Məhkəmə qərarları › İş №e-2-2(113)-2651/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2651/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2651/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nümayəndə1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 birgə qaydada: DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,511.42 manat əsas borc, 340.81 manat faiz borcu, 1,869.60 manat cərimə borcu olmaqla, cəmi 10,721.83 manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,716.90 manat əsas borc, 1,390.47 manat faiz borcu, 7,066.85 manat cərimə borcu olmaqla, cəmi 41,174.22 manat, DCL00301867- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,978 manat əsas borc, 1,075.43 manat faiz borcu, 3,491.95 manat cərimə borcu olmaqla, cəmi 23,545.38 manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,521 manat əsas borc, 2,870.24 manat faiz borcu, 7,023.64 manat cərimə borcu olmaqla, cəmi 50,414.88 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98,319 manat əsas borc, 8,357,12 manat faiz borcu, 14,070.54 manat cərimə borcu olmaqla, cəmi 120,746.66 manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,470 manat əsas borc, 874.30 manat faiz borcu, 8,602.49 manat cərimə borcu olmaqla, cəmi 46,946.79 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 184 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00442LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X6 çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında: - xx.xx.2021-ci il tarixli DC00301867-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 32,173 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş, xx.xx.2021-ci il tarixli DCL00301867-03 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32,718 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli DCL00301867-04 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 18,978 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli DCL00301867-05 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40,521 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli DCL00301867-08 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 98,319 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti ayrılmış, xx.xx.2022-ci il tarixli DCL00301867-10 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 37,470 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti ayrılmışdır. İddiaçı ASC ilə Borcalan arasında bağlanmış DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Nümayəndə1 arasında xx.xx.2021-ci il tarixli DG**********03 saylı zaminlik müqaviləsi, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********74 saylı zaminlik müqaviləsi, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********069 saylı zaminlik müqaviləsi, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********448 saylı zaminlik müqaviləsi, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********479 saylı zaminlik müqaviləsi, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli DG**********714 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 216 gün, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 215 gün, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 209 gün, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 225 gün, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 223 gün, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 225 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00301867- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.511.42 manat əsas borc, 340.81 manat faiz borcu, 1,206.18 manat cərimə borcu olmaqla, cəmi 10,058.41 manat; - DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,716.90 manat əsas borc, 1,390.47 manat faiz borcu, 4,391.34 manat cərimə borcu olmaqla, cəmi 38,498.71 manat, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,978 manat əsas borc, 1,075.43 manat faiz borcu, 1,939.97 manat cərimə borcu olmaqla, cəmi 21,993.40 manat DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,521 manat əsas borc, 2,870.24 manat faiz borcu, 3,709.92 manat cərimə borcu olmaqla, cəmi 47,101.16 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98,319 manat əsas borc, 8,357.12 manat faiz borcu, 6,030.23 manat cərimə borcu olmaqla, cəmi 112,706.35 manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,470 manat əsas borc, 874.30 manat faiz borcu, 5,825.54 manat cərimə borcu olmaqla, cəmi 44,169.84 manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X6nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2.№”-li versiyasına əsasən:

8. İ.Müqavilənin predmeti

9. Müqavilənin 1-ci bəndinə əsasən bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.

10. Müqavilənin 2-ci bəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modulları vasitəsilə müştərinin özü və/və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur.

11. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Müvafiq ərizə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək.

12. xx.xx.2021-ci il tarixli, DCL00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32173 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 15,5%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 30.5%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

13. xx.xx.2021-ci il tarixli, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32718 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

14. xx.xx.2021-ci il tarixli, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18978 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

15. xx.xx.2021-ci il tarixli, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40521 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

16. xx.xx.2021-ci il tarixli, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98319 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

17. xx.xx.2022-ci il tarixli, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37470 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 14%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 29%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh2 MMC tərəfindən malların alınması məqsədilə kredit götürülmüşdür.

18. Bank ilə Nümayəndə1 arasında DCL00301867-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********03 saylı zaminlik müqaviləsi, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********74 saylı zaminlik müqaviləsi, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********069 saylı zaminlik müqaviləsi, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********448 saylı zaminlik müqaviləsi, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli DG**********479 saylı zaminlik müqaviləsi, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli DG**********714 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələr üzrə zamin borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

19. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, PB-OUT-00563-2023 saylı xəbərdarlıq məktubundan göründüyü kimi bank tərəfindən borcalana kredit verildiyi və borcalan Cavabdeh2 MMC-nin maliyyələşdirmə üçün ərizənin şərtlərinə əməl etməyərək kredit üzrə öhdəlikləri icra edilmədiyindən, gecikmədə olan öhdəliyinin qısa zamanda icra edilməsi ondan xahiş olunmuşdur.

20. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, PB-OUT-00563-2023/1 saylı zaminliklə təmin olunan öhdəliyin yerinə yeirilməsi haqqında xəbərdarlıq məktubundan göründüyü kimi bank tərəfindən borcalana kredit verildiyi və verilmiş borcun təminatı olaraq Nümayəndə1 ilə zaminlik müqavilələri bağlandığı və borcalanın maliyyələşdirmə üçün ərizələrin şərtlərinə əməl etməyərək kredit üzrə öhdəlikləri icra edilmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən borcalanın gecikmədə olan öhdəliyinin icra edilməsi ondan xahiş olunmuşdur.

21. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00308-2023 saylı maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-ci il tarixə İddiaçı ASC qarşısında DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,511.42 manat əsas borc, 340.81 manat faiz borcu, 1,869.60 manat cərimə borcu olmaqla, cəmi 10,721.83 manat təşkil edir, gecikmə günü: 307. DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,716.90 manat əsas borc, 1,390.47 manat faiz borcu, 7,066.85 manat cərimə borcu olmaqla, cəmi 41,174.22 manat təşkil edir, gecikmə günü: 306, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,978 manat əsas borc, 1,075.43 manat faiz borcu, 3,491.95 manat cərimə borcu olmaqla, cəmi 23,545.38 manat təşkil edir, gecikmə günü: 300. DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,521 manat əsas borc, 2,870.24 manat faiz borcu, 7,023.64 manat cərimə borcu olmaqla, cəmi 50,414.88 manat təşkil edir, gecikmə günü: 316. DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98,319 manat əsas borc, 8,357.12 manat faiz borcu, 14,070.54 manat cərimə borcu olmaqla, cəmi 120,746.66 manat təşkil edir, gecikmə günü: 314. DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,470 manat əsas borc, 874.30 manat faiz borcu, 8,602.49 manat cərimə borcu olmaqla, cəmi 46,946.79 manat təşkil edir, gecikmə günü: 316.

22. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə DC00301867-02 saylı, DCL00301867-03 saylı, DCL00301867-04 saylı, DCL00301867-05 saylı, DCL00301867-08 saylı, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizələr üzrə Cavabdeh2 MMC-nin müqavilələrin bitdiyi tarixə əsas və faiz borcu nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və MEM-in xx.xx.2023-cü il tarixli, 9/4121 saylı rəyində xx.xx.2021-ci il tarixli, DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 8790,68 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8512,14 manat, faiz borcu üzrə 278,54 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 34107,36 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 32716,90 manat, faiz borcu üzrə 1390,47 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz bocu 20053,41 manat, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 18978 manat, faiz borcu 1075,41 manat, xx.xx.2021-ci il tarixli DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 43728,17 manat məbləğində, o cümlədən əsas borc üzrə 40819,84 manat, faiz borcu üzrə 2908,33 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərzə üzrə MMC-nin əsas və faiz borcu 106676,11 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 98319 manat, faiz borcu üzrə 8357,11 manat, xx.xx.2022-ci il tarixli, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə əsas və faiz borcu 38344,30 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37470 manat və faiz borcu üzrə 874,30 manat müəyyən edilmişdir.

23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

29. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

30. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Bundan başqa məhkəmə əsas və faiz borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/4121 saylı rəyində xx.xx.2021-ci il tarixli, DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 8790,68 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8512,14 manat, faiz borcu üzrə 278,54 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 34107,36 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 32716,90 manat, faiz borcu üzrə 1390,47 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz bocu 20053,41 manat, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 18978 manat, faiz borcu 1075,41 manat, xx.xx.2021-ci il tarixli DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 43728,17 manat məbləğində, o cümlədən əsas borc üzrə 40819,84 manat, faiz borcu üzrə 2908,33 manat, xx.xx.2021-ci il tarixli, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərzə üzrə MMC-nin əsas və faiz borcu 106676,11 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 98319 manat, faiz borcu üzrə 8357,11 manat, xx.xx.2022-ci il tarixli, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə MMC-nin xx.xx.2022-ci il tarixə əsas və faiz borcu 38344,30 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37470 manat və faiz borcu üzrə 874,30 manat müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Buna görə məhkəmə hesab edir ki, DC00301867-02 saylı, DCL00301867-03 saylı, DCL00301867-04 saylı, DCL00301867-08 saylı, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizələr nəzərə alınmaqla Cavabdeh2 MMC-nin ekspert rəyində göstərilən əsas və faiz borcu iddia tələbində uyğun olduğunundan rəydə qeyd olunan məbləğlər əsasında, lakin DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə daha yüksək olduğundan, İddiaçı tərəfindən iddia ərizəsində həmin ərizə üzrə tələb olunan məbləğdə cavabdehlərdən tutularaq İddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

37. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,869.60 manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,066.85 manat, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,491.95 manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,023.64 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,070.54 manat və DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən hesablanmış 8,602.49 manat məbləğində cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə pulu DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 425,57 manat, DCL00301867- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1635,84 manat, DCL00301867- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 948,9 manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2026,05 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4915,95 manat və DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1873,5 manat məbləğində müəyyən edilməlidir.

42. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,511.42 manat əsas borc, 278,54 manat faiz borcu, 425,57 manat cərimə borcu olmaqla, cəmi 9215,53 manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,716.90 manat əsas borc, 1,390.47 manat faiz borcu, 1635,84 manat cərimə borcu olmaqla, cəmi 35743,21 manat, DCL00301867- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,978 manat əsas borc, 1,075.41 manat faiz borcu, 948,9 manat cərimə borcu olmaqla, cəmi 21002.31 manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,521 manat əsas borc, 2,870.24 manat faiz borcu, 2026,05 manat cərimə borcu olmaqla, cəmi 45417,29 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98,319 manat əsas borc, 8.357,11 manat faiz borcu, 4915,95 manat cərimə borcu olmaqla, cəmi 111.592,06 manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,470 manat əsas borc, 874.30 manat faiz borcu, 1873,5 manat cərimə borcu olmaqla, cəmi 40217,8 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 184 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-dən DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,511.42 (səkkiz min beş yüz on bir manat qırx iki qəpik) manat əsas borc, 278,54 (iki yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat faiz borcu, 425,57 (dörd yüz iyirmi beş manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 9215,53 (doqquz min iki yüz on beş manat əlli üç qəpik) manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,716.90 (otuz iki min yeddi yüz on altı manat doxsan qəpik) manat əsas borc, 1,390.47 (min üç yüz doxsan manat qırx yeddi qəpik) manat faiz borcu, 1635,84 (min altı yüz otuz beş manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 35743,21 (otuz beş min yeddi yüz qırx üç manat iyirmi bir qəpik) manat, DCL00301867- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,978 (on səkkiz min doqquz yüz yetmiş səkkiz) manat əsas borc, 1,075.41 (bir min yetmiş beş manat qırx bir qəpik) manat faiz borcu, 948,9 (doqquz yüz qırx səkkiz manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 21002.31 (iyirmi bir min 2 manat otuz bir qəpik) manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,521 (qırx min beş yüz iyirmi bir) manat əsas borc, 2,870.24 (iki min səkkiz yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, 2026,05 (iki min iyirmi altı manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 45417,29 (qırx beş min dörd yüz on yeddi manat iyirmi doqquz qəpik) manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98,319 (doxsan səkkiz min üç yüz on doqquz) manat əsas borc, 8.357,11 (səkkiz min üç yüz əlli yeddi manat on bir qəpik) manat faiz borcu, 4915,95 (dörd min doqquz yüz on beş manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 111.592,06 (yüz on bir min beş yüz doxsan iki manat altı qəpik) manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,470 (otuz yeddi min dörd yüz yetmiş) manat əsas borc, 874.30 (səkkiz yüz yetmiş dörd manat otuz qəpik) manat faiz borcu, 1873,5 (min səkkiz yüz yetmiş üç manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 40217,8 (qırx min iki yüz on yeddi manat səkkiz qəpik) manat məbləğində borc və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 184 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada Nümayəndə1 və Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar