Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2553/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seydova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçıxxxx“Cavabdeh MMC”-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıxxxx“Cavabdeh MMC”xxxx“Cavabdeh MMC-dən 25,803,29 (iyirmi beş min səkkiz yüz üç manat) əsas borc, 4435,2 manat dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 30298,49 (otuz min iki yüz doğsan səkkiz) manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx“Cavabdeh MMC” arasında 14 iyul 2016-cı il tarixli, CN-16/016 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarədar İddiaçıxxxx“Cavabdeh MMC”y-ə 1 ədəd “Toyota Prado” avtonəqliyyat vasitəsinin icarəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə 13.10.2016-cı il tarixindən qüvvəyə minmiş və 13.10.2018-ci il tarixinədək qüvvədədir. Müqavilənin 3.1-ci bəndinə əsasən iki illik müqavilə müddəti ərzində icarə haqqı və hər avtonəqliyyat vasitəsi üçün 1 ədəd “Toyota Prado” avtonəqliyyat vasitəsi üçün 1,900.00 (bir min doqquz yüz) azn təşkil edir. 3.2-ci bəndə əsasən İcarəçi xidmət haqqını İcarədara, müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, hər ayın əvvəli müvafiq qaydada ödəməyi və 3.4-cü bəndə əsasən İcarəçi hesab fakturanın alındığı tarixdən 15 (on beş) iş günü ərzində İcarədarın təyin etdiyi hesaba köçürməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında 13 oktyabr 2016-cı il tarixində 1 nömrəli “14 iyul 2016-cı il tarixli, CN- 16/016 nömrəli icarə müqaviləsinə Əlavə Xidmətlərin Razılaşdırılması Protokolu” bağlanmışdır. Bu protokol ilə ilkin müqavilə təyin edilən icarə haqqına icarədar tərəfindən sürücü,yanacaq, təmir və digər bütün qeyd olunmayan xərclər əlavə edilmişdir. 14 iyul 2016-cı il tarixli, CN-16/016 nömrəli icarə müqaviləsinin Əlavə Razılaşma ilə toxunulmayan digər bütün müddəaları dəyişilməz olaraq qalmışdır. İcarəçi icarəyə verilən nəqliyyat vasitələrinin icarə haqqını ödəməkdən boyun qaçırmış və 18 iyul 2018-ci il tarixli, 001 nömrəli akt ilə Sifarişçi “Cavabdeh MMC-nin xidmət göstərən İddiaçı MMC qarşısında cəmi hesablanmaqla 25,803,29 (iyirmi beş min səkkiz yüz üç manat) ödənilməmiş hesabfakturalarının olması hesablanmışdır. Tərəflər arasında bağlanan müqavilənin 3.4-cü bəndə əsasən İcarəçi hesab fakturanın alındığı tarixdən 15 (on beş) iş günü ərzində İcarədarın təyin etdiyi hesaba köçürməyi öhdəsinə götürdüyü halda buna əməl etmir və borcun ödənilməsindən yayınır. Tərəfimizdən cavabdehə rəsmi qaydada 4 may 2021-ci il tarixdə qalıq borcun 10 gün ərzində ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh bu günədək borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh ödəməli olduğu 25,803,29.(iyirmi beş min səkkiz yüz üç manat) manat dəyərində məbləği zamanında ödəmədiyi üçün maddi cəhətdən böyük zərər dəymiş və həmin məbləğ ilə əldə edə biləcəyi gəlir və faydadan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı”xxxx“Cavabdeh MMC” arasında bağlanmış CN-16/016 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarədar bir ədəd Toyota Prado markalı avtonəqliyyat vasitəsini icarəçiyə verməyi, icarəçi isə aylıq 1900 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 13.10.2016-cı il tarixdən qüvvəyə minir və 13.10.2018-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 18.07.2020-ci il tarixli üzləşmə aktından görünür ki, “Cavabdeh MMC” 18.07.2018-ci il tarixinə İddiaçı MMC-yə 25803,29 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, icarədar öz öhdəliyini icra etmiş, icarəçi isə öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. “Cavabdeh MMC” İddiaçı MMCyə 25803,29 manat borcunun olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia icarə haqqı borcunun tələb edilməsi hissəsində haqlı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın 4435,2 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddiaçı tərəf 4435,2 manat pul tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Cavabdeh MMC” İddiaçı MMC-dən icarə müqaviləsi əsasında Toyota Prado markalı avtomobili icarəyə götürmüş, 18 iyul 2018-ci ildə 25803,29 manat borcunun olduğunu etiraf etmiş, tərəflər arasında bağlanmış icarə müqaviləsinin bitmə müddəti isə 13.10.2018-ci il tarixi müəyyən olunmuşdur. Göründüyü kimi “Cavabdeh MMC” icarə haqqı üzrə yaranmış borcun qaytarılmasını təxmini 2 il 6 ay (13.10.2018-ci il tarixdən 08.05.2021-ci il tarixdək (iddia qaldırılan tarix) ) gecikdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 2 il 6 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 3225,38 manat (25803,29 x 5% = 1290,16; 2 il üçün 2580,3 + 6 ay üçün 645,08 = 3225,38) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Cavabdeh MMC” borcun ödənilməsini gecikdiryi üçün illik 5 faiz hesablanmaqla 3937,5 manat məbləğində pul iddiaçının xeyrinə ödənilmlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25803,29 manat məbləğində icarə haqqı borcu, borclunun icranı gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 3225,38 manat, cəmi 29028,67 manat məbləğində pul “Cavabdeh MMC”-dən tutularaq İddiaçı MMC-ə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti “Cavabdeh MMC”-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2553/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2553/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver