Məhkəmə qərarları › İş №e-2-2(113)-2585/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2585/2023

26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2585/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 33750 manat müqavilənin şərtlərinə görə ödəmədiyi məbləği, 15000 manat mənəvi ziyan və əldən çıxmış faydaya görə və 270 manat ödənilən dövlət rüsumunun dəyəri, cəmi 49020 manat tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın: 143.1-ci bəndinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən daxil olan ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”na uyğun olaraq həyata keçirilir. 167-2-ci bəndinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildiyi vaxtdan (iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində) asılı olmayaraq məhkəmədə 16 nömrəli indekslə qeydə alınır. MPM-in 157.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxıldıqda, əgər həmin işin aid olduğu hesabat dövrü başa çatmamışsa, icraat həmin (əvvəlki) nömrə ilə davam etdirilir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır, belə ki, eyni məzmunlu iddia ərizəsi bir dəfə Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən geri qaytarılmış, lakin buna baxmayaraq eyni etibarnamə sistemə əlavə edilmiş, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə (tərəfinizdən iddia təmin tədbiri kimi vəsatət adlandırılıb) məhkəmə elektron sistemində müvəqqəti təminat tədbirlərləri üçün nəzərdə tutulan bölməyə deyil, səhv olaraq iddia ərizələrin yerləşdirilməsi üçün nəzərdə tutalan bölməyə yüklənilmişdir. İddiaçının diqqətinə bir daha çatdırılır ki, iddiaçı hüquqi şəxsdirsə, etibarnamə həmin hüquqi şəxsin direktoru tərəfindən imzalanmaqla hüquqi şəxsin möhürü ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçınə izah edilsin ki, etibarnamə direktor tərəfindən imzalanmalı, hüquqi şəxsin möhürü ilə təsdiq edilməli daha sonra təkrarən məhkəməyə müraciət edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə isə “Elektron məhkəmə” informasiya sistemində həmin növ ərizələr üçün nəzərdə tutulan bölməyə yüklənməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar