Məhkəmə qərarları › İş №e-2-2(113)-2545/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2545/2020

21.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2545/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh3 ASC-nin ləğvedicisi X1rşı kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş Cavabdeh3 ASC-nin Komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh3 ASC-nin ləğvedicisi X1rşıİddiaçı kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş Cavabdeh3 ASC-nin Komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxıldığına görə məhkəmə iddia ərizəsinin qəbul olunmasından imtina etməlidir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Belə ki, cavabdehlərdən 2-si inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı) olduğundan öhdəliyin icrası haqqında tələblərə inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh3 ASC-nin ləğvedicisi X1rşı kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş Cavabdeh3 ASC-nin Komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar