Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2649/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 26559.9 manat məbləğində krеdit bоrcu, 2700.19 manat məbləğində faiz bоrcu və 3681.37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 26559.9 manat məbləğində krеdit bоrcu, 2700.19 manat məbləğində faiz bоrcu və 3681.37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə və həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh2 xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 26559.9 manat məbləğində krеdit bоrcu, 2700.19 manat məbləğində faiz bоrcu və 3681.37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, 32941.46 manat məbləğində bоrcun və ödənilmiş 200 manat mediasiya xərcinin həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2649/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2649/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver