Məhkəmə qərarları › İş №e-2-2(113)-2563/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2563/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2563/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “öhdəliyin qoyulması” tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilə müddətinin uzadılmış hesab ediməsi) X10 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “öhdəliyin qoyulması” tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı şəhəri H. Əliyev prospekti, 133 ünvanda 0.02648 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228.2 kv.metr təşkil edən “Azərmənzillkomplektlayihətəmir” X1,X3 balansında olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçının arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsini və qeyri yaşayış sahəsi üzərində icarə hüququmun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli Sərəncamına əsasən İsmayıllı şəhəri H.Əliyev prospekti,133 (registr №***-*******2- 000) ünvanda 0.02648 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228.2 kv.metr təşkil edən “Azərmənzillkomplektlayihətəmir” X1,X3 balansında olan qeyri-yaşayış sahəsini 09 mart 2021-ci il tarixdə Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 722 saylı icarə müqaviləsi bağlayaraq həmin ünvanda yerləşən,ümumi sahəsi 228.2 kv.metr sahənin icarə haqqının müəyyən edilmiş qaydada icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilməklə xidmət məqsədilə icarə müqaviləsi bağlanaraq icarənin aylıq məbləği 459 (dörd yüz əlli doqquz) manat müəyyən edilməklə mənə icarəyə verilmişdir. İcarəyə götürdüyüm qeyri-yaşayış sahəsinə dair hüququn qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq,dövlət reyestrindən texniki pasport və çıxarış alınmışdır.Hesab edirəm ki,Azərbaycan RespublikasıMülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Bağlanmış müqavilənin qüvvədə olması müddətinin bitməsi həmin müddət qurtarana qədər müqavililənin şərtlərini pozmuş tərəf məsuliyyətdən azad etmir.Müqavilənin müddətinin bitməsi müqavilə öhdəliklərinə xitam versə belə,şəxs müqavilə qüvvədə olduğu müddətdə qarşı tərəfin vurduğu zərərin əvəzini ödəməsini tələb edə bilər. Qeyd etmək istəyirəm ki,icarəyə götürdüyüm qeyri yaşayış sahəsinə hər ay vaxtlı-vaxtında icarə haqqı ödənilmişdir.İcarəyə götürdüyüm qeyri-yaşayış sahəsində normal fəaliyyət göstərməyim üçün həmin əraziyə öz vəsaitim hesabına qaz, işıq çəkilmiş,təmir bərpaişləri görülmüş,sanitar qovşağı inşaedilmişdir. İddia ərizəsinə əlavə etdiyim sənədlərdən görünür ki,cavabdeh Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmışxx.xx.2023-cü il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatacağı halda cavabdeh bağladığım müqaviləni xx.xx.2024-cü il tarixdə ləğv etmişdir və 28 dekabr 2024-cü il tarixli 3-21—3/2-21670/2024 saylı məktub ünvanlayaraq İsmayıllı şəhəri H.Əliyev prospekti,133 ünvanda olan 0.02648 ha torpaq sahəsində yerləşən,ümumi sahəsi 228.2 kv.metr qeyri-yaşayış sahəsinin balanssaxlayıcının çoxsaylı müraciətlərini nəzərə alaraq,həmin sahəyə dair bağlanmış icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra yeni müddətə icarə müqaviləsi bağlanılmayacağı barədə mənə xəbərdarlıq məktubu göndərmişdir.Halbuki,cavabdehlə bağladığım icarə müqaviləsində balansağlayıcı barədə hər hansı müddia yoxdur.Qeyri-yaşayış sahəsinin balanssaxlayıcının çoxsaylı müraciətləri haqqında bağlanmış icarə müqaviləsində hər hansı bir məlumat verməmişdir.Bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl yəni xx.xx.2024-cü il tarixdə ləğv edilməsi üçün əsas ola bilməz. Hesab edirəm ki,cavabdehlə bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı deyiləm.Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi.Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş,özü qərar qəbul etmişdir. Sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır və hesab edirəm ki,maraqlı şəxsin icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək,səlahiyyətinə malik olmadığından,cavabdehə təsiri təzyiqi göstərərək icarə müqaviləsinin ləğvinə səbəb olmuşdur.Ona görə də cavabdeh Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərəkətləri heç bir əsas olmadan icarə müqaviləsinin vaxtından əvvəl ləğv etməsi,icarə müqaviləsinin tələblərini kobut surətdə pozmuş,bu hərəkətləri əsassız və qanunsuz hesab edirəm.Belə ki,mən cavabdehlə sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılığa gəldikdən sonra müqavilə bağlamışam.Müqavilədən irəli gələn bütün öhdəliklər mənim tərəfimdən yerinə yetirilmişdir.İcarə müqaviləsində göstərilən icarə haqqı tam şəkildə qabaqcadan ödənilmişdir. Əgər balanssaxlayıcının icarəyə götürdüyüm qeyri-yaşayış sahəsinə görə cavabdehə çoxsaylı müraciəti olsaydı cavabdeh məni məlumatlandırardı.Həmin məlumatdan sonra mən həmin ərazidə kredit təşkilatlarından xeyli məbləğdə kredit götürüb qeyri-yaşayış sahəsini təmir və yenidənqurmaişləri aparmazdım və həmin əraziyə qaz,işıq çəkməzdim.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verərək, İsmayıllı şəhəri H. Əliyev prospekti, 133 ünvanda 0.02648 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228.2 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçının arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4048 nömrəli müqavilənin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vaxtından əvvəl- xx.xx.2024-cü il tarixində ləğv edilməsinin qanunsuz hesab edilməsinə və həmin icarə müqaviləsinin eyni müddət üçün (bir il muddətinə-xx.xx.2025-ci il tarixinədək) və eyni şərtlərlə uzadılmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ilə İddiaçı arasında İsmayıllı şəhəri H.Əliyev prospekti,133 (registr №***- *******2-000) ünvanda 0.02648 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228.2 kv.metr təşkil edən “Azərmənzillkomplektlayihətəmir” X1,X3 balansında olan qeyriyaşayış sahəsinin xx.xx.2023-cü il tarixli, 4048 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, İcarə müqaviləsinin müddəti: xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək müəyyən edilir. 3.2-ci bəndinə əsasən, İcarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. İcarə müqaviləsinə müddəti bitdikdən sonra xitam vermək və ya dəyişdirmək haqqında “İcarəçi”nin ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət və eyni şərtlərlə uzadılmış hesab edilir Bu müqavilə yeni müddətə uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. 4.1-ci bəndinə əsasən, İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək- icarəverənin hüquq və vəzifələri kimi müəyyənləşdirilmişdir. 4.1-ci bəndinə əsasən, İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək icarəverənin hüquq və vəzifələri kimi müəyyənləşdirilmişdir. 6.2-ci bəndinə əsasən, “İcarəyəverən”in yazılı icazəsi olmadan "İcarəçi" tərəfindən icarəyə verilən sahədə əsaslı təmir-tikinti işləri, rekonstruksiya, yenidənqurma aparılması qəti qadağandır. 8.2-ci bəndinə əsasən, Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 8.3-cü bəndinə əsasən, Müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 8.3.1. Tərəflərin razılığı İlə; 8.3.3. “İcarəçi" tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduqda:

9. 02 aprel 2024-cü il tarixli aktda qeyd olunur ki,AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun müdiri vəzifəsini icra edən X8 ilə Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçi-müfəttişi X4 və icarəçi İddiaçı arasında İsmayıllı şəhəri, H.Əliyev prospekti 133 ünvanında yerləşən qeyri-yaşayış binasında yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunub ki, icarəçi müqavilənin 6.2-ci bəndində qeyd edilən qadağalara baxmayaraq, binada əsaslı təmir və yenidənqurma işləri aparmışdır. Ona qanunvericilik tələbləri və müqavilə şərtlərinin pozulmasının gələcəkdə müqaviləyə xitam verilməsinə səbəb ola biləcəyi barədə izah verilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər aktın əlavə sənədi kimi qeyd olunmuşdur.

10. Əmlak Məsələləri Dövlət Xidmətinin 28 dekabr 2024-cü il tarixli, №3-21-3/2-21670/2024 nömrəli rəsmi məktubuna əsasən qeyd olunur ki, "İsmayıllı şəhəri, H.Əliyev prospekti, 133 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sizinlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2023-cü il tarixli, 4048 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bildiririk ki, qeyd edilən qeyri-yaşayış sahəsinin balans saxlayıcısının çoxsaylı müraciətləri nəzərə alınaraq, həmin sahəyə dair bağlanılmış icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra yeni müddətə icarə müqaviləsi bağlanılmayacağı barədə sizə xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilənlər nəzərə alınaraq, yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanılmış 4048 nömrəli xx.xx.2023-cü il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixindən ləğv edilmiş və həmin sahənin tərəfinizdən təhvil verilməsi tələb olunur."

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti tərəfinədn İddiaçı ünvanlanmış məktubdan görünür ki,icarə müqaviləsinin müddəti bitəndən sonra müqavilə müddətinin uzadılmayacağı barədə iddiaçı xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -

13. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

16. Belə ki, İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4048 nömrəli müqavilənin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vaxtından əvvəl- xx.xx.2024cü il tarixində ləğv edilməsinin qanunsuz hesab edilməsinə və həmin icarə müqaviləsinin eyni müddət üçün (bir il muddətinə-xx.xx.2025-ci il tarixinədək) və eyni şərtlərlə uzadılmış hesab edilməsinə dair tələb edir. İşin məhkəmə iclasında tədqiq edilən sübutlarla və tərəflərin izahatları ilə müəyyən oluna mübahisəsiz halından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 4048 nömrəli icarə müqaviləsi mövcud olmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən icarə müqaviləsinin xitam edilməsi və icarə müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh tərəfindən icarə münasibətinin davam etdirilməyəcəyi barədə iddiaçıya məktub göndərməsi, və hazırki günədək faktii olaraq iddiaçının icar münasibətinin predmeti olan sahədən istifadə etməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisələndirilən hal: iddiaçı müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğunu iddia edərək, cavabdehn müqavilənin vaxtından əvvəl xx.xx.2024-cü il tarixində ləğv edilməsinin qanunsuz hesab edilməsinə və həmin icarə müqaviləsinin eyni müddət üçün (bir il muddətinə-xx.xx.2025-ci il tarixinədək) və eyni şərtlərlə uzadılmış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddiaçı tərəfindən cavabdehin icazəsi olmadan rekanstruksiya işləri görülmsəi səbəbindən müqavilənin vaxtından əvvəl xitam edilməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş edir.

17. Belə ki,məhkəmə iclaslarında tərəflərin izahatı və iş materiallarından olan məktublar ilə müəyyən olundu ki, icarə müddəti ərzində iddiaçı tərəfindən cavabdehin (icarəyə verən) icazəsi olman icarə sahəsində təmir-bərpa işləri görülmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin işlərin görülməsinin dayandırılması barədə xəbərdar edilmiş və ona icarə müqaviləsinin müddəti bitəndən sonra müqavilə müddətinin uzadılmayacağı bildirilmişdir.İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verilərək bildirilir ki, tərəflər arasında mövcud olan icarə müqaviləsinin müddəti 19 oktyabr 2024-cü il tarixə qədər müyyən olunmuşdur, müqavilənin 8.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsinə dair şərt müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi, icarəyəverən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək barəsində iradə ifadəsini iddiaçıya bildirmişdir. Bu səbəbdən iddia tələbi “icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin müqavilənin vaxtından əvvəl xitamı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hissədə idda tələbini əsassız hesab edərək qeyd edir ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə müqavilə münasibətlərinin xitamı ilə bağlı müraciət etsə də, iddiaçının özünün də qeyd etdiyi kimi, müqavilə müddətinin sonunadək, hətta hazırki günədək qeyriyaşayış sahəsi iddiaçının istifadəsində olmuşdur, yeni faktiki olaraq iddiaçı icarə predmeti olan qeyri-yaşayış sahəsindən çıxarılmamışdır, ikincisi, iş materiallarına əlavə edilən 02 aprel 2024-cü il tarixli aktla müəyyən olunur ki, iddiaçı icarə predmeti olan qeyri-yaşayış sahəsində icarəyəverənə xəbər vermədən , imüqavilənin 6.2ci bəndində qeyd edilən qadağalara baxmayaraq, binada əsaslı təmir və yenidənqurma işləri aparmış,bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd edilən hal müqavilənin 8.3-cü bəndinə əsasən müqavilənin vaxtından əvvəl xitamı üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 4048 nömrəli müqavilənin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vaxtından əvvəl- xx.xx.2024-cü il tarixində ləğv edilməsinin qanunsuz hesab edilməsinə dair tələbi də əsassızdır və təmin edilməməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsi rədd olunduğundan ödənilmiş dövlət rüsumuları iddiaçının özünə aid edilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar