla təmin edilməsi” məqsədi ilə xx.xx.2016-ci il tarixli, 193/M №-li Kredit xətti müqaviləsinə əsasən 18 ay müddətinə (xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılıb), illik 10 % hesablamaq (xx.xx.2018-ci il tarixli Əlavəyə əsasən illik 5% təyin edilib) şərti ilə açılan 470 000 ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən qalıq borc AZN valyutasına mübadilə edilib) qalıq məbləğinin (əsas borc 390527,42 AZN, faiz 44728,55 AZN məbləğindədir) istifadə müddəti xx.xx.2023-cü il tarixinə qədər artırılır. Müddətin artırılmasına görə xicmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. xx.xx.2016-cı il tarixli Ödəniş Tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən ******* ABŞ dolları nağd şəkildə Cavabdeh verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli **********380 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ləğv prosesində olan İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri 27 dekabr 2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsinə əsasən 2367027,42 AZN əsas borc, 50866,79 AZN faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%-lə 71997,08 AZN olmaqla, ümumilikdə cəmi 2489891,29 AZN təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli **********260 nömrəli bildirişdən müəyyən olunur ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 2489891,29 (iki milyon dörd yüz səksən doqquz min səkkiz yüz doxsan bir manat 29 qəpik) AZN məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli **********04 nömrəli qəbzdən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC 2035 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/6267/2024 №-li ekspert rəyi ilə tərəflər arasında bağlanmış 27 dekabr 2016-cı il tarixdə bağlanmış 193/M nömrəli kredit xətti müqaviləsi və 27 dekabr 2016-cı il tarixdə bağlanmış 193/M nömrəli kredit xətti müqaviləsinə əsasən 30 iyun 2022-ci il tarixli əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il (müqavilə müddəti tarixinə) tarixinə əsas borc üzrə 2367527,42 AZN, faiz borcu üzrə 163061,44 AZN ümumilikdə 2530088,86 AZN, xx.xx.2024-cü il tarixinə (sualda göstərilən tarixə) əsas borc üzrə 2367027,42 AZN, faiz borcu 163061,44 AZN olmaqla ümumilikdə 2529588,86 AZN borcu müəyyən olunmuşdur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsi əsasən illik faiz dərəcəsi 10% olmaqla, xx.xx.2018-ci il tarixinədək 1 470 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli Əlavələrə əsasən kreditin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən qalıq borc AZN valyutasına mübadilə edilib) qalıq məbləğinin istifadə müddəti xx.xx.2023-cü il tarixinə qədər artırılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək kredit məbləğini versə də, borcalan müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, aldığı krediti və faizini qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı və haqlı olduğundan təmin edilməlidir. Məhkəmə borc məbləğinə münasibətdə qeyd edir ki, əsas və faiz borcun məbləği iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, ekspertiza 27 dekabr 2016-cı il tarixli, 193/M saylı Kredit xətti müqaviləsi üzrə müqavilə müddəti başa çatdığı xx.xx.2023-cü il tarixə əsas və faiz borcun məbləğləri iddia ərizəsində tələb edilən borcun məbləğindən çox, maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə isə əsas borc iddia tələbi ilə eyni, faiz borcun məbləği iddia ərizəsində tələb edilən faiz borcun məbləğindən çox olduğu müəyyən edilmişdir. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olmasını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 2367027,42 manat əsas, 50866,79 faiz borcu məbləğində tutulmalıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 71997,07 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə və iddiaçı öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə 1 il üçün illik beş faizin (2367027,42x5%=118351,37) 118351,37 manat etməsinə baxmayaraq, məhkəmə, bir daha, MPM-in 218.3-cü maddəsinin tələbini, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olmasını nəzərə alaraq hesab edir ki, illik 5% ilə hesablanmış pul vəsaiti iddia tələbinə uyğun, 71997,07 manat müəyyən olunmalı və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 2035 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 2367027,42 manat əsas, 50866,79 faiz borcu və illik 5% ilə hesablanmış 71997,07 manat pul vəsaiti olmaqla, ümumilikdə ******* (iki milyon dörd yüz səksən doqquz min səkkiz yüz doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik pul vəsaiti və ödənilmiş 2035 (iki min otuz beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar