Məhkəmə qərarları › İş №e-2-2(113)-2626/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2626/2023

27.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2626/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün Cavabdeh MMC-nin İddiaçı ASC-yə X37, X5, X14, X13, X1, Muhammed Bilgeyindən, X7, X2, X22, X10, X23, X41, X22, X15, X29, X30, X42, X31, X16, X32, X8, X17, X24, X3, X38, X9, X6, X11, X18, X39, X25, X4, X26, X27, X12, X19, X40, X20, X21, X33, X34, X28 hadisənin araşdırılmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia tələbində iddiaçı ayrı-ayrı şəxslərdən izahatların alınmasına şərait yaradılması öhdəliyini cavabdehlərin üzərinə qoyulmasını tələb etmişir. Məhkəmə qeyd edir ki, bu hal tərəflər arasında məhkəmə mübahisəsinin olması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar