Məhkəmə qərarları › İş №e-2-2(113)-2644/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2644/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2644/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, əlavə saziş, maliyyə arayışı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11811.8 manat əsas borc, 1335.96 manat faiz, 390.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13538.73 manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 25 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il noyabrın 18-dək Cavabdeh3 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11811.8 manat əsas borc, 1335.96 manat faiz, 390.97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13538.73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

3. 31 may 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10411.8 manat əsas borc, 2733.37 manat faiz, 1854.19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14999.36 manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilənin müddəti bitmədiyinə və faiz borcunun hesablanması davam etdiyinə görə iddia həcminin artırılması zərurəti yaranmışdır. Eyni zamanda cavabdehlərdən Cavabdeh4 öldüyü məhkəmə iclasında müəyyən edildiyinə görə onun cavabdehlər sırasından çıxarılma zərurəti yaranmışdır. Bu səbəbdən də həmin hissədə isə iddia həcmi azaldılmalıdır. Cavabdehlər tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2019-cu il tarixli kredit müqavilə üzrə xx.xx.2023-cü il tarixədək hesablanmış 10411.8 manat əsas, 2733.37 manat faiz borcu və 1854.19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14999.36 manat borc tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaçının tələbinə etiraz etmədiyini bildirdi və məhkəmədən faiz borcunun dayandırılmasını xahiş etdi.

7. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Bir tərəfdən bundan sonra “kreditor” adlandırılacaq "xxxx" İKB ASC, digər tərəfdən bundan sonra” borcalan” adlandırılacaq Cavabdeh3 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödəbilmək əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 30000 manat məbləğində kredit verir. 2.2. Müqaviləyə əsasən kredit borcalana biznes fəaliyyəti məqsədilə verilir. 2.3. Kredit 36 ay müddətinə verilir. 2.4. Kreditin istifadəsinə görə borcalan kreditora illik 30 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30 faiz təşkil edir.

11. 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 19034.67 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3 Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2 ay təşkil edir. 1.1.5.Müqavilə üzrə kreditin qaytarılması gecikdilrildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 % təşkil edir.

12. 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 saylı Əlavəyə əsasən Cavabdeh3 tərəfindən xx.xx.2019xx.xx.2022-ci il dövrü üzrə əsas borc məbləği 30000 manat, illik faiz 25 %, müddət 36 ay, güzəşt müddəti 0 ay, aylıq annuitet 1458.33 manat təşkil etmişdir.

13. 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1 saylı Əlavəyə əsasən Cavabdeh3 tərəfindən xx.xx.2020xx.xx.2022-ci il dövrü üzrə əsas borc məbləği 19034.67 manat, illik faiz 25 %, müddət 24 ay, güzəşt müddəti 2 ay təşkil etmişdir.

13. 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavəyə əsasən Cavabdeh3 tərəfindən xx.xx.2021xx.xx.2023-cü il dövrü üzrə əsas borc məbləği 18970.93 manat, illik faiz 25 %, müddət 28 ay, güzəşt müddəti 5 ay təşkil etmişdir.

14. Bir tərəfdən bundan sonra kreditor adlanacaq "xxxx" İKB ASC, digər tərəfdən bundan sonra zamin adlanacaq Cavabdeh2 və borcalan adlanacaq Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli zaminlik müqaviləsinin predmeti xx.xx.2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 2.1. Müqavilə ilə sadalanan öhdəliklər təmin edilir: 2.1.1. 30000 manat kredit məbləği; 2.1.2. 36 ay təşkil edən kreditin qaytarılma müddəti; 2.1.3. Kredit üzrə illik 25 faizlə hesablanacaq məbləğ.2.1.4. Kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 72 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ.

15. Bir tərəfdən "xxxx" İKB ASC, digər tərəfdən bundan sonra zamin adlanacaq Cavabdeh1 və borcalan qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli zaminlik müqaviləsinin predmetini bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

16. Bir tərəfdən "xxxx" İKB ASC , digər tərəfdən bundan sonra zamin adlanacaq Cavabdeh4 və borcalan qismində Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, 15-MZ3-1- 0-305-19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

17. xx.xx.2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 19034.67 manat təşkil edir. 18.02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən saziş qüvvəyə mindiyi tarixdən müqavilənin 2.4,2.4.1,2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir. 1.1.2. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % təşkil edir. 1.1.6. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 % təşkil edir.

19. 02 avqust 2019-cu il tarixli, 15-MZ3-1-0-305-19 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır.

20. İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə xəbərdarlıq qaydasında pretenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi xahiş edilmiş, əks təqdirə məhkəməyə müraciət ediləcəyi və müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq məbləğ 10411.8 manat, faiz borcu üzrə qalıq məbləğ 2733.37 manat, cərimə borcu üzrə qalıq məbləğ 1854.19 manat olmaqla, banka olan cəmi borc məbləği 14999.36 manat təşkil edir.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit, zaminlik müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 30.Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 32.Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. İşin hallarından məlum olur ki, iddiaçı və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanılaraq, ona 36 ay müddətinə 25 faizlə 30000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kredit məbləğini verməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməmiş, banka ödənilməmiş borcu qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, kredit müqaviləsi üzrə əsas borc məbləği 10411.8 manat, faiz borcu 2733.37 manat və cərimə borcu əsas borc üzrə qalıq məbləğ 10411.8 manat, faiz borcu üzrə qalıq məbləğ 2733.37 manat, cərimə borcu 1854.19 manat olmaqla, banka olan cəmi borc məbləği 14999.36 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaçı tərəfindən hesablanmış borc məbləği ilə razı olduğu bildirərək, faiz borcunun dayandırılmasını xahiş etmişdir.

34. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas və faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh3 da göstərilən məbləğlə bağlı hər hansı bir mübahisəsi mövcud deyildir.

35. Lakin məhkəmə iddiaçı tərəfindən hesablanmış 1854.19 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

37. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehlərdən İddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. 38.İddiaçının digər tələbi Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsindən ibarətdir. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ancaq tərəflərin razılaşması ilə mümkündür.

40. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasəm tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

41. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

42. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

43. İşdən məlum olur ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə sadalanan xüsusatları və qanunvericliyin göstərilən normalarını nəzərə alaraq, hesab edir ki, kredit müqaviləsi ləğv edilməlidir.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10411.8 (manat əsas borc, 2733.37 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla ümumilikdə 13645.17 manat borc məbləği tutularaq iddiaçıya ödənilməli, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır. V Nəticə: 48 . Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10411.8 manat əsas borc, 2733.37 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla ümumilikdə 13645.17 (on üç min altı yüz qırx beş manat on yeddi qəpik) manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar