Məhkəmə qərarları › İş №e-2-2(113)-2620/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2620/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2620/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Akkord Hydrotechnical Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04 avqust 2020-ci il tarixli, **-TA- ***0 saylı “X2” üzrə bağlanmış İcarə Müqaviləsi üzrə 45229,40 (qırx beş min iki yüziyirmi doqquz manat, 40) manat əsas borc, 1073 (bir min yetmiş üç) manat penya, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı “X1” layihəsi üzrə İcarə Müqaviləsi üzrə 49648.40 (qırx doqquz min altı yüz qırx səkkiz min manat, 40) manat əsas borc, 1554 (bir min beş yüzəlli dörd) manat penya, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə 97537,80 (doxsan yeddi min beş yüz otuz yeddi min manat, 80) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (bundan sonra icarəyə verən) Cavabdeh MMC (bundan sonra icarəçi) arasında 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə və 04 vaqust 2020-ci il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə icarə müqaviləsi (bundan sonra müqavilə adlanacaq) bağlanmışdır. 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 (on iki) ay müddətinə icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimiş və nəticədə onun icarə verənə müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 49648,40 (qırx doqquz min altı yüz qırx səkkiz manat, 40) manat məbləğində borcu yaranmışdır.Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış texnikanı, yəni “KOMATSU PX 65” markalı, Buldozer tipli, “az 10 BA121” dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 9440,00 manat), BOMFG BW VƏRDƏNƏ tipli, zavod № **********14 qeydiyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 5546,00 manat), HUBEİ CHENGLİ markalı, yanacaq maşını, AZ ** KK *** dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 2950,00 manat), JCB JS 330 markalı, Tırtıllı ekskovator tipli, Az ** AB *** dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 8850,00 manat), CAT 329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 817 dövlət qeydiyyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 8850,00 manat) və CAT329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 920 dövlət qeydiyyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 8850,00 manat) texnikaları icarəyə verir, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. Bundan başqa 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən cavabdehə 08 aprel 2021-ci il tarixdə məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir.İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş avqust 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, avqust ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 42880,36 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş sentyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, sentyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 43576,00 (qırx üç min beş yüz yetmiş altı) manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş oktyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, oktyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 35440,04 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş noyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, noyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 11484,35 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş dekabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, dekabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 7299,14 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışdan görünür ki, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 140679,99 manat borc yaranmış, həmin borcdan cavadeh tərəfindən ƏDV daxil olmaqla 91031,59 manat ödənilmiş, hal-hazırda cavabdehin ƏDV daxil olmaqla 49648.40 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə İcarə müqaviləsinin 8.3-cü maddəsinə əsasən İcraçı bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcraçı öz öhdəliyinin icrasını geçikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Müqavilənin 1.2-ci bəndindən görünür ki, Müqavilə üzrə ümumi icarə haqqı 44486,00 manat təşkil edir. Müqavilə üzrə ödənişin gecikdirilməsi axırıncı verilmiş elektron qaimədən götürülməklə 35 gündür. Beləliklə müqavilə üzrə penyanın məbləğı 1554 (bir min beş yüz əlli dörd) manat təşkil edir. (44486x01%=44,4: 44x35=1554) 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 (on iki) ay müddətinə icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəməmiş və nəticədə onun icarə verənə Müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 45229,40 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış texnikanı, yəni JCB JS 290 markalı, tırtırlı ekskovator tipli, az ** BA *** dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 9440,00 manat), CAT 329 D markalı tırtırlı ekskovator tipli, Az 10 P 922 dövlət qeydiyyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 9440,00 manat), CAT 329 D Hidravlik Çəkic markalı, Hidravlik Çəkici tırtırlı ekskovator tipli, Az 10 P 923 dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 11800,00 manat) texnikaları icarəyə verir, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir.Bundan başqa, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına Cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən Cavabdehə 08 aprel 2021-ci il tarixdə məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq Cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da, Cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş avqust 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, avqust ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 25865,18 (iyirmiş beş min səkkiz yüz altmış beş manat, 18) manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş sentyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, sentyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 37434,00 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş oktyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, oktyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 25284,87 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş noyabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, noyabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 20218,88 (iyirmi min iki yüz on səkkiz manat, 88) manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş dekabr 2020-ci il üçün görülmüş işlərin təhvil-təslimaktından görünür ki, dekabr ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 25010,52 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışdan görünür ki, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 133721,93 manat borc yaranmış, həmin borcdan cavadeh tərəfindən ƏDV daxil olmaqla 88492,53 manat ödənilmiş, hal-hazırda cavabdehin ƏDV daxil olmaqla 45229,40 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 layihəsi üzrə İcrarə müqaviləsinin 8.3-cü maddəsinə əsasən İcraçı bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcraçı öz öhdəliyinin icrasını geçikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Müqavilənin 1.2-ci bəndindən görünür ki, Müqavilə üzrə ümumi icarə haqqı 30680,00 (otuzmin altı yüzsəksənmanat, 00) manat təşkiledir. Müqavilə üzrə ödənişin gecikdirilməsiaxırıncı verilmişelektron qaimədən götürülməklə 35 gündür. Beləliklə müqavilə üzrə penyanınməbləğı 1073 (bir min yetmiş üç) manat təşkiledir. (30680x01%=30,6,: 30,6x35=1073) İddia ərizəsinə əlavə olunmuş üzləşmə aktından görünür ki, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X2 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 274401, manat borc yaranmış, həmin borcdan cavadeh tərəfindən ƏDV daxil olmaqla 179524,13 manat ödənilmiş, hal-hazırda cavabdehin ƏDV daxil olmaqla 94877,80 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (X1) (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış **-TA-***0 saylı, 04 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən “icraçı” ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnikaları “sifarişçi”yə verir, “sifarişçi” isə texnikaları təyinatı üzrə istifadə edib, “icraçı”ya icarə haqqı ödəyir. Həmin müqavilədə olan cədvəl 1-ə əsasən KOMATSU PX 65 markalı, Buldozer tipli, “az 10 BA121” dövlət qeydiyyat nişanlı texnika icarə haqqı ƏDV daxil 9440,00 manat, BOMAG BW 213 VƏRDƏNƏ tipli, zavod № **********14 qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 5546 manat, HUBEİ CHENGLİ markalı, yanacaq maşını, Az ** KK *** dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 2950 manat, JCB JS 330 markalı, Tırtıllı ekskovator tipli, Az ** AB *** dövlət qeydiyyat nişanlı icarə haqqı ƏDV daxil 8850 manat, CAT 329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 817 dövlət qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 8850 manat və CAT 329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 920 dövlət qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 8850 manat olmaqla icarəyə verilmişdir. 3.1-ci bəndə əsasən icraçı texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “xidmətlərtin təhviltəslim akt” tərtib olunur, imzalanır, möhürlənir. 6.1-ci bəndə əsasən xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhviltəslim aktı tərtib edilir. Təhvil-təslim aktına yol vərəqələrinin surəti və hesablama cədvəli əlavə edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın - dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, xidmət günlərinin (saatların) sayı, xidmətin məbləği və yekun xidmət məbləği göstərilməlidir. İş materiallarında olan 04.08.2020-ci il tarixli təhvil-təslim aktına əsasən **-TA-***0 saylı, 04 avqust 2020-ci il tarixli icarə müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar akt tərtib edilmiş və cədvəl birdə əks olunan- KOMATSU PX 65 markalı, Buldozer tipli, “az 10 BA121” dövlət qeydiyyat nişanlı texnika icarə haqqı ƏDV daxil 9440,00 manat, BOMAG BW 213 VƏRDƏNƏ tipli, zavod № **********14 qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 5546 manat, HUBEİ CHENGLİ markalı, yanacaq maşını, Az ** KK *** dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 2950 manat, JCB JS 330 markalı, Tırtıllı ekskovator tipli, Az ** AB *** dövlət qeydiyyat nişanlı icarə haqqı ƏDV daxil 8850 manat, CAT 329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 817 dövlət qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 8850 manat və CAT 329 D markalı, tırtırlı ekskovator tipli, Az 10 P 920 dövlət qeydiyyat nömrəli icarə haqqı ƏDV daxil 8850 manat olmaqla, texnikalar və/ və ya avadanlıqlar “sifarişçi”yə təhvil verilmiş, təhvil verilən texnika(lar) və / və ya avadanlıq(lar) üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır. İş materiallarında olan TA-FA (Qobustan) 08/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən avqust 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 42.880,36 manat, TA-FASAD (Qobustan) 09/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən sentyabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 43.576 manat, TA-FASAD (Qobustan) 010/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən oktyabr 2020ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 35.440,04 manat, TA-FASAD (Qobustan) 011/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən noyabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 11.484,35 manat, TA-FA (Qobustan) 012/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən dekabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 7.299,14 manat hesablanmışdır. Qeyd olunan işlərin təhvil-təslim aktları hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. İş materiallarında olan 04.08.2020-ci il tarixli **-TA-***0 müqaviləsi üzrə tərtib edilmiş 23 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə haqqına görə 49.648,40 manat məbləğində borcu vardır. Cavabdeh MMC (X2) (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış **-TA-***0 saylı, 04 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən “icraçı” ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnikaları “sifarişçi”yə verir, “sifarişçi” isə texnikaları təyinatı üzrə istifadə edib, “icraçı”ya icarə haqqı ödəyir. Həmin müqavilədə olan cədvəl 1-ə əsasən JCB JS 290 markalı, tırtırlı ekskovator tipli, az ** AB *** dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 9440 manat, CAT 329 D markalı tırtırlı ekskovator tipli, Az 10 P 922 dövlət qeydiyyat nömrəli aylıq icarə haqqı ƏDV daxil 9440,00 manat, CAT 329 D Hidravlik Çəkic markalı, Hidravlik Cəkicli tırtırlı ekskovator tipli, Az 10 P 923 dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 11800 manat olmaqla icarəyə verilmişdir. Həmin cədvəldə əlavə olaraq qeyd olunmuşdur ki, Az 10 P 923 dövlət qeydiyyat nişanlı CAT 329 D hidravlik çəkiclə işlədiyi halda aylıq icarə haqqı cədvəl 1-də göstərildiyi kimi 10.000+ƏDV (28 gün/10 saat), digər halda yəni çalovla işlədiyi halda texnikanın aylıq icarə haqqı 7.500 manat+ ƏDV (28 gün/10 saat) üzərindən hesablanacaq. 3.1-ci bəndə əsasən icraçı texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlərt üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “xidmətlərtin təhvil-təslim akt” tərtib olunur, imzalanır, möhürlənir. 6.1-ci bəndə əsasən xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhviltəslim aktı tərtib edilir. Təhvil-təslim aktına yol vərəqələrinin surəti və hesablama cədvəli əlavə edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın- Dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, xidmət günlərinin (saatların) sayı, xidmətin məbləği və yekun xidmət məbləği göstərilməlidir. İş materiallarında olan 04.08.2020-ci il tarixli təhvil-təslim aktına əsasən **-TA-***0 saylı, 04 avqust 2020-ci il tarixli icarə müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar akt tərtib edilmiş və cədvəl 1-də əks olunan JCB JS 290 markalı, tırtırlı ekskovator tipli, az ** AB *** dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 9440 manat, CAT 329 D markalı tırtırlı ekskovator tipli, Az 10 P 922 dövlət qeydiyyat nömrəli aylıq icarə haqqı ƏDV daxil 9440,00 manat, CAT 329 D Hidravlik Çəkic markalı, Hidravlik Cəkicli tırtırlı ekskovator tipli, Az 10 P 923 dövlət qeydiyyat nişanlı aylıq icarə haqqı ƏDV daxil 11800 olmaqla texnikalar və/ və ya avadanlıqlar “sifarişçi”yə təhvil verilmiş, təhvil verilən texnika(lar) və / və ya avadanlıq(lar) üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır. İş materiallarında olan **-TA-***0 saylı, 04.08.2020-ci il tarixli icarə müqaviləsinə 06.08.2020-ci il tarixli bir nömrəli əlavəyə əsasən BOMAG 213 makarlı vərdənə tipli Az 90 F 181 dövlət qeydiiyat nişanlı 1 ədəd texnika toplam 5.546 manat olmaqla Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan TA-FA (Göygöl) 08/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən avqust 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 25.865,18 manat, TA-FA (G) 09/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən sentyabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 37.343 manat, TA-FASAD (Qöygöl) 010/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən oktyabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 25.284,87 manat, TA-FASAD (Göygöl) 011/20 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən noyabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 20.218,88 manat, TA-FASAD (Göygöl) 012/20 saylı, 08 yanvar 2020-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən 04.08.2020-ci il tarixli **-TA-***0 nömrəli icarə müqaviləsinə əsasən dekabr 2020-ci il tarixində “icraçı” tərəfindən texnikaların icarəyə verilməsinə yekun ƏDV-li qiymət 25.010,52 manat hesablanmışdır. Qeyd olunan işlərin təhvil-təslim aktları hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. İş materiallarında olan 04.08.2020-ci il tarixli **-TA-***0 müqaviləsi üzrə tərtib edilmiş 23 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə haqqına görə 45.228,40 manat məbləğində borcu vardır. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli İddiaçı MMC və Cavabdeh MMC arasında hesablaşmalara dair üzləşmə aktına əsasən 07.04.2021-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMc-yə icarə haqqına görə 94.877,80 manat borcu vardır. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan EBAW seriyalı 877955 nömrəli 02.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 7.299,14 manat, EBAX seriyalı 481246 nömrəli 15.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 11.484,35 manat, EBAS seriyalı 517922 nömrəli 13.11.2021-ci il tarixli elektron qaiməyə əsasən 35.440,04 manat, EBAR seriyalı 097152 nömrəli 09.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 43.576,10 manat, EBAW seriyalı 877332 nömrəli 02.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 25.010,52 manat, EBAX seriyalı 457827 nömrəli 15.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 20.218,88 manat, EBAS seriyalı 505186 nömrəli 12.11.2020-ci il tarixli elektron qaiməyə əsasən 25.284,87 manat, EBAR seriyalı 097428 nömrəli 09.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 37.342,50 manat, EBAQ seriyalı 300952 nömrəli 22.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 9.745,84 manat, EBAN seriyalı 872269 nömrəli 21.08.2020-ci il tarixli elektron qaiməyə əsasən 21.417 manat, EBAN seriyalı 240403 nömrəli 05.08.2021-ci il tarixli elektron qaiməyə əsasən 37.583 manat ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ödənilməsi üçün təqdim edilmişdir İş materiallarında olan 12 aprel 2021-ci il tarixli 008-P/2021 saylı pretenziya məktubuna əsasən Cavabdeh MMC-yə ünvanalanan 04 avqust 2020-ci il tarixli, **-TA-***0 saylı və 04 avqust 2020-ci il tarixli **-TA-***0 saylı müqaviləyə görə yaranmış borcun 10 təqvim günü ərzində İddiaçı MMC-yə ödəniməsi tələb olunmuş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Qeyd olunan müqaviləyə görə icarəyə verən icarə haqqının vaxtında ödənilməsini icarəçidən tələb etmə hüququ var. İcarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında oxşar məzmunlu iki icarə müqaviləsi bağlanmış, müqaviləyə və ona edilmiş əlavələrə əsasən icarəyə verən icarə obyektlərini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə ilə nəzərdə tutulmuş texnikaları cavabdehin istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə penya ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən penya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 04 avqust 2020-ci il tarixli, **-TA-***0 saylı “X2” üzrə bağlanmış İcarə Müqaviləsi üzrə 45229,40 manat əsas borc, 1073 (bir min yetmiş üç) manat penya, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı “X1” layihəsi üzrə İcarə Müqaviləsi üzrə 49648.40 manat əsas borc, 1554 (bir min beş yüz əlli dörd) manat penya, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə 97537,80 manat tutularaq Texno-Atinak MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 04 avqust 2020-ci il tarixli, **-TA-***0 saylı “X2” üzrə bağlanmış İcarə Müqaviləsi üzrə 45229,40 manat əsas borc, 1073 manat penya, 04 avqust 2020-ci il il tarixli, **-TA-***0 saylı “X1” layihəsi üzrə İcarə Müqaviləsi üzrə 49648.40 manat əsas borc, 1554 manat penya, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə 97537,80 (doxsan yeddi min beş yüz otuz yeddi min manat, səksən qəpik ) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar