Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-262/2021 03.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən həmin kooperativ tərəfindən iddiaçıya ödənilməli olan 132.000 manat məbləğində pulun ödənilməsini gecikdirdiyinə görə illik 5% olmaqla 33.000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" MTK ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixli imzalanmış razılaşmaya əsasən "Cavabdeh" Mənzil Tikinti Kooperativinin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, S.Tagızadə küçəsi 15-də yerləşən və cavabdehə məxsus olan yeni inşa edilən binada iddiaçı tərəfindən tikinti işləri, yəni həmin binada hörgü, betontökmə, üzlük çəkmə və digər işləri aparılmışdır. Razılaşmaya əsasən iddiaçı tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və 2016 -cı ilin may ayında tam təhvil verilmişdir. Bu barədə tərəflər arasında müvafiq aktlar tərtib edilmiş və razılaşma əsasında görülmüş işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğin 75.000 manat hissəsi "xxxx" QSC X5 təşkilatı vasitəsilə ödənilmişdir. Borcun olması ilə əlaqədar cavabdeh "Cavabdeh" MTK-nin xx.xx.2016-cı il tarixli 41 saylı məktubunda 132.000 manat məbləğində borc etiraf etmişdir. Lakin o zaman iddiaçı dəfələrlə borcun ödənilməsini tələb etsə də, ödəniş həyata keçirilməmişdir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(81)-1856/2016 saylı xx.xx.2016 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş və cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativindən 132.000 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 132.030 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Bu yaxınlarda, yəni beş ildən sonra kooperativin iddiaçıya olan 132.000 manat məbləğində borcu çox böyük çətinliklə "Cavabdeh" MTK tərəfindən məhkəmə qətnaməsini icra edən icra şöbəsinin köməkliyi ilə ödənilmişdir. Ona görə hesab edir ki, "Cavabdeh" MTK öz üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi və pul öhdəliyini icra etmədiyi üçün ödənilməyən məbləğin illik beş faizi həddində pul ödəməlidir. Qeyd edir ki, xx.xx.2020-ci ildə "Cavabdeh" MTK-ya pul tələbi ilə əlaqədar pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən onun tələbinə cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə iddia tələbini qəbul eyməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi 15-də yerləşən Cavabdeh sədri X3 ilə İddiaçı arasında razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Cavabdeh: -İddiaçı inşaat briqadası ilə birlikdə kooperativin binasında icra etdikləri hər növ işlərə ümumi nəzarəti keçirməyi; -görülən işlər tam başa çatdıqdan sonra, inşaatçıların yerinə yetirdikləri ümumi işlərə görə əmək haqqının, həmçinin həmin işlərə onlar tərəfindən sərf olunmuş bütün materialların dəyərini razılaşmanın əldə edildiyi zaman Azərbaycan manatınnı qüvvədə olan məzənnəsi ilə hesablaşmaq şərti ilə uyğun həcmli mənzil sahəsi ilə təmin etməklə ödənməsini həyata keçirməyi; -görülmüş işlərin həcminin hesablanmasını, mütəmadi olaraq hər iki tərəfin imzaları ilə təsdiq edilən Forma-2 və digər müvafiq sənədlər arasında həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin Razılaşmaya əsasən İddiaçı : -rəhbərlik etdiyi inşaatçı briqadanın görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirməyi; -inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etməyi; -materiallardan, elektrik, qaynaq və digər avadanlıqlardan istifadə, həmçinin işgörmə zamanı yarana biləcək digər təhlükəsizlik risklərinin idarə edilməsini öhdəsinə götürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı iddiası qismən təmin edilərək Cavabdeh MTK-dan İddiaçı xeyrinə 132.000 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının Cavabdehnə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddiası təmin edilmiş, Cavabdehndən 31.892.827,51 manat və 6.510.6720,99 ABŞ dolları məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının xeyrinə tutulması, borc tələbi cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 5,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya yönəldilməsi, Cavabdeh qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının həmin əmlaklar üzərində hüquqların tanınması, cavabdehin üzərində qeyd edilən əmlakın “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin göstərilən əmlakların “xxxx” MMC tərəfindən qiymətləndirilmiş, cəmi 20.728.800 manat məbləğində dəyəri çıxıldıqdan sonra, borcun 21.647.513,16 mabləğində qalan hissəsi Cavabdeh digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borc tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “xxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” x xxxxxx 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı ilə “xxxx” QSC BOKT-un “xxxx” ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, AR ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakın “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır. Həmin fərmanın icrası ilə bağlı Cavabdeh problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının mülkiyyətindən “xxxx” ASC-nin mülkiyyətinə verilməsinə dair “xxxx” QSC BOKT, “xxxx” ASC və Cavabdeh MTK arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli razılaşmadan görünür ki, “xxxx” QSC-nin Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş binanın “xxxx” ASC-nin mülkiyyətinə verilməsi məqsədilə təhviltəslim komissiyası yaradılaraq audit şirkəti təırəfindən qiymətləndirmə keçirilmiş, qiymətləndirmə nəticəsində həımin binada satılmamış mənzil və qeyri-yaşayış sahələrinin bazar dəyərinin 13.025.000 manat dəyərində olması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MTK-nın həmin yaşayış binasının tikintisi ilə bağlı cəmi 204.109 manat məbləğində kreditor borclarının da mövcud olması qeyd edilmişdir. Razılaşmaya əsasən Cavabdeh problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zəngərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində yerləşən yaşayış binasına yerləşən satılmamış 6.713 kv.m.olan 58 ədəd mənzillər, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13.025.000,00 manat dəyərindən kreditor və vergi borcları çıxıldıqdan sonra xalis dəyərində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. İddiaçı “xxxx” ASC-də olan bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, həmin hesaba Cavabdeh MTK-nın hesabından xx.xx.2018-ci il tarixdə 20.000, xx.xx.2018ci il tarixdə 10.000, xx.xx.2019-cu il tarixdə 10.000, xx.xx.2019-cu il tarixdə 4.500, “X1” ASC-nin hesabından xx.xx.2020-ci il tarixdə 20.000, xx.xx.2020-ci il tarixdə 20.000, xx.xx.2020-ci il tarixdə 20.000, xx.xx.2020-ci il tarixdə 4.500, xx.xx.2020-ci il tarixdə 3.300 manat olmaqla cəmi 132.119, 34 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı Cavabdeh MTK-ya pretenziya məktubu ilə müraciət edərək 132.000 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsini tələb etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşma əsasında MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi 15-də yerləşən binada tikinti işlərini yerinə yetirmiş, həmin işlərə görə Cavabdeh MTK-nın İddiaçı 132.000 manat məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı iddiası qismən təmin edilərək həmin borcun Cavabdeh MTK-dan tutulması qət edilmişdir. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən işin məhkəmə tərəfindən müəyyən edilmiş halların görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdehnə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 5,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan bina MTK-nın problemli kredit borclarının əvəzində “xxxx” QSC BOKT-un mülkiyyətinə verilmiş, Azərbaycan Respublikasının Prezidentinin “xxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” x xxxxxx 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı və həmin fərmanın icrası olaraq bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən həmin binada yerləşən satılmamış mənzil və qeyri-yaşayış sahələri MTK-nın binanın tikintisi ilə bağlı borcları çıxıldıqdan sonra “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı olan 132.000 manat məbləğində borcun 44.500 manat hissəsi “xxxx” QSC BOKT vasitəsilə ödənilmiş, 87.530 manat hissəsi isə “xxxx” ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. Qətnamə xx.xx.2020-ci il tarixdə tam icra olunmuşdur. Hazırda İddiaçı Cavabdeh MTK-nın xx.xx.2016-cı il tarixli razılaşma üzrə yaranmış borcun ödənilməsini gecikdirməklə yalnız 2020-ci ildə icra etdiyini əsas göstərərək illik 5 % hesabı ilə 33.000 manat məbləğində faizlərin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin məzmunundan da göründüyü kimi kreditor illik 5% hesabı ilə pul məbləğində faizlərinin hesablanmasını borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda tələb edə bilər. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. İş materiallarından olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşmadan isə göründüyü kimi həmin razılaşmada İddiaçı tərəfindən görüləcək işlərin dəyərinin ödənilməsi müddətləri müəyyən edilməmişdir, eyni zamanda həmin razılaşmada MTK-nın görülmüş işlərin müqabilində İddiaçı pul ödəmək öhdəliyi ümumiyyətlə nəzərdə tutulmamış, əvəzində MTK-nın görülmüş işlərə görə İddiaçı tikilən binada mənzillə təmin etməli olması qeyd edilmişdir. Bununla yanaşı iddiaçı Ş.Quliyev müqavilə üzrə işlərin cavabdehə təhvil verilməsi vaxtını təsdiq edə biləcək təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində də işlərin görülməsinin dəqiq vaxtı müəyyən edilməmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçının gecikdirilməsinə görə faiz hesablanmasını tələb etdiyi pul öhdəliyinin nə vaxt yaranmasını, eləcə də həmin öhdəliyin icrasının gecikdirilməsinin nə vaxtdan hesablanmalı olmasını, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilənədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsi ilə pul öhdəliyinin icrasının ödənilməsinin gecikdirilməsinə görə faizlərin hesablanması üçün əsas olubolmadığını müəyyən etmək mümkün deyil. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. İşin yuxarıda göstərilən hallarından isə göründüyü kimi Cavabdeh MTK-nın ödəmə qabiliyyətini olmadığından İddiaçı tikinti işlərini yerinə yetirildiyi çoxmərtəbəli binası məhkəmə qətnaməsinə əsasən “xxxx” QSC-nin və sonradan “xxxx” ASC-nin mülkiyyətinə verilmiş və göstərilən səbəbdən MTK-nın iddiaçıya olan əsas borcu da məhz adıçəkilən şirkətlər tərəfindən ödənilmiş, yəni borclu Cavabdeh MTK borcun ödənilməsi öhdəliyini onun təqsiri olmadan baş vermiş hallar nəticəsində icra edə bilməmişdir. Göstərilən hal isə Mülki Məcəllənin 445.5-ci maddəsinin tələbləri baxımından öhdəliyinin icrasının gecikdirilməsi hesab edilmir və belə olan halda borcun ödənilməsinin gecikdirilməsinə görə 445.7-ci maddəyə əsasən faizlərin hesablanması istisna edilir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvə mindiyi tarixdən başlayaraq Cavabdeh MTK-nın İddiaçı qarşısında 132.000 manat məbləğində pulun ödənilməsinə dair məhkəmə qətnaməsindən irəli gələn öhdəliyi yaranmışdır. Yəni həmin tarixdən etibarən İddiaçı Cavabdeh MTK-dan artıq müqavilə üzrə öhdəliyinin icrasını deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını tələb etmək, həmin qətnamə qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyi halda MPM-nin 232-ci maddəsinə əsasən ödənilməli olan məbləğlərin indeksasiya ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək və ya məhkəmə qətnaməsinin vaxtında icra edilməməsini əsas göstərməklə dəymiş ziyanın, faizlərin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Hazırkı işdə iddiaçı iddia tələbinin əsası kimi yalnız cavabdeh tərəfindən razılaşma üzrə öhdəliyin vaxtında icra edilməməsinə istinad etmiş, qətnamənin qanunla nəzərdə tutulmuş müddətdə icra edilməməsinə ümumiyyətlə istinad etməmiş, eləcə də məhkəmə qətnaməsinin borclunun təqsiri üzündən vaxtında icra edilməməsini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-262/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-262/2021
03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver