Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2625/2022 19.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 Fərux oğlunun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı xx.xx.2020-ci il tarixli, RQ-165 saylı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmeti olan qeyri-yaaşyış sahələrə yönəldilməsi və ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Maraqlı şəxs üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən RQ165 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 555.000 manat, faiz borcu üzrə 34.070,83 manat olmaqla, cəmi 589.070,83 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 240 manat məbləğində xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 479,07 manat məbləğində dövlət rüsumunun və 0,72 manat bank xidmət haqqının və 400 manat məbləğində mediasiya xərcinin tutulması; tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən 173.1 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh2 məxsus ünvan 1 ünvanında binanın zirzəmisində 132 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahələrinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC-dən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ipotekaya qoyulmuş ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən 173.1 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında binanın zirzəmisində 132 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış RQ-165 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 10 faiz olmaqla, 36 ay müddətinə 10.600.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq: - bankla Cavabdeh2 arasında ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən 173.1 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış sahəsinin (Seriya MA, № 0323149, qeydiyyat nömrəsi: **********4, qeydiyyat tarixi: xx.xx.2011) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli, RQ-165/İP-003 saylı ipoteka müqaviləsi; bankla Cavabdeh2 arasında ünvan 1 ünvanında binanın zirzəmisində 132 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (Seriya MA, № 0329355, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli, RQ-165/İP-004 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borc alandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Nərimanov filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin RQ-165 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka əsas borc üzrə 555.000 manat əsas, faiz borcu üzrə 34.070,83 manat, ümumilikdə 589.070,83 manat borc təşkil edir. Cavabdehlər kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasına dəvət edilmiş, lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamış, mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 15 fevral 2022-ci il tarixli arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Nəticədə, bankın, yaranmış borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmış, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etdiklərini və əmlakların qiymətləndirilməsi rəyi ilə razı olduqlarını bildirdi. Digər Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə digər Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Maraqlı şəxs üçüncü şəxs olmaqla) qarşı ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə göstərilən müddəanın analogiya üzrə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılması proseduruna da tətbiq edilməsini mümkün sayaraq belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə görə Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 (Maraqlı şəxs üçüncü şəxs olmaqla) qarşı ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2625/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2625/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver