Məhkəmə qərarları › İş №e-2-2(113)-2549/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2549/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2549/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oglunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 oglunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5100 manat icarə haqqı borcunun və 1700 manat əldən çıxmış faydaya görə, cəmi 6800 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 5100 manat icarə haqqı borcunun və 1700 manat əldən çıxmış faydaya görə, cəmi 6800 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 oglu məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh fiziki şəxs Cavabdeh ilə "xxxx" MMC (FACADE MMC) arasında 03.12.2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 201 kvadrat metr qeyri yaşayış sahəsi aylıq icrə haqqı 1700 manat olmaqla 1 il müddətinə cavabdehə icarəyə verilmişdir. Cavabdeh icrarə müqviləsi üzrə öhdəliyini pozaraq 2013-cü ilin avqust ayında icarə haqqı ödənişini dayandıraraq icarəyə verənə heç bir şifahi və yazılı məlumat vermədən və icarə obyektini təhvil vermədən çıxıb getmişdir. Bununla baglı məhkəməyə müraciət olunmuş qiyabi qətnamə ilə iddia təmin edilmiş, sonradan qiyabi qətnamədən şikayət verilmiş qiyabi qətnamə ləgv edilmiş, pretenziyaya əməl olunmadıgı üçün iddia baxılmamış saxlanılmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin və Nizamnamənin surətlərindən görünür ki, İddiaçı 11.08.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. “Azərqlass” məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 03 dekabr 2012-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 201 kvadrat metr qeyri-yaşayış sahəsini aylıq icrə haqqı 1700 manat olmaqla 1 il müddətinə cavabdehə icarəyə vermişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 03 dekabr 2012-ci il tarixli İcarə müqaviləsi baglanmış, iddiaçı ünvan 2 ünvanında yerləşən 201 kvadrat metr qeyri yaşayış sahəsini aylıq icrə haqqı 1700 manat olmaqla 1 il müddətinə cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsi notariat qaydasında təsdiq olunmamış, icarə hüquqları daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5100 manat icarə haqqı borcunu tələb etsə də, cavabdehin iddiaçıya borclu olması barədə hər hansı bir subutu məhkəməyə təqdim etmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddia tələbinin 1700 manat əldən çıxmış faydaya görə ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb əsas tələblə baglı oldugundan və həmin hissədə iddia rədd olundugundan, iddianın əldən çıxmış faydaya görə ziyanın tutulması hissəsində də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 5100 manat icarə haqqı borcunun və 1700 manat əldən çıxmış faydaya görə, cəmi 6800 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar