Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2635/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün xərclənmiş 283000 manatın, eləcə də, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin bağlanması üçün X2 tərəfindən iddiaçıdan nəğd olaraq alınmış 20000 manatın, həmçinin, həmin müqavilə əsasında 13 ay müddətində icarə haqqı adı ilə nəğd olaraq alınmış 52000 manatın, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair, bunlarla yanaşı, Cavabdeh2 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh2 MMC ilə, İddiaçı arasında bağlanmış 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında X1 məndən nəğd olaraq almış olduğu 5000 manatın, eləcə də, bu müqavilə əsasında, İcarə haqqı adı ilə köçürmə və nəğd olaraq almış olduqları 60.000 manatın, həmçinin, “Razılaşma” adı ilə nəğd olaraq almış olduqları 215.315 manatın, eləcə də, kommunal xərcləri adı ilə almış olduqları 5.400 manatın, eyni zamanda, faiz adı ilə almış olduqları 2.000 manatın, o cümlədən, xx.xx.2023-cü il tarixli Bildirişlə hədə-qorxu gələrək almış olduqları 1500 manatın, bunlarla yanaşı məhkəmə rüsumu olaraq ödənilmiş 937 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən pretenziya məktubunun cavabdehlər - "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 935 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2635/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2635/2024
29.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver