Məhkəmə qərarları › İş №e-2-2(113)-2686/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2686/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2686/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqavilələri üzrə yaranmış borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 16 dekabr 2021-ci il tarixli 17-SM-2-2 saylı Göygöl ferma Kompleksi üzrə bağlanmış icarə müqaviləsi üzrə olmaqla 79904,55 manat əsas borc, 958 manat penya, 30 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsi üzrə 59227,57 manat əsas borc, 710,4 manat penya, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqı olmaqla ümumilikdə 141330,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icarəyə verən - İddiaçı MMC ilə icarəçi - Cavabdeh MMC arasında 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə və 30 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə icarə müqavilələr bağlanmışdır. 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəməmiş və nəticədə onun icarə verənə müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 79904,55 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1 və 2 saylı əlavələrinə əsasən Cədvəl № 1 və Cədvəl № 2-də öz əksini tapmış Texnikanı, yəni İJC 290 markalı, Tırtırlı Elskovator tipli, az ** AB *** dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 9440 manat), CAT 329 (hidravlik cəkiçlə) markalı, Tırtırlı Ekskovator tipli, Az 10 P 919 dövlət qeydiyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 15340 manat), CAT 329 (hidravlik çəkiclə) markalı, Tırtırlı Ekskovator tipli, Az 10 P 923 dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 11800 manat), VOLVO 350 markalı, Tırtırlı ekskovator tipli, Az 90 H 713 dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 9440 manat), BOMAG 213 markalı, Vərdənə tipli, **********13 qeydiyyat nömrəli (aylıq icarə haqqı ƏDV daxil 5546 manat) texnikaları icarəyə verir, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən Cavabdehə məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq Cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da, Cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş fevral 2021-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, fevral ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 31876,44 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş mart 2021-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, mart ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 48028,11 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışdan görünür ki, 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 138904,55 manat borc yaranmış, həmin borcdan cavadeh tərəfindən ƏDV daxil olmaqla 59000 manat ödənilmiş, hal-hazırda cavabdehin ƏDV daxil olmaqla 79904,55 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə İcraə müqaviləsinin 8.3-cü maddəsinə əsasən İcraçı bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcraçı öz öhdəliyinin icrasını geçikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Müqavilənin 1 və 2 saylı Əlavələrindən görünür ki, Müqavilə üzrə ümumi icarə haqqı 51556 manat təşkil edir. Müqavilə üzrə ödənişin gecikdirilməsi axırıncı təsdiq olunmuş təhvil-təslim aktından götürülməklə 12 gündür. Beləliklə müqavilə üzrə penyanın məbləğı 958 manat təşkil edir. (79904,55x01%=79,9: 79,9x12=958) 30 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə müqaviləyə əsasən İcarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə İcarəçinin istifadəsinə verməyi İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 30 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə İcarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, İcarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəməmiş və nəticədə onun icarə verənə Müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 59227,57 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1, 2 və 3 saylı Əlavələrinə əsasən Cədvəl № 1, Cədvəl № 2 və Cədvəl № 3-də öz əksini tapmış Texnikanı, yəni CAT 329 markalı, tırtırlı ekskovator tipli, az 10 P 920 dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 8850 manat), CAT 329 D markalı tırtırlı ekskovator tipli, Az 10 P 817 dövlət qeydiyat nömrəli (aylıq icarə haqqı ƏDVdaxil 8850 manat), HUBEİ CHANGLİ markalı, Yanacaq Tankeri tipli, Az ** KK *** dövlət qeydiyyat nişanlı (aylıq icarə haqqı ƏDV daxil 2950 manat), LİUGONG CLG 614 markalı, Vərdənə tipli, Az 10 X 305 dövlət qeydiyyat nişanlı ( aylıq icarə haqqı ƏDV daxil 5900, manat), KOMATSU D:% markalı, Buldozer tipli, KMT0D060A01067272 şassi nömrəli (aylıq icarə haqqı ƏDV daxil olmaqla 10620 manat) texnikaları icarəyə verir, İcarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. 30 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına Cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən Cavabdehə məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq Cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da, Cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş fevral 2021-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, fevralayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 29784,46 manat borcu yaranmışdır. Tərəflər arasında imzalanmış və təsdiq olunmuş mart 2021-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, mart ayı ərzində ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 29443,11 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş maliyyə arayışına əsasən 30 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 86848,42 manat borc yaranmış, həmin borcdan cavadeh tərəfindən ƏDV daxil olmaqla 27620,85 manat ödənilmiş, hal-hazırda cavabdehin ƏDV daxil olmaqla 59227,57 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış 30 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsinin 8.3-cü maddəsinə əsasən icraçı bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcraçı öz öhdəliyinin icrasını geçikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Müqavilənin 1, 2 və 3 saylı Əlavələrindən görünür ki, Müqavilə üzrə ümumi icarə haqqı 59227,57 manat təşkil edir. Müqavilə üzrə ödənişin gecikdirilməsi axırıncı təsdiq olunmuş təhvil-təslim aktından götürülməklə 12 gündür. Beləliklə müqavilə üzrə penyanın məbləğı 710,4 manat təşkil edir. Üzləşmə aktına əsasən 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi və 30 dekabr 2020-ci il tarixli, **-SM- ***0 saylı X1 layihəsi üzrə icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 07 aprel 2021-ci il tarixi cavabdehin ƏDV daxil olmaqla 139132,12 manat borcu qalmışdır. İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə1 arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 13 aprel 2021-cu il tarixli 889 saylı müqavilə və 13 aprel 2021-ci il tarixli OD1 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə1 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Smer” MMC ilə Cavabdeh MMC arasında 16 dekabr 2020-ci il il tarixli, **-SM-***0 saylı Göygöl ferma Kompleksi layihəsi üzrə və 30 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı X1 layihəsi üzrə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə icarəçinin istifadəsinə verməyi İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. - 26.01.2021-ci il tarixli, EBAW seriyalı, 562663 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə görülmüş işlər üzrə 59000 manat, 19.02.2021-ci il tarixli, EBAX seriyalı, 591920 saylı elektron qaiməyə əsasən 27620,85 manat, 19.03.2021ci il tarixli, EBAZ seriyalı, 013210 saylı elektron qaiməyə əsasən 31876,44 manat, EBAZ seriyalı, 012091 saylı elektron qaiməyə əsasən 29784,46 manat, 07.04.2021-ci il tarixli, EBAZ seriyalı, 750005 saylı elektron qaiməyə əsasən 29443.11 manat, EBAZ seriyalı, 749650 saylı elektron qaiməyə əsasən 48028,11 manat məbləğində borcu yaranmışdır. - 15.03.2021-ci il tarixli, 02/21 SMF-FQ saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış 16.12.2020-ci il tarixli **-SM-***0 saylı icarə müqaviləsinə əsasən fevral 2021-ci il tarixində 31876,44 manat dəyərində, 06.04.2021-ci il tarixli, 03/21 SM-FQ saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış 16.12.2020-ci il tarixli **-SM-***0 saylı icarə müqaviləsinə əsasən 48028,11 manat dəyərində texnikalar icarəyə verilmişdir. - 15.03.2021-ci il tarixli, 02/21 SM-FQ saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış 30.12.2020-ci il tarixli **-SM-***0 saylı icarə müqaviləsinə əsasən fevral 2021-ci il tarixində 29784,46 manat dəyərində, 06.04.201-ci il tarixli, 03/21 SM-FQ saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış 30.12.2020-ci il tarixli **-SM-***0 saylı icarə müqaviləsinə əsasən 29443,11 manat dəyərində texnikalar icarəyə verilmişdir. - İddiaçı MMC və Cavabdeh MMC arasında arasında bağlanmış 16.12.2020-ci il tarixli N **-SM-***0 nömrəli müqavilə üzrə 07.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə haqqına görə 79904,55 manat borcu vardır. - İddiaçı MMC və Cavabdeh MMC arasında arasında bağlanmış 30.12.2020-ci il tarixli N **-SM-***0 nömrəli müqavilə üzrə 07.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə haqqına görə 9034,71 manat borcu vardır. - İddiaçı MMC və Cavabdeh MMC arasında arasında bağlanmış 30.12.2020-ci il tarixli N **-SM-***0 nömrəli müqavilə üzrə 07.04.2021-ci il tarixli hesablaşmalara dair üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə haqqına görə 139132,12 manat borcu vardır. - 13.04.2021-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 18 saylı Vgkil burosunun hesbaına 500 manat məblğində pul ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, 16 dekabr 2020-cı il tarixli, **- SM-***0 saylı icarə müqaviləsi üzrə 79904,55 manat əsas borc və 30 dekabr 2020-ci il tarixli, 20-SM-2-21 saylı icarə müqaviləsi üzrə 59227,57 manat əsas borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, xidmətlərin göstərilməsi təqdim olunmuş sübutlar, aktlar və elektron qaimələrlə təsdiqini tapdığından iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 16 dekabr 2021-ci il tarixli 17-SM-2-2 saylı icarə müqaviləsi üzrə 79904,55 manat əsas borca 958 manat və 30 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı icarə müqaviləsi üzrə 59227,57 manat əsas borca 710,4 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 16 dekabr 2021-ci il tarixli 17-SM-2-2 saylı icarə müqaviləsi üzrə hesablanmış 958 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat və 30 dekabr 2020-ci il tarixli, **-SM-***0 saylı icarə müqaviləsi üzrə hesablanmış 710,4 manat dəbbə pulunun miqdarı azaldılaraq 400 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 400 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı icarə müqavilələri üzrə yaranmış borcun tutulması barədə iddiası qismən təmin edilsin. 16 dekabr 2020-cı il tarixli, **-SM-***0 saylı icarə müqaviləsi üzrə 79904,55 manat əsas borc və 500 manat cərimə borcu, 30 dekabr 2020-ci il tarixli, 20-SM-2-21 saylı icarə müqaviləsi üzrə 59227,57 manat əsas borc və 400 manat cərimə borcu olmaqla ümumilikdə 140032,12 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi xidmət haqqına görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar