Məhkəmə qərarları › İş №e-2-2(113)-255/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-255/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-255/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 02 sentyabr 2021-ci-ci il tariхli 106901- 983198/2 nömrəli kredit müqaviləsi üzrə 49.237,27 manat əsas borc və 7.746,74 manat faiz borcu olmaqla, cəmi 56.984,01 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərcin və 400 (dörd yüz) manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201.7 kv.m olan 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 ünvan 1 ünvanında olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201.7 kv.m olan 10 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh4 ilə bağlanmış 02 sentyabr 2021-ci il tarixli 106901-983198/2 nömrəli Kredit müqaviləsinə əsasən 15 faiz dərəcəsilə 24 ay müddətinə 120.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201.7 kv.m olan 10 nömrəli fərdi yaşayış evi 02 sentyabr 2021-ci il tariхli 106901- 983198/2 nömrəlisonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və digər cavabdeh – X2 arasında 02 sentyabr 2021-ci il tarixli 106901-983198/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin Baş Saziş üzrə öhdəliklərinin bоrcalan tərəfindın icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borc alana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli 001/026/5098/2023 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh5 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh4 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi Mülki Məcəllənin bir çox maddələrinin pozulmasını özündə şərtləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında borcunu etiraf etdiyini və ödəmək niyyətindəyə olduğunu, lakin borcu birdəfəyə ödəmək imkanının çatmadığını, ayda yalnız ***-**** manat ödəyə biləcəyini göstərdi. Cavabdeh4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ekspert rəylərində müəyyən edilən məbləğlərlə razı deyil. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı əmlak satıldıqdan sonra evdən çıxarılma və həmin fərdi yaşayış evinin boşaldılması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan şəxslərin çıxarılması və yaşayış sahəsinin boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə görə Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı əmlak satıldıqdan sonra evdən çıxarılma və həmin fərdi yaşayış evinin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar