Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2546/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 (əlli min) manat miqdarında pulun və 240 manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 1000 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə araların Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəfindən Cavabdeh 50000 manat borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan Cavabdeh borc aldığı pulu xx.xx.2024-cü il tarixədək geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Təəssüf ki, cavabdeh borc aldığı pulu bu günədək qaytarmayıb. İddiaçı cavabdehlə görüşərək, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, ondan borclu olduğu pulu qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh bugünsabah deyərək, qaytarmalı olduğu borcu qaytarmamışdır. Hal-hazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, onun qalan pulunu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulu tam qaytarmağa cəhd edərdi. Cavabdehin qarşı bu cür qanunsuz hərəkətləri əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Yekun olaraq, cavabdehin bu günə olan borcu 50000 manat təşkil edir. Eyni zamanda borc müqaviləsinə əsasən, tərəflər hazırkı müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması ilə bağlı razılığa gəlmişlər. Əlavə olaraq hüquqi yardımın göstərilməsinə dair vəkil Nümayəndə ilə İddiaçı arasında hüquqi yardımın gösrətilməsinə dair müqavilə bağlanmış, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 1000 manat ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən:
8. Müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 50.000 manat məbləğində borc pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə verir.
9. Müqavilənin 2-ci bəndinə əsasən borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür.
10. xx.xx.2023-cü il tarixli AG251223-011 saylı qəbz əsasən iddiaçı tərəfindən 50000 manat məbləğində pul vəsaiti notariusun hesabına köçürülmüşdür.
11. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 50.000 manat məbləğində borc verilib, cavabdeh həmin borc məbləğini xx.xx.2024-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, bugünə kimi öhdəliyini icra etməmişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2 - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Maddə 740.1 - borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
17. Maddə 740.2 - borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
18. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır.
19. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca dair hissədə təmin edilməlidir.
20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 240 manat dövlət rüsumu və 1000 manat məbləğində vəkil xərci ödənilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün 240 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti və 500 manat məlbəğində vəkil xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 50.000 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 240 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova