Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-256/2023 16.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsinin ləğv edilməsi və borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli, 005-MBK0222-21 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7.114,20 manat məbləğində əsas borc, 992,56 manat məbləğində faiz borcu, 1.067,13 manat məbləğində cərimə borcu, mediasiya prosesinə görə ödənilmiş 110 manat xidmət haqqı, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 112,14 mаnаt dövlət rüsumunun əvəzi, ümumilikdə 9.396,03 manat məbləğində borcun BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 ay müddətinə qaytarılmaq şərti ilə 10.000 manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 22 sentyabr 2021-ci il tarixli 005-MBK-0222-21 saylı krеdit müqаviləsi bаğlаnmışdır. Həmçinin krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 22 sentyabr 2021-ci il tarixli 005-MBK- 0222-21 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, 22 sentyabr 2021-ci il tarixli, 005-MBK-0222-21 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək zamin durmuşdur. Krеdit Müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən, borc alan ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada (60 gündən artıq müddətdə) icra etmədikdə, borc verən müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Borc alan öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borc alan ilə birlikdə borc verən qarşısında tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən zamin kreditor qarşısında borc alanın kredit müqaviləsi üzrə olan kredit borcu və faizləri məbləğində, həmçinin kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. Cavabdeh1 tərəfindən cəmi 2.885,80 manat məbləğində əsas borc, 1.248,99 manat məbləğində faiz borcu, 117,21 manat məbləğində cərimə borcu ödənilmişdir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 20 sentyabr 2022-ci il tarixə əsas borcu 7.114,20 manat məbləğində əsas borc, 992,56 manat məbləğində faiz borcu, 1.067,13 manat məbləğində cərimə borcu olmaqla ümumi borcu 9.173,89 manat təşkil edir ki, bu borcun da ödənilməsi təmin edilməlidir. Göründüyü kimi cаvаbdеhlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Krеdit müqаviləsinin 2.4.3-cü bəndinə əsаsən borc alan krеdit məbləğini ödəmədikdə və ya müqaviləyə müvafiq qaydada ödəmədikdə, o, özünün şəxsi əmlakları hesabına borcun ödənilməsini təmin еtməlidir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, tərəfimizdən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə göndərilmiş xx.xx.2022-ci il tarixli, 2053/22 saylı, 2054/22 saylı və 2055/22 saylı хəbərdаrlıq (pretenziya) məktubları da cаvаbsız qаlmışdır. Həmçinin Cavabdeh1 30 avqust 2022-ci il tarixdə İnternet Vergi Xidməti üzərindən onlayn kargüzarlıq vasitəsilə elektron qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. 13 may 2022-ci il tarixli, 1771/22 saylı məktubla cavabdehlərə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif edilmiş, lakin 27 avqust 2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında razılaşma əldə olunmadığından prosesin davam etdirilməsi mümkün olmamışdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 avqust 2022-ci il tarixli, MŞB/2-01395 saylı arayış verilmişdir. Bununlа dа Cavabdeh1 krеdit müqаviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq əmisi rəhmətə getdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onu nəzərə alınmasını xahiş etmiş, digər cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: BOKT "xxxx" QSC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında təminatlılıq əsasında borc alana illik 28% olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən borc alan kreditdən yalnız dövriyyə və ya əsas vəsaitlərin alınması üçün istifadə edəcəkdir. 1.4-cü bəndinə əsasən borc alan kreditin rəsmiləşdirilməsinə görə ümumi kredit məbləğinin 2%-i miqdarında komissiya haqqı ödəyir. 1.5-ci bəndinə əsasən borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (Əlavə 1) göstərilmiş qaydada həyata keçirir. 3.1.3-cü bəndinə əsasən borc verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 5.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini borc alandan vaxtından əvvəl tələb edə bilər: - Borc alan 60 gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizlər, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq yerinə yetirmədikdə; - Borc alan tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə.......... 5.2-ci bəndinə görə borc alan bu müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə 1% cərimə (dəbbə pulu) ödəməlidir. 7.6-cı bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Kredit müqaviləsi hər iki tərəfin imzası və BOKT "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədi ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsinə əsasən 9.800 manat kredit (10.000 manat-200 manat komissiya=9.800 manat) Cavabdeh1 hesabına köçürülmüşdür. BOKT "xxxx" QSC (BOKT) ilə Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) arasında xx.xx.2021-ci il tarixli, 005-MBK-0222-21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən BOKT "xxxx" QSC ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsi əsasında borc alana veriləcək 10.000 manat məbləğində kreditlə əlaqədar olaraq borc alan BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borc alan ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən zamin BOKT qarşısında borc alanın, xx.xx.2021-ci il tarixli 005- MBK-0222-21 saylı kredit müqaviləsi üzrə BOKT-a olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. 6.1-ci bəndinə əsasən bu müqavilə borc alanın xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra edilənədək qüvvədədir. Müqavilələr BOKT "xxxx" QSC-nin imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə (ödəniş qrafikinə) əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 10.000 manat, faizin məbləği 2.361,22 manat, cəmi ödəniləcək məbləğ 12.361,22 manat məbləğində müəyyən edilmişdir. Əlavə 1 (ödəniş qrafiki) hər iki tərəfin imzası və BOKT "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ümumilikdə 4.252 manat, o cümlədən əsas borcdan 2.885,8 manat, faiz borcundan 1.248,99 manat, cərimə borcundan 117,21 manat ödənişlər etmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 7.114,20 manat, faiz borcu 992,56 manat, cərimə borcu 1.067,13 manat olmaqla, cəmi borc 9.173,89 manat təşkil edir. BOKT "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı BOKT "xxxx" QSC Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən edilmiş şərtlərlə 10.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə 7.114,2 manat məbləğində əsas və 992,56 manat məbləğində faiz borcu yaranmışdır. İddianın xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı krеdit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli krеdit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, BOKT "xxxx" QSC krеdit müqaviləsinin ləğv edilməsini, eləcə də kredit müqaviləsi üzrə 7.114,2 manat məbləğində əsas və 992,56 manat məbləğində faiz borcunun ödənilməsi öhdəliyinin borc alan tərəfindən dərhal icra edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı BOKT "xxxx" QSC kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə (Əlavə 1) uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 1.067,13 manat məbləğində dəbbə pulunun Cavabdeh1 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 350 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, BOKT "xxxx" QSC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-MBK- 0222-21 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi BOKT "xxxx" QSC (borc verən) ilə Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2021-ci il tarixli, 005-MBK-0222-21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alan Cavabdeh1 xx.xx.2021-ci il tarixli 005-MBK-0222-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh1 xx.xx.2021-ci il tarixli 005-MBK- 0222-21 saylı kredit müqaviləsi üzrə borc verən BOKT "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən borc verən BOKT "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, BOKT "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 111,74 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 112 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Hazırkı halda iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 112 manat təşkil etdiyindən iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərclərindən əlavə 2 manat məbləğində dövlət rüsumu (cəmi 112 manat) ödənilməli idi. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 111,74 manat məbləğində dövlət rüsumunun 109,74 manat hissəsi iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 2 manat məbləğində pul vəsaiti tutularaq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005- MBK-0222-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7.114,2 (yeddi min yüz on dörd manat iyirmi qəpik) məbləğində əsas borc, 992,56 manat (doqquz yüz doxsan iki manat əlli altı qəpik) məbləğində faiz borcu, 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 8456,76 manat (səkkiz min dörd yüz əlli altı manat, yetmiş altı qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia verilərkən ödənilmiş 109,74 (yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-256/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-256/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver