Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2589/2024 18.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, əsassız varlanma, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndələri X5 və Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə müəyyən olunmuş dəyərdən artıq ödənilmiş 64476612,6 manat məbləğində pul vəsaitinin Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi”nin 1-ci mərhələsi üzrə 79073886 manat məbləğində, 2-ci mərhələ üzrə isə ********* manat məbləğində, cəmi ********* manat məbləğində Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi və Cavabdeh ASC arasında xx.xx.2010-cu il tarixli 41 nömrəli və xx.xx.2011-ci il tarixli birbaşa satınalmalar müqavilələri bağlanmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi”nin 1-ci mərhələsi xx.xx.2015-ci il tarixdə istismara qəbul edilmişdir. Müqavilələr icra edildiyi və tikinti işlərinin bitirilməsindən sonra Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən yerinə yetirilmiş tikintiquraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci ilin bazis smeta qiymətlərinə nisbətən ehtimal olunan müqavilə dəyərinin məbləği 197223469,41 manat, artım əmsalı isə 23,26 dəfə hesablanmış və 64476612,6 manat məbləğində vəsait Cavabdeh ASC-nə artıq ödənilməsi müəyyən edilmişdir. X2 Qrupunun 2017-ci il sentyabr-oktyabr aylarında Əsaslı Tikinti Şöbəsində keçirtdiyi planlı yoxlama zamanı Cavabdeh ASC ilə Qaradağ rayonu, Puta qəsəbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi üçün bağlanmış müqavilə üzrə podratçı təşkilata ödənilmiş vəsaitlərin obyektə təyin olunmuş dəyərdən artıq olduğunu əsas gətirərək qeyd olunan vəsaitin dövlət büdcəsinə qaytarılmalı olduğunu yekun aktda qeyd etmişdir. Beləliklə, Cavabdeh ASC tərəfindən xx.xx.2016-cı il tarixinə obyekt üzrə ********* manat məbləğində işlərin yerinə yetirilməsinin rəsmiləşdirilməsi və həmin Cəmiyyətə Müdafiə Nazirliyi tərəfindən ********* manat məbləğində vəsaitin ödənilməsi və həmin pulun, 64476612,6 manat məbləğində vəsait Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə artıq ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq, obyekt üzrə 197223469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma№2) yenidən hazırlanaraq, tərəfindən təsdiq edilmiş və imzalanmaq üçün Podratçıya təqdim edilmiş, lakin Forma №2 aktlarının Podratçı tərəfindən audit keçirilən müddətədək imzalanmadığı aşkar edilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən bu haqda xx.xx.2016-cı il tarixdə 43№-li məktubla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə müraciət olunmuşdur. Dəyərindən artıq ödənilmiş 64476612,6 manat məbləğində vəsait ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş və Nazirlər Kabineti əmələ gəlmiş problemlərin qısa müddət ərzində aradan qaldırılması haqqında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə rəsmi göstəriş vermişdir. Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.1995ci il tarixli 200 №-li qərarının 4-cü bəndinə əsasən: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılsın ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər.” Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.1995-ci il tarixli 200 №-li qərarı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən: 3.4.1. tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir; 3.4.2. tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir. 3.4.3. tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin keçid əmsalını hesablamaqla müəyyən edilməsi və müvafiq rəy verilməsi üçün Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzinə aşağıdakı sənədlər təqdim edilməlidir: tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə dövlət ekspertizası orqanlarının müsbət rəyi; müvafiq metodiki göstərişlər əsasında tərtib edilmiş hesabatlar; sifarişçi təşkilat tərəfindən tikintidə istifadə olunması nəzərdə tutulan inşaat materiallarının və məmulatlarının cari qiymətləri barədə (ƏDV-siz) məlumatlar, 3.4.4. 3.4.3-cü bənddə qeyd olunan sənədlər əsasında obyektin cari qiymətlər səviyyəsində investor smeta dəyəri qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olaraq yoxlanılır. Hesabatlar müvafiq normativ hüquqi aktlara əsaslanmalı və müvafiq metodiki göstərişlərin tələblərinə cavab verməlidir; 3.4.5. təqdim edilən sənədlərdə səhv və uyğunsuzluq aşkar edildikdə, həmin sənədlər düzəlişlər edilməsi üçün geri qaytarılır; 3.4.6. səhv və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra tikinti işlərinin ehtimal olunan dəyərinin düzgün formalaşması haqqında rəy verilməsi üçün sənədlər yenidən Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzinə təqdim edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 425-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, cavabdehə ödənilmiş artıq məbləğ ödənilməyib. Burada dövlət büdcəsindən söhbət gedir və dövlət büdcəsi səmərəli istifadə olunmalıdır. Qiymətlər təyin olunarkən Nazirlər Kabinetinin qərarı nəzərə alınmamışdır. Hazırda da həmin qərar qüvvədədir və müqavilələr bağlanarkən ona uyğun hesablamalar aparılır. 2016-ci ildən sonra son 3 ildə məktub göndərilsə də, bunları məhkəməyə təqdim edə bilmir. İddiaçı tərəf pulu ödədikdən sonra məlum olub ki, artıq ödəniş edilmişdir. Qiymətlər isə düzgün hesablanmamışdır. Ümumi görülmüş işlərin təhvil alınması ilə bağlı məsuliyyəti iddiaçı tərəf daşıyır. İşlər başa çatmamış, 1-ci mərhələ qurtarmamış müqavilə üzrə nəzərdə tutulmuş məbləğlər, ödənişlər tam başa çatmamış hissə-hissə, Forma 2-lərə uyğun olaraq edilmişdir. Cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, bu məsələlərdə iddia müddəti tətbiq edilə bilməz. İddiaçı tərəf artıq ödənilmiş məbləğlə bağlı bütün sənədləri, artıq ödənilmiş Hesablama Palatasının yekun aktını da məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən artıq ödənilmiş 64 milyon məbləğ pul dövlət büdcəsinə qaytarılması üçün Müdafiə Nazirliyinin hesabına köçürülməlidir. Hesablamalarla bağlı bütün sübutlar və Nazirləır Kabinetinin qərarında qeyd olunanlara istinad olaraq hesablamalar aparılmışdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, müqavilənin icra olunmasından 9 il keçir. Müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2 maddələrini rəhbər tutaraq məhkəmədən Xahiş edirəm İş üzrə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia müddətini ötürdüyünə görə iddia rədd edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehə heç bir ödəniş olunmayıb. Məktubda da bu qeyd olunub. Pul tam ödənilməmişdir. Cavabdeh tərəf olaraq onlara qarşı iddia qaldırılmalı olduğumuz halda, iddiaçı onlara qarşı artıq ödənilmiş məbləğin geri qaytarılması barədə əsassız iddia qaldırmışlar. Çünki cavabdeh olaraq bilir ki, artıq iddia müddətini ötürmüşlər. Sonda o, iddiaınrədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 digər nümayəndənin bildirdiklərini təsdiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil Təminat İdarəsi ilə “İcraçı” Cavabdeh ASC arasında bağlanmış 03 avqust 2011-ci il tarixli 18 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sının tikintisi layihəsi üzrə - Körpülər cəbhəsi-1 mərhələ: sahil yanalma divarı (uzunluğu 1110m), ərazidə hazırlıq və torpaq işləri, qərb bəndi (uzunluğu 2110m), şərq bəndi (uzunluğu 110m), kazarmalar zonası: 300 yerlik əsgər yataqxanası (3 mərtəbə 86,3x17,6+zirzəmi), əsgər yataqxanası binalarının mebel inventarlarının quraşdırılması, sıra meydanı, hasar, daxili yollar və abadlıq işləri, su təchizatı “maqistral su xətti, 1-ci və 2ci müqavilədə göstərilən bina və qurğulara su xəttin çəkilməsi”, qaz təchizatı “maqistral qaz xətti, Qazanxana və Yeməkxana binalarına qaz xəttin çəkilməsi”; kanalizasiya “maqistral kanalizasiya xətti, 1-ci və 2-ci müqavilədə göstərilmiş bina və qurğuların maqistar xəttə birləşməsi, bioloji təmizləyici qurğunun quraşdırılması”; qərargah zonasının abadlıq işləri; avtomobil yollarının tikintisi işləri üzrə icraçının ********* (yüz səksən beş milyon səkkiz yüz səkkiz min iki yüz on beş) manat məbləğində təklifini müəyyən edilmiş şərtlər əsasında qəbul edir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sımn tikintisi layihəsi üzrə - Körpülər cəbhəsi-İ mərhələ: sahil yanalma divarı (uzunluğu 1100m), ərazidə hazırlıq və torpaq işləri, qərb bəndi (uzunluğu 2110m), şərq bəndi (uzunluğu 110m), kazarmalar zonası: 300 yerlik əsgər yataqxanası (3 mərtəbə 86,3x17,6+zirzəmi), əsgər yataqxanası binalarının mebel inventarlarının quraşdırılması, sıra meydanı, hasar, daxili yollar və abadlıq işləri, su təchizatı “maqistral su xətti, 1-ci və 2ci müqavilədə göstərilən bina və qurğulara su xəttin çəkilməsi”;, qaz təchizatı “maqistral qaz xətti, Qazanxana və Yeməkxana binalarına qaz xəttin çəkilməsi”; kanalizasiya “maqistral kanalizasiya xətti, 1-ci və 2-ci müqavilədə göstərilmiş bina və qurğuların maqistar xəttə birləşməsi, bioloji təmizləyici qurğunun quraşdırılması”; qərargah zonasının abadlıq işləri; avtomobil yollarının tikintisi işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər (göndərilmiş mallar və ya göstərilmiş xidmətlər) icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri 720 gün müddətinə yerinə yetirib işləri (malları və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Müqavilənin 14.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil Təminat İdarəsi ilə “İcraçı” Cavabdeh ASC arasında bağlanmış 29 dekabr 2010-cu il tarixli 18 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sının tikintisi layihəsi üzrə - ərazidə hazırlıq və abadlıq işləri; 3 mərtəbəli 300 yerlik əsgər yataqxanası binasının tikintisi və mebel inventarları ilə təmin olunması; 5 mərtəbəli Qərərgah binasının tikintisi və mebel inventarları ilə təmin olunması; 50 mənzilli yaşayış binasının tikintisi; 2000/4000 yerlik əsgər yeməkxanası (çörək bişirmə sexi ilə) binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; Nəzarət-buraxılış məntəqəsi binasının tikintisi və mebel inventarları ilə təmin olunması; Qazanxana-Camaşırxana və Hamam binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; 2 mərtəbəli tibb məntəqəsi binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; Hərbi şəhərciyin istilik və enerji təchizatı; işləri üzrə İcraçının 79 073 886 manat məbləğində təklifini müəyyən edilmiş şərtlər əsasında qəbul edir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sının tikintisi layihəsi üzrə - ərazidə hazırlıq və abadlıq işləri; 3 mərtəbəli 300 yerlik əsgər yataqxanası binasının tikintisi və mebel inventarları ilə təmin olunması; 5 mərtəbəli Qərərgah binasının tikintisi və mebel inventarları ilə təmin olunması; 50 mənzilli yaşayış binasının tikintisi; 2000/4000 yerlik əsgər yeməkxanası (çörək bişirmə sexi ilə) binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; Nəzarət-buraxılış məntəqəsi binasının tikintisi və mebel inventarları ilə təmin olunması; Qazanxana- Camaşırxana və Hamam binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; 2 mərtəbəli tibb məntəqəsi binasının tikintisi, texnoloji avadanlıq və mebel inventarları ilə təmin olunması; Hərbi şəhərciyin istilik və enerji təchizatı; işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər (göndərilmiş mallar və ya göstərilmiş xidmətlər) İcraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri 720 gün müddətinə yerinə yetirib işləri (malları və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilə 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Müqavilə 14.1-ci bəndinə əsasən icraçı göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. Müqavilənin 19.1-ci bəndinə əsasən müqavilə qiymətinin 5%-i “İcraçı”ya obyekt istismara təhvil verildikdən 12 ay sonra ödənilir. 12 ay müddətində qüsurlar “İcraçı” tərəfindən heç bir ödəniş tələb olunmadan aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi obyekti üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlindən görünür ki, materiallar, əmək haqqı, maşın-mexanizmlərin istismarı, üstəlik xərclər, plan yığımı, müvəqqəti bina və qurğular, külək təsirinə görə əlavə xərclər, nəzərdə tutulmayan işlər və xərclər üçün nəzərdə tutulmuş cəmi podrat işlərinin dəyəri ümumilikdə 160936730,40 manat, 18 faiz Əlavə dəyər vergisi ilə birlikdə cəmi 197223469,21 manat müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla təşkilatın Müdafiə Nazirliyi Puta hərbi şəhərciyində inşa etdiyi döyüş gəmilərinin və digər üzən vasitələrin dayandığı körpülərə istismarçı tərəfindən ciddi iradlar bildirildiyi qeyd olunmuşdur. İstismarçı ilə birlikdə göstərilən iradları araşdıraraq mövcud olan nöqsanların aradan qaldırılmasının təmin edilməsi xahiş olunmuşdur. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla müqavilələr üzrə Müdafiə nazirliyi tərəfindən Cavabdeh ASC-nin hesabına 2010-2014-cü il tarixində ümumilikdə 261700082,01 manat vəsait ödənilmişdir. Qeyd olunan hərbi hissənin tikinti ekspertiza olunmamış layihə-smeta sənədlərinə əsasən başlanmışdır. Baxmayaraq ki, bağlanmış müqavilələrin xüsusi şərtlərinin 4-cü bəndinə icraçı tərəfindən aparılacaq tikintiquraşdırma, bərpa işlərinə dair işçi-layihə sənədlərinin tərtib edilməsi və mövcud qanunvericiliyə uyğun müvafiq təşkilatlarla razılaşdırılmasının təmin olunması nəzərdə tutulmuşdur. Obyektin layihə-smeta sənədlərini mövcud qanunvericiliyin şərtlərinə uyğlandırılması ilə bağlı müraciət nəticəsi qalmışdır. Yaranmış vəziyyəti nəzərə alaraq tikilmiş binaların layihə-smeta sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə tərəfindən müvafiq qurumlara müraciət olunmuşdur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təqdim olunmuş layihə-smeta sənədlərinin ekspertizası keçirərək rəy vermiş və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin ehtimal olunan dəyəri ümumilikdə 197223.469,41 manat müəyyən edilmişdir. Obyektin ehtimal olunan dəyəri ilə ödənilmiş vəsait arasındakı 64476.613,6 manat fərqin 3 ay müddətinə geri qaytarılmasını tələb etmişdir. Əks halda hüquq mühafizə orqanlarına müraicət olunacağı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla müqavilədən əlavə yerinə yetirilmiş tikinti işlərinin yerinə yetirilmiş tikinti işlərinin layihə-smeta sənədləri hazırlanaraq mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmaqla onlara təqdim olunması, Cavabdeh ASC-nin “Puta” HDQB tikinti layihəsində müqavilədən əlavə yerinə yetirilmiş işlər üçün müqavilə bağlanmasına baxıla biləcəyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə razılaşdırmadan icrasına başlanmış 27 yanvar 2016-cl il tarixli 01-VS/157 nömrəli məktubda göstərilən əlavə işlər əsaslı tikinti işlərinin titul siyahısında nəzərdə tutulmamışdır, digər tərəfdən icra edilmiş əlavə işlər layihə-smeta sənədləri işlənilmədən, tikinti norma və qaydalarının kobud şəkildə pozulması ilə, müəllif və texniki nəzarət olmadan yerinə yetirilmişdir. Buna baxmaraq yerinə yetirilmiş işlərin əlavə işlərin müvafiq qaydada ekspertiza olunmuş layihə-smeta və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin ehtimal olunan dəyəri təqdim olunduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələrin bağlanmasına baxa biləcəyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və şəxsi heyəti Cavabdeh ASC tərəfindən inşa edilmiş “Puta” Hərbi Dəniz bazasına köçürüldükdən sonra istismarla bağlı bir sıra çətinliklər yarandığı, yaranmış vəziyyətlə əlaqədar hərbi hissə komandiyinin əmri ilə “Puta” hərbi şəhərciyində inşa olunmuş körpülər cəbhəsinin və stasionar körpülərin texniki vəziyyəti aktlaşdırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinə mərurəz edildiyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsində Cavabdeh ASC-nin inşaatçı mühəndislərinin iştirakı ilə araşdırıldı və təqdim olunmuş cədvəllərin analiz olunduğu bildirilmişdir. Belə ki, Cədvəlin İ-Vİ bölmələrində: 6 ədəd 300 yerlik əsgər yataqxanaları üzrə 714.287,59 manat; sıra meydanı üzrə 144.549,67 manat; 5 mərtəbəli qərargah binası üzrə 0,0 manat, yaşayış və qərargah sahəsində abadlıq və işıqlandirma üzrə 349.376,9 manat; sahil yanalma divarı və qərb bəndi üzrə 8.531.733,75 manat olmaqla l-Vİ bölmələr üzrə cəmi 9.739947,91 manatlıq əlavə iş təsdiq olunur. Bununla yanaşı bildirmişdir ki, körpülər cəhbəsinin və sahil yanalma divarının tikintisində “Lansen-5” şpunt svaylarının əvəzinə “Az24-700” şpunt svaylarının vurulmasından obyektin dəyərində yaranan 11.119.073,87 manatlıq azalmanı, müvəqqəti bina və qurğuların tikintisi, eləcə də nəzərə alınmamış işlər üçün hesablanmış olan mənimsənilməmiş 13.587.561,0 manatlıq vəsaitin azalmasını nəzərə alınaraq, obyektin dəyəri üzrə cəmi 24.706,643,87 manatlıq azalma yarandığı qeyd olunmuşdur. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 601202 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 386852 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 746807 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 727676 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 727676 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2013-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 65929,26 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə aprel 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 129705 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə aprel 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə mart 2012-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2010-ci il tarixli 41 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən ******* manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 336372,19 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 836122,78 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 795039 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 1752038,18 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 2752491,16 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə may 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 271930,28 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2011-ci il tarixli 18 saylı müqavilə üzrə fevral 2014-cü il tarixli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən Cavabdeh ASC tərəfindən 35572921,16 manat dəyərində görülmüş işlər Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən təhvil alınmışdır. Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid aprel 2013-cü il tarixli Arayışdan görünür ki, cəmi tikinti üzrə qiymətlər hesabat ayı daxil olmaqla tikintinin əvvəli üçün 192839871,02 manat, hesabat ayı üçün cəmi 35400000 manat müəyyən edilmişdir. Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid fevral 2014-cü il tarixli Arayışdan görünür ki, cəmi tikinti üzrə qiymətlər hesabat ayı daxil olmaqla tikintinin əvvəli üçün 228412792,18 manat, hesabat ayı üçün cəmi 35572921,16 manat müəyyən edilmişdir. Cavabdeh ASC-nin yerinə yetirilmiş işlər üzrə təsdiq edilmiş akların siyahısından görünür ki, hesabat ayı iyun 2013-cü il olmaqla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmış işlərin həcmi 30000000 manat müəyyən edilmişdir. Cavabdeh ASC-nin yerinə yetirilmiş işlər üzrə təsdiq edilmiş akların siyahısından görünür ki, hesabat ayı fevral 2014-cü il olmaqla Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi tərəfindən təhvil alınmış işlərin həcmi 30146543,36 manat müəyyən edilmişdir. Cavabdeh ASC-nin yerinə yetirilmiş işlər üzrə təsdiq edilmiş akların siyahısından görünür ki, hesabat ayı aprel 2014-cü il olmaqla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmış işlərin həcmi 4237288,14 manat müəyyən edilmişdir. Müdafiə Nazirliyinin ilə "xxxx" ASC arasında bağlanmış 29 .12.2010-cu il tarixli 41 nömrəli və xx.xx.20211-ci il tarixli 18 nömrəli müqavilələr üzrə ödənilmiş vəsait və yerinə yetirilmiş iş həcmləri barəsində məlumatdan görünür ki, müqavilənin dəyəri ********* manat, müqavilə üzrə ASC-nin hesabına ödənilmiş məbləğ 261700082,95 manat, müqavilə üzrə yerinə yetirilmiş işin həcmi 264882100,99 manat, yerinə yetirilmiş iş həcminə görə borc qalığı 3182018,04 manat müəyyən olunmuşdur. Hesablama Palatasının 2017-ci il tarixli yoxlama aktına əsasən Qaradağ rayonu, Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisi işlərinə görə iş həcmini azaldılaraq debitor borcu 64476617,60 manat dəyərində artırılmışdır. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş 15/11 nömrəli X3 məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC "20" iyul 2011-ci il tarixdə bağlanmış 18 saylı müqaviləyə əsasən Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında sahil yanalma divarı, ərazidə hazırlıq və torpaq işləri, qərb bəndi, şərq bəndi, kazarmalar zonası: 300 yerlik əsgər yataqxanası, əsgər yataqxanası binalarının mebel inventarlarının quraşdırılması, sıra meydanı, hasar, daxili yollar, abadlıq işləri, su xəttinin, kanalzasiya xəttinin, magistral qaz xəttinin çəkilməsi, bioloji tomziləyici qurğunun quraşdırılması, qərargah zonasının abadlıq işləri, avtomobil yollarının tikintisi işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği 53,006,601.20 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş 14/11 nömrəli X3 məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC "29" dekabr 2010-cu il tarixdə bağlanmış 41 saylı müqaviləyə və "03" avqust 2011-ci il tarixli 17 saylı əlavə razılaşmasına əsasən Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında torpaq işləri, müvəqqəti yolların, əsgər yataqxanasının, nəzarət- buraxılış məntəqəsinin, qərargah binasının, yaşayış binasının tikintisi və yaşayış sahəsinin istilik və enerji təchizatı işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği 15,729,165.80 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş 10/10-PM nömrəli X3 məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC "29" dekabr 2010-cu il tarixli 41 saylı Tikinti-quraşdırma işləri üzrə Podrat Müqaviləsi əsasında Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında Qaradağ rayonu, Puta qəsəbəsində "Hərbi Dəniz Qüvvələrinin Bazası"nın tikintisi layihəsi üzrə nəzərdə tutulan işlərin aparılmasını öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği 7,993,000 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş 10/10-PM nömrəli X3 məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC "29" dekabr 2010-cu il tarixli 41 saylı Tikinti-quraşdırma işləri üzrə Podrat Müqaviləsi əsasında Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında Qaradağ rayonu, Puta qəsəbəsində "Hərbi Dəniz Qüvvələrinin Bazası"nın tikintisi layihəsi üzrə nəzərdə tutulan işlərin aparılmasını öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği 7,993,000 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş G1/1307-03 nömrəli X3 məktubundan görünür ki, ünvan 1 olan "xxxx" ASC 20 iyul 2011-ci il tarixli 18 saylı Podrat Müqaviləsinə əsasən Qaradağ rayonu, Puta qəsəbəsində "Hərbi Dəniz Qüvvələrinin Baza" sının tikintisi layihəsi üzrə - Körpülər cəbhəsi İ mərhələ: sahil yanalma divarı, ərazidə hazırlıq və torpaq işləri, qərb bəndi, şərq bəndi, kazarmalar zonası: 300 yerlik əsgər yataqxanası, əsgər yataqxanası binalarının mebel inventarlarının quraşdırılması, sıra meydanı, hasar, daxili yollar, abadlıq işləri, su xəttinin, kanalzasiya xəttinin, magistral qaz xəttinin çəkilməsi, bioloji təmziləyici qurğunun quraşdırılması, qərargah zonasının abadlıq işləri, avtomobil yollarının tikintisi işlərinin yerinə yetirilməsini Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği ********.98 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş G1/1307-02 nömrəli X3 məktubundan görünür ki, ünvan 1 olan "xxxx" ASC 29 dekabr 2010-cu il tarixli 41 saylı Müqaviləyə əsasən Qaradağ rayonu, Puta qəsəbəsində "Hərbi Dəniz Qüvvələrinin Baza" sının tikintisi layihəsi üzrə torpaq işləri, müvəqqəti yolların, əsgər yataqxanasının, nəzarət-buraxılış məntəqəsinin, qərargah binasının, yaşayış binasının tikintisi və yaşayış sahəsinin istilik və enerji təchizatı işlərinin yerinə yetirilməsini Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin qarşısında öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği ********.99 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilmiş G1/1307-04 nömrəli X3 məktubundan görünür ki, ünvan 1 olan "xxxx" ASC Qaradağ rayonu, Puta qəsəbəsində "Hərbi Dəniz Qüvvələrinin Baza"sının tikintisi layihəsi çərçivəsində 20 iyun 2011-ci il tarixdə imzalanmış 18 saylı müqaviləyə əsasən Körpülər cəbhəsi - İ mərhələ: sahil yanalma divarı, ərazidə hazırlıq və torpaq işləri, qərb bəndi, şərq bəndi, kazarmalar zonası: 300 yerlik əsgər yataqxanası binalarının mebel invertalarının quraşdırılması, sıra meydanı, hasar, daxili yollar, abadlıq işləri, su xəttinin, kanalizasiya xəttinin, maqistral qaz xəttinin çəkilməsi, bioloji təmizləyici qurğunun quraşdırılması, qərargah zonasının abadlıq işləri, avtomobil yollarının tikintisi işlərinin icrasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi qarşısında öhdəsinə götürmüşdür. "xxxx" ASC ümumi məbləği 40,000,000 manata qədər olan qarantiyanı verərək, icraçı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişi aldıqdan sonra birinci tələblə, göstərilən məbləğə kimi belə, istənilən məbləği tələbin və ya göstərilən məbləğin sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Cavabdeh iddiaçı ilə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Qaradağ rayonu, Puta qəsəbəsində “Hərbi Dəniz Qüvvələrinin Baza”sının tikintisi layihəsini işlərini görməyi, iddiaçı isə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən müvafiq işlər görülüb başa çatdırılmış, təhvil-təslim aktı əsasında iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verilmiş, iddiaçı təhvil almış və həmin müqavilələr üzrə ödənilməli olan ********* manat məbləğdən ********* manat hissəsi iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. X4 Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci ilin bazis smeta qiymətlərinə nisbətən ehtimal olunan müqavilə dəyərinin məbləği 197223469,41 manat, artım əmsalı isə 23,26 dəfə hesablanmış və 64476612,6 manat məbləğində vəsaitin Cavabdeh ASC-yə artıq ödənilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı həmin artıq ödənilmiş 64476612,6 manat məbləğində pul vəsaitin cavabdeh alınaraq onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddianın ədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən, aralarında imzalanmış podrat müqavilələri üzrə ödənilmiş vəsaitin artıq ödənilmiş hissəsini tələb etmək hüququ yaranmış olsa da, cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, həm Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddətini, həm də 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki iddiaçı artıq ödədiyi 64476612,6 manat məbləğində vəsait hesabına əsassız varlanmış cavabdehdən sonradan aradan qalxmış əsasa görə həmin məbləğin geri qaytarılmasını xx.xx.2016-cı il tarixdə tələb etmiş və həyata keçirilmiş əsasın aradan qalxması iddiaçıya xx.xx.2016-cı il tarixdən məlum olmuşdur. Lakin həmin vaxtdan sonra iddiaçı cavabdehə bu barədə müraciət etməmiş, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsini etiraf edən hər hansı hərəkətlər edilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə artıq ödənişlər edilməsini, yəni əsasın aradan qalxdığını bildiyi xx.xx.2016-cı il tarixdən iddia müddətinin axımı başlanmış və həmin tarixdən də 2 il müddət keçmişdir. Digər tərəfdən xx.xx.2010-cu il tarixli (1-ci müqavilə) və xx.xx.2011-ci il tarixli (2-ci müqailə) podrat müqavilələri üzrə cavabdehin öhdəliyi icra etmə müddətinin 720 gün müəyyən edildiyini, həmin müddətlərin müvafiq olaraq xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərində başa çatdığını və həmin vaxtlardan da iddia müddətlərinin axımının başladıqlarını nəzərə aldıq da həmin tarixlərdən 3 il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, əsassız varlanma üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdə başlanmış və xx.xx.2018-ci il tarixdə bitmiş, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə iddia müddətinin başlanğıcı müvafiq olaraq 1ci müqavilə üzrə xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2015-ci il tarixdə bitmiş, 2-ci müqavilə üzrə xx.xx.2013-cü il tarixdə başlanmış və xx.xx.2016-ci il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni hər bir halda artıq ödənilmiş pulun qaytarılması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə iddia qaldırdığı üçün iddia təmin edilməməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2589/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2589/2024
18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver