Məhkəmə qərarları › İş №e-2-2(113)-2620/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2620/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2620/2024 02.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı QSC BOKT (borcverən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı kredit müqaviləsi bağlanmışdır. 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri ilə borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən borcverən borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2-ci bəndində göstərilən layihələr üzrə cəmi 10000 manat kredit verməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən “X1” vəsaiti hesabına: Kreditin məbləği 10000 manat, verilmə müddəti 36 ay, güzəşt müddəti 12 ay, kreditin məqsədi bağçılıq, təyinatı badam bağının salınması, illik faiz məzənnəsi isə 5 faiz müəyyən edilir. 3.2 və 3.5-ci bəndlərinə əsasən borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafıq tədbir görmək və borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək borcverənin hüququdur. 6.2-ci bəndinə əsasən borcalan krediti aşağıdakı növbəliliklə ödəyir: gecikdirilmiş faiz borcu; aylıq hesablanmış faiz borcu; vaxtı keçmiş əsas borc; əsas borc; 6.5 və 6.7-ci bəndlərinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir və gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizi üzərinə X1 vəsaitləri üzrə isə 10% əlavə cərimə faizi olunmaqla faiz ödəyir. 8.1-ci bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və bu müqavilə üzrə borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi hər iki tərəfin imzası və borcverənin möhürü ilə təsdiq edilmişdir.

2. 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla) ödəyəcək əsas məbləğ 10.000 manat, bank faizinin məbləği 1020,84 manat, cəmi ödəniləcək məbləğ 11.020,84 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və borcverənin möhürü tərəfindən imzalanmışdır.

3. İddiaçı QSC BOKT (ipoteka saxlayan) ilə Cavabdeh (borc alan və ipoteka qoyan) arasında 01 dekabr 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07-0176 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 8.949 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə. 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən ipoteka qoyana məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə Cavabdeh verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 8.949 ha, 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 18.000 manat məbləğində müəyyən edilmişdir. 2.4-cü bəndinə əsasən ipoteka qoyan bəyan edir kı, ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil. Bu bənddə qeyd olunmuş məlumatların düzgün verilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsası: kredit müqaviləsidir. 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 10000 manat məbləğdir. 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixindən xx.xx.2024 tarixinedək 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc: faizlər dəbbə pulu. vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. 7.3-cü bəndinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka predmetinin ona verilməsini tələb etmək ipoteka saxlayanın hüququdur. 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 10.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri yerinə yetirilmədikdə və ya lazımınca yerinə yerilmədikdə tərəflərdən biri digərinə dəymiş bütün zərəri qanunvericiliyə müvafiq qaydada ödəyir. 12.2-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir. İpoteka müqaviləsi ipoteka saxlayan və ipoteka qoyan-borc alanın imzası ilə notariat qaydasında təsdiq edilmişdir.

4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2018, qeydiyyat nömrəsi: **********) təsdiq edilir ki, Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.

6. Cavabdeh borcu barədə məlumatdan (maliyyə arayışından) görünür ki, Cavabdeh 2.990,69 manat əsas borcdan, 909,31 manat isə faiz olmaqla cəmi 3900 manat ödəniş etmiş, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə ödənilməmiş əsas borcu 7.009,31 manat, ödənilməmiş faiz borcu 28,23 manat olmaqla cəmi borcu 7.037,54 manat təşkil edir.

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olmaqla ümumilikdə 3900 manat ödəniş edilmişdir.

8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlıq ünvanlayaraq cəmi 8.009,31 manat borcun 10 gün müddətində ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir

9. "xxxx" MMC-nin 01 iyul 2024-cü il tarixli, LP-105/2024 saylı mütəxəssis rəyinə əsasən Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsinin real bazar dəyəri 63.000 manat, likvid qiyməti isə 56.000 manat dəyərində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4156 saylı ekspert rəyinə əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə əsas kredit borcu 7024,29 manat, faiz borcu 10,73 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

11. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 7.009,31 manat, faiz borcu 103,94 manat olmaqla, cəmi 7.113,25 manat borc məbləğinin və ödənilmiş 91,13 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan kredit borcunun və ödənilmiş 91,13 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Ucar filialı ilə Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixli 07-0176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 5 faizlə hesablanmaqla ödəniş qrafiki əsasında 3 il müddətində 10000 manat İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə kredit müqaviləsinə əsasən, borc alan krediti həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh qrafikə uyğun olaraq əsas borcu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 7009,31 manat, faiz borcu 103,94 manat olmaqla, cəmi borc məbləği 7113,25 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 425.1, 448.1 və 448.2, 449.4, 445.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

14. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

20. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

21. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

22. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC BOKT Cavabdeh illik 5% dərəcəsi ilə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla) 10.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır.

25. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə ipotekaya tutma yönəldilməsi barədə bildirişi göndərməklə kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və tutmanı ipotekaya yönəltmək barədə iradəsini cavabdehə bildirdiyindən həmin tarixdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Odur ki, kredit müqaviləsi üzrə faiz borcu məhz həmin tarixədək olan müddət üçün hesablanmalıdır.

26. Digər tərəfdən Cavabdeh mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh ipotekaya tutma yönəldilməsi barədə bildirişin gönsərildiyi tarixə- xx.xx.2023-cü il tarixə əsas borcun 7024,29 manat, faiz borcunun 10,73 manat təşkil etməsi müəyyən edilmişdir.

27. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

28. Belə olan halda məhkəmə Cavabdeh 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı kredit müqaviləsi üzrə İddiaçı QSC BOKT qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq və iddiaya iddia həddində baxaraq hesab edir ki, İddiaçı QSC BOKT Cavabdeh 7009,31 manat məbləğində əsas və 10,73 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

29. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı QSC BOKT borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

30. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı QSC BOKT (ipoteka saxlayan) və Cavabdeh (borc alan və ipoteka qoyan) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 8.949 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

31. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

32. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 8.949 ha olan torpaq sahəsinə ipoteka yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC BOKT-un borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh tutulmalıdır.

33. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

36. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin ekspert rəyi alınmışdır.

37. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış və həmin rəyə əsasən Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsinin real bazar dəyəri 63.000 manat, likvid qiyməti isə 56.000 manat müəyyən edilmişdir.

38. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən müəyyənləşdirilməlidir.

39. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 92 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

40. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 91,14 manat təşkil edir.

41. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 89 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 98 manat hissəsi cavabdehdən, 2 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************), qiymətləndirici rəyin alınmasına görə 295 manat məbləğində pul vəsaiti cavabdehdən, 5 manat məbləğində pul vəsaiti isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixli, 07-0176 S saylı kredit müqaviləsi üzrə 7009,31 manat məbləğində əsas və 10,73 manat məbləğində faiz borcu, cəmi 7020,04 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, ümumi sahəsi 8,949 ha olan torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 56.000 manat məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC BOKT-un tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 98 manat hissəsi cavabdehdən, 2 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirici rəyinin alınmasına görə 295 manat məbləğində pul vəsaiti cavabdehdən, 5 manat məbləğində pul vəsaiti isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar