Məhkəmə qərarları › İş №e-2-2(113)-2656/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2656/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2656/2021 27.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 2439.41 manat krеdit bоrcu, 387.05 manat faiz bоrcu və 903.90 manat cərimə borcu olmaqla, cəmi 3730.36 manat, 001R********** saylı krеdit razılaşması üzrə 2116.2 manat krеdit bоrcu, 287.77 manat faiz bоrcu və 612.58 manat cərimə borcu olmaqla, cəmi 3016.55 manat, 001R********** saylı krеdit razılaşması üzrə 52844.16 manat krеdit bоrcu, 9032.53 manat faiz bоrcu və 16400.82 manat cərimə borcu olmaqla, cəmi 78277.51 manat, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 85024 manat 42 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 89 saylı mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 oradan çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə iddiaçı bağladığı 03.02.2017-ci il tarixli 001L**********54 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 150000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflərin bağladığı 11.05.2018-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində krеdit götürülmüşdür. Tərəflərin imzaladıqları 05.12.2018-ci il tarixli 001R**********S saylı, 22.04.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh "xxxx" MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 11.06.2020-ci i ltarixdən banka qaytarmamışdır. Cavabdeh "xxxx" MMC götürdüyü krеdit bоrcundan 22560.59 manat ödəmiş, onun 2439.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.04.2021-ci il tarixə 303 gün üçün hesablanmış faiz borcu 387.05 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.04.2021-ci il tarixə 303 gün üçün hеsablanmış cərimə 903.9 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC iddiaçı ilə bağladığı 29.06.2018-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 05.12.2018-ci il tarixli 001R**********S saylı, 22.04.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh "xxxx" MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 29.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh "xxxx" MMC götürdüyü krеdit bоrcundan 8883.8 manat ödəmiş, onun 2116.2 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.04.2021-ciiltarixə 285 gün üçün hesablanmış faiz borcu 287.77 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.04.2021-ci il tarixə 285 gün üçün hеsablanmış cərimə 612.58 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC iddiaçı ilə bağladığı 05.12.2018-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 22.04.2020-ci il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh "xxxx" MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 05.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh "xxxx" MMC götürdüyü krеdit bоrcundan 47155.84 manat ödəmiş, onun 52844.16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Beləliklə, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.04.2021-ci il tarixə 309 gün üçün hesablanmış faiz borcu 9032.53 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.04.2021-ci il tarixə 309 gün üçün hеsablanmış cərimə 16400.82 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Ağamirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsində göstərilən əsas borcla razılaşdığını, lakin həmin borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını göstərib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən faiz və cərimə borcları ilə razı deyil. Belə ki, pandemiya şəraitində ona güzəşt edilməli idi. Bundan əlavə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi də əsassızdır. Həmin rəydə mənzilin dəyəri həddən artıq aşağı dəyərləndirilmişdir. Məhkəmə iclasında Cavabdeh3 digər cavabdehin dedikləri ilə razılaşdığını bildirib iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 001L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 150000.00 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 11 may 2018-ci il tarixli 001R**********4 nömrəli kredit razılaşmasına əsasən bank məbləği 25000 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit kredit alana dövriyyə məqsədinin artırılması məqsədilə verilir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli 001R**********S nömrəli sazişə əsasən bank ilə kredit alan arasında 03 fevral 2017-ci il tarixli 001L**********54 sayli uzunmüddətli kredit müqaviləsi üzrə 11 may 2018-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 05 dekabr 2018-ci il tarixdə aylıq 1.4167 % dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 05 dekabr 2018-ci il tarixli Ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 001R**********S nömrəli sazişə əsasən bank ilə kredit alan arasında 03 fevral 2017-ci il tarixli 001L**********54 sayli uzunmüddətli kredit müqaviləsi üzrə 11 may 2018-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kredit qalığınnı və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22 aprel 2020-ci il tarixli Ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 29 iyun 2018-ci il tarixli 001L**********54 nömrəli 03 fevral 2017-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** saylı kredit razılaşmasına əsasən bank məbləği 11000.0 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667% olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit kredit alana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 001R**********S sayli 05 dekabr 2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 03 fevral 2017-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 05 dekabr 2018-ci il tarixdən aylıq 1.4167% dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 05 dekabr 2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 001R**********SA sayli 22 aprel 2020-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 03 fevral 2017-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 29 iyun 2018-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşmasi əsasında verilmiş kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli 001R********** nömrəli 03 fevral 2017-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** saylı kredit razılaşmasına əsasən bank məbləği 100000.00 manat olan krediti aylıq faiz dərəcəsi 1.4167% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit kredit alana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. İddiaçı ilə (kredit verən) Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (kredit alan) arasında bağlanmış 001R**********S sayli 22 aprel 2020-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 03 fevral 2017-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 05 dekabr 2018-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşmasi əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 (zamin) arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 001S**********05 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gəllən öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə banka qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh3 (zamin) arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 001S**********04 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gəllən öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh4 (zamin) arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 001S**********03 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gəllən öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış 06 fevral 2017ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmetini 03 fevral 2017-ci il tarixdə bağlanmış 001L**********54 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 78000.00 manat təşkil edir. Daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən aydın olur ki, ipoteka predmeti Cavabdeh4 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan aydın olur ki, ipoteka predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Elektron notariat” X1 03.02.2017-ci il tarixli çıxarışdan aydın olur ki, ipoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. X5 tərəfindən 03.02.2017-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən aydın olur ki, o, Cavabdeh4 məxsus olan ipoteka predmetinin iddiaçının xeyrinə ipotekaya qoyulmasına etiraz etmir. Borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh4 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, 03.02.2017-ci il tarixli 001L**********54 saylı uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 57399.7700 manat təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır, bununla bağlı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyana göndərilmiş bildirişin 04.03.2021-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almaq xahiş olunmuşdur. ƏMDK-nin Elektron Xidmətlər Portalında ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi ilə müraciət qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarına əsasən onlardan kredit müqaviləsi üzrə borcunu ödəmələri tələb edilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 MMC-nin 05.12.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsinə əsasən 12.04.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 52844.16 manat, faiz borcu üzrə 9032.53 manat, cərimə borcu 16400.82 manat, cəmi borcu 78277.51 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 MMC-nin 29.06.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsinə əsasən 12.04.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 2116.2 manat, faiz borcu üzrə 287.77 manat, cərimə borcu 612.58 manat, cəmi borcu 3016.55 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 MMC-nin 11.05.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsinə əsasən 12.04.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 2439.41 manat, faiz borcu üzrə 387.05 manat, cərimə borcu 903.9 manat, cəmi borcu 3130.36 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 15.07.2021-ci il tarixli MB-14/0913 nömrəli qiymətləndirmə hesabatına əsasən, ipoteka predmetinin 15 iyul 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2021-ci i tarixli 9/4806 nömrəli ekspert rəyinə əsasən, 11 may 2018-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış “kredit statusu” vərəqəsi məlumatları, 11 may 2018-ci il tarixli, 001R********** saylı kredit razılaşmasının və əlavə “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh2 12 aprel 2021ci il tarixə banka olan borcu 12.04.2021-ci il tarixə əsas borc üzrə 2435,35 manat, faiz borcu üzrə 379,51 manat; 29 iyun 2018-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış “kredit statusu” vərəqəsi məlumatları, 29 iyun 2018-ci il tarixli, 001R********** saylı kredit razılaşmasının və əlavə “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh2 12 aprel 2021-ci il tarixə əsas borc üzrə 2099,62 manat, faiz borcu üzrə 311,09 manat; 05 dekabr 2018-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış “kredit statusu” vərəqəsi məlumatları, 05 dekabr 2018-ci il tarixli, 001R********** saylı kredit razılaşmasının və əlavə “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh2 12 aprel 2021-ci il tarixə əsas borc üzrə 52844,16 manat, faiz borcu üzrə isə 8733,97 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şətrlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2439,41 manat, faiz borcu üzrə 387,05 manat məbləğində pulun ödənilməsini tələb etsə də, ekspert rəyində həmin razılaşma üzrə əsas borc 2435,35 manat, faiz borcu 379,51 manat müəyyən olunmuşdur. Eləcə də, 001R********** saylı krеdit razılaşması üzrə iddiaçı əsas borc üzrə 2116,2 manat, faiz borcu üzrə 287,77 manat tələb etsə də, ekspert rəyində həmin razılaşma üzrə əsas borc 2099,62 manat, faiz borcu 311,09 manat müəyyən olunmuşdur. İddia ərizəsində 001R********** saylı krеdit razılaşması üzrə iddiaçı faiz borcu üzrə 9032,53 manat tələb etsə də, ekspert rəyində həmin razılaşma üzrə faiz borcu üzrə 8733,97 manat məbləğində müəyyən olunmuşdur. Lakin 001R********** saylı krеdit razılaşması üzrə ekspert tərəfindən faiz borcuna görə hesablanan məbləğ iddiaçının tələb etdiyi məbləğdən artıq olduğundan həmin razılaşma üzrə faiz borcu üçün hesablanan məbləğ iddiaçı tərəfindən tələb olunan məbləğdə, yəni 287,77 manat müəyyən olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi də faiz borcunun iddia ərizəsində göstərilən həddə müəyyən edilməsini xahiş etdi. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən əsasən hesablanmış cərimə pulunun müvafiq olaraq 001R********** saylı krеdit razılaşması üzrə 903,90 manat, 001R********** saylı krеdit razılaşması üzrə 612,58 manat, 001R********** saylı krеdit razılaşması üzrə 16400,82 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 001R********** saylı krеdit razılaşması üzrə 100 manat, 001R********** saylı krеdit razılaşması üzrə 100 manat, 001R********** saylı krеdit razılaşması üzrə 1000 manat məbləğlərində müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunaraq məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla, tərəflər arasında bağlanmış 001R********** saylı krеdit razılaşması üzrə əsas borcu 2435,35 manat, faiz borcu 379,51 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2914,86 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc 2099,62 manat, faiz borcu 287,77 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2487,39 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc 52844.16 manat, faiz borcu 8733,97 manat, cərimə borcu 1000 manat olmaqla, cəmi 62578,13 manat müəyyən edilməklə pul tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 130000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin kredit müqavilələri üzrə borcları ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, eləcə də, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqı cavabdehlərə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 250 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 50 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2435,35 manat (iki min dörd yüz otuz beş manat otuz beş qəpik), faiz borcu üzrə 379,51 manat (üç yüz yetmiş doqquz manat əlli bir qəpik), cərimə borcu 100 (bir yüz) manat olmaqla, cəmi 2914,86 manat (iki min doqquz yüz on dörd manat səksən altı qəpik); 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2099,62 manat (iki min doxsan doqquz manat altmış iki qəpik), faiz borcu üzrə 287,77 manat (iki yüz səksən yeddi manat yetmiş yeddi qəpik), cərimə borcu üzrə 100 (bir yüz) manat olmaqla, cəmi 2487,39 manat (iki min dörd yüz səksən yeddi manat otuz doqquz qəpik); 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 52844.16 manat (əlli iki min səkkiz yüz qırx dörd manat on altı qəpik), faiz borcu üzrə 8733,97 manat (səkkiz min yeddi yüz otuz üç manat doxsan yeddi qəpik), cərimə borcu üzrə 1000 (bir min) manat olmaqla, cəmi 62578,13 manat (altmış iki min beş yüz yetmiş səkkiz manat on üç qəpik) məbləğində pul, ümumilikdə 67980,38 manat (altmış yeddi min doqquz yüz səksən manat otuz səkkiz qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 90 (doxsan) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb mülkiyyət hüququ ilə Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev 1B, 89 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2435,35 manat (iki min dörd yüz otuz beş manat otuz beş qəpik), faiz borcu üzrə 379,51 manat (üç yüz yetmiş doqquz manat əlli bir qəpik), cərimə borcu 100 (bir yüz) manat olmaqla, cəmi 2914,86 manat (iki min doqquz yüz on dörd manat səksən altı qəpik); 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2099,62 manat (iki min doxsan doqquz manat altmış iki qəpik), faiz borcu üzrə 287,77 manat (iki yüz səksən yeddi manat yetmiş yeddi qəpik), cərimə borcu üzrə 100 (bir yüz) manat olmaqla, cəmi 2487,39 manat (iki min dörd yüz səksən yeddi manat otuz doqquz qəpik); 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 52844.16 manat (əlli iki min səkkiz yüz qırx dörd manat on altı qəpik), faiz borcu üzrə 8733,97 manat (səkkiz min yeddi yüz otuz üç manat doxsan yeddi qəpik), cərimə borcu üzrə 1000 (bir min) manat olmaqla, cəmi 62578,13 manat (altmış iki min beş yüz yetmiş səkkiz manat on üç qəpik) məbləğində pul, ümumilikdə 67980,38 manat (altmış yeddi min doqquz yüz səksən manat otuz səkkiz qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 90 (doxsan) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh4 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn- 10 küçəsi, ev 1B, 89 nömrəli mənzildən çıxarılsın. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin 250 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada, 50 (əlli) manat hissəsi İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada, 50 (əlli) manat hissəsi İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar