Məhkəmə qərarları › İş №e-2-2(113)-2547/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2547/2022

29.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2547/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən "xxxx" ASC-nin xeyrinə ümumilikdə 413.218,50 avro və 389.541,73 ABŞ dolları məbləğində pul vəsaitlərinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin və 1516,54 manat dövlət rüsumunun (400 manat mediasiya xərci və iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun qalan hissəsi (1116,54 manat)) və 1,67 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə və cavabdehin vəkili Vəkil iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə hesab edir ki, cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması hissəsində iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Hazırkı halda iddia ərizəsinin məzmunundan göründüyü kimi Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması hissəsində iddianın qiyməti, yəni cavabdehdən tutulması xahiş edilən pulun məbləği konkret göstərilməmiş, eləcə də həmin hissədə iddia qiymətinə müvafiq məbləğdə dövlət rüsumu da ödənilməmişdir. Məhkəmə tərəfindən iddiaçıyanöqsanlarına radan qaldırılması təklif edilsə və bu məqsədlə vaxt verilsə də, sözügedən nöqsanlar aradan qaldırılmamışdır. MPM-in 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması hissəsində iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması hissəsində baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar