Məhkəmə qərarları › İş №e-2-2(113)-2556/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2556/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2556/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 4810 manat məbləğində əsas borcun, 471,71 manat cərimə məbləğinin və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 tərəflər arasında barışıq sazişi bağlandığını qeyd edərək təsdiqlənməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı qismində İddiaçı MMC ilə cavabdeh qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh - Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq ardıcıl olaraq 6 ay müddətində aylıq 700-800 manat ödəməklə, ümumilikdə 4381,71 manat borcunu iddiaçıya qaytarmağı öz öhdəsinə götürür;

2. Cavabdeh - Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq ardıcıl olaraq 6 ay müddətində aylıq 700-800 manat ödəməklə, ümumilikdə 4381,71 manat borcunu iddiaçıya qaytarmadığı təqdirdə, məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq Sazişi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək;

3. Bu barışıq sazişi İddiaçı MMC-nin və Cavabdeh MMC-nin öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər;

4. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməkə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişinin giriş hissəsinə əsasən razılaşdırılan 4381,71 manat məbləğinə həm də məhkəmə xərcləri daxil edildiyindən, beləliklə də adıçəkilən saziş məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığı da ifadə etdiyindən, həmin razılığa uyğun olaraq qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh - Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq ardıcıl olaraq 6 ay müddətində aylıq 700-800 manat ödəməklə, ümumilikdə 4381,71 manat borcunu iddiaçıya qaytarmağı öz öhdəsinə götürür;

2. Cavabdeh - Cavabdeh MMC 2023-cü ilin iyun ayından başlayaraq ardıcıl olaraq 6 ay müddətində aylıq 700-800 manat ödəməklə, ümumilikdə 4381,71 manat borcunu iddiaçıya qaytarmadığı təqdirdə, məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq Sazişi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək;

3. Bu barışıq sazişi İddiaçı MMC-nin və Cavabdeh MMC-nin öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər. İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar