Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2656/2022 08.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ƏDV daxil 18167 manat (on səkkiz min yüz altmış yeddi), habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 (iki yüz) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq olmaqla, cəmi 18367 manat (on səkkiz min üç yüz altmış yeddi) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında ünvan 1 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 90.4 kv.m. təşkil edən qeyriyaşayış (paltar dükanı) sahəsinin icarəyə verilməsi haqqında 10 sentyabr 2019-cu il tarixli, 19/403 №-li müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq müqavilə üzrə başlama tarixi hesab olunan 16 dekabr 2019-cu il tarixindən etibarən icarəyə verilən əmlak üçün ƏDV xaric 3000 (üç min) manat təşkil edən aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (16 noyabr 2020-ci il tarixli, FMG-01/20/433 №-li rəsmi bildiriş və 02 sentyabr 2021-ci il tarixində, FMG-01/21/444 №-li pretenziya bildirişi təqdim edilmişdir), cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Həmçinin əlavə olaraq qeyd edilir ki, icarə müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 may 2021-ci il tarixli Əlavə Razılaşmanın 1-ci bəndinə uyğun olaraq müqavilə tərəflərinin qarşılıqlı razılığına əsasən icarə müddətinin 2021-ci ilinin may və iyun ayları üçün icarəyə verilən əmlak üzrə aylıq icarə haqqı azaldılmaqla, cavabdehə icarə haqqının ödənişində iddiaçı tərəfindən güzəşt tətbiq edilmişdir və icarə haqqı ƏDV xaric 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Əlavə Razılaşmanın 2-ci bəndinə əsasən müqavilə tərəfləri arasında yazılı qaydada başqa məbləğ razılaşdırılmadığı təqdirdə 2021-ci ilin iyul ayından etibarən icarəyə verilən əmlak üçün aylıq icarə haqqı icarə müqaviləsinin 3.1.1-ci yarımbəndində müəyyən edilmiş məbləğdə (ƏDV xaric 3000 (üç min) manat) hesablanması nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən edilmiş bütün güzəştlərə baxmayaraq, icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 18167 (on səkkiz min bir yüz altmış yeddi) manat əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 14 noyabr 2021-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 20 oktyabr 2021-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən xitam tarixinə kimi müvafiq kommunal xidmət haqları üzrə borc istisna olmaqla, cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 16591,10 manat (on altı min beş yüz doxsan bir manat on qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Həmçinin qeyd olunur ki, xitam tarixindən sonra iddiaçı və cavabdeh arasında imzalanmış “İcarəyə verilən əmlakın iddiaçıya geri təhvil-təslim edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli təhvil-təslim aktının 2-ci bəndində də cavabdeh tərəfindən iddiaçıya xitam tarixi üzrə ödənilməli olan icarə haqqı üzrə ƏDV daxil 16591,10 manat (on altı min beş yüz doxsan bir manat on qəpik) məbləğində qalıq borcun mövcudluğu bir daha öz təsdiqini tapır. Əlavə olaraq, sözügedən Aktda icarə müddətinin xx.xx.2021-ci il tarixindən xitam tarixinə kimi olan dövrdə cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinə görə nəzarət sayğacının göstəricisi əsasında (17510 kw) cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 1575,90 manat (bir min beş yüz yetmiş beş manat doxsan qəpik) məbləğində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc da öz təsbitini tapır. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 31 yanvar 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-01/22/031 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 5 aydan artıq bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, iş materiallarından görünür ki: - İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 10 sentyabr 2019-cu il tarixdə 19/403 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, ünvan 2 ünvanında yerləşən binada aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib, icarə haqqını bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür: 1.1.1. Binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.4 kv.m. təşkil edən qevriyasayış sahəsi. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi icarəyə verilən əmlakı subicarəyə verə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı və digər ödənişlər 16 dekabr 2019-cu il tarixindən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1. Bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlaka görə ƏDV xaric 3000 (üç min) manat aylıq icarə haqqı. - İddiaçı MMC ilə Cavabdeh arasında 01 may 2021-ci il tarixli (qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 10 sentyabr 2019-cu il tarixli, 19/403 nömrəli müqaviləyə əlavə və dəyişiklər edilməsi barədə) Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən 2021-ci ilin may və iyun ayları üçün icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar) üzrə aylıq icarə haqqı ƏDV xaric 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən tərəflər arasında yazılı qaydada başqa məbləğ razılaşdırılmadığı təqdirdə 2021-ci ilin iyul ayından etibarən icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar) üçün aylıq icarə haqqı icarə müqaviləsinin 3.1.1-ci yarımbəndində müəyyən edilmiş məbləğdə (ƏDV xaric 3000 (üç min) manat) hesablanacaqdır. Həmin Razılaşmanın 7-ci bəndinə əsasən bu Əlavə Razılaşma tərəflərin təsdiqindən sonra 01 may 2021-ci il tarixindən etibarən qüvvəyə minərək tətbiq olunur və 30 iyun 2021-ci il tarixində qüvvədən düşür. - İddiaçı MMC ilə Cavabdeh arasında 20 oktyabr 2021-ci il tarixli (qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 10 sentyabr 2019-cu il tarixdə, 19/403 nömrəli müqaviləyə əlavə və dəyişiklər edilməsi barədə) Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə Müqaviləsinə 14 noyabr 2021-ci il tarixində xitam veriləcəkdir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 16591,10 manat (on altı min beş yüz doxsan bir manat on qəpik) təşkil edir. Həmin Razılaşmanın 10-cu bəndinə əsasən Razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, 14 noyabr 2021-ci il tarixində icra olunur. - İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış “İcarəyə obyektinin təhvil-təslim edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli aktın 2-ci bəndində cavabdehin iddiaçıya icarə haqqı üzrə xx.xx.2021-ci il tarixə olan qalıq borcunun ƏDV daxil 16591,10 manat (on altı min beş yüz doxsan bir manat on qəpik) təşkil etməsi qeyd olunur. Əlavə olaraq, həmin aktda xx.xx.2021-ci il tarixindən xitam tarixinə kimi olan dövrdə cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinə görə nəzarət sayğacının göstəricisi əsasında (17510 kw) borcunun 1575,90 manat (bir min beş yüz yetmiş beş manat doxsan qəpik) olduğu göstərilir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 724236 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5367,10 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 815503 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 088350 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 755803 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2655 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 560916 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1770 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 683738 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1770 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 738645 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1770 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 802948 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 113632 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 003064 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 104837 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 514886 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 080979 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 405767 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 754518 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1712,90 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 861996 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1827,10 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 436654 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 191518 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3540 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 692031 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1652 (ƏDV daxil) manat təşkil edir. - Qeyd olunan olunan elektron qaimələrin əsasında dayanan hesab fakturalar məhkəməyə təqdim edilmişdir. - 13 aprel 2022-ci il tarixli (10 sentyabr 2019-cu il tarixdə, 19/403 nömrəli icarə müqaviləsi üzrə qalıq borc haqqında) cədvəldən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 16591,10 manat (on səkkiz min yüz altmış yeddi) təşkil edir. - İddiaçı MMC xx.xx.2021-ci il tarixli, FMG 01/21/444 nömrəli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən borcun İddiaçı MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun 16591,10 manat (ƏDV daxil) hissəsi icarə haqqı üzrə yaranan borc, 1575,90 manat hissəsi isə cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinə görə yaranan borc təşkil edir (müqavilə şərtlərinə əsasən cavabdeh bütün kommunal xidmət haqlarının ödənilməsini öhdəsinə götürmüşdür). Qeyd olunan borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və xx.xx.2021-ci il tarixə kommunal xidmətlər və icarə haqqına görə 18167 manat (ƏDV daxil) məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ƏDV daxil 18167 (on səkkiz min yüz altmış yeddi) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 18367 (on səkkiz min üç yüz altmış yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2656/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2656/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver