Məhkəmə qərarları › İş №e-2-2(113)-2686/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2686/2025

04.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2686/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçımüəssisəsinə əsassız hesablanmış 21237 (iyirmi bir min iki yüz otuz yeddi) manat (NDQ № 018922 nömrəli Akta əsasən 4605, NİQ № 003204 nömrəli Akta əsasən 16632) məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçımüəssisəsi (KOD **********6) Beton istehsalı fəaliyyəti ilə məşğuldur. İddiaçımüəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində elektrik enerjisi istifadə qaydalarının tələblərinə tam olaraq riayət etməklə istehlak etdiyi elektrik enerjisi haqqını vaxtında ödəmişdir. 2024-cü ilin yanvar ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq İddiaçımüəssisəsinə məxsus elektrik sayğacına baxış keçirmiş və baxış zamanı "xxxx" ASC-nin əməkdaşları elektrik sayğacının elektrik xəttindən axan yükü düzgün qeyd etmədiyini bildirmiş və bununla əlaqədar NDQ №018922 nömrəli AKT tərtib edərək itirilmiş enerjinin bərpası məqsədi ilə İddiaçımüəssisəsinə 4605 (dörd min altı yüz beş) manat məbləğində əlavə sərfiyyat hesablamışdır. Bundan sonra elektrik sayğacında yaranmış texniki qüsurun aradan qaldırılması məqsədi ilə tərəfindən ASAN Xidmət Mərkəzinə xx.xx.2024-cü il tarixli müraciət edilmişdir. Müraciət ilə əlaqədar baş vermiş texniki qüsurun aradan qaldırılması üçün texniki işlərin icrası məqsədi ilə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 00759/24 nömrəli Müqavilə və müqaviləyə əlavə olaraq 2149,83 (iki min yüz qırx doqquz) manat 83 qəpik dəyərində smeta hesablanaraq İddiaçımüəssisəsinə təqdim edilmişdir.İddiaçımüəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 2149,83 (iki min yüz qırx doqquz) manat 83 qəpik dəyərində smeta məbləği "xxxx" ASC-nin bank hesabına köçürülmüş və bundan sonra "xxxx" ASCnin əməkdaşları tərəfindən bir sıra texniki işlər görülmüş, o cümlədən köhnə cərəyan transformatoru İddiaçımüəssisəsinin 380 (üç yüz səksən) manat maddi vəsaiti hesabına alınmış yeni cərəyan transformatoru ilə dəyişdirilmişdir. Bundan sonra "xxxx"ASC Texniki Departamentin Labaratoriya İdarəsi tərəfindən İddiaçıMüəssisəsinin elektirk şəbəkəsində texniki yoxlama müayinə işləri aparılmış və "xxxx"ASC Texniki Departamentin Labaratoriya İdarəsi tərəfindən aparımış texniki yoxlamaların nəticəsi olaraq tərtib edilmiş 04 iyul 2024cü il tarixli 004203 nömrəli Protokulda elektik şəbəkəsində hər hansı texniki pozuntunun olmadığı qeyd edilmişdir.Buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə yenidən İddiaçınə məxsus elektrik sayğacına baxış keçirmiş və baxış zamanı elektrik sayğacının ekran tablosunda İ-1 cəryan göstəricisinin olmadığını və birinci fazadan axan yükü elektrik sayğacının qeyd etmədiyini bildirərək NİQ № 003204 nömrəli AKT tərtib edərək itirilmiş enerjinin bərpası məqsədi ilə İddiaçımüəssisəsinə yenidən 16632 (on altı min altı yüz otuz iki) manat məbləğində əlavə sərfiyyat hesablamışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçımüəssisəsinə məxsus elektrik sayğacı dəyişdirilərək yeni elektrik sayğacı quraşdırılmış və bundan sonra əvvəlki illərin eyni dövrünün sayğac göstəriciləri ilə yeni quraşdırılmış elektrik sayğacının göstəricilər arasında əsaslı fərq olmamışdır. Bildiririk ki, "xxxx" ASC tərəfindən İddiaçımüəssisəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 00759/24 nömrəli müqaviləyə əsasən texniki işlərin icrası öhdəliyini "xxxx" ASC öz üzərinə götürmüşdür və texniki işlərin icrası ilə bağlı İddiaçımüəssisəsi "xxxx" ASC tərəfindən tərtib edilmiş smetada qeyd edilən 2149,83 (iki min yüz qırx doqquz) manat 83 qəpik məbləği "xxxx" ASC-nin bank hesabına köçürmüşdür.Bundan əlavə İddiaçımüəssisəsi tərəfindən yeni alınmış elektrik avadanlıqları ilə bağlı (380 manat dəyərində cəryan transformatoru və digər) əlavə xərclərdə çəkilmişdir. Elektrik şəbəkəsində və elektrik sayğacında baş vermiş texniki qüsurun vaxtında aradan qaldırılması işlərinin icrasını "xxxx" ASC həyata keçirdiyindən bununla bağlı İddiaçımüəssisəsi heç bir məsuliyyət daşımamışdır.Bundan əlavə İddiaçımüəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirdiyindən NDQ №018922 nömrəli AKTa əsasən 4605 (dörd min altı yüz beş) manat və NİQ № 003204 nömrəli AKT-a əsasən 16632 (on altı min altı yüz otuz iki) manat məbləğində əlavə sərfiyyatın hesablanması tam olaraq əsassızdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar,müayinələr,monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.Həmin qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”-nın 8.16.-cı bəndinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində keçrilmiş yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.Ona görə də, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində qanunsuz hesablanmış borc məbləği silinməlidir.Bununla bağlı bildiririk ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi, yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.Hətta cavabdeh yoxlamanı Reyestrdə qeydiyyata alınmaqla aparmış olsa belə, İddiaçımüəssisəsinin abonent haqqında məlumat vərəqəsindən göründüyü kimi elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi bir uyğunsuzluq olmamışdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hesab edirəm ki, "xxxx" ASC müqavilə ilə özünün iqtisadi və texniki üstünlüyündən və hüquqlarından sui-istifadə etməklə İddiaçımüəssisəsinə sayğac göstəricisindən kənar həddindən artıq miqdarda borc hesablamış, bu isə cəmiyyətin istehlakçı hüquqlarımın pozulmasına səbəb olmuşdur. AKTlara əsasən qanunsuz olaraq hesablanmış ümumi məbləğ (NDQ № 018922 nömrəli Akta əsasən 4605 (dörd min altı yüz beş, NİQ № 003204 nömrəli AKT-a əsasən 16632 (on altı min altı yüz otuz iki) ümumilikdə 21237 (iyirmi bir min iki yüz otuz yeddi) manat təşkil edir.

3. İddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********6 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosunda L-ı cərəyan göstəricisi yoxdur və 1-ci fazadan axan yükü elektrik sayğacı qeyd etmir. xx.xx.2024-cü ildən etibarən sayğacda yaranmış qüsur səbəbi ilə 1-ci fazada cərəyan göstəricisi olan Lı olmadığından sayğac 1-ci fazadan axan yükü hiss etməmişdir. xx.xx.2024-cü il tarixli İcra vərəqəsinə əsasən: (461 kvt - 307 kvt) x 12 saat x 90 gün= 166320 kVt.s ,Tarif (0,10 man)- 166320 kVt.s x 0,10 man = 16 632 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********6 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın A fazasında quraşdırılmış cərəyan transformatorundan sayğaca cərəyan daxil olmur. xx.xx.2024-cü il tarixli İcra vərəqəsinə əsasən: 878,3 göst - 848,5 göst) x 3000 əmsal x 34% : 66% = 46054 kVt.s, Tarif (0,10 man)- 46054 kVt.s x 0,10 man = 4605,40 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X3yə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “X3 Qaydalan”mn 8.16-cı maddəsinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri* olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ümumiyyətlə sayğac və sərfiyatla əlaqədər heç bir nöqsan mövcud olmayıb. Çünki öz laboratoriyaları da təsdiq edib ki, texniki baxımından hər şey qaydasındadır. Hesab edir ki, aktın tərtib edilməsindən başlayaraq sayğacın nöqsanlı olmasını qarşı tərəf sübut edə bilmir. Əksinə özləri ziddiyətli fikir bildirirlər ki, özləri nöqsanı aradan qaldırıblar, daha sonra isə 16000 manatlıq akt tərtib edirlər. Eyni dövrdə aktla 16000 manatlıq sərfiyyat, həmçinin 5870 manat sayğac üzrə sərfiyyat hesablayıblar. Bu heç bir məntiqə əsaslanmır. İddiaçı tərəf bu məsələ ilə bağlı Energetika Nazirliyinə də müraciət edib, cavab məktubunu da əlavə ediblər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Müəyyən texniki qüsur olub, sayğac maksimum 3 ayın sərfiyatını qeyd edə bilməyib və ona görə də 3 ay sərfiyyat hesablanıb. İddiaçının bildirdiyi kimi əlavə sərfiyyat deyil, sayğacın qeyd edə bilmədiyi sərfiyyatın müəyyən bir hissəsidir, hansı ki, sayğac onu tam qeyd edə bilməyib. xx.xx.2024-cü il tarixində keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınıb, xx.xx.2024-cü il tarixində olan yoxlama isə reyestrdə qeydiyyata alınmayıb.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. xx.xx.2024-cü il tarixli 018922 saylı akta əsasən İddiaçınə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olub ki, sayğac xəttən axan yükü düzgün qeyd etmir. Belə ki, sayğacın A fazasına cərəyan transformatorundan cərəyan daxil olmadığı müəyyən edilmişdir.

8. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçınə xx.xx.2024-cü il tarixli 018922 saylı akt əsasında 4605,40 manat borc hesablanmışdır.

9. xx.xx.2024-cü il tarixli 003204 saylı akta əsasən İddiaçınə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı EL sayğacının ekran tablosunda L1 cərəyan göstəricisi yoxdur və 1-ci fazadan axan yükü EL sayğacı qeyd etmədiyi müəyyən edilmişdir.

10. xx.xx.2024-cü il tarixli Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akta əsasən 003204 saylı akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxarılan sayğacın bütün parametrləri labaratoriya tərəfindən rəy verilməsi üçün paketlənib möhürlənmişdir.

11. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçınə xx.xx.2024-cü il tarixli 003204 saylı akt əsasında 16632 manat borc hesablanmışdır.

12. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən Məhər müəssisəsində keçirilən xx.xx.2024-cü il tarixli yoxlama AR Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

13. İddiaçınə məxsus abunə haqqında məlumatdan görünür ki, aktlar üzrə xx.xx.2024-cü il tarixində - 4605,4 manat, xx.xx.2024-cü il tarixində isə 16632 manat borc yazılmışdır.

14. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialı tərəfindən İddiaçınə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Qusar şəhərində yerləşən “Məhər’ müəssisəsində elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciət Enerji Məsələlərini X4 filialında araşdırılmışdır. Məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı 3 fazlı hesablaşma elektrik sayğacına baxış keçirilərək sayğacın dövrədən axan yükü düzgün qeyd etmədiyi (sayğacın “A” fazasına cərəyan transformatorundan cərəyan daxil olmur) barədə NDQ 018922 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə isə "xxxx" ASC-nin laboratoriyası tərəfindən cərəyan transformatoru sınaq olunaraq istismara yararlı olması barədə rəy verilmişdir. Lakin, uçotun pozulması faktı öz təsdiqini tapmadığı halda enerjitəchizatı müəssisəsi tərəfindən sayğacın sonuncu (19.01,2024-cü il) göstəricisinə əsasən hesablanmış 27000 kVts (dəyəri 2700 manat) sərfiyyatdan əlavə 4605,40 manat məbləğində (46054 kVts) hesabat aparılmışdır. Bundan əlavə, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə elektrik sayğacının “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi barədə NİQ 003204 nömrəli akt tərtib edilmişdir. Qüsurlu sayğac həmin tarixdə yeni LUNA LSM50 tipli, 50042543 nömrəli sayğacla əvəz edilmiş və çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğacın daxili qüsur nəticəsində sıradan çıxması barədə rəy verilmişdir. Abonent dövriyyəsi tərəfimizdən təhlil olunan zaman müəyyən edilmişdir ki, akt tərtib edildiyi tarixdən əvvəlki 6 ay ərzində İddiaçı orta aylıq sərfiyyatı 35850 kVts, dəyəri 3585 manat məbləğində olmuşdur. Uçotun pozulmasında təqsiriniz olmadığına baxmayaraq enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı orta gündəlik elektrik enerjisi sərfi nəzərə alınmadan, sayğacın sonuncu (xx.xx.2024-cü il) göstəricisinə əsasən hesablanmış 23070 kVts (dəyəri 2307 manat) sərfiyyatdan əlavə 90 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 166320 kVts, dəyiri 16632 manat məbləğində hesablanmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, NDQ 018922 nömrəli və NİQ 003204 nömrəli aktların hesabatlarına Qaydaların tələblərinə uyğun yenidən baxılması ilə əlaqədar tərəflərindən "xxxx" ASC-yə müvafiq məktub göndərilmişdir. “Azərişıq" ASC-nin cavab məktubunda aktlara əsasən hesablanmış borcun Qaydalara uyğun olduğu bildirilmiş, lakin Qaydaların hər hansı bəndi ilə əsaslandırılmamışdır. Bildirirlər ki, NDQ 018922 nömrəli və NİQ 003204 nömrəli aktlara əsasən hesablanmış borc ilə bağlı Qaydaların 8.35-ci bəndinə əsasən "Azərişıq” ASC-yə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

15. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə yoxlamanı o keçirtmişdir. Yoxlama zamanı müəyyən olundu ki, sayğacın 1-ci fazası daxilində yaranmış qüsur səbəbi ilə 1-ci faza xəttən axan yükü qeyd etmir. Onların saygacların maksimal yaddaşı 3 aydır. 3 aydan sonra keçmiş yaddaş silinir, yeni yaddaş yazılır. Onlar onu xüsusi kompyuter vasitəsilə yoxlayıb maksimal 3 aylıq tarixlə sayğac xəttən axan yükü qeyd etməmişdir. Aktda bunu qeyd etməyiblar. Ondan əvvəlki dövrdə də, səhv etmirsə yanvar ayında, onların əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Həmin zaman da onlarda cəryan transformatorlarda qüsur yaranmışdır, Asan Kommunal Xidmətinə müraciət edilib, avadanlıqlar yenisi ilə əvəz olunmuşdur. Sadəcə qısa qapanma baş verəndə sayğacda artıq müəyyən iz qalır, sayğac yükü hiss etməməyə başlayır. Sayğac 1-ci fazadan keçən yükü hiss etmirdi, digər 2 fazadan qeyd edirdi. Sayğaca iddiaçı müəssisənin hər hansı bir müdaxiləsi olmayıb. Qusurun yaranmasına qısa qapanma, rütubət və s. səbəb ola bilər.

16. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

19. İş materiallarından göründüyü kimi iddiaçı müəssisə iki akt üzrə hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə hər akt üzrə ayrı-ayrılıqda əsaslandırmanın aparılmasını məqsədəmüvafiq hesab edir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli 018922 saylı akta əsasən İddiaçınə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olur ki, elektrik sayğac dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın A fazasında quraşdıılmış cərəyan transformatordan sayğaca cərəyan daxil olmur. Həmin yoxlama nəticəsində Müəssisəyə 4605,40 manat borc hesablanmışdır. Aktda hər-hansı müdaxilənin mövcüdluğu qeyd edilməmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən yanvar ayında keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 Qaydaları"nın:

22. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

23. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X3 zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

24. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

25. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

27. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

29. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

30. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:

31. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

32. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

33. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

34. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan əlavə, yoxlama zamanı sayğacda müəyyən edilən qüsurların iddiaçının təqsiri, hər-hansı müdaxiləsi nəticəsində əmələ gəlməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadı.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli NDQ № 018922 nömrəli akt əsasında iddiaçıya hesabladığı 4605,40 manat borc yuxarıda qeyd edilənlərə əsasən əsassız olduğu üçün silinməlidir.

37. NİQ № 003204 nömrəli Akta münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli 003204 saylı akta əsasən İddiaçınə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı EL sayğacının ekran tablosunda L1 cərəyan göstəricisi yoxdur və 1-ci fazadan axan yükü EL sayğacı qeyd etmədiyi müəyyən edilmişdir. Həmin yoxlama nəticəsində Müəssisəyə 16632 manat borc hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, bu yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyata alınmışdır.

39. Beləliklə, cavabdeh tərəfindən CD-diskdə təqdim olunan yoxlama görüntülərindən və cavabdehin nümayəndəsinin və yoxlamanı keçirən nəzarətçinin izahatından müəyyən edildi ki, iddiaçıya məxsus olan sayğac sərfiyyatı tam qeydə almamışdır. Və bunun nəticəsində cavabdeh tərəfindən iddiaçıya 16632 manat məbləğində sərfiyyat borcu yazılmışdır. Məhkəmə bu borc məbləğini qismən əsaslı hesab edir.

40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X3 Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

41. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

42. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur.

43. Həmin Qaydaların 7.13-cü bəndinə görə isə hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.

44. Müvafiq Qaydaların 8.3-cü bəndində isə göstərilir ki, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.

45. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

46. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

47. Lakin, göründüyü kimi cavabdeh tərəfindən bir ay deyil, 90 gün müddətinə əlavə sərfiyyat hesablanmışdır və qeydə alınan sərfiyyat da həmin məbləğdən çıxılmamışdır.

48. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış həmin hesablama əsaslı hesab edilə bilməz.

49. Belə ki, materiallarda olan abonent saldosundan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi 14 gün üçün 2685 manat sərfiyyat dəyəri hesablanmışdır. Beləliklə, 1 gün üçün orta sərfiyyat məbləği 191,78 manat, 1 ayın orta sərfiyyat məbləği (191,78 manat x 30 gün = 5753 manat) 5753 manat təşkil edir. 2024-cü ilin dekabr ayı üzrə isə sayğac tərəfindən 2307 manat dəyərində sərfiyyat qeydə alınıb. Beləliklə, məhkəmə hesab edir ki, həmin ay üçün orta sərfiyyat məbləğindən (5753 manatdan) sayğacın qeydə aldığı 2307 manat çıxılmaqla, 3446 manat əsaslı hesablanmış (sayğac tərəfindən qeydə alınmamış) borc məbləği kimi qiymət verilməlidir. Akt əsasında hesablanmış 16632 manatdan 3446 manat çıxılmalı və yerdə qalan 13186 manat əsassız borc məbləği kimi qiymətləndirilərək İddiaçınə məxsus abunə hesabından silinməlidir.

50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq xx.xx.2024-cü il tarixli NDQ 018922 saylı akta əsasən hesablanmış – 4605,40 manat və xx.xx.2024-cü il tarixli NİQ 003204 saylı akta əsasən hesablanmış 13.186 manat borc məbləği silinməlidir.

51. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 154 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

52. Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 143 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçınə (abonet kodu **********6) xx.xx.2024-cü il tarixli NDQ 018922 saylı akta əsasən hesablanmış – 4605,40 manat və xx.xx.2024-cü il tarixli NİQ 003204 saylı akta əsasən hesablanmış 13.186 manat borc məbləği silinsin. Dövlət rüsumunun əvəzi olaraq 143 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar