Məhkəmə qərarları › İş №e-2-2(113)-258/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-258/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-258/2022 22.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh4, Cavabdeh4 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Mayıs qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 04.11.2019-ci il tarixli SMN-00002-15/19Asaylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 07.07.2021-ci il tarixinə olan 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 28.546,13 manat dəbbə borcu, ümumilikdə 300.567,58 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh3 MMC-dən Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC arasında bağlanmış 04.11.2019-cu il tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 2ylı mənzilə və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC arasında bağlanmış 04.11.2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış-binasına tutmanın yönəldilməsi, mənzilin və qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh3 MMC-dən tutulması, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında 04.11.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250.000 manat məbləğində krediti illik 22 faizlə 36 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 04 noyabr 2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 04.11.2019-ci il tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçı ilə 04.11.2019-cu il tarixli, SMMG-00002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə , Sadıqcan küçəsi, ev2A, korpus 3, 1 saylı mənzili ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış 21.08.2018-ci il tarixli SMN-00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 21.08.2018-ci il tarixli SMMG-00003-15/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 04.11.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçı ilə 04.11.2019-cu il tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi , 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriiyaşayış binasını ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış 21.08.2018-ci il tarixli SMN- 00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2018-ci il tarixli SMMG-00003-15/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 22 iyun 2020-ci il tarixdə tərəflər arasında 04 noyabr 2019-cu il tarixli SMN- 00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə saziş, 04 noyabr 2019-cu il tarixli SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş, 04 noyabr 2019-cu il tarixli SMNGA0002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızı, Cavabdeh4 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 07.07.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 229.521,95 manat, faizlərin məbləği 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat təşkil edir. Beləliklə, cavabdehin 07.07.2021-ci il tarixinə ümumi borcu 300.567,58 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında o pandemiyadan əvvəlki dövrdə öhdəliklərini vaxtında icra etdiyini, lakin yanacaq doldurma məntəqəsinin uzun müddət işləmədiyini və o da digər sahibkarlar kimi ödəniş edə bilmədiyini, AR Prezidentinin subsidiya ayırdığını, iddiaçı həmin məbləği faiz borcundan sildiyini, hissəhissə, daha dəqiq desə ayda 1.000 manat ödəniş etməyə hazır olduğunu bildirdi. Cavabdeh4 əlavə olaraq tutmanın yalnız ipoteka predmeti olan mənzilə yönəldilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil Cavabdeh4 mövqeyini müdafiə edərək, ipoteka predmeti olan Ağdaş rayonunun Məşəd kəndində yerləşən qeyri-yaşayış binasının qiymətləndirmə rəyi ilə razı olmadığını bildirdi. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə əsasən borc verən 250.000 manat məbləğində krediti illik 22%-lə 36 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 04.11.2022-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 5.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəilklərinin icrası borcverən ilə arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli SMMG-00002-15/19A (üçtərəfli) nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzil və 04 noyabr 2019-cu il tarixli SMMG-A0002-15/19A (üçtərəfli) nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə təmin olunur. 6.3-cü bəndinə əsasən borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən borcverəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımı qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda borcverənin tələbi ilə aldığı krediti qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməlidir. Borcverən kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 faizi miqdarında cərimə tətbiq edə bilər. 6.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. Kredit müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş ödəniş qrafikinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 250.000 manat, faizin məbləği 93.594,54 manat, cəmi ödəniləcək məbləğ 343.594,54 manat məbləğində müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, mənzil 1 tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına 20.07.2017-ci il tarixdə qeydiyyata alınmışdır. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 2ylı mənzili ipoteka saxlayana ipoteka qoymuşdur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyanla borc alan arasında Bakı şəhərində bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250.000 manat məbləğində kredit vermiş, borc alan isə kredit müqaviləsinin şərtlərinə əsasən kreditin, ona hesablanmış faizlərin ödənilməsi ilə birlikdə ipoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışla təsdiq edilir ki, ünvan 2ylı mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ “Bank "xxxx" ASC qarşısında 05.11.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına 02.12.2008-ci il tarixdə qeydiyyata alınmışdır. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayana ipoteka qoymuşdur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyanla borcalan arasında Bakı şəhərində bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250.000 manat məbləğində kredit vermiş, borcalan isə kredit müqaviləsinin şərtlərinə əsasən kreditin, ona hesablanmış faizlərin ödənilməsi ilə birlikdə ipoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışla təsdiq edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası üzərində Cavabdeh1 mülkiyyət hüququ “Bank "xxxx" ASC qarşısında 04.11.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. “Bank "xxxx" ASC (borcverən), Cavabdeh3 MMC (borc alan) arasında 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: - 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 3 iyul 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 04 noyabr 2019-cu il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. - 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 10 ay müddətinə 4 sentyabr 2023-cü il tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 22% olaraq müəyyən olunur. Əlavə saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş 22 iyun 2020-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 229.521,95 manat, faizin məbləği 98.354,86 manat, cəmi ödəniləcək məbləğ 327.876,81 manat müəyyən edilmişdir. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: - 1-ci bəndinə əsasən sonrakı ipoteka müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin faiz dərəcəsi 22 % b) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 4 sentyabr 2023-cü il. - 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 22 iyun 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçirələcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Əlavə saziş borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: - 1-ci bəndinə əsasən sonrakı ipoteka müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin faiz dərəcəsi 22 % b) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 4 sentyabr 2023-cü il. - 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 22 iyun 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçirələcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Əlavə saziş borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. “Bank "xxxx" ASC tərəfindən cavabdehlərə 01.04.2021-ci il tarixli və 04.05.2021-ci il tarixlərdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair pretenziya (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 2ylı mənzilin və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “Bank "xxxx" ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 08.05.2021-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 21.05.2021-ci tarixli məktubu ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus ünvan 2ylı mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. “Bank "xxxx" ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ağdaş rayon ərazi İdarəsinə ünvanladığı 08.05.2021-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinin Ağdaş rayon şöbəsinin 08.05.2021-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 2ylı mənzilin 10.08.2018-ci il tarixə bazar dəyəri 230.000 manat, likvid dəyəri 200.000 manat təşkil edir. "xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 15.08.2018-ci il tarixə bazar dəyəri 350.000 manat, likvid dəyəri 300.000 manat təşkil edir. "xxxx" MMC-nin 18 fevral 2022-ci il tarixli LP-067/22 və LP-068/22 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq ünvan 2ylı mənzilin hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 220.000 manat dəyərində və Ağdaş rayonu, Məşəd kəndində yerləşən və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində müəyyən edilmişdir. “Bank "xxxx" ASC tərəfindən verilmiş 07.07.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh3 MMC-nin “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 07.07.2021-ci il tarixinə (ödənişlər nəzərə alınmaqla) əsas borcu 229.521,95 manat, faiz borcu 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat olmaqla cəmi borc 300.567,58 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə 22 iyun 2020-ci il tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “Bank "xxxx" ASC Cavabdeh3 MMC-yə müqavilədə və əlavə sazişdə (razılaşmada) müəyyən edilmiş şərtlərlə 250.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və əlavə saziş (razılaşma) ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMC-nin iddiaçıya 07.07.2021-ci il tarixinə kredit müqaviləsi üzrə 229.521,95 manat məbləğində əsas və 42.499,5 manat məbləğində faiz borcu yaranmışdır. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh3 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə iddiaçı “Bank "xxxx" ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh3 MMC-nin 04 noyabr 2019-cu il tarixli, SMN- 00002-15/19A saylı kredit müqaviləsi və 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə dair 22 iyun 2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə iddiaçı “Bank "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “Bank "xxxx" ASC Cavabdeh3 MMC-dən 229.521,95 manat məbləğində əsas və 42.499,5 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə hesablanmış 28.546,13 manat məbləğində dəbbə pulunun Cavabdeh3 MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 10.000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı “Bank "xxxx" ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq “Bank "xxxx" ASC, Cavabdeh3 MMC və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus ünvan 2ylı mənzil və “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə , Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı və tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh3 MMC-dən tutulmalıdır. Bununla yanaşı məhkəmə Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanılmış ipoteka müqavilələrinin sonrakı ipoteka müqavilələri olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetlərinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, LP-067/22 və LP-068/22 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq ünvan 2ylı mənzilin hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 220.000 manat dəyərində və Ağdaş rayonu, Məşəd kəndində yerləşən və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində olması müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmetləri olan əmlak ipoteka müqaviləsi bağlanarkən də - "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəylərinə əsasən müvafiq olaraq ünvan 2ylı mənzilin 10.08.2018-ci il tarixə bazar dəyəri 230.000 manat, likvid dəyəri 200.000 manat və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 15.08.2018-ci il tarixə bazar dəyəri 350.000 manat, likvid dəyəri 300.000 manat olması müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyləri ilə bağlı isə qeyd edilməlidir ki, həmin rəyin verilməsindən 3 ildən artıq müddət keçmişdir. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 2ylı mənzilin likvid dəyərinin (220.000 manat) və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyərinin (321.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 2ylı mənzilin ilkin satış qiyməti 220.000 manat və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 321.000 manat məbləğində müəyyən edilməlidir. Qiymətləndiricinin rəylərində müəyyən edilmiş ipoteka predmetlərinin bazar dəyərlərinin və likvid qiymətlərinin həqiqəti əks etdirməməsi barədə Cavabdeh4 və Cavabdeh4 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil dəlillərinə gəldikdə məhkəmə qeyd edir kİ, cavabdehlər istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab edir. İddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılmasına və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, yuxarıda adı çəkilən şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi, həmin şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 350 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC–dən, Cavabdeh1 və Cavabdeh4 (iddia tələbləri yalnız göstərilən cavabdehlərə münasibətdə təmin edilmişdir) müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 04.11.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh3 MMC-dən həmin müqavilə üzrə 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 10.000 manat dəbbə borcu, ümumilikdə 282.021,45 manat məbləğində pul vəsaiti tutularaq “Bank "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 220.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 321.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh3 MMC-dən tutulsun. Mediasiya xərclərinin əvəzi olaraq 350 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC–dən, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar