Məhkəmə qərarları › İş №e-2-2(113)-2638/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2638/2021

08.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2638/2021 08.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X6 cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.02.2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 211448.18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 280000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödayicisi olan X1 Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləǧinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.02.2021 tarixli qərar çıxarmışdır. öərar əsasında vergi ödəyicisinin 01.02.2021 tarixə yaranan 211448.18 manat borcuna görə 280000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 29.03.2021 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir.Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02/04/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir.Cavabdehin 01.02.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 211.448,18 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında hazırki iş üzrə cavabdehə məxsus VÖEN-in ləğv olunması vəzifəsinin vergi orqanının üzərində qoyulması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı olduğunu, eyni vergi məbləği ilə bağlı olaraq hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında araşdırılma aparılması və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X5 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 19.02.2020-ci il tarixində,X3 **********5 nömrəli vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, qeyd olunan tarixə dövlət büdcəsinə ümumilikdə 684.013,87 (o cümlədən vergilər üzrə 472.565,69 manat, maliyyə sanksiyaları üzrə 38.621,70 manat, fazilər üzrə 172.826,48 manat) manat ödənilməmiş borc olduğu barədə məlumat verilmiş, qeyd olunan borcun Vergi Məcəlləsinə əsasən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 01.02.2021-ci il tarixli, **********3 saylı qərarla X3 məxsus əmlakın siyahıya alınması qərara alınmış, 29.03.2021-ci il tarixli, **********3 saylı protokolla cavabdehin ümumilikdə 280.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. 02.04.2021-ci il tarixli, **********101200 saylı xəbərdarlığın surətindən məlum olur ki, X3 məxsus əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməmiş, nəticədə cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınmışdır. cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 280.000 manat məbləǧində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X2 280.000 manat məbləǧində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 01.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 211.448.18 (iki yüz on bir min dörd yüz qırx səkkiz manat, on səkkiz qəpik) manat məbləǧində borcunun ödənilməsi təmin edilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar