Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-268/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC və Qanuni Nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada iddiaçının хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 200271.37 manat krеdit bоrcu, 4116.68 manat faiz bоrcu və 8557.18 manat cərimə borcu olmaqla,ümumilikdə cəmi 212945,23 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə və Qanuni nümayəndə məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 212945,23 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Qanuni nümayəndə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Qanuni nümayəndə həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 015L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 015R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 015R**********S saylı, xx.xx.2022-ci il tarixli 015R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC götürdüyü krеdit bоrcundan 99728.63 manat ödəmiş, onun 200271.37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 4116.68 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 148 gün üçün hеsablanmış cərimə 8557.18 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə“X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Qanuni nümayəndə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 015M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənziliniİddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1871 nömrəli reyestr kitabının 172487 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən həmin əmlakın “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzili AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Qanuni nümayəndə və həmin mənzildə qeydiyyatda olan Cavabdeh4 və Cavabdeh5 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişlər. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 3M-997 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakışəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ eviniİddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 146 nömrəli reyestr kitabının 14586 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən həmin əmlakın “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Qanuni nümayəndə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bakışəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh2 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 182271.37 manat kredit borcu, 4116.68 manat faiz borcu və 8557.18 manat cərimə borcu olmaqla,ümumilikdə cəmi 194945 (yüz doxsan dörd min doqquz yüz qırx beş) manat 23 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat,ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə və Qanuni nümayəndə məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m2 ümumi sahədən ibarət 8182 saylı bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 194945 (yüz doxsan dörd min doqquz yüz qırx beş) manat 23 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-dən, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Qanuni nümayəndə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m2 ümumi sahədən ibarət 8182 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Qanuni nümayəndə həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən ümumilikdə 18000 manat məbləğində ödəniş edilmiş, həmin ödəniş yalnız əsas borca silinmişdir.
6. Məhkəmə iclasında cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC və Qanuni Nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini qismən qəbul etdiyini, kredit müqaviləsi üzrə borcun materiallarda olan birinci məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun müəyyən edilməsini, Qanuni nümayəndə məxsus ipoteka predmetinin yenidən qiymətləndirilərək, ilkin satış qiymətinin ona uyğun müəyyən edilməsini xahiş etdi.
7. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.
8. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 015R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 200271,37 manat, faiz borcu 4116,68 manat, cərimə borcu 8557,18 manat, cəmi borcu 212945,23 manat təşkil edir.
12. İddiaçı ilə cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC arasında bağlanmış 14 may 2018-ci il tarixli 015L**********88 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10.000.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.
13. İddiaçı və cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 300.000 manat olan krediti aylıq faiz dərəcəsi 0,4167 % olmaqla 60 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasnın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstəriləmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
14. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.
15. 14 iyun 2021-ci il tarixli 015R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 may 2018-ci il tarixli 015L**********88 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30 aprel 2021-ci il tarixdə bağlanmış 015R********** nömrəli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 14 iyun 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
16. 09 iyun 2021-ci il tarixli 015R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 may 2018-ci il tarixli 015L**********88 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 24 dekabr 2019-cu il tarixdə bağlanmış 015R********** nömrəli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 09 iyun 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
17. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 14 may 2018-ci il tarixli 015S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
18. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 14 may 2018-ci il tarixli 015S**********04 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
19. İddiaçı və cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 4-cü mərtəbədə yerləşən 118,9 kv.metr ümumi sahədən 71,3 kv.m yaşayış sahəsindən 47,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzili 14 may 2018-ci il tarixli 015L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
20. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 161000 manat təşkil edir.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus əmlak iddiaçının Mingəçevir filialının xeyrinə yüklü edilmişdir.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.
23. İddiaçı və cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 14 may 2018-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,0982ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 225,1 kv.metr ümumi sahədən ibarət 8182 saylı bağ evini 14 may 2018-ci il tarixli 015L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
24. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 150000 manat təşkil edir.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qanuni nümayəndə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,0982ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 225,1 kv.metr ümumi sahədən ibarət 8182 saylı bağ evi ünvanında yerləşən əmlak iddiaçının Mingəçevir filialının xeyrinə yüklü edilmişdir.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,0982ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 225,1 kv.metr ümumi sahədən ibarət 8182 saylı bağ evi Qanuni nümayəndə adına rəsmiləşdirilmişdir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 3-16-16/2-9/9496/2023 saylı rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcalanın banka ödənilməli olan əsas borcu 185554,84 manat, faiz borcu 386,60 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 185554,84 manat, faiz borcu 1005,17 manat təşkil edir.
28. "xxxx" MMC tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli LP-252/2023 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, ev 72 ünvanında yerləşən Cavabdeh2 Ziyəddin qızına məxsus 12 saylı mənzilin (müqayisə yanaşması ilə) bazar qiyməti 232000 manat, eyni şəraitli, eyni ərazidə yerləşən mənzilin evinin likvid qiməti isə 206000 manat təşkil edir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli 3-16-16/2-9/2192/2024 saylı rəyinin nəticə hissəsindən görünür ki, X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015R********** saylı kredit razılaşması üzrə iddiaçı banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 200572,92 manat, faiz borcu üzrə 3373,74 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 200572,92 manat, faiz borcu üzrə 4039,32 manat təşkil edir.
30. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
33. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
38. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
39. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
41. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
42. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
43. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC 14 may 2018-ci il tarixli 015L**********88 nömrəli uzunmüddətli kredit müqaviləsi və 24 dekabr 2019-cu il tarixli 015R********** nömrəli kredit razılaşması bağlanmış, 300.000 manat məbləğində kredit aylıq 0,4167 % faiz dərəcəsi ilə 60 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 4-cü mərtəbədə yerləşən 118,9 kv.metr ümumi sahədən 71,3 kv.m yaşayış sahəsindən 47,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil və Qanuni nümayəndə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,0982ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 225,1 kv.metr ümumi sahədən ibarət 8182 saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 ilə 14 may 2018-ci il tarixli 015S**********03 nömrəli və cavabdeh Qanuni nümayəndə ilə 14 may 2018-ci il tarixli 015S**********04 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
45. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
46. Bu səbəbdən 24 dekabr 2019-cu il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə yaranmış əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən tutulacaq faiz borcunun məbləği xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
47. Belə ki, rəylə arasında fərqin olması təkrar ekspert rəyində onunla izah edilmişdir ki, ilkin ekspert rəyində hesabdan çıxarış məlumatları hazırkı kredit razılaşması üzrə məlumatlarla yanaşı, cavabdehin digər kredit razılaşmaları üzrə əməliyyatları da əhatə etdiyi üçün verilmiş rəy hazırkı rəydən fərqli olmuş, hazırkı rəy verilərkən yalnız xx.xx.2019cu il tarixli kredit razılaşması üzrə edilmiş ödənişlər nəzərə alınmışdır.
48. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu (iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin azaldılması barədə ərizə və ərizəyə əlavə edilmiş hesabdan çıxarışa görə hazırki məhkəmə mübahisəsi davam etdiyi müddətdə cavabdehlər tərəfindən 18000 manat məbləğində ödəniş edilmiş və ödəniş əsas borcdan silinmişdir) əsas borclu və zaminlərdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 8557,18 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
50. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
51. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
52. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
53. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 8000 manat müəyyən edilməlidir.
54. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
55. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 24 dekabr 2019-cu il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu, 8000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
56. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərinə uyğun müəyyən edilməli, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdeh Qanuni nümayəndə həmin əmlakdan çıxarılmalı və əmlak boşaldılmalıdır.
57. Belə ki, cavabdehlər həmin rəylə razılaşmamış, onların vəsatəti üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar ekspertiza təyin edilmiş, materiallar rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, sonuncu tərəfindən materiallar rəy verilmədən icrasız geri qaytarılmış, səbəbi kimi tərəflərin ekspertizada iştirak etməmələri göstərilmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu, 8000 manat dəbbə pulu tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə - ilkin satış qiyməti 206000 manat müəyyən edilməklə və cavabdeh Qanuni nümayəndə məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə ilkin satış qiyməti 185000 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu, 8000 manat dəbbə pulu tutularaq İddiaçı QSC-yə ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılmalı, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdeh Qanuni nümayəndə həmin əmlakdan çıxarılmalı və əmlak boşaldılmalıdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş ümumilikdə 90 manat xidmət haqqı cavabdehlərə, ödənilmiş qalan 103 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
61. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat (100 manat və 50 manat) təşkil edir.
62. Məhkəmə qeyd edir ki, ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə müştərək (birgə) qaydada 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu, 8000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 90 manat xidmət haqqı, ümumilikdə 194800,69 (bir yüz doxsan dörd min səkkiz yüz manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 72 saylı evin 12 saylı mənzilinə - ilkin satış qiyməti 206000 (iki yüz altı min) manat müəyyən edilməklə və cavabdeh Qanuni nümayəndə məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə - ilkin satış qiyməti 185000 (bir yüz səksən beş min) manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına 182271,37 manat əsas borc, 4039,32 manat faiz borcu, 8000 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 90 manat xidmət haqqı, ümumilikdə 194800,69 (bir yüz doxsan dörd min səkkiz yüz manat altmış doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılsın. Cavabdeh Qanuni nümayəndə məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.0982 ha torpaq sahəsi və üzərində 225.1 m ümumi sahədən ibarət 8182 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdeh Qanuni nümayəndə həmin əmlakdan çıxarılsın və əmlak boşaldılsın. İddia ərizəsi verilərkən ödənilmiş 103 (bir yüz üç) manat dövlət rüsumu İddiaçı QSCnin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC, Cavabdeh2, Qanuni nümayəndə müştərək (birgə) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova