Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2682/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndələri X6, Nümayəndə2, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3ndən, Cavabdeh1ndən və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada, “xx.xx.2023-cü il tarixli, H-00224 saylı “Obyektin icarəyə verilməsi haqqında” müqavilə əsasında icarəyə götürülmüş Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanındakı kompleks daxilində yerləşən dörd mərtəbəli qeyri-yaşayış binasının əsaslı təmiri və mətbəx avadanlığı üçün ümumilikdə xərclənmiş 243.000 manatın, eləcə də, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli İcarə müqaviləsinin bağlanması üçün Qanuni nümayəndə3 tərəfindən Cavabdeh1nə məxsus xəzinə çekləri tərtib edilməklə, Cavabdeh1 möhüründən istifadə edilməklə bizdən nəğd olaraq alınmış 55.860 manatın, həmçinin, 01 sentyabr 2023-cü il tarixli İcarə müqaviləsinə görə icarə haqqı adı ilə, bank vasitəsilə Cavabdeh3 bank hesabına ödənilmiş 44.368 manatın, bunlarla yanaşı, Cavabdeh3 tərəfindən qaimə-faktura yazılmadan, kommunal xərcləri adı ilə alınmış 7.000 manatın, eyni zamanda, məhkəmə rüsumu olaraq ödənilmiş 641 (altı yüz qırx bir) manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə1, İddiaçı direktoru olmaqla, biz, 2022-ci ilin ortalarından başlayaraq, "xxxx" Ticarət Mərkəzində, cəmiyyətin iş fəaliyyəti, sahibkarlıq fəaliyyəti ilə bağlı, məsələlərdə, qanunazidd əməllərə, özbaşınalıqlara məruz qalmışıq, nəticədə, İddiaçınə qarşı törədilmiş cinayət əməllərinin qurbanı olmuşuq, bu əməllər davam etməkdədirlər. Belə ki, "xxxx" Ticarət Mərkəzində sahibkarlıqla məşğul olmuş, sonradan əməllərinə görə “Beynəlxalq axtarış”la İNTERPOL tərəfindən axtarılan, Azərbaycan Respublikasının dövlət bankına, kommersiya banklarına milyon dollarla ödənilməmiş kredit borcları olan, İspaniyada sığınacaq tapmış Türkiyə Respublikasının vətəndaşı X30 havadarlıq etdiyi, Azərbaycan Respublikası ərazisində təsis etdirdiyi hüquqi şəxslər vasitəsilə hələ də qeyri-rəsmi gördürdüyü işlərdə istifadə etdiyi, əvvəllər də onun uşaqlarının təmizlik işlərinə baxmış, fəaliyyət ünvanı "xxxx" Ticarət Mərkəzi olan, X30 xx.xx.2022-ci il tarixində qeyri-rəsmi təsis etdirdiyi Cavabdeh3 Qanuni təmsilçisi təyin etdirdiyi xx.xx.1984-cü il təvəllüdlü Qanuni nümayəndə3, aldatma yolu ilə, hədə-qorxu ilə aidiyyəti olmayan cəmiyyətin-əvvəllər də qeyri-qanuni istifadə etdiyi, işlər gördüyü Cavabdeh1 möhüründən istifadə etməklə, əvvəllər otel kimi istifadə olunmuş 4 mərtəbəli binanın İcarə müqaviləsini mənim rəhbəri olduğum İddiaçı MMC ilə bağlayacağı vədi ilə həmin binanın böyük hissəsini, 2 mərtəbəsini bizə əsaslı təmir etdirmiş, 243.000 manat vəsait xərcləndikdən sonra isə, İcarə müqaviləsini bağlamayacağı hədəsi ilə məni qorxutmuş, uzun müddət mənimlə İcarə müqaviləsi bağlamamışdır. Nəticədə, məni müqavilə bağlamayacağı hədəsi ilə qorxudandan sonra, X31 birləşib “şəxsi şərtlərini” dəfələrlə dəyişəndən sonra, həmçinin, İcarə müqaviləsini 10 il müddətinə bağlayacağı vədi ilə aldadandan sonra, 55.860 (əlli beş min səkkiz yüz altmış) manat pulu məndən nəğd olaraq almış, məhz bundan sonra İcarə müqaviləsi arxa tarixlə bağlamışdır. Belə ki, Qanuni nümayəndə3 İcarə müqaviləsini bağlamayacağı hədəsi ilə qorxudaraq bizdən almış olduğu 55.860 (əlli beş min səkkiz yüz altmış) manatı alması ardıcıllığını nəzərinizə çatdırıram: Qanuni nümayəndə3, xx.xx.2023-cü il tarixində məndən 10.000 (on min) manatı nəğd olaraq almış, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 10.000 (on min) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2615 saylı qəbz verilmişdir. Bundan sonra, Qanuni nümayəndə3, xx.xx.2023-cü il tarixində məndən 10.000 (on min) manatı nəğd olaraq almış, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, 10.000 (on min) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2686 saylı qəbz verilmişdir. Daha sonra, Qanuni nümayəndə3, xx.xx.2023-cü il tarixində məndən 10.000 (on min) manatı nəğd olaraq almış, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 10.000 (on min) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 000292 saylı Kassa ödəmə qəbzi verilmişdir. Bundan sonra, elə həmin gün, Qanuni nümayəndə3, xx.xx.2023-cü il tarixli qondarma bir “RAZİLAŞMA”nı və “Obyektin icarəyə verilməsi haqqında” H-000224 saylı Müqaviləni arxa tarixlə, xx.xx.2023-cü il tarixi ilə imzalayaraq bizə vermişdir. Qəti olaraq tələb etmişdir ki, tez bir müddətdə, qısa bir zamanda, “RAZİLAŞMA”da göstərilən pullarla bağlı qalan 30.000 (otuz min) manatını da ona çatdırmalıyıq. Əks halda işləməyimizə imkan verməyəcək, binanın-“Biznes mərkəzi”nin suyunu, işıqlarını kəsdirəcək, binanın giriş qapısını bağlatdıracaq və.s. Biz, “Obyektin icarəyə verilməsi haqqında” H-000224 saylı xx.xx.2023-cü il tarixli Müqaviləni xx.xx.2023-cü il tarixində, obyektə kod almaq niyyəti ilə vergi orqanına təqdim etmişik. Bundan sonra bu qadın gündəlik olaraq, demək olar ki, hər gün, bizdən əl çəkməmiş, gah zənglər edib məni otağına çağırmış, gah da işçilərini göndərib, məni yanına apartdırmışdır, məni abırdan, üzdən-gözdən salmışdır. Beləliklə, Qanuni nümayəndə3, xx.xx.2023-cü il tarixində məndən 10.000 (on min) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 10.000 (on min) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2776 saylı qəbz, xx.xx.2023-cü il tarixində məndən 1900 (bir min doqquz yüz) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 1900 (bir min doqquz yüz) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2776 saylı qəbz, xx.xx.2023-cü il tarixində məndən 500 (beş yüz) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 500 (beş yüz) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2796 saylı qəbz, xx.xx.2023-cü il tarixində məndən 4000 (dörd min) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 4000 (dörd min) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2797 saylı qəbz, xx.xx.2023-cü il tarixində məndən 2680 (iki min altı yüz səksən) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 2680 (iki min altı yüz səksən) manatı qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2798 saylı qəbz xx.xx.2024cü il tarixində məndən 6780 (altı min yeddi yüz səksən) manatı nəğd olaraq alaraq, mənə, üzərində Cavabdeh1 möhürü vurulmuş, Cavabdeh1nə məxsus, 6780 (altı min yeddi yüz səksən) manatın qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2893 saylı qəbz verilmişdir. Yəni, bu pulları, Qanuni nümayəndə3 təhdidləri, hədələri, səs-küyü müqabilində, abırımızın getməməsi üçün, məcburiyyət qarşısında qalaraq vermişik. Bununla yanaşı da, 2023-cü ilin noyabr ayından başlayaraq 2024-cü ilin fevral ayına qədər, hər ay icarə haqqı adı ilə 10.000 (on min) manatı və 10.000 (on min) manatın ƏDV-sini, ümumilikdə 44.368 (qırx dörd min üç yüz altmış səkkiz) manatı bank hesabına köçürmə yolu ilə bizdən almışdır. Eləcə də, Qanuni nümayəndə3, biz hələ bu binanı təmir etdiyimiz vaxtan etibarən, 7.000 (yeddi min) manatı “kommunal xərclər” adı ilə bizdən hədələrlə tələb edərək nəğd olaraq almış, almış olduqları pulun müəyyən hisəsinin qəbzini belə bizə verməmişlər, bizə qarşı cinayət əməlləri, həmçinin dövlətə qarşı vergi cinayətləri törətmişdir. Əlimizdə olan, “kommunal xərclər” adı ilə bizdən hədələrlə tələb edərək nəğd olaraq almış olduğu pullara dair qəbzləri iddia ərizəmizə əlavə edirik. Bu qadın-Qanuni nümayəndə3, dövlət banklarına kredit borcları olan havadarını, X34 ölkəmizin pulları ilə maliyyələşdirməsi ilə yanaşı, hazırda da, özbaşınalıq edərək sahibkarlıq fəaliyyətimizə mane olmaqda, həmçinin, bizdən əlavə pullar tələb etməkdə və almaqdadır. Bütün bulara aydınlıq gətirirəm. Belə ki, bacım oğlu Eldar Nəzirov uzun illərdir ki, "xxxx" Ticarət mərkəzində müxtəlif vəzifələrdə çalışmış, bununla yanaşı, "xxxx" Ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2022-ci ilin yaz aylarında, Cavabdeh1 Marketinq müdiri X11, söhbət əsnasında bacım oğlu Eldar Nəzirova bildirmişdir ki, "xxxx" Ticarət mərkəzində icarəyə verilən və ticarət obyektləri kimi istifadə olunası sahələr çoxdur, hazırda icarədarlar axtarırlar. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan dosttanışlarından kimlərisə belə təkliflər maraqlandırarsa, müraciət edə bilərlər. Eldar Nəzirov bu barədə mənə demiş, mən də, təxminən 2022-ci ilin iyul ayının sonlarında, "xxxx" Ticarət Mərkəzinə gələrək, Eldar Nəzirovla birlikdə, ”X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Marketinq müdiri X11 ilə söhbətlər etmişik, həmin ticarət sahələri ilə maraqlanmışam, baxmışam. Bundan sonra, X11, öz növbəsində mənim söhbətlərim barədə həmin vaxt Cavabdeh1nə direktorluq edən Qanuni nümayəndə3 demiş, ümumilikdə, 4 mərtəbəli qeyri-yaşayış binasının, keçmiş otelin icarəyə götürülməsi barədə razılıq əldə edilmişdir. Nəticədə, mən və Qanuni nümayəndə3 razılığa gəlmişik ki, Qanuni nümayəndə3 özünün deməsinə görə, Qanuni nümayəndə3 direktoru olduğu Cavabdeh1 istifadəsində olan "xxxx" Ticarət Mərkəzində faəliyyət göstərmiş, hazırda bərbad vəziyyətdə olan “Otel”i mənə 10 illik icarəyə verəcək, 6 ay təmir müddətində icarə haqqı alınmayacaqdır. Həmçinin, 1 ay müddətində də, işçi, mütəxəssis qrupunu yığıb qurtarana qədər, təşkilati işlər görülüb təmir işləri başlanana qədər də məndən icarə haqqı tələb olunmayacaqdır. Mən, 6 ay müddətində istədiyim kimi bu oteli təmir edib, öz məqsədlərimə uyğun hala gətirəcəyəm, işləmək üçün şərait yaradacağam. İcarə müddətinin 1-ci ili, bir ayının icarə haqqının qiyməti 8.000 (səkkiz min) manat (ƏDV daxil), 2-ci ili bir ayının icarə haqqının qiyməti 10.000 (on min) manat(ƏDV daxil), 3-cü ildən başlayaraq bir ayının icarə haqqının qiyməti 5-cı ilin sonunadək 12.000 (on iki min) manat (ƏDV daxil), icarə haqqı ödəniləcəkdir. 5 ildən sonra isə, icarə haqqının aylıq qiyməti 15.000 (on beş) manatdan artıq olmamaq şərti ilə, yenidən danışılacaqdır. Beləliklə razılığa gəlmişik, odur ki, Qanuni nümayəndə3, Cavabdeh1 Marketinq müdiri X2 tapşırıq vermişdir ki, mən, mütəxəssisləri toplayım, təmir işlərinə başlayım. Həmçinin, Qanuni nümayəndə3 İcarə müqaviləsinin layihəsini mənə Məzahir Mirzəyev vasitəsilə vermişdir ki, mən də öz fikirlərimi bildirim, sonra İcarə müqaviləsini bağlayaq. Odur ki, mən, bacım oğlu Eldar Nəzirovla birlikdə, mütəxəssisləri, usta və fəhlələri toplayaraq, təmir işlərinə başlamışıq, Eldar Nəzirov bu işlərdə mənə köməkliklər etmişdir. Beləliklə, mən, Qanuni nümayəndə3 layihəsini hazırladığı İcarə müqaviləsində müəyyən dəyişikliklər etmişəm, İcarə müqaviləsini X18 Abdullayevaya qaytarmışdır ki, bu düzəlişləri nəzərə alsınlar, İcarə müqaviləsini imzalayaq. Bundan 3-4 gün sonra, bizə məlum olmuşdur ki, Qanuni nümayəndə3 Bakı şəhərində deyil, X30 yanına İspaniyaya getmişdir. Təxminən 50 (əlli) gündən sonra, Qanuni nümayəndə3 Bakı şəhərinə qayıtmışdır. Bildirmişdir ki, hazırkı İcarə müqaviləsini Ali Evsenə göstərmiş müzakirə etmişlər, Ali Evsen qiymətlərlə razı olmamışdır, 1 ayın icarə haqqının 8.000 (səkkiz min) manat olmasına razı deyil, tələb etmişdir ki, 1 ayın icarə haqqı 30.000(otuz min) manat olmaqla İcarə müqaviləsi bağlasınlar. Əks halda, İcarə müqaviləsi bağlanmayacaq, təmir üçün nə xərc cəkmişiksə, xərcimiz götürüb aparaq. Həmin Oteli icarəyə götürmək istəyən başqa şəxslər də vardır. Mən, Ali Evsenin bu tələblərinə etiraz etmişəm və Qanuni nümayəndə3 bildirmişəm ki, bu özbaşınalıqdır, 3 ay ərzində təmirə külli miqdarda vəsait xərcləyəndən sonra, bu tələbləri əsassızdır, yersizdir, sadəcə, məni aldatmalarıdır?! Mənim bu etirazımdan sonra, Qanuni nümayəndə3 bildirmişdir ki, Ali Evsenlə yenidən, telefon vasitəsilə danışacaqdır, çalışacaqdır ki, onu bu qiymətlərlə müqavilə bağlamağa razı salsın, ancaq mən, təmir işlərini saxlamayım, dayandırmayım. Qanuni nümayəndə3 Ali Evsenlə yenidən danışması təklifini əlacsızlıqdan qəbul etmişəm, nəticəni gözləmişəm. Ancaq təmiri saxlamışam ki, əlavə xərclər də çəkməyim?! Çünki, artıq 2 mərtəbənin təmirinə 243.000 (iki yüz qırx üç min) manat vəsait xərclənmişdir. Beləliklə, Qanuni nümayəndə3 yenidən Ali Evsenlə danışıq prosesi, 3-4 aya qədər uzanmışdır. Mən də başa düşmüşəm ki, bütün bu müddətlərin uzadılması, xərclər çəkiləndən sonrakı tələblər, Ali Evsenin və onun sifarişlərini yerinə yetirən Qanuni nümayəndə3 düşünülmüş, məkrli planları olmuşdur. Axır ki, Ali Evsenlə Qanuni nümayəndə3 məkrli planları açıqlanmış, məlum olmuşdur ki, onlar, yəni, Ali Evsen və Qanuni nümayəndə3 bağlanacaq İcarə müqaviləsini, Qanuni nümayəndə3 özünü direktoru kimi təqdim etdiyi Cavabdeh1 ilə deyil, başqa bir məhdud məsuliyyətli cəmiyyətlə bağlayacaqlar, həm də, mən, onlara, Qanuni nümayəndə3 əvvəlcədən 30.000 (otuz min) manat pul verməliyəm. Yəni, artıq aydın olmuşdur ki, bu aylar ərzində Ali Evsen və Qanuni nümayəndə3 tərəfindən aldadılmışam, hələ İcarə müqaviləsi bağlamadan, sənədləri və xərcləri rəsmiyyətə salmadan, təmir işləri üçün artıq 243.000 (iki yüz qırx üç min) manat vəsait xərcləmişəm. İndi də, məhz bu asılılıqdan istifadə edən Ali Evsen və Qanuni nümayəndə3, məni hazırkı İcarə müqaviləsini bağlamayacaqları hədəsi ilə qorxudaraq, məndən istədikləri, ağlabatmaz tələbləri edirlər?! Mən, Qanuni nümayəndə3 təklif etmişəm ki, Sehranə X31 danışsın, mən memar olaraq, 30.000 (otuz min) manatın müqabilində, onlara 100.000 (bir yüz min) manat dəyərində layihə hazırlaya bilərəm ki, kimlərəsə satsınlar və ya kimlərinsə sifarişlərini yerinə yetirsinlər. Çünki hazırda mənim bu qədər pulum yoxdur, bütün vəsaitimi təmir işlərinə xərcləmişəm. Qanuni nümayəndə3 bu şərtlə razılaşmamış, məndən 30.000 (otuz min) manatı tez bir müddətdə ödəməyimi tələb etmişdir. Beləliklə, mən, təmir işləri üçün artıq 243.000 (iki yüz qırx üç min) manat vəsait xərclədiyimdən, məcburiyyət qarşısında qalaraq, Qanuni nümayəndə3 və onun deməsinə görə Ali Evsendən gələn qanunsuz, ağlasığmaz tələbləri yerinə yetirmişəm, avqust, sentyabr, oktyabr ayları ərzində, 30.000 (otuz min) manatı, Qanuni nümayəndə3 tələbi ilə, guya, Qanuni nümayəndə3 qanuni təmsilçisi olduğu cəmiyyətin xəzinəsinə, Pərvanə və Hicran adlı işçilərə nəğd şəkildə ödəmişəm, bu pullara dair mənə kassa qəbzləri də verilmişdir. Ancaq kassa qəbzlərindən görünür ki, bu sənədlər bu şəxslərin yeni yaratdıqları, Qanuni nümayəndə3 qanuni təmsilçisi olduğu Cavabdeh3 MMC-yə aid deyillər, Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan sənədlər və möhürdür. Bundan sonra mən, dərhal, Qanuni nümayəndə3 İcarə müqaviləsinin imzalanmasını tələb etsəm də, Qanuni nümayəndə3 yenidən oyun oynamış, bir neçə ay müddətində İcarə müqaviləsini imzalamamışdır, məni də iş otağına qəbul etməmişdir, mühafizəçisi məni onun yanına buraxmamışdır. Nəticədə, mənim əsəblərimin tarıma çəkildiyini, əsəbləşdiyimi, bu qadından qəti olaraq tələb etdiyimi görəndən sonra, Qanuni nümayəndə3 İcarə müqaviləsinin bağlanması üçün şərtini dəyişmiş, indi də tələb etmişdir ki, 30.000 (otuz min) manatdan əlavə 20.000 (iyirmi min) manat da verməliyəm, bu 20.000 (iyirmi min) manatla yanaşı, aylıq icarə haqqlarının ƏDV-sini də mən ödəməliyəm. Üstəlik də məni aldatmışdır ki, 1-2 ay da ƏDV almamaları üçün X31 danışacaqdır. Halbuki, əvvəlki danışıqlarda, ümumiyyətlə ƏDV, ödəniləcək icarə haqqı pullarının içərisində olmuşdur. Bunlardan başqa, danışıqlarımıza, müqavilə şərtlərimizə əsasən, mənə icarə haqqı ilə bağlı 6 ay möhlət verilməmişdir, üstəlik məndən ƏDV-ni də ödəməli olduğum tələb edilmiş, İcarə müqaviləsi bağlamayacaqları hədəsi ilə məndən qəti olaraq pulları verməyim tələb edilmişdir. Beləliklə, Qanuni nümayəndə3, məni müqavilə bağlamayacağı hədəsi ilə qorxudandan sonra, X30 rəhbərliyi ilə “şəxsi şərtlərini” dəfələrlə dəyişəndən sonra havadarlarının vasitəsilə etdiyi təzyiqlərin, hədə-qorxularının nəticələrini görəndən sonra, həmçinin, İcarə müqaviləsini 10 il müddətinə bağlayacağı vədi ilə aldadandan sonra 55.860 (əlli beş min səkkiz yüz altmış) manat pulu məndən nəğd olaraq alandan sonra, Cavabdeh3 MMC-nin (VÖEN **********) adından, hər hansı bir vəzifəsi göstərilmədən, mənim şəxsimdə, İddiaçı ilə, 4 mərtəbəli qeyri-yaşayış binası və binanın sahəsinə daxil olan kaferestoranın 10 (on) il müddətinə icarəyə verilməsinə dair 01 sentyabr 2023-cü il tarixli H-00224 №-li “İcarə müqaviləsi”ni xx.xx.2023-cü il tarixində, arxa tarixlə imzalamış, hər hansı bir vəzifəsi də göstərilmədən İcarə müqaviləsindəki imzasını Cavabdeh3 MMCnin möhürü ilə təsdiq etmişdir. Mənə də məlum olmuşdur ki, Qanuni nümayəndə3 55.860 (əllil beş min səkkiz yüz altmış) manat pulu məndən nəğd olaraq almış, üstəlik, həmin pulları, İcarə müqaviləsini bağladığı cəmiyyətin deyil, İcarə müqaviləsinə aidiyyəti olmayan Cavabdeh1 sənədləri ilə, möhürü ilə, məhz bu cəmiyyətin hesabına almışdır?! Nəticədə, Qanuni nümayəndə3, hələ də təmir işləri getdiyi halda, “6 ay təmir müddətində icarə haqqı alınmayacaqdır. Həmçinin, 1 ay müddətində də, işçi, mütəxəssis qrupunu yığıb qurtarana qədər, təşkilati işlər görülüb təmir başlanmağına qədər də icarə haqqı tələb olunmayacaqdır” şərtini unudaraq, xx.xx.2023-cü il tarixində bağladığı İcarə müqaviləsi əsasında, məndən, avqust və sentyabr ayları üçün də, hər aya 10.000 (on min) manat hesabından, iki ay üçün 20.000 (iyirmi min) manat, ümumilikdə 55.860 (əllil beş min səkkiz yüz altmış) manat pulu məndən hədə ilə almışdır. Bunlardan da başqa, Qanuni nümayəndə3, İcarə müqaviləsində nəzərdə tutulmadığı halda, otaqlarda olmuş köhnə, istismara yararsız kondisionerlərin pulunu, 6.780 (altı min yeddi yüz səksən) manatı da məndən tələb edib, sonradan isə, nəğd olaraq almış olduğu pulları aldadıb almışdır. Belə ki, 2023-cü ilin noyabr 26-da, həftənin bazar günü, Qanuni nümayəndə3, “Biznes Mərkəzi”nin işıqlarını söndürəcəyi hədəsi ilə məndən tələb etmişdir ki, 2023-cü ilin noyabr ayının icarə haqqını, əvvəlcədən, hələ ay bitməmiş, hələ ödəniş vaxtına bir neçə gün qalmışkən ödəyim, 8.000 (səkkiz min) manatı aparıb, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr-da yaşayan, Qanuni nümayəndə3 işçisi Hicran Muradovanın evində, Hicran Muradovaya verim. Mən, əlacsız qalaraq bacım oğlu Eldar Nəzirovdan xahiş etmişəm ki, 8.000 (səkkiz min) manatı aparıb Hicran Muradovaya versin. Eldar Nəzirov mənim xahişimi yerinə yetirmiş, xx.xx.2023-cü il tarixində 8.000 (səkkiz min) manatı aparıb, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkrda yaşayan, Qanuni nümayəndə3 işçisi Hicran Muradovanın evinin həyətində Hicran Muradovaya vermişdir. Sabahısı gün isə, Qanuni nümayəndə3, hədə ilə, aldadaraq almış olduğu 8.000 (səkkiz min) manatın 6.780 (altı min yeddi yüz səksən) manatını “Biznes Mərkəzi”nin otaqlarında qalmış, işlək vəziyyətdə olmayan kondisionerlərin dəyərlərinə hesablamış, buna dair mənə, "xxxx" MMC-yə məxsus, xx.xx.2023-cü il tarixli, 2893 saylı qəbz vermişlər qalan hissəsini də guya hansısa bank faizinə çıxmışlar, beləliklə, məni, 2023-cü ilin noyabr ayının icarə haqqını verməməklə borclandırmışlar. Yəni, bəyan etmişdir ki, mən, noyabr ayının icarə haqqını onlara nəğd şəkildə verməliyəm. Qanuni nümayəndə3 özbaşınalıq etmiş, bütün bunlara tərəfimizdən edilən etiraz qəbul olunmamışdır. Hazırda da, Cavabdeh3 ilə İddiaçı arasında 4 mərtəbəli qeyriyaşayış binası-“Biznes Mərkəzi” və binanın sahəsinə daxil olan kaferestoranın 10 il müddətinə icarəyə verilməsinə dair 01 sentyabr 2023-cü il tarixli H-00224 №-li “İcarə müqaviləsi” mövcud olduğu halda, Qanuni nümayəndə3 göstərişi ilə “Biznes Mərkəzi”nin giriş qapısı bağladılır, işıqları söndürülür, mənim vasitəmlə cəlb olunmuş icarədarlara, iş adamlarına işləməyə imkan verilmir. Bu kimi hallar, mənim rəhbərlik etdiyim İddiaçı subicarə bağlamaqla otaqları icarəyə vermiş olduğu Fiziki və Hüquqi Şəxslərin, icarədarların “Biznes Mərkəzi”ndən getmələrinə səbəb olmuşdur, bu hal bu günə qədər davam edir, bu yolla “icarədarların qovulması” həyata keçirilir. Bu halda da, Qanuni nümayəndə3 göstərişi ilə, onun müəyyən işçiləri, “Biznes Mərkəzi”nə gələrək, məndən icarəyə otaqlar götürmüş, hazırda şəraitsizlik, işığın kəsilməsi ucbatından gedən iş adamlarını məcbur edirlər ki, İcarə müqaviləsini mənim rəhbərlik etdiyim İddiaçı ilə pozsunlar, İcarə müqaviləsini birbaşa Qanuni nümayəndə3 ilə, “X35” MMC ilə bağlasınlar. Bunlarla da yanaşı, Qanuni nümayəndə3 hədələrlə məndən pulları nəğd olaraq tələb etməsi və alması ilə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun tələbləri pozulmaqdadır. O cümlədən, həm kommunal xərclər adı ilə qaimə faktura vermədən nəğd pulların alınması, həm də icarə haqqı adı ilə pulların qaimə-faktura verilmədən nəğd alınması, qanunun tələblərinə ziddir, qanun pozuntusudur. Bunlar da, yəni məndən pulların nəğd olaraq tələb edilməsi və alınması mənə təzyiq vasitəsidir. Bu yollarla, əsassız və qanunsuz tələblərinin yerinə yetirilməsinə nail olan Qanuni nümayəndə3, onu idarə edənlər, o cümlədən X37, onun əlaltıları bu yolla, hədələrlə, ölkəmizdə, dövlətimizdə-Azərbaycan Respublikasında istədiklərinə nail olurlar. Qanuni nümayəndə3, İddiaçı MMC ilə də müqaviləni, mənim çıxılmaz vəziyyətimdən istifadə etməklə, müqavilə bağlamayacağı hədəsi ilə bağlatdırdığından, məni bu müqaviləni bu şərtlərlə bağlamağa məcbur etdiyindən, məndən hədə-qorxularla pullar aldığından, hüquqmühafizə orqanlarına şikayətlər edilmişdir. İlk anda, öz mənafeləri naminə bu əməllərə hüquqi qiymət vermək istəməyən polis bölməsi və polis idarəsi barədə nazirlərinə məlumat verilmiş, teleqram göndərilmiş, lazım gələcəksə, bu barədə, hərəkətsizliklər barədə ölkə rəhbərlərinə də teleqramlar vasitəsilə məlumatlar veriləcəkdir. Hazırda, Daxili İşlər orqanlarına müraciətlərimizə baxılmaqdadır. Bununla yanaşı, aidiyyəti olmayan cəmiyyətin möhüründən istifadə etməklə saxtalaşdırdığı rəsmi kassa sənədləri əsasında məndən 55.860 manat alması, bunlarla yanaşı, Cavabdeh3 tərəfindən qaimə-faktura yazılmadan, kommunal xərclər adı ilə məndən 7.000 manat alması, bizə qarşı cinayət əməlləri, həmçinin dövlətə qarşı vergi cinayətləri törətməsi haqqında, hüquq-mühafizə orqnaları ilə yanaşı, Dövlət Vergi Xidmətinə də müvafiq sənədlər əlavə edilməklə şikayət olunmuşdur. Belə ki, Cavabdeh3 MMC-nin direktoru Qanuni nümayəndə3, məni hədələyərək, məni təhrik edərək, məni aldadaraq məndən nəğd olaraq aldığı pulları, guya, özlərinə deyil, Cavabdeh3 MMC-yə rəsmi qaydada aldığını göstərmək üçün, işçilərinin vasitəsilə, onların imzaladıqları, Cavabdeh1 MMC-yə məxsus kassa qəbzləri əsasında almışdır, pulların qəbul edilməsinə dair verilən həmin kassa qəbzlərinə, Qanuni X4, hazırda Qanuni nümayəndə3 hər hansı bir aidiyyəti olmayan Cavabdeh1 MMC-nin möhürünü vurmuşdur. Bunlarla da yanaşı, təkrarən qeyd edirik ki, yuxarıda da qeyd etdiyim kimi, bu qadın, əlinə möhür və subicarə müqaviləsinin surəti verilərək qabağa buraxılan Qanuni nümayəndə3, özbaşınalıq edərək, iki cəmiyyət arasında İcarə müqaviləsi olduğu halda, hədəqədən, nəzarətdən çıxaraq, buna hər hansı bir hüququ, səlahiyyəti olmadan “Biznes Mərkəzi”nin suyunu, işıqlarını kəsdirir, sahibkarlıq fəaliyyətimizə maneələr yaradır. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********, AZ1052, Bakı şəh. Binəqədi ray. Əhməd Rəcəbli ev 30/68) xx.xx.1998-ci ildə Dövlət Qeydiyyatına alınmışdır Cəmiyyətin Nizamnamə kapitalı 943.548,00 AZN, X21 Artyom Qennadiyeviç olmuşdur, hal-hazırda da qanuni təmsilçidir, bu şəxs, X26ynıdır. Qanuni təmsilçi olaraq Qanuni nümayəndə2 Qennadiyeviç rəsmiləşdirilsə də, əslində bu ASC-nin ona hər hansı bir aidiyyəti yoxdur. xx.xx.2012-ci il tarixində Cavabdeh2 ASC özəlləşdirilmişdir. Təsisçiləri hüquqi şəxslərdir. Belə ki, "xxxx" Ticarət Mərkəzinin bütün tikililəri, binaları və qeyri-yaşayış sahələri, mülkiyyət formasını bilməsək belə, Cavabdeh2 ASC-nin sahibliyindədir. Yəni, mən, təmirini həyata keçirib, əlverişsiz, gülünc şərtlərlə, İcarə müqaviləsi bağlamağa məcbur vəziyyətdə qaldığım qeyriyaşayış sahəsinin, 4 mərtəbəli binanın sahibi Cavabdeh2 ASC-dir ki, bunun da rəhbəri X15 Artyom Qennadiyeviçdir.Sahiblərindən biri də, İNTERPOL axtarışında olan X28. O cümlədən, əlinə əvvəlcə Cavabdeh1 möhürü, sonradan da hazırkı, İcarə müqaviləsini bağlayan Cavabdeh3 möhürü verilərək qabağa buraxılan qadına-Qanuni nümayəndə3 rəhbərlik edən, bu işlərə qeyri-rəsmi başçılıq edən yenə X28. Nəticədə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X15 Artyom Qennadiyeviç, yuxarıda qeyd etdiyim xüsusatlar barədə, əsas da, keçmiş otel binasının-4 mərtəbəli qeyri-yaşayış binasının əsaslı təmir edilməsi, əsaslı təmir işləri üçün artıq 243.000 (iki yüz qırx üç min) manatdan artıq vəsait xərclənməsi məsələləri barədə tam olaraq məlumatlı olmuşdur, onun imzaladığı sənədlər, o cümlədən, subicarə müqavilələri əsasında səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmişdir, yuxarıda barəsində yazdığım bütün hadisələr onun yanında, onun iştirakı ilə cərəyan etmişdir. Bunlarla yanaşı, təmirdən sonra da, Qanuni nümayəndə3 özbaşınalığı, hədə-qorxuları ilə məndən pullar tələb etməyi, almağı Qanuni nümayəndə2 Qennadiyeviçə məlumdur. Belə ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin, Qanuni Təmsilçisi Qanuni nümayəndə3 olan Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli, N-01 saylı, Bakı şəhəri Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən obyektin daxilində olan, ümumi sahəsi 11.700 kv.m sahəni “Ticarət obyektinin icarəyə verilməsi haqqında” Müqavilə əsasında subicarəyə verən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X15 Artyom Qennadiyeviçdir. Hazırda da, Qanuni nümayəndə2 Qennadiyeviçin, Qanuni təmsilçisi olduğu Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin sahibliyində olan bütün qeyri-yaşayış sahələrində, tikililərdə, Qanuni nümayəndə3 bu qeyri-yaşayış sahələrinə, tikililərə hər hansı bir aidiyyəti olmadan, bunlara səlahiyyəti olmadan işığı, suyu, qazı kəsdirməsi, özbaşınalıq etməsi barədə geniş məlumatı olmuşdur, vardır. Digər tərəfdən, onu da qeyd edək ki, Qanuni nümayəndə2 Qennadiyeviçin, xx.xx.2023-cü il tarixli, N-01 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” Müqavilə əsasında icarəyə götürülmüş qeyriyaşayış sahələrində, tikililərdə, özbaşınalıq edərək qazı, suyu, işığı kəsdirən bu qadına- Qanuni nümayəndə3 hər hansı bir təsir vasitəsi yoxdur, tutduğu bu vəzifəyə “qoyulma” bir adam olduğundan, ona bu səlahiyyətlər də verilməmişdir. Üstəlik,yuxarıda da qeyd etdiyimiz kimi, “qabağa buraxılan” Qanuni nümayəndə3 bütün bunlar barədə, yəni, əməl və hərəkətləri barədə “tapşırıqlar verilmişdir”.Bu qadın hələ də başa düşmür ki, bu proseslərdə, “qabağa buraxılan” bu qadından istifadə olunur və məsuliyyəti isə ancaq və ancaq onun özü daşıyır və daşıyacaqdırır, onu qabağa buraxanlar, müəyyən həddən, mərhələdən sonra onu tanımayacaqlar. Cavabdeh, Cavabdeh1 ilə bağlı məlumatlar və ona qarşı iddiamızın əsasları: Cavabdeh1 (VÖEN: **********, Hüquqi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli, ev 30/68-ci Tel: 441-14-48, 441-14-58) xx.xx.2002-ci il tarixində Dövlət Qeydiyyatına alınmışdır Həmin vaxtdan da, cəmiyyətin Qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı, hazırda axtarışda olan X29muşdur, hazırda da odur. Ondan başqa, cəmiyyətin Qanuni təmsilçisi, direktoru, baş direktoru və.s olmamışdır. xx.xx.2024-cü il tarixində, Təsisçinin dəyişməsi ilə bağlı Reyestrdən son dəfə Çıxarış verilmişdir. Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında 2004-cü ildə, 2050 kv.m sahənin icarəsinə dair subicarə müqaviləsi bağlanmışdır. Bu müqavilə barədə, harada, nə vaxt, hansı şəraitdə bağlanması barədə məlumatımız yoxdur. Sonuncu dəfə isə, İcarəyə verən Cavabdeh2 ASC, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Neft prospekti 30/68-ci məhəllə ünvanında yerləşən ümumilikdə 11.816 kv.m sahəni “İcarəçi” Cavabdeh1 MMC-yə icarəyə verməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 01 saylı “İcarə müqaviləsi” bağlamışdır. Bununla bağlı nəzərinizə çatdırırıq ki, hazırkı subicarə müqaviləsinin mötəbərliyi, şübhəlidir?! Belə ki, əvvəla, 15 ilə yaxın bir müddətdir ki, İspaniyada sığınacaq tapmış X37, İNTERPOL axtarışındadır, o vaxtdan da, Azərbaycan Respublikasına da gəlmək imkanı yoxdur, qeyd etdiyimiz kimi, dövlət bankalarına milyon manatlarla ödənilməmiş kredit borcları vardır. İkincisi, İNTERPOL axtarışında olan X37, həm də, Azərbaycan Respublikasının dövlət bankına, kommersiya banklarına milyon dollarla ödənilməmiş kredit borcları olduğu halda, ölkəmizdə axtarışda oduğundan, giriş-çıxışına məhdudiyyət qoyulduğundan, Azərbaycvan Respublikasına gələ bilmir. Bu şəraitdə, qeyri-müəyyəndir ki, xx.xx.2022-ci il tarixli, 01 saylı “İcarə müqaviləsi” harada, hansı şəraitdə, kimlər tərəfindən bağlanmışdır, kimlər tərəfindən imzalanmışdır, kimlər tərəfindən möhürlə təsdiq edilmişdir?! Halbuki, Qanuni nümayəndə3, sözügedən müqavilədən, üstəlik, hər hansı bir səlahiyyəti olmadan Cavabdeh1 MMC-nin möhüründən, “Direktor” vəzifəsindən, sonda da, kassa sənədlərindən istifadə edərək məni aldatmış, mənim, 243.000 (iki yüz qırx üç min) manat vəsait xərcləyərək 4 mərtəbəli qeyri-yaşayış binasının böyük hissəsini əsaslı təmir etdirməyimə nail olmuşdur. Sonradan da Cavabdeh1 MMC-nin adından “Direktor” olaraq hərəkət edərək, İcarə müqaviləsini bağlamayacağı hədəsi ilə, nəticədə də aldatma yolu ilə, artıq başqa bir rolda, Cavabdeh3 MMC-nin direktoru rolunda, ancaq, Cavabdeh1 qondarma sənədləri əsasında 55.860 (əllil beş min səkkiz yüz altmış) manat pulumu aldatma yolu ilə, məndən alandan, pullarımı ələ keçirəndən sonra çıxış etmişdir, çıxış edir. Yəni, əsas məqamlar olaraq nəzərinizə çatdırım ki, Qanuni nümayəndə3, Cavabdeh3 MMC-nin direktoru olaraq, rəhbəri olduğum İddiaçı MMC ilə İcarə müqaviləsi bağladığı halda, məndən nəğd almış olduğu pulların hamısını, necəliyini, nə cürlüyünü, niyəliyini, səbəbini bilmirəm, Cavabdeh1 MMC-nin xəzinə sənədləri və möhürü əsasında Cavabdeh1 adından qəbul etmişdir. xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir ki, Cavabdeh1 MMC-nin 122.000 manat vergi borcunun ödənilməsinin təmin edilməsi üçün siyahıya alınmış əmlak, hərracda satılır. Bundan sonra, Cavabdeh1 MMC 122.000 (bir yüz iyirmi iki min) manat vergi borcunu dövlət büdcəsinə ödəmişdir. Cavabdeh, Cavabdeh3 ilə bağlı məlumatlar və ona qarşı iddiamızın əsasları: Cavabdeh3 (VÖEN **********) xx.xx.2022-ci il tarixində Dövlət Qeydiyyatına alınmışdır (Hüquqi ünvanı, AZ1001, ünvan 5 Qanuni təmsilçi: X13 olmuşdur (Faəliyyət ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, Neft pros. 3068-ci Məhəllə Tel: 441-14-48). Bu cəmiyyət də, X37 tərəfindən qeyri-rəsmi təsis edilən Hüquqi şəxsdir ki, sadəcə, X3 şəxs kimi, ünvan kimi istifadə olunmuşdur. Son günlərə qədər, X7 İspaniyaya getməsi və havadarının “çörək verən”inin, X30 yanında olduğu haqqında məlumatlar vardır. Cavabdeh3 MMC-nin təsis edilməsində, X3 şəxs kimi, ünvan kimi istifadə olunmuşdur. Cavabdeh3 MMC-də 14.02.23-cü ildə Reyestrdən son dəfə verilmiş Çıxarış üzrə, X13 qanuni təmsilçilikdən çıxarılmış, həmin tarixdən Qanuni təmsilçi Qanuni nümayəndə3 olmuşdur. Yəni, X30 tələbi ilə bu cəmiyyətin yaradılmasında niyyət, sonuncunun bu ölkədən, onun maliyyəsindən, Rəşad kimilərinin, Sehranə kimilərinin və başqalarının adı ilə istifadə etmək olmuşdur, buna da nail olunmuşdur, bütün bu oyunlar, X36, onun maliyyələşdirilməsinə xidmət etmişdir, hazırda da xidmət edir. Cavabdeh2 ASC, Cavabdeh3 MMC ilə, Bakı şəhəri Binəqədi rayonu, Neft prospekti 3068-ci məhəllə ünvanında yerləşən 11.700 kv.m sahəni Cavabdeh3 MMC-yə subicarəyə verməsi ilə əlaqədar bağlamış olduğu xx.xx.2023-cü il tarixli N-01 saylı Subicarə müqaviləsi əsasında, Cavabdeh3 də, direktoru Qanuni nümayəndə3 şəxsində, rəhbəri olduğum İddiaçı MMC ilə, xx.xx.2023-cü il tarixli, H-00224 saylı “obyektin icarəyə verilməsi haqqında” müqavilə bağlamışdır. Hesab edirik ki, Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə3 vergi qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, həm də, hədə qorxu ilə bizdən almış olduğu pullara qanun donu geyindirməkdir, saxta kassa sənədləri tərtib etməkdir, bu saxtakarlıqla da, bizi aldadıb, əmlakımızı ələ keçirməkdir, dədləduzluq əməlidir. Bunlarla da yanaşı, yuxarıda da qeyd etdiyim kimi, bu qadın-əlinə möhür verilərək qabağa buraxılan Qanuni nümayəndə3, özbaşınalıq edərək, iki cəmiyyət arasında İcarə müqaviləsi olduğu halda, hədəqədən, nəzarətdən çıxaraq, buna hər hansı bir hüququ, səlahiyyəti olmadan, hərəkətlərinin mahiyyətini dərk etmədən “Biznes Mərkəzi”nin suyunu, işıqlarını kəsdirir, sahibkarlıq fəaliyyətimizə maneələr yaradır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təhqir və ittihamlarla dolu iddia ərizəsini heç bir subut və dəlillə təsdiq etməmişdir. İddiaçı bildirir ki, o, təxminən 2022-ci ilin yaz aylarında “X9” MMC-nin marketinq müdiri X1 öyrənib ki, Elite ticarət mərkəzində çox sayda icarəyə verilə biləcək boş sahələr var. Bundan sonra təxminən 2022-ci ilin iyul ayında iddiaçı Elite ticarət mərkəzinə gələrək orada yerləşən 4 mərtəbəli, əvvələr otel kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi şərtlərinə dair razılığa gələrək, həmin sahənin təmirinə başlamış və ilkin olaraq qeyri-yaşayış sahəsinin iki mərtəbəsinin təmirinə 243000 manat vəsait xərcləmişdir. Lakin bunları bildirən iddaçı dediklərini təsdiq edən nə müqavilə, nə hansısa razılaşma, nə ilkin müqavilə məhkəməyə təqdim etməmişdir. Həmçinin dörd mərtəbəli böyük sahəsi olan qeyri-yaşayış sahəsinin hansı məqsədlərlə icarəyə götürülməsi (fəaliyyət növü) aydın olmadan (hər halda iddiaçı bunu qeyd etmir), buna uyğun xx.xx.2022-ci il tarixli “X9” MMC ilə “Sound Factory" MMC arasında bağlanmış, iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla heç bir əlaqəsi olmayan iki müqavilə əlavə etmişdir. İddiaçı təmirə cavabdehin razılığı olmasına və təmirə xərclədiyi vəsaitə dair heç bir subut təqdim etməmişdir. Əlavə olaraq cavabdehdən hal-hazırda da istifadəsində olan icarə obyektinin icarə müqaviləsinin ləğv olunması məsələsini məhkəmədən nəinki tələb etmir, əlavə olaraq müvəqqəti təminat tədbirlərinə dair ərizə ilə məhkəməyə müraciət edərək öz gələcək fəaliyyətini bir növ sığortalayır. Lakin ödədiyi icarə və kommunal haqlarını geri istəyir. Bu isə iddaçının əvəzsiz olaraq icarə obyektindən istifadə etmək, əsassız varlanmaq niyyətinin olmasını göstərir. Həmçinin iddaçı təmir xərclərindən əlavə olaraq ondan nəğd olaraq alınmış 55860 manatın, Cavabdeh3 MMC-nin bank hesabına ödənilmiş - 44368 manatın və Cavabdeh3 MMC tərəfindən qaimə-faktura yazılmadan kommunal xərclər adı ilə alınmış 7 000 manatın geri qaytarmasını tələb etdiyi halda, o, ƏDV-nin ödənilməsinə dair - 681.82 man., komunal xərcləri üçün - 3663 man., icarə haqqı üçün 30000 man., digər xərclər üçün - 9080 man. və inventarın dəyəri olaraq - 6780 man. qəbzlər təqdim etmişdir. Yəni iddiaçının təqdim etdiyi qəbzlərlə, tələb etdiyi məbləğ arasında - 57 023.18 manat fərq mövcuddur. Beləliklə, bu günə mövcud olan tərəflərin hüquq və vəzifələrini müəyyən edən yeganə sənədlər İddiaçı MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli H-00224 saylı müqavilə və həmin tarixdə bağlanmış Razılaşma sənədidir. Hər iki sənəd müvafiq qaydada imzalanaraq möhürlərlə təsdiq olunub. İcarə müqaviləsinə daxil olan Əlavənin şərtlərinə görə: xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək icarə haqqı hər ay üçün-10000 manat, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək icarə haqqı hər ay üçün 12000 manat, sonra isə növbəti üç il altı ay üçün hər ay 15000 manat olmaqla icarəçi tərəfindən icarəyə verənə icarə haqqı ödənilməlidir. Müqavilədə bağlanmaqdan öncə olan müddəti əhatə edən və münasibətləri tənzimləyən yeganə sənəd isə tərəflərin imzaladığı Razılaşma sənədidir. Razılaşmaya şərtlərinə görə: 2023-cü ilin avqust ayı üçün 10000 manat, 2023cü ilin sentyabr ayı üçün 20000 manat, 2023-cü ilin oktyabr ayı üçün 20000 manat və 6780 manat digər xərclər icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Həmçinin İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiklərindən fərqli olaraq Müqavilənin 2.1. bəndində icarəçi icarə müqaviləsinə əlavədə göstərilən şərtlərlə və cədvələ əsasən hər ay üçün təyin edilmiş məbləğdə (ƏDV-siz) icarə haqqı ödənilməsi nəzərdə tutulub. İcarə müqaviləsinin 6.4.13 bəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal sonra onların arasında sahəyə görə müvafiq qaydada bölüşdürülərək tərəfimizdən təhcizatçı şirkətə ödənilir (Hesab ödəniş vərəqələri və sayğacların şəkilləri əlavə olunur). İcarə müqaviləsinin 2.3. bəndinə əsasən icarəçi icarə haqqını hər ay üçün qabaqcadan ödəməli olduğu halda, bunu etməmiş və nəticədə, həm icarə haqqından, həm də ki, ƏDV-dən xeyli borcu yaranmışdır. Eyni müqavilənin 8.3. bəndinə əsasən icarəçi icarə haqlarını 2(iki) ay ödəmədiyi halda, icarəyə verən müqaviləni tək tərəfli ləğv edə bilər. Eyni müqavilənin 6.4.13. bəndinə əsasən, "xxxx" MMC komunal xərclərin (su, işıq, qaz) dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, lakin ödəmədiyi üçün bu günə qədər xeyli borcu yaranmışdır. Göründüyü kimi, iddiaçıdan fərqli olaraq Cavabdeh3 öz fəaliyyətini hər iki tərəfin imzaladığı sənədlərin şərtlərinə uyğun qurmuşdur və bu şərtlərdən kənar, iddaçıdan heç bir ödəniş almamışdır. İcarə müqaviləsinin 6.4.4 bəndinə əsasən: Arxitektur bütünlüyü pozmamaq şərti ilə icarəçi icarə obyektinin öz fəaliyyət sahəsinə uyğun cari təmirini keçirir və onu itismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi icarə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqda isə, icarəçi heç bir tələb irəli sürə bilməz. Müqavilənin bu bəndindən aydın görünür ki, əsaslı təmir işləri cari təmir işlərindən fərqli olaraq fəaliyyət sahəsinə uyğun, icarə verənin razılığı ilə müvafiq layihəyə əsasən icarəçinin vəsaiti hesabına aparılmalı və bu barədə müqavilə ləğv olunduqda icarəçi heç bir tələb irəli sürə bilməz. Xəzinə çeklərində olan möhürün “X9” MMC-nə aid olması isə sadəcə olaraq əməkdaş tərəfindən buraxılmış bir səhvdir və Cavabdeh3 MMC olaraq onların həqiqiliyini təsdiq edirlər.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən və “X10” Məhdud Məsuliyyətli Cəmiyyətindən, İddiaçı Cavabdeh3 ilə bağlamış olduğu xx.xx.2023-cü il tarixli, H-00224 saylı “Obyektin icarəyə verilməsi haqqında” İcarə müqaviləsi bağladığı vaxta qədər, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin sahibliyində olmaqla onun icazəsi və razılığı ilə, həmçinin, Qanuni nümayəndə3 özünü direktoru kimi təqdim etdiyi, direktoru olaraq rəhbərlik etdiyi Cavabdeh1 icazəsi və razılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanındakı kompleks daxilində yerləşən dörd mərtəbəli qeyri-yaşayış binasının əsaslı təmirini həyata keçirməsi ilə bağlı, eləcə də mətbəx avadanlığının alınması ilə bağlı, İddiaçı tərəfindən, ümumilikdə xərclənmiş 270.000 (iki yüz yetmiş min) manatın cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1ndən müştərək qaydada, İddiaçı xeyrinə tutulmasına dair, eləcə də, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli İcarə müqaviləsinin bağlanması üçün Qanuni nümayəndə3 həmin İcarə müqaviləsi bağlanmazdan əvvəl, həm də İcarə müqaviləsi bağlanandan sonra, İcarə müqaviləsi bağlamayacağı hədəsi ilə, bununla yanaşı, İcarə müqaviləsi İddiaçı ilə Cavabdeh3 ilə bağlanacağı, bağlandığı halda, Qanuni nümayəndə3 “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus xəzinə çekləri tərtib etdirərək, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhüründən istifadə edərək bizdən nəğd olaraq alınmış olduğu 55.860 (əllil beş min səkkiz yüz altmış) manatın cavadehlər Cavabdeh3ndən və Cavabdeh1ndən müştərək qaydada, İddiaçı xeyrinə tutulmasına dair, həmçinin, 01 sentyabr 2023-cü il tarixli İcarə müqaviləsinə görə icarə haqqı adı ilə, İddiaçı tərəfindən bank vasitəsilə Cavabdeh3 bank hesabına ödənilmiş 44.368 (qırx dörd min üç yüz altmış səkkiz) manatın Cavabdeh3ndən İddiaçı xeyrinə tutulmasına dair, bunlardan da başqa, Cavabdeh3 tərəfindən qaimə-faktura yazılmadan, kommunal xərcləri adı ilə İddiaçındən nəğd olaraq alınmış, (bir neçə ödənişin xəzinə qəbzləri verilməməklə) 7.000 (yeddi min) manatın, cavadehlər Cavabdeh3ndən və Cavabdeh1ndən müştərək qaydada, İddiaçı xeyrinə tutulmasına dair, Eyni zamanda, məhkəmə rüsumu olaraq ödənilmiş 813 (səkkiz yüz on üç) manatın cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh1ndən və Cavabdeh3ndən müştərək qaydada, İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh3 MMC-nin iddiaçı ilə icarə müqaviləsi bağlamaq, habelə özünün icarəyə götürdüyü sahəni iddiaçıya subicarəyə vermək səlahiyyəti olmamışdır. Bu səbəbdən ödədikləri icarə haqlarını geri tələb edirlər. Bundan əlavə, iddiaçı dəfələrlə cavabdehlərdən tələb edilən kommunal ödənişlərlə bağlı hesab faktura istəsə də, onlara hər hansı sənəd verilməmiş, etdikləri 7000 manat kommunal ödənişlərin müqabilində cəmi 3663 manat ödənişə dair qəbz verilmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 təqdim etdiyi yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsi Cavabdeh2 ASC-nin mülkiyyətindədir, həmin sahə xx.xx.2023-cü tarixli icarə müqaviləsi üzrə Cavabdeh3 MMC-nin 10 illik icarəsinə verilmişdir, onlar arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh3 MMC icarə sahəsini subicarəyə verə bilər. İddiaçının təqdim etdiyi kassa mədaxil orderləri üzrə vəsaitlərin hamısı Cavabdeh3 MMC-yə ödənilmiş, texniki səhv nəticəsində onlara digər cavabdehə məxsus möhür vurulmuşdur. Cavabdehlər tərəfindən iddiaçıya əsaslı təmir işlərinin aparılmasına icazə verilməmiş, sahə tam yararlı və təmirli vəziyyətdə icarəyə verilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş texniki pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında fəaliyyət göstərən qeyri-yaşayış binası Cavabdeh2 ASC-nin mülkiyyətindədir.
11. Cavabdehlər Cavabdeh3 MMC (icarəçi) və Cavabdeh2 ASC (icarəyə verən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında fəaliyyət göstərən qeyri-yaşayış binasını müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə uyğun olaraq “icarəçi”nin istifadəsinə verməyi, “icarəçi” isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində “icarəyə verənə” icarə haqqı ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 6.4.11-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinə əsasən obyekti subicarəyə verə bilər.
13. Cavabdehlər Cavabdeh3 MMC (icarəçi) və Cavabdeh2 ASC (icarəyə verən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən müqavilənin müddəti 10 il müəyyən edilir.
14. İddiaçı və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, obyektin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən, “icarəyə verən” Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında fəaliyyət göstərən kompleks daxilində yerləşən dörd mərtəbəli qeyri-yaşayış binasını müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə uyğun olaraq “icarəçi”nin istifadəsinə verməyi, “icarəçi” isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində “icarəyə verənə” icarə haqqı ödəməyi öhdəsinə götürür.
15. Müqavilənin 6.4.4-cü bəndinə görə, arxitektur bütünlüyü pozmamaq şərtilə icarə obyektinin öz fəaliyyət sahəsinə uyğun cari təmirini həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi “icarəyə verən” in razılığı ilə və “icarəçi”nin öz vəsaiti hesabına həyata keçirilə bilər.
16. Müqavilənin 6.4.6-cı bəndinə əsasən “icarəçi” kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün öz vəsaiti hesabına aldığı avadanlıqları icarə obyektində yerləşdirir və istifadə edir.
17. Müqavilənin 6.4.7-cı bəndinə əsasən “icarəçi” kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün öz vəsaiti hesabına aldığı avadanlıqları mülkiyyət hüquqlarını saxlayır və müqavilə ləğv edildikdə onları geri götürür.
18. İcarə Müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) görünür ki, icarə məbləği 2023-cü ilin noyabr ayından növbəti (2024-cü) ilin mart ayınadək olan müddət üçün hər ay 10 000 manat, 2024-cü ilin mart ayından növbəti (2025-ci) ilin fevral ayınadək olan müddətdə hər ay 12 000 manat, növbəti 3 il 6 ay müddətində isə hər ay 15 000 manat razılaşdırılmışdır.
19. İddiaçının hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 MMCyə xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə xx.xx.2024-cü ildə 439 manat, xx.xx.2024cü ildə 111,80 manat, xx.xx.2024-cü ildə 281,70 manat, xx.xx.2023-cü ildə 414 manat, xx.xx.2023-cü ildə 2300 manat, xx.xx.2023-cü ildə 108 manat, xx.xx.2023-cü ildə 600 manat, xx.xx.2023-cü ildə 1640 manat, xx.xx.2023-cü ildə 272 manat, xx.xx.2023-cü ildə 23,2 manat, xx.xx.2023-cü ildə 530 manat, xx.xx.2023-cü ildə 1406,6 manat, xx.xx.2023cü ildə 95,40 manat, xx.xx.2023-cü ildə 9470 manat, xx.xx.2024-cü ildə 10000 manat, xx.xx.2023-cü ildə 298 manat, xx.xx.2024-cü ildə 1117 manat, xx.xx.2024-cü ildə 683 manat, xx.xx.2024-cü ildə 425,96 manat, xx.xx.2024-cü ildə 6160 manat, xx.xx.2024-cü ildə 682,84 manat, xx.xx.2024-cü ildə 2275 manat, xx.xx.2024-cü ildə 409,50 manat, xx.xx.2024-cü ildə 1565 manat, xx.xx.2024-cü ildə 3060 manat (ƏDV daxil olmaqla ümumilikdə 44368 manat) vəsait ödənilmişdir.
20. İddiaçı və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli H-00224 saylı icarə müqaviləsinə əsasən icarə haqqı məbləğindən əlavə tərəflər arasında razılaşdırılmış digər xərclər üzrə ödənişlər aşağıdakı müddətdə və məbləğdə ödəniləcəkdir: 2023-ü ilin avqust ayı üzrə 10 000 manat, sentyabr ayı üzrə 20 000 manat, oktyabr ayı üzrə 20 000 manat və 6780 manat, noyabr ayı üzrə isə 2320 manat.
21. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 MMC-yə xx.xx.2023-cü il tarixli Razılaşma üzrə xx.xx.2023-cü ildə 10000 manat, xx.xx.2023-cü ildə 10000 manat, xx.xx.2023-cü ildə 10000 manat, xx.xx.2023-cü ildə 10000 manat, xx.xx.2023-cü ildə 1900 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 4000 manat, xx.xx.2023-cü ildə 2680 manat, xx.xx.2023-cü ildə 6780 manat (ümumilikdə 55860 manat) pul ödənilmişdir.
22. İddiaçının vəsatəti əsasından məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, əvvəllər İddiaçı MMC-də işləmiş, hazırda "xxxx" MMC-nin direktorudur. 21 il İddiaçı MMC-də işləmişdir. İddiaçı şirkətin direktoru Elçin doğma dayısıdır. 2022-ci ilin yay aylarından sahədən istifadə edir. 2022-ci ilin iyul aylarına qədər icarə sahəsi bərbad vəziyyətdə idi. Sahənin pandemiyadan əvvəl damına su sızırdı. Dayısı bütöv şəkildə təmir işləri apardı. Təmir işlərində, eyni zamanda mal-materialın alınmasında şəxsən iştirak etmişdir. Dayısından əvvəl ora boş sahə idi. Təyinatı üzrə otel olub, hal hazırda iş mərkəzidir. Təmir işlərini ustalar görürdü, bildiyi qədəri ilə müqavilə yox idi. Materialları aldıqda qaimələr əl ilə yazılıb verilirdi. Alçipan, emusiya, su qızdırıcıları və sairə alınıbdır. Materialların alınmasında şəxsən iştirak etdiyi qədəri ilə deyə bilər ki, materialların xərci təqribən 50000 manatı keçmişdi. Materialların alınmasına dayısı özü də nəzarət edirdi, təmir işlərinə iddiaçının təxminən 200000 manatdan çox xərci çıxmışdır. Həmin xərcin 50000 manatdan çox olmasının birbaşa şahidi olmuş, lakin ümumi xərcin 200000 manatdan çox olmasını eşitmişdir. Təmir təxminən 5-6 ay əvvəl yekunlaşmışdır. İş mərkəzi kimi 4-5 ay olar ki fəaliyyət göstərir. Əsas işlər icarə müqaviləsi bağlanandək görülmüşdür.
23. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, vaxtı ilə Elite Ticarət Mərkəzində işləmiş, hazırda heç yerdə işləmir. İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 2022-ci ilin yaz-yay aylarında icarə sahəsinə gəlmişdir. Həmin vaxt müqavilə bağlanmadı. İddiaçı təmir işlərinə başlamış, təmir işləri bir müddət dayandırılmış, lakin sonradan davam etdirilmiş, 2023-cü ilin yay aylarında təmir yekunlaşmışdır. İcarə sahəsinə təmirdən əvvəl su damırdı, bərbad vəziyyətdə idi. Təmir xərcləri 200000 manatdan çox idi. 4 mərtəbənin təmiri üçün iddiaçıya 6 ay vaxt verilmişdi. 2023-cü ilin yanvarından o, "xxxx"dən uzaqlaşmışdır.
24. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.
25. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. Cavabdeh3 MMC ilə xx.xx.2023cü il tarixli, H-00224 saylı İcarə müqaviləsi bağlananadək icarə obyektində apardığı əsaslı təmir işlərinə və mətbəx avadanlığının alınmasına görə xərclədiyi pulun icarə müqaviləsinin tərəfi olmayan olmayan digər cavabdehlərdən (Cavabdeh2 ASC və Cavabdeh1 MMC-dən) tutulması; 2. İcarə müqaviləsi bağlananadək və bağlandıqdan sonra “X10” MMC-nin möhüründən istifadə edərək iddiaçıdan nəğd olaraq alınmış pulun cavabdehlər Cavabdeh3 MMC (icarəyə verən) və Cavabdeh1 MMC-dən tutulması; 3. İcarə müqaviləsi üzrə ödənilmiş icarə haqlarının Cavabdeh3 MMC-dən (icarəyə verəndən) tutulması; 4. Nəğd olaraq ödənilmiş kommunal xərclərin cavabdehlər Cavabdeh3 MMC (icarəyə verən) və Cavabdeh1 MMC-dən tutulması; 5. Ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması.
26. Məhkəmə iddia ərizəsini birinci hissədə aşağıdakılara əsasən əsassız hesab edir.
27. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli, H-00224 saylı İcarə müqaviləsi bağlanmışdır. Digər cavabdehlərlə iddiaçı arasında hər hansı hüquq münasibətinin yaranmış olduğu isə ümumiyyətlə müəyyən edilmir. Bununla belə, iddiaçı iddia edir ki, icarə müqaviləsi bağlananadək icarə obyektinin əsaslı təmirinə və oraya mətbəx avadanlığının alınmasına xərcləmiş 270000 manat pul vəsaiti həmin cavabdehlərdən tutulmalıdır.
28. Bu baxımdan məhkəmə ilk növbədə vurğulayır ki, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
29. Məhkəmə həmçinin qeyd edir ki, həmin cavabdehlərin iddiaya cavab verməli subyektlər olduğu fərz edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün olmayacaqdı. Belə ki, iddiaçı icarə müqaviləsi bağlananadək icarə obyektini əsaslı təmir etdirildiyini və mətbəx avadanlığı ilə təchiz etdirdiyini, bunlara görə 270 000 manat xərclədiyini iddia edərək qeyd edilən iddia tələbini irəli sürmüş, bununla belə iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
30. Onun vəsatəti əsasında dindirilmiş şahidlərin izahatlarına gəldikdə isə, şahidlərin iddiaçı şirkətin keçmiş işçiləri olduqları müəyyən edilmişdir. Digər tərəfdən onlar vermiş olduqları izahatlarında təmirə görə konkret hansı məbləğdə pul xərcləndiyi göstərə bilməmiş, yuvarlaq məbləğlər bildirməklə kifayətlənmişlər. Bundan başqa, onların birdirdikləri bilavasitə gördüklərinə deyil, eşitdiklərinə əsaslanır. Bu mənada qeyd edilən şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz.
31. İddiaçı tərəfindən bununla bağlı təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyi də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.
32. Belə ki, həmin qiymətləndirmə hesabatında təmir–bərpa işlərinin hansı qaydada hesablanması, həmin təmir işlərinin məhz iddiaçı tərəfindən görülməsi qənaətinə əsas olan hallar və sairə göstərilməmişdir.
33. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
36. Bundan başqa, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.4.4-cü bəndində, arxitektur bütünlüyü pozmamaq şərtilə icarə obyektinin öz fəaliyyət sahəsinə uyğun cari təmirini həyata keçirmək və onu istismara tam yararlı vəziyyətdə saxlamaq icarəçinin vəzifəsi kimi təsbit edilmişdir. Həmin bənddə həmçinin nəzərdə tutulmuşdur ki, arxitektur bütünlüyünün qismən dəyişdirilməsi “icarəyə verən” in razılığı ilə və “icarəçi”nin öz vəsaiti hesabına həyata keçirilə bilər.
37. Mətbəx avadanlığına münasibətdə məhkəmə həmçinin bildirir ki, icarə müqaviləsinin 6.4.6-cı və 6.4.7-cı bəndlərinə əsasən “icarəçi” kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün öz vəsaiti hesabına aldığı avadanlıqları icarə obyektində yerləşdirir və istifadə edir, o cümlədən həmin avadanlıqlara mülkiyyət hüquqlarını saxlayır və müqavilə ləğv edildikdə onları geri götürür.
38. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
39. Həmin Qanunun 6-cı maddəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.
40. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.
41. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, yuxarıda da göstərildiyi kimi, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ilə yanaşı tərəflər arasında xx.xx.2023-cü il tarixli razılaşma da imzalanmış, həmin razılaşmaya əsasən iddiaçı, xx.xx.2023-cü il tarixli H-00224 saylı icarə müqaviləsinə əsasən icarə haqqı məbləğindən əlavə tərəflər arasında razılaşdırılmış digər xərclər üzrə ödənişləri də razılaşmaya daxil edilmiş cədvələ uyğun ödəməyə razılıq vermişdir. Cədvələ əsasən, 2023-cü ilin avqust ayı üzrə 10 000 manat, sentyabr ayı üzrə 20 000 manat, oktyabr ayı üzrə 20 000 manat və 6780 manat, noyabr ayı üzrə isə 2320 manat ödənilməsi nəzərdə tutulmuşdur.
43. İddiaçının cavabdehlərdən tutulmasını tələb etdiyi 55860 manat pul məbləğinin məhz həmin razılaşma əsasında ödənilmiş olduğu müəyyən edilmişdir. Həmin razılaşmanın aldatma və ya hədə təhdidi altında bağlanmış olduğu da müəyyən edilmir. Odur ki, işin qeyd edilən halı – yəni, qeyd edilən pul vəsaitinin tərəflər arasındakı razılaşmaya müvafiq olaraq ödənilməsi halı iddianın göstərilən hissədə əsassız olduğu qənaətinə gəlməyə əsas verir.
44. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri).
45. Mülki Məcəllənin 14.2.1-ci və 386.1-ci maddələrinə əsasən müqavilə, öhdəliyin meydana gəlməsi əsaslarının ən başlıcası olaraq müəyyən edilmişdir. Müqavilədən irəli gələn öhdəliyin tərəfləri kreditor və borclu olur. Tərəflərdən biri digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (MM maddə 387.2).
46. Məhkəmə iddia tələbini üçüncü hissədə (İcarə müqaviləsi üzrə ödənilmiş 44 368 manat icarə haqqının qaytarılması) də əsassız hesab edir.
47. Belə ki, Mülki Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
48. İş materiallarından aydın olur ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh3 MMC (icarəyə verən) icarə obyektini iddiaçının (icarəçi) istifadəsinə vermiş, iddiaçı (icarəçi) isə ondan istifadəyə görə müvafiq icarə haqları ödəmişdir.
49. İcarə Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə, icarə məbləği 2023-cü ilin noyabr ayından növbəti (2024-cü) ilin mart ayınadək olan müddət üçün hər ay 10 000 manat, 2024-cü ilin mart ayından növbəti (2025-ci) ilin fevral ayınadək olan müddətdə hər ay 12 000 manat, növbəti 3 il 6 ay müddətində isə hər ay 15 000 manat razılaşdırılmışdır.
50. Tərəflər arasındakı xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməmiş, icarə obyektinin hazırda da iddiaçının sahiblik və istifadəsində olduğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
51. Dolayısı ilə iddiaçı icarə obyektindən istifadəyə görə ödədiyi icarə haqlarının qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.
52. İddiaçının dördüncü tələbi də əsassızdır:
53. Belə ki, bu tələb ödənilmiş kommunal ödənişlərin qaytarılması ilə bağlıdır.
54. İddiaçı kommunal ödənişlər adı altında ondan 7000 manat pul vəsaiti alındığını iddia etsə, iddia etdiyi məbləğdə ödəniş etmiş olduğunu sübut edə bilmir.
55. Həmin ödənişlərin təsdiqini tapan hissəsinə gəldikdə isə, bununla bağlı məhkəmə vurğulayır ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.4.13-cü bəndinə görə, icarəçi icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya, tullantı) ödənilməsini təmin edir.
56. İddiaçının digər iddia tələbləri əsassız olduğundan, iddia sonuncu hissədə də əsassız hesab edilməlidir.
57. Belə ki, iddiaçının yuxarıda göstərilən iddia tələbləri təmin edilmədiyindən onun tərəfindən xərclənmiş məhkəmə xərclərinin də onun xeyrinə tutulması mümkün deyildir.
58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 813 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 813 (səkkiz yüz on üç) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova