Məhkəmə qərarları › İş №e-2-2(113)-259/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-259/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-259/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 118 752,61 manat əsas borc, 13171,64 manat faiz borcu, 77488,26 manat cərimə borcu olmaqla cəmi 209 412,51 manat, K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə 250 000 manat əsas borc, 30001,84 manat faiz borcu, 177 430,56 manat cərimə borcu olmaqla cəmi 457 432,40 manat, K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə 173 197,37 manat əsas borc, 41020,48 manat faiz borcu, 109 588,83 manat cərimə borcu olmaqla cəmi 323 806,68 manat, DCL00208930- 05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 103 546 manat əsas borc, 4832,15 manat faiz borcu, 67647,18 manat cərimə borcu olmaqla cəmi 176 025,33 manat məbləğində borcun cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1al rayonu, 3138-3141ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, 117 saylı 78.8 kv.m ibarət (yeni qaydalarda: ünvan 1al rayonu, Mətbuat prospekti 81, M7, m4) mənzilə və Qanuni nümayəndə mülkiyyətində olan ünvan 3, 107 saylı 145.8 kv.m ibarət olan (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M24, m5) mənzilə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan adıçəkilən mənzilin hərracdan ilkin satış qiymətinin 122 800 manat, Qanuni nümayəndə mülkiyyətində olan adıçəkilən mənzilin hərracdan ilkin satış qiymətinin 158 800 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə iddiaçıya borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 973,34 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01389LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında xx.xx.2020-ci il tarixdə GL4157 saylı kredit limiti müqaviləsi imzalanmışdır. xx.xx.2020-ci il tarixdə GL4157 saylı kredit limiti müqaviləsinin təminatı olaraq Qanuni nümayəndə Naidr oğlu ilə xx.xx.2020-ci il tarixdə Z4087 saylı zaminlik müqaviləsi imzalanmışdır. 2.2. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış GL4157 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: 1. Cavabdeh3 mülkiyyətində olan ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, 117 saylı 78,8 kv.m ibarət mənzil (yeni qaydalarda: ünvan 1al rayonu, Mətbuat prospekti 81, M7, m4) iddiaçının xeyrinə 25 sentyabr 2020-ci il tarixli İ3512 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********96-05301-093049, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 2. Qanuni nümayəndə mülkiyyətində olan ünvan 3, 107 saylı 145.8 kv.m ibarət olan mənzil (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M24, m5) iddiaçının xeyrinə 03 avqust 2021-ci il tarixli İ3830 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********44-05301-093096, qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. 2.3. Sonradan tərəflər arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və GL4157 saylı kredit limiti müqaviləsi çərçivəsində: xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 16 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 % olmaqla 250 000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit; xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla 250 000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit xətti açılmışdır. 2.4. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01389LE/2019 saylı razılaşma çərçivəsində tərəflər arasında: xx.xx.2021-ci il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5 % olmaqla 250 000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2021-ci il tarixli DC00208930-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla 103 546 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq Qanuni nümayəndə Naidr oğlu arasında xx.xx.2021-ci il tarixdə DG**********36 saylı, DC00208930-05 saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq Qanuni nümayəndə Naidr oğlu arasında xx.xx.2021-ci il tarixdə DG**********100 saylı zaminlik müqavilələri imzalanmışdır. 2.5. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda ipoteka saxlayan ipoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarələrinə təqdim olunmuş və qeydiyyata alınmışdır. 2.6. İddiaçı mediasiya xidmət haqqı olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 973,34 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqı ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İpoteka müqaviləsinə əsasən müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319, 385.1, 445.1, 500.2-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-259/2025 nömrəli qərardadı ilə iddia tələbinin “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndələri X5, X3, X7 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat (izahlar) verdilər və iddianın təmin edilməsini xahiş etdilər.

7. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmiş və sübutlarla tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, lakin cavabdeh növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə bildirişləri cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-nin (o cümələdən qanuni təmsilçisinin) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirməklə, Cavabdeh2 MMC-nin hüquqi ünvanına, cavabdeh Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, cavabdeh Qanuni nümayəndə və Cavabdeh2 MMC-nin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə “bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyası”nın şərtlərinin qəbul edilməsi barədə OnGTC-01389LE/2019 nömrəli razılaşma imzalanmış, cavabdeh həmin razılaşmanı imzalamaqla bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda, yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir; – iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli GL4157 nömrəli kredit limiti müqaviləsi bağlanmış, kredit limitinin şərtlərinə əsasən limitin məbləği 10 000 000 manat, müddəti xx.xx.2030-cu il tarixədək, limit üzrə illik faiz 25 %, tətbiq edilən cərimə illik 40 % olaraq razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli Z4087 saylı zaminlik müqaviləsi ilə cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında kredit limiti müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. – Ümumi şərtlər toplusu və xx.xx.2020-ci il tarixli GL4157 nömrəli kredit limiti müqaviləsi çərçivəsində iddiaçı tərəfindən borcalan Cavabdeh2 MMC-yə tərəflər arasında imzalanmış xx.xx.2021-cü il tarixli K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 16 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 % olmaqla 250 000 manat məbləğində, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla 250 000 manat məbləğində birdəfəlik kredit verilmişdir. – Ümumi şərtlər toplusu çərçivəsində iddiaçı tərəfindən borcalan Cavabdeh2 MMCyə tərəflər arasında imzalanmış xx.xx.2021-cü il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5 % olmaqla 250 000 manat məbləğində, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla 103 546 manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli DG**********36 saylı zaminlik müqaviləsi ilə cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında DC00208930-01 saylı kredit müqaviləsi, xx.xx.2021-ci il tarixli DG**********100 saylı zaminlik müqaviləsi ilə cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında DC00208930-05 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. – Cavabdeh2 MMC kredit məbləğini təşkil edən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

13. İddiaçı DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 118 752,61 manat əsas borc, 13171,64 manat faiz borcu, K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə 250 000 manat əsas borc, 30001,84 manat faiz borcu, K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə 173 197,37 manat əsas borc, 41020,48 manat faiz borcu, DCL00208930- 05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 103 546 manat əsas borc, 4832,15 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.

14. Borcalan və zamin hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir. İpoteka qoyan isə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etməmiş, daha sonra hər hansı mövqe bildirməmişdir.

15. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

16. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

20. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

21. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

22. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

23. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və ekspert rəyləri alınanadək iş üzrə icraat dayandırılmış, 05 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7912 nömrəli, 24 oktyabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə, 04 dekabr 2024-cü il tarixində 9/77xx-xx/7562 nömrəli 23 noyabr 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir.

24. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 259/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Vəsatətdə qeyd olunan əsaslar ekspert rəyini şübhə altına almağa əsas verməmişdir. Həmin qərardadda göstərilmişdir ki, 24 oktyabr 2024-cü il tarixli 9/7912 nömrəli ekspert rəyindən hər müqavilə üzrə edilən ödənişlərin əvvəlcə faiz, daha sonra isə əsas borca silindiyi görünür. Dəbbə puluna münasibətdə isə məhkəmə göstərmişdir ki, qanunverici məhkəməyə dəbbə pulunun məbləğini qiymətləndirmək səlahiyyəti vermişdir və belə bir qiymətləndirmənin aparılması isə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsinin, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətinin, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərinin nəzərə alınmasını tələb edir. Digər tərəfdən, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Bu mənada iddiaçının vəsatətində həmin rəyi şübhə altına alınması ilə bağlı hər hansı ciddi əsas göstərilməmişdir. Həmçinin rəylə maliyyə arayışı arasında fərqin yaranması özüözlüyündə təkrar ekspertizanın keçirilməsi üçün əsas deyildir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli 9/7912 nömrəli ekspert rəyindən görünür ki, DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müddətinin sonuna (xx.xx.2022-ci il tarixə) əsas borc 117 679,79 manat, faiz borcu 12944,78 manat, K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müddətinin sonuna (xx.xx.2022-ci il tarixə) əsas borc 250 000 manat əsas borc, 23246,96 manat faiz borcu, K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müddətinin sonuna (xx.xx.2023-cü il tarixə) əsas borc 173 423,12 manat, faiz borcu 27513,55 manat, DCL00208930-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müddətinin sonuna (xx.xx.2022-ci il tarixə) əsas borc 103 546 manat, faiz borcu 4872,42 manat təşkil edir.

26. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §9, 218.3-cü maddə).

27. Belə olan halda, xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 173197,37 manat əsas borc, 27513,55 manat faiz borcu, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 250000 manat əsas borc, 23246,96 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC00208930- 01 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 117679,79 manat əsas borc, 12944,78 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 103546 manat əsas borc, 4832,15 manat faiz borcu müəyyən edilməlidir.

28. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

30. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 173197,37 manat əsas borc, 27513,55 manat faiz borcu, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 250000 manat əsas borc, 23246,96 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 117679,79 manat əsas borc, 12944,78 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 103546 manat əsas borc, 4832,15 manat faiz borcu cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

33. İddia ərizəsində iddiaçı DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 77488,26 manat, K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə 177 430,56 manat, K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə 109 588,83 manat, DCL00208930-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 67647,18 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.

34. xx.xx.2021-cü il tarixli K4670 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 %, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 %, xx.xx.2021-cü il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5 %, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % razılaşdırılmışdır.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 9000 manat, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 13000 manat, xx.xx.2021-ci il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 6500 manat, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 6000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

40. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 9000 manat, xx.xx.2021ci il tarixli K4727 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 13000 manat, xx.xx.2021-ci il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 6500 manat, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 6000 manat pul cavabdehlər cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

41. İddiaçı eyni zamanda tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, 117 saylı 78.8 kv.m ibarət (yeni qaydalarda: ünvan 1al rayonu, Mətbuat prospekti 81, M7, m4) mənzilə və Qanuni nümayəndə mülkiyyətində olan ünvan 3, 107 saylı 145.8 kv.m ibarət olan (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M24, m5) mənzilə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan adıçəkilən mənzilin hərracdan ilkin satış qiymətinin 122 800 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, Qanuni nümayəndə mülkiyyətində olan adıçəkilən mənzilin hərracdan ilkin satış qiymətinin 158 800 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə iddiaçıya borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsini xahiş edir.

42. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

43. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

44. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

45. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

46. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

47. “İpoteka haqqında” Qanunun (zaman görə qüvvədə olan redaksiyasına əsasən) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

48. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

49. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

50. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh3 (ipoteka qoyan qismində) və Cavabdeh2 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli İ3512 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə “İpoteka qoyan”ın “İpoteka saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “İpoteka qoyan”ın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “İpoteka qoyan” tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda “İpoteka saxlayan”ın “İpoteka qoyan”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir (1.1). İpoteka predmeti “İpoteka qoyan”ın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil (1.2). İpoteka predmeti: Mənzil (2.1); Yerləşdiyi ünvan: ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, mənzil 117 (yeni qaydalarla: ünvan 1al rayonu, Mətbuat prospekti, 81, M7, m4) (2.2); Təsdiqedici sənədlər: AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alımış çıxarış (Seriya RX № 1522181, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********96-05301-093049) (2.3); Predmetin təsviri: xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78.8 kv.m. ibarət mənzil (2.4); Predmetin dəyəri: 153,500.00 (bir yüz əlli üç min beş yüz) Azərbaycan manatı (2.5); Qiymətləndirici: "xxxx" MMC, xx.xx.2020-ci il (2.6); Əsas öhdəlik(lər): “İpoteka saxlayan”la “Kredit alan” arasında imzalanmış xx.xx.2020-ci il tarixli GL4157 saylı kredit limiti müqaviləsi (2.7); Öhdəlik yaradan müqavilənin (və ya müqavilələrin) şərtləri: illik 25% (iyirmi beş) faizədək, illik cərimə 40% (qırx) faizədək olmaqla, xx.xx.2030-cu il tarixinədək ayrılmış 10,000,000.00 (on milyon) Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti (2.8); Bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb “İpoteka saxlayan”la “İpoteka qoyan” arasında bağlanmış bu müqavilənin 2.7-ci bəndində göstərilən müqavilədən (və ya müqavilələrdən), ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də “İpoteka saxlayan”la “İpoteka qoyan” arasında gələcəkdə bağlanacaq öhdəlik yaradan müqavilələrdən irəli gələn “İpoteka saxlayan”ın “İpoteka qoyan”a qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə ilə bağlı xərclər, bununla əlaqədar notariusun icra qeydinin alınması və /və ya məhkəmə xərclərinin, İpoteka predmetinin sığorta olunması və salamatlığının qorunması, mühafizə olunması və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti “İpoteka qoyan”la “İpoteka saxlayan” arasında gələcəkdə bağlanacaq öhdəlik yaradan müqavilələrdə göstəriləcəkdir (3.1). Müqavilənin 2.7-ci bəndində göstərilən öhdəlik yaradan müqaviləyə (və ya müqavilələrə) əsasən, “İpoteka qoyan” bu Müqavilənin 2.8-ci bəndində göstərilən şərtlərlə öhdəliyi icra etməyi (“İpoteka saxlayan”a nağd və ya köçürmə yolu ilə qaytarılmasını) öhdəsinə götürmüşdür (3.2).

51. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli GL4157 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, mənzil 117-nin (yeni qaydalarla: ünvan 1al rayonu, Mətbuat prospekti, 81, M7, m4) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

52. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

53. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh Qanuni nümayəndə (ipoteka qoyan qismində) və Cavabdeh2 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli İ3830 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə Kredit alanın İpoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi Kredit alan tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda İpoteka saxlayannın Kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir (1.1). İpoteka predmeti İpoteka qoyanın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil (1.2). xx.xx.2021-ci il tarixli İ3830 saylı İpoteka müqaviləsi (1.3). İpoteka predmeti: Mənzil (2.1); Yerləşdiyi ünvan: ünvan 2 (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) (2.2); Təsdiqedici sənədlər: AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış çıxarış (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********44-05301-093096) (2.3); Predmetin təsviri: xüsusi mülkiyyətdə olan ümumi sahəsi 145.80 kv.m. ibarət mənzil (2.4); Predmetin dəyəri: 198 500 Azərbaycan manatı (2.5); Qiymətləndirici: "xxxx" MMC, xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı (2.6); Əsas öhdəlik(lər): “İpoteka saxlayan”la “Kredit alan” arasında imzalanmış xx.xx.2020-ci il tarixli GL4157 saylı kredit limiti müqaviləsi (2.7); Öhdəlik yaradan müqavilənin (və ya müqavilələrin) şərtləri: illik 25% (iyirmi beş) faizədək, illik cərimə 40% (qırx) faizədək olmaqla, xx.xx.2030-cu il tarixinədək ayrılmış 10,000,000.00 (on milyon) Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti (2.8). Bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb İpoteka saxlayanla Kredit alan arasında bağlanmış bu Müqavilənin 2.7-ci bəndində göstərilən müqavilədən (və ya müqavilələrdən), ona edilmiş əlavələrdən əmələ gələn mövcud və İpoteka saxlayanın Kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı xərclər, bununla əlaqədar notariusun icra qeydinin alınması və /və ya məhkəmə xərcləri, İpoteka predmetinin sığorta olunması və salamatlığının qorunması, mühafizə olunması və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir (3.1). Müqavilənin 2.7-ci bəndində göstərilən öhdəlik yaradan müqaviləyə (və ya müqavilələrə) əsasən, Kredit alan bu Müqavilənin 2.8-ci bəndində göstərilən şərtlərlə öhdəliyi icra etməyi (İpoteka saxlayana nağd və ya köçürmə yolu ilə qaytarılmasını) öhdəsinə götürmüşdür (3.2). İpoteka qoyan bu müqaviləni imzalamaqla qəbul və təsdiq edir ki, Kredit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının, Müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% (on) faiz həcmində aşağı düşməsi halında İpoteka saxlayan birtərəfli qaydada öhdəliyi təşkil edən kredit üzrə faiz dərəcəsini 2% (iki) faizədək, həmçinin öhdəlik yaradan müqavilə üzrə müqavilə şərtlərinin pozulmasına görə faiz dərəcəsi İpoteka saxlayan tərəfindən 5%-ə qədər İpoteka qoyanı xəbərdar etmədən birtərəfli qaydada artırıla bilər və bu halda İpoteka qoyan bu Müqavilə üzrə təminat verdiyi öhdəlik həcminin müvafiq şəkildə artdığı halda həmin hissədə də öhdəliyini icra edəcəyinə zəmanət verir (3.3).

54. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli GL4157 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 2-ün (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

55. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

56. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

57. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

58. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

60. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4368/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/77xx-xx/7562 nömrəli ekspert rəyinə əsasən, ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, mənzil 117-nin (yeni qaydalarla: ünvan 1al rayonu, Mətbuat prospekti, 81, M7, m4) bazar dəyəri 224045,5 manat, likvid dəyəri 201 604,9 manat təşkil edir.

61. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-259/2025 nömrəli qərardadı əsasında aparılmış “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 121 nömrəli rəyinə əsasən, ünvan 2-ün (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) bazar dəyəri 335 000 manat, likvid dəyəri 305 000 manat təşkil edir.

62. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı əsaslı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyləri qiymətləndirərək hesab edir ki, ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, mənzil 117 (yeni qaydalarla: ünvan 1al rayonu, Mətbuat prospekti, 81, M7, m4) ilkin satış qiyməti 201 604,9 manat, ünvan 2-ün (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) ilkin satış qiyməti 305 000 manat müəyyən edilməlidir.

63. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

64. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh2 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Qanuni nümayəndə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 145.8 kv.m ibarət olan 107 saylı mənzilə (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) ilkin satış qiyməti 305000 manat müəyyən edilməklə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, 117 saylı 78.8 kv.m ibarət (yeni qaydalarda: ünvan 1al rayonu, Mətbuat prospekti 81, M7, m4) mənzilə ilkin satış qiyməti 201604,9 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışdan əldə olunmuş vəsait cəmi 747460,6 manat borcun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait cəmi 747460,6 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

65. İddiaçı eləcə də mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 973,34 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.

66. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli qəbz əsasında 923 manat, ********** nömrəli qəbz əsasında 50,34 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

67. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 102 manat ödənilmişdir.

68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatların dəyərini 250 manat təşkil edir.

69. “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 121 nömrəli rəyinə əsasən, aparılmış tədqiqatın dəyərini 300 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.

70. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02410 nömrəli arayışdan görünür ki, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmiş və cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər.

71. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

72. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

73. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

74. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

75. Göründüyü kimi, ilkin mediasiya sessiyasında iştirak edilərkən məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

76. Mülki Prosessual Məcəllənin 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

79. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

80. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 102 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 150 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 250 manat cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

81. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli K4670 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 173197,37 manat əsas borc, 27513,55 manat faiz borcu, 9000 manat cərimə, xx.xx.2021-ci il tarixli K4727 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 250000 manat əsas borc, 23246,96 manat faiz borcu, 13000 manat cərimə, xx.xx.2021-ci il tarixli DC00208930-01 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 117679,79 manat əsas borc, 12944,78 manat faiz borcu, 6500 manat cərimə, xx.xx.2021-ci il tarixli DCL00208930-05 saylı maliyyələşdirmə üzrə ərizə (kredit razılaşması) üzrə 103546 manat əsas borc, 4832,15 manat faiz borcu, 6000 manat cərimə olmaqla cəmi 747460,6 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Qanuni nümayəndə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 145.8 kv.m ibarət olan 107 saylı mənzilə (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M24, m5) ilkin satış qiyməti 305000 manat müəyyən edilməklə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1al rayonu, 3138-3141-ci məhəllə, Mətbuat prospekti, ev 35C, giriş 3, 117 saylı 78.8 kv.m ibarət (yeni qaydalarda: ünvan 1al rayonu, Mətbuat prospekti 81, M7, m4) mənzilə ilkin satış qiyməti 201604,9 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. Əmlakların satışdan əldə olunmuş vəsait cəmi 747460,6 manat borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait cəmi 747460,6 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 102 manat, Ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 150 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 250 manat cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar