Məhkəmə qərarları › İş №e-2-2(113)-2668/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2668/2025

22.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2668/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMCyə qarşı (LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC-yə qarşı (LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının aktiv öhdəlikləri kimi görünən 20830,55 ABŞ dolları faiz məbləği borcun Kredit Bürosu Reyestrindən silinməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə Prinsipial olaraq, "xxxx" ASC tərəfindən iddiaçıya ******* ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində iddiaçı tərəfindən Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-ci bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin "xxxx" ASC tərəfindən iddiaçıya ******* ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəflərindən xidmət göstərilməmişdir. "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Buna baxmayaraq, Azərbaycan Kredit bürosundan verilmiş çıxarışdan görünür ki, faiz məbləği olaraq cavabdehə 20830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır. Faiz borcunun hesablanmasında yanlışlıq olmuşdur. Bu səbəbdən də həmin faiz borcu silinməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC (VÖEN:**********) ləğvedicisidir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna, Kredit Bürosunun rəhbərliyinə ərizə ilə müraciət edərək 20830,55 ABŞ dolları faiz məbləği borcunun olması barədə məlumatın yanlış olmasının iddiaçı tərəfindən yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş edilmişdir. ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli **********489 saylı cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 nömrəli Qarantiyanın təqdim edilməsi haqqında müqaviləyə əsasən, həmin müqavilənin 1.1-ci bəndində göstərilən benefisiarın xeyrinə, xx.xx.2015-ci il tarixində ******* ABŞ dolları məbləğində qarantiya məktubu verilmişdir. Bundan sonra Qarantiya məktubuna xitam verilməsi ilə bağlı benefisiardan banka bildiriş daxil olmamışdır. Həmin müqavilənin 2.7-ci bəndi üzrə xx.xx.2016-cı il tarixinədək hesablanmış faiz məbləğini ödənilməsi tələb olunur. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna X2 barədə təklif edilərək 20830,55 ABŞ dolları faiz məbləği borcun olması barədə məlumatın yanlış olmasının yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş edilmişdir. Lakin bunların heç bir hüquqi nəticəsi olmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli qarantiyanın təqdim edilməsi barədə müqavilənin 3.2-3.3-cü bəndlərində bankın öhdəlikləri və hüquqları qeyd edilmişdir. Əgər bank bu xidməti göstərmişdisə nəyə görə iddiaçının hesabında yetəri qədər vəsait olduğu təqdirdə bu məbləğ tələb etməmişdir. Müqavilənin 2-ci bəndində qeyd edilmiş qarantiyanın təqdim edilmə şərtlərinə əsasən bank əsas öhdəliklərin prinsipal tərəfindən pozulmasını təsdiq edən sənədlər əlavə olunmaqla benefisiarın yazılı tələbi təqdim olunduğu halda bu qarantiya əsasında ödənişin həyata keçirilməsini öhdəsinə götürür. Bu qarantiyaya əsasən Benefisiara məxsus olan bankdan tələb etmək hüququ digər şəxsə verilə bilməz, benefisiardan yazılı tələb alındığı zaman bank prinsipalın hesabı üzrə pul vəsaitinin akseptsiz silinməsi hüququna malik olur, prinsipal isə buna öz razılığını verir: prinsipal banka 4% illik komissiya ödəməlidir. Bank tərəfindən öhdəsinə götürdüyü işlərin heç biri həyata keçirilməmişdir. Bu müqavilə üzrə heç bir xidmət göstərilməmişdir. Müqavilənin bağlanması hələ xidmətin göstərilməsi demək deyildir. İddiaçının nümayəndəsi izahatına əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC ilə əməliyyatları olmamış, sadəcə bank vasitəsi ilə digər şirkətlər, sahibkarlarla əməliyyatlar aparılmışdır. Bunun banka heç bir aidiyyəti olmamış və pul banka məxsus olmamışdır. Bank qarantiya məktubunun verilməsini iddia edir, lakin bu məktubun verilmə əsasını göstərə bilmir. Qanunvericiliyə əsasən bank ya hesabda olan pul vəsaitini dondurmalı idi, ya da iddiaçının hər hansı əmlakını girov götürüb bu barədə tərəflər arasında müqavilə bağlanmalı idi. Tərəfin istinad etdiyi kimi sıradan bir şirkətə sadəcə olaraq onunla əməliyyatlar aparması səbəbindən etimad etməsi və bu səbəbdən bu dəyərdə məbləğ üzrə qarantiya məktubunun verilməsi ağlasığmazdır. Hüquqi şəxslər arasında bir-birinə etibar edib bu formada əməliyyatların aparılması mümkün deyildir. Qarşı tərəf Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə məlumatların hansı tarixdə ötürülməsi barədə məlumatlı deyildir. Məhkəmədən məlumatların nə zaman göndərilməsi barədə ya cavabdehə, ya müstəqil tələb irəli sürməyən üçüncü şəxsə, ya da ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə sorğu göndərilməsi barədə xahiş etmişdir. İddiaçının hesabına davamlı olaraq pul vəsaitləri daxil olmuşdur. İddiaçının borcdan heç bir zaman məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna X2 barədə təklif edilərək 20830,55 ABŞ dolları faiz məbləği borcun olması barədə məlumatın yanlış olmasının yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş edilmişdir. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna müraciət etsələr də xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən Qarantiya məktubuna xitam verilməsi ilə bağlı benefisiardan banka bildiriş daxil olmaması səbəbindən müqavilənin 2.7-ci bəndi üzrə xx.xx.2016-cı il tarixinə hesablanmış faiz məbləğinin ödənilməsinin tələb edilməsi barədə cavab məktubu ünvanlamışdır. Suallara cavab olaraq həmçinin bildirmişdir ki, hazırkı mübahisənin danışıqlar aparılması yolu ilə həll ediləcəyinə inanmış, uzun müddət qarşı tərəfdən müsbət cavab gözləmişdir. Lakin sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi çıxışında bildirmişdir ki, hər hansı müqavilə münasibətləri üzrə öhdəliyin yaranması üçün xidmət göstərilməli idi və bu xidmət göstərilməsi də tərəf iddia eləsə də ağlabatan olmalıdır. Tərəfin məhkəməyə xidmət göstərilməsini təsdiq edən yeganə sübutu həmin qarantiya məktubunun iddiaçı tərəfindən təqdim olunmasına dair əsli təqdim edilmiş kimi göstərdikləri kserosurət sənəddir. Məhkəmə iclaslarının gedişatında dəfələrlə tərəfə məktubun əslinin məhkəməyə təqdim edilməsini təklif edilsə də tərəf sənədin əslinin onlarda olmadığını bildirmişdir. İddiaçı imzanın əslini görmək istəyərdi. Qarşı tərəf 10 il ərzində xidmətin göstərilməsindən irəli gələn hüquqlarından istifadə etməmişdir. Tərəflər arasında olan müqavilənin olmasını təsdiq etmiş, tərəflər arasında olan etibar, inama əsaslanaraq bu məbləğdə qarantiya məktubu verilə bilməz. Göstərilməyən xidmətə görə bu məbləğin Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində qeyd edilməsi, göstərilməsi əsassızdır. Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, qarantiya müqaviləsinin ilkin olaraq bağlanması şərti budur ki, qarşı tərəf hər hansı şirkətlə hər hansı əməliyyat aparacaq və bunun qarşılığında da hazırkı işlə bağlı qeyd olunan işin məbləği ******* ABŞ dolları məbləğindədir. Qarantiya məktubu qarşı tərəfdən imzalanmış surətini məhkəməyə təqdim edilmişdir. Hesablardan tutulması bankın hüququdur, bu hüquqdan istifadə və nəyə görə istifadə edilməməsi barədə heç məlumatı yoxdur. Müqavilə üzrə tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə hər iki tərəfin iradəsi ilə bağlanmışdır. Məhkəməyə təqdim edilən təsdiq edilmiş tərcümədən də bəlli olur ki, bank üzərinə düşən öhdəliyi yerinə yetirərək qarşı tərəfə həmin qarantiya məktubunu təqdim etmişdir. Qarantiya müqaviləsi müddəti ərzində əgər qarşı tərəf qarantiya müqaviləsinin restrukturizasiya edilməsi barədə müraciət etsəydi, bank bunu nəzərdən keçirdə bilərdi. Lakin qarantiya müqaviləsinin müddəti bitdikdən uzun müddət sonra tərəfin bunu mübahisələndirməsi, qarantiya məktubunu əldə etmədiyini bildirməsi, daha sonra isə əldə etsə də, qeyd edilən əməliyyatı aparmamasına istinad etməsi artıq qarşı tərəfin məsuliyyəti və onun problemidir. Burada bank heç bir məsuliyyət daşımır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə nə zaman məlumat vermələri barədə məlumatları yoxdur. İddiaçı hüquqi şəxs olaraq əməliyyat yerinə yetirilən zaman qarantiya müqaviləsinə əsasən bank qarşısında öhdəliyin yaranması barədə məlumatlı olmalı idi. Hazırda tərəflər arasında hər hansı kredit müqaviləsi ilə bağlı məhkəmə mübahisəsi yoxdur. Qarantiya məktubunun təqdim edilən zamana iddiaçının hesabında pul məbləğinin olması barədə məlumatları yoxdur. Qarantiya məktubunun verilmə əsası "xxxx" ASC ilə işlər görülmüş, hesablaşmalar aparılmış, buna əsasən qarantiya məktubu verilmişdir. Bank tərəfin hesabında pul vəsaiti olmadığı barədə məlumatı inkar etmir. Bankın hesabdan pul vəsaitini silə bilmə imkanı olduğu hala bu hüququndan istifadə etməməsi barədə məlumatları olmadığını bildirmişdir. Bu hal müqavilə üzrə bankın üzərinə öhdəlik kimi qoyulmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi çıxışında bildirmişdir ki, qarantiya məktubunun ikinci hissəsində bankın qarşı tərəfə nəyə görə qarant durması barədə məktub var və onun da tərcüməsinin təsdiq edilmiş surətini məhkəməyə təqdim edilmişdir. Bank üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Qarşı tərəf məhkəmə hazırlıq iclaslarında özü etiraf edərək bildirmişdir ki, bankla qarşı tərəfin rəhbərliyi arasında yaxın dost münasibətləri olmuşdur. Həmçinin hesablaşmalarda "xxxx" ASC ilə aparıldığından bank müqaviləni kiminlə bağladığını, hüquqi şəxs olaraq qarşı tərəf nəyə imza çəkdiyini çox gözəl bilmişdir. Tərəf hazırkı məhkəmə prosesinə kimi imza nümunələrini mübahisələndirməşdir. Adi gözlə baxdıqda da qarantiya məktubunda qeyd edilən imza ilə müqavilədə qeyd edilən imzanın eyni olduğu açıq aşkar görünür. Burada hər hansı ekspertizanın keçirilməsinə belə zərurət yoxdur. Sonda o, iddianı təmin edilməməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC (Bank) və İddiaçı MTK (Prinsipal) arasında imzalanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə əsasən bank prinsipalın xahişi ilə gələcəkdə mətn üzrə Benefisiar adlandırılacaq Republic of X6 X10 X7-nin xeyrinə 1 250 000 (bir milyon iki yüz əlil min) ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Qarantiya 13 oktyabr 2015-ci il tarixindən 15 mart 2016-cı il tarixinədək (bu tarix daxil edilməklə) təqdim edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Qarantiyanın məbləği ******* (bir milyon iki yüz əlli min) ABŞ dolları təşkil edir. BANKın bu Müqaviləyə əsasən Benefisiar qarşısında məsuliyyəti yuxanda göstərilən məbləğlə məhdudlaşır. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu qarantiya müstəqil xarakter daşıyır və BANK tərəfindən geri götürülə bilməz. Müqavilənin 2.6-cü bəndinə əsasən, Benefisiardan yazılı tələb alındığı zaman BANK Prinsipalın ******************** hesabı üzrə pul vəsaitinin akseptsiz silinməsi hüququna malik olur, Prinsipal isə buna öz razılığını verir. Müqavilənin 2.7-ci bəndinə əsasən Prinsipal banka 4% (dörd) faiz illik komissiya ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən, Prinsipal "xxxx" ASC vasitəsilə Benefisiar ilə qarşılıqlı hesablaşmalar üzrə bütün əməliyyatları həyata keçirməyə, bankın birinci tələbi ilə bankın hesablarında olan özünün pul vəsaiti hesabına bu Müqaviləyə əsasən Benefisiarın xeyrinə və onun hesabına ödəniş məbləğlərini banka ödəməyə, müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün təminat kimi mülkiyyət hüququ əsasında prinsipala məxsus olan əmlakı banka təqdim etməyə, hesablar üzrə əməliyyatların aparılması üçün lazım olan düzgün rəsmiləşdirilmiş sənədləri və əlavələri banka təqdim etməyə borcludur. xx.xx.2022-ci il tarixində İddiaçı MTK tərəfindən LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Kredit Bürosuna ünvanlanmış ərizəyə əsasən, "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış ci xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə Prinsipiala Bank 1 250 000 ABŞ dolları məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-ci bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin belə qarantiya təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəfinizdən xidmət göstərilməmişdir. Buna baxmayaraq, Azərbaycan Kredit bürosundan verilmiş çıxarışdan görünür ki, faiz məbləği olaraq Cəmiyyətə 20 830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır ki, bu səhv məlumatdır. Qeyd edilənləri nəzərə alaraq, 20 830,55 ABŞ dolları faiz məbləği borcun olması barədə məlumatın yanlış olmasının tərəfinizdən yoxlanılmasını, borcun olmaması barədə Azərbaycan Kredit bürosuna məlumat verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı MTK tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış X2 Barədə Təklifə əsasən, "xxxx" MTK bildirir ki, “AG’’Bank ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə bank ******* manatlıq qarantiya məktubu versə də qarantiya təqdim edilməmiş (zərurət aradan qalxmış) və bank tərəfindən xidmət göstərilməmişdir. Buna baxmayaraq əsassız olaraq 20 830,55 ABŞ dolları faiz məbləği hesablanmışdır. Təklif edilir ki, 20830,55 ABŞ dolları faiz məbləği borc olmadığı üçün borcun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilsin. xx.xx.2022-ci il tarixli LPO "xxxx" ASC tərəfindən verilmiş məktuba cavab olaraq bildirilmişdir ki, LPO "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli NRF/004 nömrəli Qarantiyanın təqdim edilməsi haqqında müqaviləyə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən benefisiarın xeyrinə, xx.xx.2015-ci il tarixli 1 250 000 (bir milyon iki yüz əlli min) ABŞ dolları məbləğində qarantiya məktubu verilmişdir. Bundan sonra Qarantiya məktubuna xitam verilməsi ilə bağlı benefisiardan banka bildiriş daxil olmamışdır. Həmin müqavilənin 2.7-ci bəndi üzrə xx.xx.2016-cı il tarixinədək hesablanmış faiz məbləğini ödənilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş çıxarışa əsasən, borcalanın aktiv öhdəlikləri qarantiya və zaminlik ******* ABŞ dolları, kreditin faiz məbləği isə 20830,55 ABŞ dolları təşkil edir, kreditin verilmə tarixi xx.xx.2015-ci il tarixidir. xx.xx.2015-ci il tarixli "xxxx" ASC tərəfindən X9 idarəsinə verilmiş məlumata əsasən İddiaçı MTK şirkəti (bundan sonra iddiaçı) AGBank-ın (Bakı. Azərbaycan) müştərisidir və bu şirkətin təsisçisi cənab Nümayəndə1dir. Şirkətin "xxxx" ASC ilə uğurlu kredit tarixçəsi var. Şirkətin "xxxx" ASC-də AZN üzrə AZ97AZFG********************, AZ70AZF.G******************** ABŞ dolları üzrə AZ82AZEG********************, AZ55AZEG********************, Rus rublu üzrə AZ58AZEG**********56u6100001, Avro üzrə AZ22AZEG**********560610001, AZ92AZEG********************. "xxxx" MTK şirkətinin xx.xx.2011-xx.xx.2015-ci il tarixlərində hesabları üzrə ümumi dövriyyəsi 9 535 486,00 ABŞ dolları (doqquz milyon beş yüz otuz beş min dörd yüz səksən altı ABŞ dolları) təşkil edir. "xxxx" MTK-nın xeyrinə verilmiş kredit xətti 6 000 000 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş və Nümayəndə1 tərəfindən qəbul edilmiş tender təklifinin təminatına əsasən, "xxxx" MTK satınalma nömrəsi: SLRA/OMDL/QCBS/2015/0001B olan iki mərhələli Şəhər və X3 (Mərkəzi Zona) tikintisini və yenidən qurulmasına dair 15 oktyabr tarixli öz tender təklifini təqdim etmişdir. Bu sənədin təqdim ediləcəyi şəxslərin nəzərinə çatdırılmışdır ki, "xxxx" ASC X9 İdarəsinə 1.250.000 ABŞ məbləğində ödəniş etməyi öhdəsinə götürür. Bank həmçinin məbləği vicdanla və tam şəkildə qeyd olunan İşəgötürənə ödəməyi özü, varisləri və təqdim etdikləri nümayəndələr qarşısında öhdəlik daşıyır. 15 oktyabr 2015-ci il tarixində adı çəkilən X8 ilə möhürlənmişdir. Bu öhdəliyin şərtləri aşağıdakılardır: Əgər Tender təklifi elan edildikdən sonra iddiaçı Tender təklifi formasında göstərdən tenderin qüvvədə olduğu müddət ərzində öz Tender təklifini geri götürərsə; və ya Əgər İddiaçı tenderin qüvvədə olduğu müddət ərzində İşəgötürən tərəfindən öz tenderinin qəbul edilməsi barədə məlumatlandırlıbsa, tələb olunduqda, iddiaçılara verilən təlimatlara uyğun olaraq Müqavilə formasını icra etməzsə və ya icra etməkdən imtina edərsə: iddiaçılara verilən təlimatlara uyğun icra Təminatını təqdim etməzsə və ya təqdim etməkdən imtina edərsə; və ya 27-ci bəndə uyğun olaraq tender qiymətini düzəlişə qəbul etməzsə, bank İşəgötürənin birinci yazılı tələbini aldıqdan sonra onun tələbini əsaslandırmadan yuxarıda göstərilən məbləği ödəməyi öhdəsinə götürür, bir şərtlə ki, onun tələbində İşəgötürən 3 şərtdən birinin və ya hər hansı birinin baş verməsi ilə əlaqədar tələb etdiyi məbləğin ona ödəyəcəyini qeyd etsin, yaranmış vəziyyəti və şərtləri şərtləri göstərsin. Bu Zəmanət İddiaçılara verilən təlimatlarda qeyd edilən və ya İşəgötürən tərəfindən uzadıla bilən tender təkliflərinin təqdim edilməsi üçün son tarixdən 28 gün sonra, 2016-cı ilin fevralın 15-dək və həmin tarix daxil olmaqla qüvvədə olacaq, bununla bağlı Banka belə uzadılmalara dair bildirişdən imtina edilir. Bu Zəmamətlə bağlı istənilən tələb yuxarıda göstərilən tarixdən gec olmayaraq Banka çatmalıdır. "xxxx" MTK tərəfindən Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Kredit Bürosuna ünvanlanmış pretenziya məktubundan görünür ki, "xxxx" ASC və İddiaçı MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixi NRF/004 saylı qarantiyanın təqdim edilməsi barədə müqavilə ilə Prinsipial olaraq "xxxx" ASC tərəfindən iddiaçıya 1250 000 ABŞ dollan məbləğində qarantiya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim etməli idi və bunun müqabilində iddiaçı tərəfindən Müqavilənin 3.2.2-ci bəndinə və 2.7-cı bəndinə əsasən fakt üzrə göstərilən xidmətə görə illik 4% komisiya ödənilməli idi. Lakin "xxxx" ASC tərəfindən iddiaçıya 1250 000 ABŞ dollar məbləğində qarantiya xx.xx.2015- tarixdən xx.xx.2016-cı il tarixədək təqdim edilməmiş (zərurət aradan qalxmış) və tərəflərindən xidmət göstərilməmişdir. "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Buna baxmayaraq Azərbaycan Kredit bürosundan verilmiş çıxanşdan görünür ki, faiz məbləği olaraq cavabdehə 20830,55 ABŞ dollan faiz məbləği hesablanmışdır. Faiz borcunun hesablanmasında yanlışlıq olmuşdur. Bu səbəbdən də həmin faiz borcu silinməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC (VÖEN:**********) ləğvedicisidir. Qeyd edilənlərə əsasən "Diplomat 2008~ MTK-mıı aktiv öhdəlikləri kimi görünən 20830.55 ABŞ dollan faiz məbləği borcun Kredit Bürosu Reyestrindən silınməsıni təmin edilməsini xahiş etmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MTK tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 478-ci maddəsinə görə qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 483-cü maddəsinə əsasən əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO "xxxx" ASC (Qarant) və İddiaçı MTK (Prinsipal) arasında imzalanmış xx.xx.2015-ci il tarixli qarantiyanın təqdim edilməsi barədə müqavilə əsasən Bank Prinsipalın xahişi ilə Benefisiar - Republic of X6 X10 X7-nin xeyrinə ******* (bir milyon iki yüz əlil min) ABŞ dolları məbləğində qarantiya təqdim etməyi, Prinsipial isə Banka illik 4 % komissiya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixində Bank Benefisiara təminat məktubu verərək Prisipiala qarant durmuş və Prinsipial həmin məktubu almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə Cavabdeh1 MMC iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, o, reyestrə daxil etdiyi məlumatları özü birbaşa əldə etmir, həmin məlumatlar müvafiq olaraq banklar tərəfindən ona təqdim edilir və o, da daxil olmuş məlumata uyğun kredit bürosu reyestrində müvafiq qeydiyyat aparır. Həmin məlumatların düzgün olmamasının, yanlış təqdim edilməsinin məsuliyyəti də onun deyil, bankların üzərinə düşür. Digər tərəfdən iddiaçı iddia tələbində LPO AGBank ASC tərəfindən qarantiya müqaviləsi üzrə ona heç bir xidmət göstərilmədiyini, qarantiya verilmədiyini bildirmiş, buna görə də onun adına kredit bürosunun reyestrində qeyd olunmuş 20830,55 ABŞ dolları faiz borcunun silinməsini tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, LPO AGBank ASC tərəfindən təqdim edilmiş təminat məktubundan Bank tərəfindən iddiaçıya X5 Yol İdarəsinə təqdim edilməsi üçün yazılı öhdəlik verildiyi məlum olmuşdur. Yəni bank prinsipial olan iddiaçının kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik vermiş, bununla da qarantiya müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. Buna görə də Bank haqlı olaraq verdiyi qarantiyaya görə müqavilə şərtinə uyğun olaraq illik 4% komissiya haqqı kimi 20830,55 ABŞ dolları hesablamış və bu barədə Azərbaycan Kredit Bürosunda müvafiq qeydiyyat aparılmışdır. İddiaçının nümayəndəsi həmin təminat məktubunun əsli olmadığı üçün məktubu mübahisələndirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, LPO AGBank ASC ləğv prosesində olduğundan və hazırda Əmanətlərin Sığortalanması Fondunda ləğv prosesində olan bankların sayının çoxluğu səbəbindən müəyyən sənədlərin əsillərini təqdim edilməsi qeyri-mümkün olmuşdur. Lakin bununla belə “Elektron Məhkəmə” informasiya sisteminə həmin məktubun əslinin skan olunmuş nüsxəsi əlavə edilmişdir. Bundan başqa qarantiya məktubunda illik 4% komissiya haqqının iddiaçı tərəfindən ödənilməsi ******* ABŞ dollarının verildiyi halda deyil, məhz qarantiya məktbunun verilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 3.3.2-ci bəndinə əsasən Bank tərəfindən qarantiya əsasında ödəniş aparıldığı halda Prinsipial ödənilmiş məbləği həmin gün Banka ödəməlidir. Benifisiarın xeyrinə Bankın vəsaiti hesabına ödənişin həyata keçirildiyi gündən qarantiya üzrə ödəmə zamanı yaranmış borc tam ödənilənədək ödənilmiş məbləğə illik 50% hesablamaq hüququna malikdir. Prinsipial yaranmış borcu və ya hesablanmış faizləri bu müqavilənin hazırkı bəndində nəzərdə tutulmuş müddətdə ödəməzsə, Bank borcu hesablanmış faizlərlə birlikdə qaytarılmasını və (və ya) girov qoyulmuş əmlakın satılmasını tələb etmək və borcun ödənilməsini digər təminatlara yönəltmək hüququna malikdir. Müqavilənin şərtlərinin təfsirindən göründüyü kimi illik 4% ilə komissiya haqqı ödəniləcək qarantiya məbləği üçün faiz kimi nəzərdə tutulmamış, yazılı öhdəliyin verilməsi üçün xidmət haqqı kimi qeyd edilmişdir. Beləliklə məhkəmə mülki qanunvericiliyin normalarını rəhbər tutaraq, müqavilə şərtlərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nın cavabdeh Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 MMC-yə qarşı (LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar