Məhkəmə qərarları › İş №e-2-2(113)-2671/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2671/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2671/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə ödənilməmiş 53134,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək tam və obyektiv araşdırma üçün hazırkı işin Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olan eyni məzmunlu e-2-2(113)-1342/2021 saylı işlə birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1342/2021 saylı iş və hazırkı e-2-2(113)- 2671/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1342/2021 saylı 11.02.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 26 avqust 2020- ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və işsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə məhkəmə icraatının mümkün olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında bir-biri ilə əlaqədar olan mülki işlər, tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının bir-birinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair e2-2(113)-2671/2021 saylı iş, məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair e-2-2(113)-1342/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair (İş № e-2-2(113)-2671/2021) iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair (İş № e-2-2(113)- 1342/2021) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar