Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-255/2021 26.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı iştirakı ilə Cavabdeh MMC Nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 8542.24 manat məbləğində malların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdeh 4154.23 ƏDV daxil dəyəri olan satılmamış malları geri qaytardığından, cavabdehdən 4388,09 manat məbləğində pulun tutularaq ddiaçıya ödənilməsinə dair qətnamə qəbul olnumasını Məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixində iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, mübahisənin məhkəmədən kənar həll olunmasını nəzərə alaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixə, saat 11:20-ə təyin edilmiş məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdehə məhkəmə iclas məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-255/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-255/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver