Məhkəmə qərarları › İş №e-2-2(113)-2631/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2631/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2631/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23001,98 manat borcun və ödənilmiş 160 manat dövlət rüsumunun Cavabdehndən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 may 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh tərəfindən barışıq sazişi təqdim edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 14 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Hər iki tərəf bəyan edir ki, Azərbaycan Respublikası Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2631/2024 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan kommersiya mübahisəsinə barışıq ilə son qoyulmasını elan edirlər.

2. İddiaçı və cavabdeh razılaşırlar ki, dəymiş ziyanla bağlı Cavabdeh MMC-ti ümumi 18000.00 (on səkkiz min manat 00 qəpik) manat məbləği xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək 2 dəfə olmaqla bərabər hissələrlə ödəyəcək.

3. Barışıq sazişi bağlandıqdan sonra iddiaçı "xxxx" ASC Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2631/2024 işin baxılmamış saxlanılması üçün ərizə ilə məhkəməyə müraciət edəcək.

4. İddiaçı öhdəlik götürür ki, dəymiş ziyanla bağlı məbləğ vaxtında və tam ödənildikdən sonra bu hal ilə bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq.

5. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər.

Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 14 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Hər iki tərəf bəyan edir ki, Azərbaycan Respublikası Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2631/2024 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan kommersiya mübahisəsinə barışıq ilə son qoyulmasını elan edirlər.

2. İddiaçı və cavabdeh razılaşırlar ki, dəymiş ziyanla bağlı Cavabdeh MMC-ti ümumi 18000.00 (on səkkiz min manat 00 qəpik) manat məbləği xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək 2 dəfə olmaqla bərabər hissələrlə ödəyəcək.

3. Barışıq sazişi bağlandıqdan sonra iddiaçı "xxxx" ASC Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2631/2024 işin baxılmamış saxlanılması üçün ərizə ilə məhkəməyə müraciət edəcək.

4. İddiaçı öhdəlik götürür ki, dəymiş ziyanla bağlı məbləğ vaxtında və tam ödənildikdən sonra bu hal ilə bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq.

5. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar