Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-257/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc məbləğinin tutulması, yaranmış borc məbləğinin ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi/vəkili Nümayəndə2 iştirakı ilə, digər Cavabdeh1 iştirakı olmadan, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc məbləğinin tutulması, yaranmış borc məbləğinin ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 23 may 2019-cu il tarixli 9184/20-LF saylı kredit müqaviləsi üzrə 62131,40 manat əsas borcun, 5493,35 manat faiz borcunun, cəmi 67624,75 manat borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, ipoteka predmeti kimi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 145000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 67624,75 manat borc məbləğin, ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 may 2019-cu il tarixli 9184/20-LF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 500 kv.metr tövlənin inşa edilməsi məqsədi ilə illik 5%-lə 60 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipotekaqoyan arasında 1 iyun 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 145000 manat müəyyən edilir. Cavabdeh2 23 may 2019-cu il tarixli 918 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan borcu 62131,40 manat əsas borc, 5493,35 manat faiz borcu olmaqla, cəmi borcu 67624,75 manat təşkil edir. Sözügedən mübahisə üzrə Cavabdeh2 medaitor X1 tərəfindən təyin edilmiş ilkin mediasiya sesssiyası ilə bağlı iclas xx.xx.2022ci il tarixə təyin edilmişdir. İlkin mediasiya sessiyasında borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Sözügedən mübahisə üzrə medaitor X1 tərəfindən MŞB/14/2023-00185 saylı, xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Borcun ödənilməsi barədə Cavabdeh2 müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır.
3. Cavabdeh2 nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası qanuna uyğun deyil və o təmin edilə bilməz. Belə ki, İpoteka haqqında Qanunun 36.4.1 maddəsinə əsasən ipoteka pretmedinə tutmanın yönəldilməsi barədə bildiriş təqdim edildikdən sonra 3 iş günü ərzində ipoteka saxlayan ipotekanın dövlət qeydiyyat orqanına ərizə təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. İddiaçı tərəfin iş üzrə təqdim etdiyi sübutlardan da aydın olur ki, tutmanın yönəldilməsi barədə bildiriş Cavabdeh1 xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. İpoteka saxlayan tərəfindən ipotekanın dövlət qeydiyyat orqanına ərizə isə xx.xx.2022-ci il tarixində elektron qaydada təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsini rədd edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi.
6. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 918 saylı kredit müqaviləsinə əsasən:
10. Müqavilənin 1-ci bəndinə əsasən borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.
11. Müqavilənin 2-ci bəndinə əsasən kreditin məbləği 70000 manat, müddəti 60 ay, məqsədi 500 kv.m. tövlənin inşa edilməsi və illik faiz dərəcəsi 5% müəyyən edilmişdir.
12. Müqavilənin 6.6-cı bəndinə əsasən borcalan hazırkı müqavilənin şərtlərindən irəli gələn öhdəiklərə görə özünə məxsus pul vəsaiti və əmlakı ilə cavabdehlik daşıyır.
13. Müqavilənin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir.
14. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndinə əsasən kredit qaytarılana qədər 23 may 2019-cu il tarixində bağlanmış 918 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəlikləriin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən Cavabdeh1 Məhəmməd oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 214A da, xüsusi mülkiyyətində olan 0.065 ha yaşayış məntəqələrini torpaqlarında, ümumi sahəsi 158 kv.m. yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birgə tam mülkiyyət hüququ üzrə ipoteak ilə yükləməyi öz öhfəsinə götürür. İpoteka predmeti: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən ümumi sahəsi 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birgə tam mülkiyyət hüququ üzrə ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür.
15. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.
16. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı SKT-nin xeyrinə yüklü edilmişdir.
17. Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan kredit borcu barədə arayışa əsasən ümumi borc məbləği 67624,75 manat müəyyən edilmişdir.
18. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4941/2023 saylı qəraradı ilə İddiaçı QSC BOKT ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 918 saylı Kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk pretenziya məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2022-ci il tarixə və Məlumat arayışında göstərilən xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz borcunun məbləği nə qədər təşkil edilməsi və Cavabdeh1 Məhəmmədli oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi (A tikilisi) torpaq sahəsi ilə birgə real bazar qiyməti və likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq və qiymətləndirilmə ekspertizaları təyin edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/9922/2023 saylı rəyinə əsasən Cavabdeh2 müqavilə üzrə borcu xx.xx.2022-ci il tarixə əsas borcu 62540,82 manat, faiz borcu 1198,70 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 62540,82 manat, faiz borcu 3604,78 manat müəyyən edilmişdir.
20. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-026/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 162.000 manat və likvid qiyməti 148.000 manat müəyyən edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki,
23. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 23 may 2019-cu il tarixli 9184/20-LF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 500 kv.metr tövlənin inşa edilməsi məqsədi ilə illik 5%-lə 60 ay müddətinə 70000 manat məbləğində kredit verilmiş, o cümlədən müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipotekaqoyan arasında 1 iyun 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
24. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh X4 mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
25. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
32. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
33. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbindən yuxarı, faiz borcu isə aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə 23 may 2019-cu il tarixli 9184/20-LF saylı kredit razılaşması müqaviləsi üzrə əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2022-ci il tarixə (ilki pretenziya məktubunun cavabdehə çatdırıldığı tarixə) 1198,70 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Cavabdehin nümayəndəsinin məhkəməyə bildirdiyi etirazını isə məhkəmə tamamilə əsassız və yalnız vaxt qazanmaq məqsədi ilə verildiyi qənayətinə gəlir. (Belə ki, həm etirazda göstərilən əsasla iddianın rədd olunmasını xahiş edir, həmçinin iş üzrə ekspertizanın təyin edilməsi barədə vəsatəti də məhkəməyə məhz cavabdeh tərəf vermişdir). İş materiallarından görünür ki, iddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yonəldilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş bütün prosedurlara riayyət edilmişdir.
34. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı QSC BOKT borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
35. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqavilənin 1.2-ci bəndinə əsasən kredit qaytarılana qədər 23 may 2019-cu il tarixində bağlanmış 918 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəlikləriin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən Cavabdeh1 Məhəmməd oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 214A da, xüsusi mülkiyyətində olan 0.065 ha yaşayış məntəqələrini torpaqlarında, ümumi sahəsi 158 kv.m. yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birgə tam mülkiyyət hüququ üzrə ipoteak ilə yükləməyi öz öhfəsinə götürür. İpoteka predmeti: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən ümumi sahəsi 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birgə tam mülkiyyət hüququ üzrə ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı SKT-nin xeyrinə yüklü edilmişdir.
36. .Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
37. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
38. “İpoteka haqqında” Qanunun:
39. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
40. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
41. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
42. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
43. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
44. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
45. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
46. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
47. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən ümumi sahəsi 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Aqrarkredit” QSC BOKT-un borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulmalıdır.
48. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
49. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
50. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-026/2024 saylı rəyində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən ümumi sahəsi 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 162000 manat və likvid qiyməti isə 148000 manat dəyərində olması müəyyən edilmişdir.
51. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 214A ünvanında yerləşən ümumi sahəsi 158 kv.m., yaşayış sahəsi 56 kv.m. və köməkçi sahəsi 102 kv.m. olan 3 otaqlı fərdi yaşayış fərdi yaşayış evinin likvid dəyərinin 148000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
53. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
55. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
56. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Beləliklə,məhkəmə hesab edirki, iddia qismən təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 280 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 300 manat cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 23 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 62.131,40 manat əsas borc məbləği, 1198,70 manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 280 manat tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 148000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova