Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2554/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə obyekti avadanlıqlarının işlək vəziyyətdə geri qaytarılması, qanunsuz quraşdırılmış avadanlıqların sökülməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 850 kv.metrdən ibarət olan 1-ci mərtəbəsindəki isitmə-soyutma və havalandırma sisteminin təhvil alındığı zaman olduğu kimi işlək vəziyyətə geri qaytarılması, icarə obyektinin damında icarə müqaviləsinin şərtləri ilə nəzərdə tutulmamış, qanunsuz və icazəsiz quraşdırılmış reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatorunun sökülməsi, iddiaçı tərəfindən mediasiya xərclərinə görə ödənilmiş 100 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********37-06302 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2025,20 kv.metr olan qeyri yaşayış binasının 850 kv.metr-dən ibarət olan 1-ci mərtəbəsinin tam şəkildə Cavabdehnə icarəyə verilməsinə dair 51 saylı notariat ofisində 05 iyul 2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan obyekt tam şəkildə təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. 2022-ci ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2025,20 kv.metr olan qeyri-yaşayış binasının digər sahələrini icarəyə vermək istəyərkən obyektin isitmə-soyutma və havalandırma sistemində nasazlıq əmələ gəldiyi məlum olmuşdur. Belə ki, aparılmış araşdırmalar nəticəsində cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri zamanı öncədən qüsursuz işləyən isitmə-soyutma və havalandırma sisteminə müdaxilələr olunduğu və həmin avadanlıqların yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Məsələ ilə əlaqədar cavabdehə dəfələrlə müraciət edilsə də bu günə qədər qeyd olunan problemlərin aradan qaldırılması ilə bağlı hər hansı müsbət tədbir görülməmişdir. Həmçinin Cavabdeh MMC-yə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən heç bir rəsmi məlumat verilmədən özbaşına olaraq icarə müqaviləsinin şərtləri ilə nəzərdə tutulmamış yerdə binanın damında şirkətə dair reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatoru quraşdırılmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin birinci mərtəbəsi cavabdehə təhvil verildiyi zaman cavabdeh tərəf həmin icarəyə verilmiş sahədə bir sıra yeniləmə işləri görmüşdür. Həmin işlər görüldüyü zaman icarə obyektinin isitməsoyutma və havalandırma sisteminin bir hissəsi götürülmüş və nəticədə sistem yarasız vəziyyətə düşmüşdür. Belə ki, qarşı tərəf özünün havalandırma və soyutma sistemərini quraşdırmaq üçün ümumi binanın havalandırma və soyutma sistemi xəttlərini korlamışdır. Bundan əlavə həmin avadanlıqların içində olan platalar da götürülmüşdür. Eyni zamanda qarşı tərəf özünün reklam lövhələrini ümumi binanın üzərinə yerləşdirmişdir. İcarə obyekti icarəyə verildiyi zaman binanın açarı qarşı tərəfdə olmuş və onlar tərəfindən işlər görülmüşdür. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023 tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, qarşı tərəflə məhkəmədən kənar danışıqlar olmuş və məsələ aydın olmuşdu ki, irəli sürülən iddiadakı tələblər onlara aid deyil. Cavabdeh MMC hər hansı bir yeri icarəyə götürdükdə özü həmin yeri öz layihəsinə uyğun təmir edir. Onların əvvəllər havalandırma sistemi olsa belə Cavabdeh MMC bundan istifadə etməyib. Bu sistemdən əlavə başqa bir sistem qurulub və ondan istifadə olunub. Havalandırmadakı problem 4-cü mərtəbədən sonrakı yerdi, Cavabdeh MMC isə 1-ci yeri icarəyə götürmüşdür. Əgər təmir 1-ci mərtəbədə olubsa heç bir problem yoxdur. Təmir işləri gedərkən oğurluq hadisəsi olmuş və onlardan da əlavə həmin yerdə icarəçilər var. Əvvəlki icarəçi may ayında çıxıb və onlar noyabrda havalandırmanı quraşdırmışdır. 5 iyul 2022-ci ildə icarə müqaviləsi bağlanılıb. Obyekt təhvil-təslimlə verilməli idi. Hadisə 5-ci mərtəbədə olub. Cavabdeh MMC-nin fəaliyyəti icarə götürdüyü yer isə 1-ci mərtəbə idi. Ümumi havalandırma sistemindən Cavabdeh MMC istifadə etmir. Elektrik avadanlıqlar generatorlara quraşdırılır. Generatorlar marketin içində quraşdırıla bilməz. İcarəyə verən generatorları yerləşdirəcəyi yeri özü göstərib və ora da yerləşdirilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı və Cavabdeh MMC arasında imzalanmış 05 iyul 2022-ci il tarixli icarə müqaviləsinə əsasən DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********37-06302 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2025,20 kv.metr olan qeyri yaşayış binasının 850 kv.metr-dən ibarət olan 1-ci mərtəbəsinin tam şəkildə “icarəçi”yə icarəyə verməyi, “icarəçi” isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qaydada icarə haqqını tam şəkildə ödəməyi öhdəsinə götürür. 4.1 bəndə əsasən icarəyə verən obyekti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməlidir. Hər tərtib edilmiş akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirirlir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti təhvil-təslim aktının tərtiib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır. 5.1.1 bəndə əsasən obyekti Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən yanğın təhlükəsizliyi, əmək təhlükəsizliyi, texniki təhlükəsizlik, sanitar gigiyena və obyektin icarəçinin istifadə məqsədləri üçün tələb olunan standartlara, normalara və qaydalara, digər tələblərə və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış akt əsasında icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliyidir. 5.3.2 bəndə əsasən müqavilənin şərtlərinə uyğun olaraq obyekti və avadnlıqları təyinatı üzrə istifdə etmək icarəçinin öhdəliyidir. 7.1 bəndə əsasən icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq obyektdən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq obyekti zəruri avadanlıqlarla, elektrik cihazlarla, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malikdir. Əşyaları quraşdırdığı zaman icarəçi icarəyə verəni məlumatlandırmalıdır. Əşyalar üzərində icarəçinin mülkiyyət hüququ qalır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 06 noyabr 2022-ci il tarixli qüsur aktında ünvan 1 ünvanında yerləşən obyektin avadanlığına keçirilmiş baxış nəticəsində cəmi 6.735 manat vurulmuş zərər qeyd edilmişdir. X4, X3, X1 adları qeyd edilməklə tərtib edilmiş xx.xx.2022 tarixli aktda qeyd edilmişdir ki, 29 sentyabr 2022 tarixində obyekti təhvil verdikdən sonra heç bir rəsmi məlumat verilmədən özbaşına olaraq icarə müqaviləsinin şərtləri nəzərdə tutulmamış yerdə binanın damında şirkətə dair reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatoru quraşdırılmış və isitmə-soyutma sistemləri yararsız vəziyyətə düşmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən məum olur ki, qeyriyaşayış binasının damında reklam lövhəsi eyni zamanda soyutma sistemləri, işıq generatoru quraşdırılmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 850 kv.metr-dən ibarət olan 1-ci mərtəbəsi Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən müaqvilə şərtlərinin pozulduğunu, ona məxsus olan obyektin isitmə-soyutma sistemlərinin yarasız vəziyyətə salındığını, icarəyə verilməmiş hissədə reklam yerləşdirildiyini qeyd etmiş, cavabdeh isə iddia tələbinə etirazında avadanlıqların onlara göstərilən yerdə quraşdırıldığını eyni zamanda icarə obyektində təmir-tikinti işlərinin özü tərəfindən görüldüyünü, həmin sistemlərin yarasız vəziyyətə düşməsinin onlarla bağlı olmadığını qeyd etmişdir. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən havalandırma sistemində problemin olduğunu qeyd etmiş, lakin bunun dördüncü mərtəbədə olduğunu və onlar tərəfindən isə birinci mərtəbənin icarəyə götürüldüyünü qeyd etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, iddia tələbi icarə obyektinin damında quraşdırılmış reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatorunun sökülməsi hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilə ümumilikdə qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsinin icarəyə verilməsinə aiddir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin damında hər-hansı avadanlıqların quraşdırılması tərəflər arasında olan müqavilə şərtlərinin pozulması hesab olunur. Bu baxımdan icarə obyektinin damında quraşdırılmış reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatoru sökülməlidir. Eyni zamanda iddiaçı 1-ci mərtəbədəki isitmə-soyutma və havalandırma sisteminin təhvil alındığı zaman olduğu kimi işlək vəziyyətə geri qaytarılmasını da iddia tələbində qeyd etmişdir. Məhkəmə iddiaçının iddia tələbini qeyd edilən hissədə əsassız hesab edir. Belə ki, cavabdeh tərəf icarə obyektinin damında olan və iddiaçıya məxsus avadanlıqlarda nasazlıqlar olduğunu qəbul etmişdir, lakin həmin nasazlığın onlardan qaynaqlandığını mübahisələndirmişdir. İddiaçı tərəf isə qeyd etmişdir ki, qeyri-yaşayış binasının damında olan avadanlıqlardaki nasazlıq qarşı tərəfə obyektdə təmir-tikinti işlərinin aparılması zamanı obyekt təhvil verildiyi zaman baş vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini qeyd edilən hissədə sübuta yetirə bilməmişdir. İddiaçı iddia tələbində 1-ci mərtəbədəki isitmə-soyutma və havalandırma sisteminin təhvil alındığı zaman olduğu kimi işlək vəziyyətə gətirilməsini qeyd etmiş, lakin təhvil verilərkən həmin sistemin işləməsini və yarasız vəziyyətə cavabdeh tərəfindən salınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübutetmə iddianın əsaslandığı və ya buna qarşı etirazın söykəndiyi halların olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyətdir ki, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir və bu halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan iddiaçı tələbini əsaslandıran halların mövcud olduğu barədə məhkəməyə sübut təqdim etməmiş məhkəmədə iddia tələbinin həmin hissədə əsaslı olması qənaəti yaratmışdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən quraşdırılmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının damında quraşdırılmış reklam lövhəsi, elektrik avadanlıqları və işıq generatorunun sökülsün, iddiaçı tərəfindən mediasiya xərclərinə görə ödənilmiş 100 manatın Cavabdeh MMC-dən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2554/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2554/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver