Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-265/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 36.875,00 manat məbləğində borcun, 1.610,70 manat məbləğində cərimənin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 39.015,70 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx xxxx 2019-cu il tarixli, **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimiş və nəticədə onun icarə verənə müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 36.875 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1 N-li Cədvəlində öz əksini tapmış texnikaları, yəni Ford Cargo 3535D, özüboşaldan tipli, AZ ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və Ford Cargo 3535D, özüboşaldan tipli, AZ ** JR *** aylıq olaraq ƏDV daxil 8260,00 manata icarəyə vermiş, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə etmişdir. Bundan başqa, müqavilə üzrə yaranmış borc ödənilmədiyindən və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixdə 029 saylı məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsi tələb olunmuşdur. Lakin bundan sonra da, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş sentyabr 2019-cu il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, sentyabr ayı ərzində icarəyə verilmiş texnikalar üzrə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 6.785 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş oktyabr 2019-cu il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, oktyabr ayı ərzində icarəyə verilmiş texnikalar üzrə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 6.195 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş noyabr 2019-cu il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, noyabr ayı ərzində icarəyə verilmiş texnikalar üzrə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 8.555 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş dekabr 2019-cu il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, dekabr ayı ərzində icarəyə verilmiş texnikalar üzrə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 7670 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş yanvar 2020-ci il üçün görülmüş işlərin təhviltəslim aktından görünür ki, yanvar ayı ərzində icarəyə verilmiş texnikalar üzrə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 8.260,00 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya qeyd olunan müqavilə üzrə ümumilikdə ƏDV daxil olmaqla 36.875 manat icarə haqqı borcu vardır. Bundan başqa, tərəflər arasında bağlanılmış müqavilənin 8.3-cü bəndinə əsasən İcarəçi bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcraçı öz öhdəliklərinin icrasını gecikdirdiyi təqdirdə hər kecidirlən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həsmində məsuliyyət daşıyır. Hazrki müqavilə üzrə ödənilməli olan icarə haqqının gecikdirilmiş məbləği 36875 manat gecikdirilmiş günlərin sayı isə xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla (üzləşmə aktının tarixi) 195 beş gün təşkil edir. Cərimənin hesablanması: 8260 manat (aylıq icarə haqqı məbləği) x 0,1 faiz = 8,26 manat (hər gecikdirilən gün üçün hesablanan cərimə) 8,26 manat (hər gecikdirilən gün üçün hesablanan cərimə) x 195 gün =1610,70 (bir min altı yüz on manat, 70) manat. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənə qədər Cavabdeh MMC-nin “xxxx” ASC-nin Neftçilər filialında olan (kod 506162, SWİFT MUGAAZ22, müxbir hesab AZ41NABZ********************, hesablaşma hesabı AZ45MUGA**********00122AZM00) bank hesabına 39015,70 (otuz doqquz min on beş manat, 70) manat məbləğində pul vəsaiti həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin “xxxx” ASC-nin Neftçilər filialında olan kod 506162, SWİFT: MUGAAZ22, müxbir hesab: AZ41NABZ********************, hesablaşma hesabı: AZ45MUGA**********00122AZM00) bank hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 39.015,70 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2019cu il tarixli, **-TA-***9 saylı icarə müqaviləsinə əsasən icraçı ona məxsus cədvəl 1-də göstərilən texnikaları sifarişçiyə icarəyə verir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin: 1.1-ci bəndinə qeyd olunmuş cədvəl 1 əsasən icraçı FORD CARGO 3535D, özüboşaldan tipli, AZ ** JR *** dövlət qeydiyyat nişanlı və FORD CARGO 3535D, özüboşaldan tipli, AZ ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini aylıq olaraq ƏDV daxil 8.260 manata icarəyə verir. 3.5-ci bəndinə əsasən müqavilə üzrə xodmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. 6.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən 2019-cu ilin sentyabr ayı ərzində İddiaçı MMC-yə məxsus texnika ilə Cavabdeh MMC-yə göstərilmiş xidmət haqqı barədə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2019-cu ilin sentyabr ayında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 6.785,00 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən 2019-cu ilin oktyabr ayı ərzində İddiaçı MMC-yə məxsus texnika ilə Cavabdeh MMC-yə göstərilmiş xidmət haqqı barədə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2019-cu ilin oktyabr ayında İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 6.195 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən 2019-cu ilin noyabr ayı ərzində İddiaçı MMC-yə məxsus texnika ilə Cavabdeh MMC-yə göstərilmiş xidmət haqqı barədə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2019-cu ilin noyabr ayında İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 8.555 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən 2019-cu ilin dekabr ayı ərzində İddiaçı MMC-yə məxsus texnika ilə Cavabdeh MMC-yə göstərilmiş xidmət haqqı barədə xx.xx.2020-ci il tarixli təhvil-təslim akı ilə təsdiq edilir ki, 2019-cu ilin dekabr ayında İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 7.670 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 8.217,86 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 719238 saylı; ƏDV daxil 29.858,21 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 023011 saylı; ƏDV daxil 29.310,37 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 783648 saylı; ƏDV daxil 21.092,50 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 646943; ƏDV daxil 2.022,86 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 112175 saylı; ƏDV daxil 9.102,86 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019cu il tarixli, EAAU seriyalı, 889011 saylı; ƏDV daxil 1.180,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 717761 saylı; ƏDV daxil 6.785,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 196463 saylı; ƏDV daxil 6.195,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 450387 saylı; ƏDV daxil 6.195,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 450387 saylı; ƏDV daxil 6.195,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 594503 saylı; ƏDV daxil 8.555,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 696663 saylı; ƏDV daxil 7.670,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 666728 saylı; ƏDV daxil 8.260,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 822785 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMCyə göndərilmişdir.xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən 2020-ci ilin yanvar ayı ərzində İddiaçı MMC-yə məxsus texnika ilə Cavabdeh MMC-yə göstərilmiş xidmət haqqı barədə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 2020-ci ilin yanvar ayında İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 8.260 manat dəyərində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin yekun borc 28.615 təşkil edir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli **-TA-***9 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin qalıq borc 36.875, təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, 029 saylı pretenziya məktubu ilə müraciət edilərək, müqavilə üzrə yaranmış 36.875,00 manat borc məbləğinin pretenziya məktubunu aldıqdan sonra 10 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəmə və digər orqanlara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməyərək müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməmiş, nəticədə iddiaçıya 36.875 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri olan 36.875,00 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC MMC Cavabdeh MMC-dən 36.875 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 36.875 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1%-i olmaqla hesablanmış 1.610 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, vəkil xidməti üçün ödənilmiş xərclər daxil olmaqla məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflər arasında bölünməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti və vəkil xidmətinə görə çəkilmiş xərclərin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun və vəkilə xidmətə görə çəkilmiş xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 36.875 (otuz altı min səkkiz yüz yetmiş beş) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 37.375 (otuz yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti, eləcə də hüquqi yardımla əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-265/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-265/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver