Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2572/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin hüquqi şəxsin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: təsisçilikdən çıxmış hesab edilmə) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin hüquqi şəxsin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı, bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı üçün Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X5 və Cavabdeh 1994-cü il tarixdə "xxxx" Kiçik Müəssisəsini təsis etmişdir. Təsisçilərin hər biri "xxxx" KM-də ("Şərikli tam ortaqlı müəssisə"də) təsisçi olmaqla 1/3 hissədə pay hüququna malikdir. "xxxx" Kiçik Müəssisəsi təsis olunduqdan sonra mebel istehsalını həyata keçirirdi. Təsisçilər öz fəaliyyətlərini həyata keçirmək üçün X4 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncamı əsasında 5050 m torpaq sahəsini alqı-satqı yolu ilə alaraq müəssisənin mülkiyyətinə keçirmişdir. Torpaq sahəsini alan zaman orada bir neçə tikili olmuşdur. Təxminən 2004- 2005-ci illərdə Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olan 5050 m torpaq sahəsini satmaq üçün Ağasəlim Rəhimova və iddiaçıya təkliflər etməyə başlamış, lakin həmin təkliflərlə razılaşma olmamışdır. Bundan sonra İsrafil ehtiyacı olduğunu bildirməklə müxtəlif vaxtlarda ərazidə olan kiçik tikililəri sökməyə başlamış, digər təsisçilər isə buna etiraz etməmişdirlər. 2005-ci il tarixdə maddi imkanlar zəif olduğundan sexin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra həmin ərazidə bərpa işləri aparılmış, yeni sexlər inşa edilmiş, təxminən 80000 (səksən min) manat pul xərclənmişdir. Lakin cavabdeh onlarla işləmək istəyən şəxslərə kənardan təsir edərək mane olduğundan yenidən fəaliyyət göstərə bilməmişlər. Qeyd edilmişdir ki, 2014-cü il tarixdə olan mülki mübahisələri ilə əlaqədar keçirilən məhkəmə iclası əsnasında məlum olmuşdur ki, Cavabdeh X4 keçmiş sədri E.Salmanovla əlbir olmuş və E.X12 üçün ayrılan torpaq sahəsinin 4650 kv.m olduğunu təsdiqləyən saxta sərəncam hazırlayaraq 400 kv.m torpaq sahəsini 5050 kv.m torpaq sahəsindən ayırmışdır. Cavabdeh isə ümumi sahəsi 400 m olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260 m olan ofis binasını 200000 (iki yüz min) ABŞ dolları məbləği müqabilində müəssisənin əmlakını qanunsuz sataraq əsassız varlanmışdır. Yuxarıda göstərilən hallar Binəqədi Rayon Prokurorluğunun müstəntiqi Xəyal Şamxayzadə tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı və bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı sübut olunur. Bu səbəbdən Cavabdeh oğunun "xxxx" Kiçik Müəssisəinin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 43.1, 43.2, 43.5, 47.1, 95, 96.1, 135.1, 135.2, maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, müəssisə 2002-ci ilə qədər fəaliyyət göstəribdir. Binanın müəssisənin balansında, mülkiyyətində olması ilə bağlı sərəncam vardır. Təşkilati-hüquqi forma əvvəlcədən kiçik müəssisə olmuşdur. Vergi orqanına müraciət edilmişdir və bildirilmişdir ki, təsisçilərin razılığı olmalıdır, lakin cavabdeh heç nəyə razılıq vermir. Nizamnamədə paylar müəyyən olunmamışdır. Cinayət işinin rədd edilməsi barədə qərarda müəssisənin əmlakının satılması qeyd olunmuşdur. Satışı həyata keçirən cavabdeh olub və o öz payını almışdır. Cavabdeh tərəf müəssisənin əsas qazanc gətirən hissələrini satıb gedibdir və payını alıbdır. Qarşı tərəfə dəfələrlə müraicət olunmuş, ümumi yığıncaq keçirilmiş, lakin cavabdeh gəlməmişdir. Müəssisə faktiki olaraq mövcuddur. Nizamnamədə dəyişiklik etməyə cavabdehin iştirakı mane olur. Müəssisənin 400 kv.m ərazisi və inzibati binası satılıbdır və qərarda da bu, öz əksini tapmışdır.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək, əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, müəssisədə heç bir tikilinin rəsmi sənədi yoxdur. Müəssisə bu gün də fəaliyyət göstərir və 5 fərqli şəxsə icarəyə verilibdir. Digər məsələlərdən xəbəri yoxdur. Prokurorluqda izahat vermiş və heç bir məsuliyyət müəyyən edilməmişdir. Onun tərəfindən heç bir əmlak satılmamış və heç bir əmlakın satılması ilə əlaqədar heç bir quruma müraciət edilməmişdir.
7. xx.xx.1994-cü il tarixli, 13467 nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, "xxxx" Kiçik müəssisəsi xeyriyyə fəaliyyətinin təşkili və aparılması, mədəni-kütləvi tədbirlərin hazırlanması, xalq istehlakı və texniki təyinatlı məhsualların istehsalı, alqı-satqı, vasitəçilik, ticarət, avtomobillərə texniki xidmətin göstərilməsi, maşın təmir sexlərinin təşkili və saxlanması və s. fəaliyyət növü üzrə dövlət qeydiyyatına alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış, təsisçilər Cavabdeh, X5 və İddiaçı tərəfindən təsdiq edilmiş "xxxx" X1 1.1-ci bəndinə əsasən "xxxx" Kiçik Müəssisəsinin təsisçiləri və əmlakının mülkiyyətçiləri Cavabdeh, X5 və İddiaçıdur; 5.1-ci bəndinə əsasən müəssisənin əsas və dövriyyə fondunu onun avadanlığı və materialları, maliyyə ehtiyatları təşkil edir. Bütün bunlar müəssisənin sərbəst balansında əks olunur.
9. Bakı şəhəri, Binəqədi rayonu, X8 tərəfindən imzalanmış 0 4.11.2004-cü il tarixli, 1250 nömrəli "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamın məzmunundan müəyyən olunur ki, Binəqədi Rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istehsalat sahəsi kimi istifadəsində olan 5050 m2 torpaq sahəsi "xxxx" Kiçik Müəssisəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir.
10. Bakı şəhəri, Binəqədi rayonu, X8 tərəfindən 2005-ci ilin may ayında tərtib edilmiş 674727 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən X6 20200000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi X8 tərəfindən "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməsi göstərilmişdir.
11. Binəqədi Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan müəyyən olunur ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən X11 barəsində Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Cavabdeh əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-3263/2015 nömrəli xüsusi qərardadının məzmunundan müəyyən olunur ki, X4 xx.xx.2004-cü il tarixli, 1250 saylı sərəncamının verilməsi və ya hazırlanmasında, habelə istifadə etməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320-ci maddələrinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Prokurorluğuma məlumat verilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 6(001)-43/2018 nömrəli cinayət prosesini həyata keçirən orqanın prosessual qərarının qanunsuz hesab edilməsi haqqında qərarın surətinin məzmunundan müəyyən olunur ki, şikayətçilər İddiaçı və X5 şikayət ərizəsi üzrə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X7 qəbul etdiyi xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanunsuz və əsassız olmasına dair şikayət qismən təmin edilmiş, İddiaçı və X2 şikayət ərizəsi ilə əlaqədar toplanmış HK-1/26 saylı material üzrə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X7 qəbul etdiyi xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qanunsuz hesab olunaraq ləğv edilməsi və həmin hissədə cinayət təqibi davam etdirilməsi, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində İddiaçı və X2 şikayəti üzrə başlanılmış HK-1/26 saylı material üzrə ibtidai istintaqın davam etdirilməsi üçün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunması qət edilmişdir.
14. "xxxx" Kiçik Müəssisəsi təsisçilərinin ümumi yığıncağı üzrə xx.xx.2024-cü il tarixli, 01/2024 nömrəli qərarının məzmunundan müəyyən olunur ki, təsisçilərdən İddiaçı "xxxx" Kiçik Müəssisəsinin direktoru kimi təsdiq edilməsi qərara alınmışdır.
15. "xxxx" Kiçik Müəssisəsi təsisçilərinin ümumi yığıncağı üzrə xx.xx.2024-cü il tarixli, 01/2 nömrəli qərarının məzmunundan müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsinin təsis sənədlərinin və o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin yenilənməsi, "xxxx" Kiçik Müəssisəsinin təsis sənədlərinin aidiyyatı dövlət strukturlarında qeydiyyata alınmasının təmin edilməsi qərara alımışdır.
16. Cavabdeh tərəfindən Binəqədi Rayon Prokurorluğuna verilmiş izahatında qeyd etmişdir ki, X5 və İddiaçı tanıyır, onlarla qohumdurlar. 1991-ci ildə qohum İddiaçı ilə birgə "xxxx" Kiçik Müəssisəsini təsis etmişdir. Fəaliyyət göstərmək üçün “Binəqədineft neft və qaz çıxarma” idarəsinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən. Hərbi Komissarlığın yaxınlığında yerləşən keçmiş “Vərəm dispanserinin” istifadəsiz qalmış inzibatı binası alqı-satqı yolu ilə almışdır. Həmin müəssisəni isə xx.xx.1994-cü il tarixdə X5 və İddiaçı ilə birgə yenidən təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 13467” saylı şəhadətnamə verilmişdir. xx.xx.1997-ci il tarixdə həmin müəssisə Statistika Komitəsi tərəfindən Dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadət verilmişdir. Həmin şəhadətnamədə müəssisəsnin təşkilati-hüquqi forması kimi “Şərikli tam ortaqlı müəssisə” göstərilmişdir. "xxxx" Kiçik Müəssisəsinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən. Hərbi Komissarlığının yanıdır. Təsisçilər arasında "xxxx" Kiçik Müəssisəsində nizamnaməyə uyğun olaraq paylar bərabər şəkildə bölünmüşdür. "xxxx" Kiçik Müəssisəsi həmin vaxtlarda mebel istehsalı ilə məşğul olurdu. 2004-cü ildə X3 tələb olundu ki, "Sazi” Kiçik Müəssisəsinə məxsus olan torpaq sahəsinə alqı-satqı aparılsın. Buna görə də, Müəssisə fəaliyyətini həyata keçirmək üçün X4 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə 4650 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə alaraq müəssisənin mülkiyyətinə keçirmiş və rəsmi olaraq dövlət rüsumu ödəmişlər. Bundan sonra orda tikinti işlən aparmağa davam etmişdir. 2002-ci il Məmmədağanın atası, Cavabdeh isə dayısı Rövşən İsmayılov vəfat etdikdən sonra Məmmədağa ilə Müəssisənni idarə olunmasına görə fikir ayrılığı yarandı. 2006-cı ildən etibarən Məmmədağa və Ağasəlim ilə “Sazi" Kiçik Müəssisəsinin idarə olunmasına görə mübahisələr yaranmağa başladı, buna görə Cavabdeh "xxxx" Kiçik Müəssisəsndən ayrılmaq qərarına gəlmişdir. 2007-cı ildə işlə bağlı Rusiya Federasiyana getmişdir. Azərbaycana qayıtdıqdan sonra məlum oldu ki, "xxxx" Kiçik Müəssisəsinə məxsus torpaq sahəsində tikililər müxtəlif şəxslərə icarəyə verilmiş, lakin ona təsisçi olsa da heç bir pul verilməmişdir... X4 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə "Sazi” Kiçik Müəssisəsinə 5050 m2 torpaq sahəsini deyil, 4650 m2 torpaq səhəsi ayrılmışdır. Həmin sərəncamın əsli Cavabdehdır. Başqa bir sərəncam onda olmamışdır. Həmçinin "xxxx" Kiçik Müəssisəsinin ilk vaxtdan direktoru Ağasəlim olmuş və möhür də həmişə onda olmuşdur. Qeyd edilmişdir ki, o heç vaxt istər sərəncamın alınmasına, istər dövlət qurumlana rəsmi məlumatların verilməsində iştirak etməmişdir. Sənədləşmə işlərini də Ağasəlim həyata keçirmişdir. X4 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə 4650 m2 torpaq sahəsinin ayrılmasına dair sərəncamı da Ağasəlim ona təqdim etmişdir. Məhkəmə araşdırması zamanı X5 və İddiaçı tərəfindən X4 04.11 2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə "xxxx" Kiçik Müəssisəsinə 5050 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncam təqdim etdilər və iddia etdilər ki. 400 m2 torpaq sahəsində yerləşən 260 m2 tikilini o öz adına özəlləşdirərək üçüncü bir şəxsə satmışdır. Amma bunlar tamamilə yalandır. Məhkəmə tərəfindən ekspertizalar təyin edildi və məlum oldu ki, Qəsəbə Bələdiyyəsinin 1250 nömrəli, xx.xx.2004-cü il tarixli 4650 m2 torpaq sahəsinə dair sərəncamdakı sədr sözün qarşındakı imza sabiq X4 sədri Elman Salmanova məxsus olmaması barədə məlumatı yoxdur. Həmin sərəncamı ona Ağasəlim təqdim etmişdir.
17. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, 3 (üç) təqvim günü müddətində "xxxx" Kiçik Müəssisəsinə müəssisənin təsisçiliyindən çıxma barədə ərizə ilə müraciət edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Mübahisənin yarandığı dövrdə qüvvədə olmuş “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Şərik müəssisədən çıxdıqda öz payını geri alır. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin. şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir. Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir. Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır. 9-cu maddəsinə əsasən müəssisənin əmlakı onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, habelə müəssisənin müstəqil balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarına, müəssisənin nizamnaməsinə uyğun olaraq onun əmlakı müəssisənin mülkiyyətində, operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində ola bilər. Müəssisənin əmlakının əmələ gəlməsi mənbələri aşağıdakılardır: a) təsisçilərin pul və maddi payları; b) məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər; v) qiymətli kağızların satışından əldə edilən gəlirlər; q) bank kreditləri və digər kreditlər; ğ) kapital qoyuluşu və büdcədən dotasiyalar; d) hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələri; e) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər. Azərbaycan Respublikasının qanunvericilik aktları və müəssisənin nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan binaları, qurğuları, avadanlığı, nəqliyyat vasitələrini, inventarı və digər maddi sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək, dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da borc vermək, habelə onları balansdan silmək hüququna malikdir. Nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq vətəndaşların mülkiyyətində və ya istifadəsində ola bilməyən istehsal vasitələri və maddi sərvətlər istisna edilməklə, istehsal vasitələrini və maddi sərvətləri vətəndaşlara satmaq, icarəyə vermək hüququna malikdir. Müəssisə maddi sərvətləri vətəndaşlara mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın icazəsi ilə o hallarda əvəzsiz verə və təqdim edə bilər ki, bu, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməsin.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" Kiçik Müəssisəsi 1994-cü il tarixdə yenidən təsis edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 13467” saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə müəssisəsnin təşkilati-hüquqi forması kimi “Şərikli tam ortaqlı müəssisə” göstərilmişdir. Təşkilati-hüquqi forma əvvəlcədən kiçik müəssisə olmuşdur. İddiaçı və cavabdeh müəssisənin təsisçiləri olmuşlar. xx.xx.1994-cü il tarixli Nizamnamədə təsisçilərin payları müəyyən olunmamışdır. Nizamnaməyə əsasən Nizamnamədə, təsis müqavilələrində dəyişikliklərin edilməsi, müəssisənin ləğv olunması və digər məsələlər müəssisənin idarəedici ali orqanı olan müəssisə şurasının səlahiyyətinə aid olmuşdur. 2024-cü ildə "xxxx" Kiçik Müəssisəsi təsisçilərinin ümumi yığıncağının çağırılması ilə bağlı cavabdehə bildirişlər göndərilmiş, lakin cavabdehin iştirak etmədiyi iddia olunmuşdur.
22. Eyni zamanda tərəflər arasında müxtəlif məhkəmə mübahisələri mövcud olmuşdur.
23. Hazırda təsisçilərdən biri olan iddiaçı digər təsisçi olan cavabdehin "xxxx" Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı, bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı üçün onun "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, əvvəla, iddiaçı tərəfindən müəssisənin əmlakının cavabdehə düşən pay hissəsinin nədən ibarət olması, həmin hissənin cavabdeh tərəfindən satılması, müəssisənin balansında olan əmlaka dair cavabdehin pay hüququ və nizamnamə kapitalında payının olmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
26. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).
27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməmədir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova