Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2686/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı faiz borcunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 2624,15 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 2624,15 ABŞ dolları borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə 24 dekabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 24 dekabr 2007-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin aprelin 06-dək Cavabdeh1 MMC-nin banka 24 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 2624,15 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 2624,15 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh2 nümayəndəsi, Vəkil sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş, ərizəsində qeyd etmişdir ki, iddia tələbində qeyd olunan kredit müqaviləsi xx.xx.2007-ci il tarixdə tərəflər arasında imzalanmış və müqavilənin sonuncu icra müddəti kimi 24 ay müddət müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə iddia müddəti altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında bildirilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə baxılarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilməlidir. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddəsinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanılıb və müqavilə üzrə sonucnu ödəniş müddəti 24 ay yəni xx.xx.2009-cu il müəyyən olunub. Yuxarıda qeyd olunan qərarda qeyd olunana əsasən, iddiaçı xx.xx.2009cu il tarixə qədər iddia tələb ilə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, Vəkil iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 dekabr 2007-ci il tarixli kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh1 MMC kreditor "xxxx" İKB ASC-dən (indiki “Yelo Bank" ASC) illik 22 faizlə 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. 24 dekabr 2007-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 MMC-yə zamin durmuşdur. 24 dekabr 2007-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 MMC-yə zamin durmuşdur. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Enerqokomplekt MMC-yə Yelo bank ASD tərəfindən 22 faizlə 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixinə Enerqokomplekt MMC-nin ümumi borcu 2624,15 ABŞ dolları təşkil edir. Ödəniş tapşırığından görünür ki, “Enerqokomplekt MMC-nin sonuncu ödənişi xx.xx.2010-cu il tarixdə olmuşdur. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2, 375.2 və 477.0.4-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə iddia müddəti altı ildir. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İV.Məhkəmənin gəldiyi nəticə Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında kredit və zaminlik müqavilələri bağlanmış, kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borclular 2624,15 ABŞ dolları məbləğində borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetiməmişlər. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə 3 illik iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Belə ki, tərəflərin arasında müqavilələr 24 ay müddətinə 24 dekabr 2007ci il tarixdə bağlanmış, “Enerqokomplekt MMC isə son ödənişini xx.xx.2010-cu il tarixdə etmiş, iddiaçı isə təxminən 13 il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh isə 3 illik iddia müddətin ötürülməsi ilə bağlı ərizə ilə müraciət edərək tələbin rədd edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı zaminlərə münasibətdə bir illik iddia müddətini də, ötürmüşdür. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “Yelo Bank" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı 2624,15 ABŞ dolları borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 66 manat məbləğində pulun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı “Yelo Bank" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı 2624,15 ABŞ dolları borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 66 manat məbləğində pulun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2686/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2686/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver