Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-269/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53394 manat məbləğin və 410 manat mediasiya xərci məbləğinin, ümumilikdə 53804 manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, 26 mart 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində "xxxx" ASC-də sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara: X3 məxsus daşınmaz və daşınar əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka, X4 məxsus daşınmaz əmlaka, "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka zərər vurulmuşdur. Baş vermiş yanğın hadisə ilə bağlı "xxxx" ASC-də sığorta olunmuş əmlaklar üzrə aşağıdakı kimi sığorta əməliyyatı (sığorta ödənişi) həyata keçirilmişdir: 1. X3 məxsus daşınmaz əmlaka görə 8000 manat; 2. X3 məxsus daşınar əmlaka görə 17000 manat; 3. "xxxx" Firmasına məxsus daşınmaz əmlaka 2787 manat; 4. X4 məxsus daşınmaz əmlaka 6000 manat; 5. "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka 9487 manat; 6. "xxxx" Firmasına məxsus daşınmaz əmlakına 10120 manat; ümumilikdə 53394 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yanğın hadisəsi üzrə təyin edilmiş kompleks məhkəmə yanğın-texniki, fıziki-kimyəvi, materialşünaslıq, ekoloji, tikintitexniki, əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının 10 avqust 2020-ci il tarixli 8142/8889/91/92 nömrəli və əlavə məhkəmə yanğın texniki ekspertizasının 15 mart 2021ci il tarixli 8672 nömrəli rəyinə görə qeyd edilən yanğın hadisəsinin səbəbləri "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru Cavabdeh2, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru Cavabdeh3, "xxxx" ASC-nin işçiləri və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin elektrik montyoru tərəfindən müvafiq normativ sənədlərin tələblərinin pozulması olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmə əsasən "xxxx" MMC-də elektrik vəzifəsində işləyən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrum olmuşdur. Cavabdeh3 nümayəndəsi, Vəkil1 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, hadisə baş verdikdən sonra "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3, “Cin Bazarı” adlanan ticarət sahəsində icarə haqlarını yığan X14 barəsində cinayət təqibi həyata keçirilmiş, hər üç şəxs barəsində həyata keçirilən cinayət təqibinə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X10 17 mart 2021-ci il tarixli qərarına əsasən CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Eyni zamanda yanğın baş verən zaman elektrik mantyoru vəzifəsində işləmiş X9 Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 225.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, X9 müvafiq müqavilələr əsasında xx.xx.20214-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “X27 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialında elektrik montyoru vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də elektrik vəzifəsində və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də elektrik vəzifəsində işləmişdir. Odur ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ maddədə göstərilən hallarda yaranır. Cavabdeh2 nümayəndəsi, Vəkil2 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçı ASC cavabdehlərlər "xxxx" ASC, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı kommersiya Məhkəməsinə müraciət edərək 53804 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Kommersiya işi baxılması üçün Sizin icraatınıza verilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Nizami rayonu, Q.Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı ASC-də sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara: X3 məxsus daşınar və daşınmaz əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka, X4 məxsus daşınmaz əmlaka, "xxxx" MMCyə məxsus daşınmaz əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlakına zərər vurmuşdur. 1.X3 məxsus daşınmaz əmlaka görə 8.000; 2. X3 məxsus daşınar əmlaka görə 17.000 manat; 3. "xxxx" Firmasına məxsus daşınmaz əmlaka 2787; 4. X4 məxsus daşınmaz əmlaka 6000 manat; 5. "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka 9487 manat;
6. "xxxx" Firmasına məxsus daşınmaz əmlakına 10120 manat; Baş vermiş yanğın hadisəsi ilə bağlı İddiaçı ASC-də sığorta olunmuş əmlaklar üzrə ümumilikdə 53.394 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsində qeyd olunur ki, baş vermiş yanğın hadisəsinə "xxxx" MMC-nin direktoru Cavabdeh2un, "xxxx" MMC direktoru X12, "xxxx" ASC-nin işçilərinin və "xxxx" MMC-nin elektrik montuyoru tərəfindən müvafiq normativ sənədlərin tələblərinin pozulması olmuşdur. Bildiririk ki, iddiaçının Cavabdeh2 Əziz oğluna qarşı irəli sürdüyü bu tələb tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən yanğın hadisəsi ilə bağlı açılmış ********* nömrəli cinayət işi üzrə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X10 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qərarda "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 178.3.1. 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respbulikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. Bildirirk ki, Nizami rayon Məhkəməsinin 1(007)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli ittihamedici hökmü ilə, sözügedən yanğın hadisəsində "xxxx" MMC-də elektrik vəzifəsində işləyən X9 təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək ona 4 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçının Cavabdeh2 Əziz oğlundan pul tələb barədə iddiasının əsaslı olması üçün Cavabdeh2 Əziz oğlunun təqsirinin sübuta yetirilməsi zəruridir. Lakin etiraza əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 1(007)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə də göründüyü kimi xx.xx.2019-cu il tarixdə "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsində X5 təqsirli bilinərək 4 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi sözügedən yanğın hadisəsində təqsirli bilinən şəxs başqa şəxsdir. Ona görə də, iddiaçının Cavabdeh2 ödənilmiş sığortaya görə ondan pul tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Bundan əlavə iddiaçı Cavabdeh2 sözügedən yanğın hadisəsində təqsiri olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində X3 məxsus daşınmaz əmlaka görə 8000, X3 məxsus daşınar əmlaka görə 17000 manat, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka 2787, X4 məxsus daşınmaz əmlaka 6000 manat, "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka 9487 mana, "xxxx" Firmasına məxsus daşınmaz əmlakına 10120 manat məbləğində ziyanın dəyməsi barədə iş materiallarında heç bir sübut yoxdur, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bunlardan başqa qeyd edirik ki, baş vermiş yanğın hadisəsi əslində "xxxx" MMC və "xxxx" MMC-nin yaxınlığında yerləşən “Cin bazarı” deyilən ərazidə fəaliyyət göstərən dönərxanada baş vermişdir. Həmin yanğının başlanmasına səbəb isə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 iş vaxtından kənar 10 amperlik avtomat qoruyucunu 32 amper cərəyan şiddətinə hesablanmış avtomat qoruyucu ilə əvəzləşdirməsi və buna naqillərin əriyərək baş vermiş qısaqapanmanın təsiri nəticəsində olmuşdur. Etiraza əlavə edilmiş "xxxx" ASC-nin X6 göndərdiyi xx.xx.2022-ci il tarixli Mediasiya təklifindən görünür ki, iddiaçı ilkin olaraq ödənilmiş pulu yanğın hadisəsi zamanı təqsiri sübuta yetirilmiş X1 tələb etmişdir. İddiaçı yaxşı bilir di ki, pulu hadisə zamanı təqsiri sübuta yetirmiş şəxsdən tələb etməlidir. Lakin hazırda iddiaçı Cavabdeh2 və digərlərinə qarşı iddia qaldırmışdır. İddiaçı tərəfin bu cür yanaşmasının isə sadə bir izahı vardır. İddiaçı tərəf bilir ki, tələb etdiyi məbləği ödəmək üçün X2 maddi imkanı yoxdur. Bu səbəbdən o, özünə uyğun hədəf seçmiş və hazırki tələbini Cavabdeh2 və digərlərinə qarşı yönəltmişdir. Göründüyü kimi xx.xx.2019-cü il tarixində "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin törədilməsində təqsirli bilinən şəxs başqa şəxsdir. Odur ki, iddia Cavabdeh2 aid hissədə əsassızıdr və rədd edilməlidir. Göstərilənlərə əsasən hesab ediririk ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X2 barəsində çıxadığı xx.xx.2022-ci il tarixli ittihamedici hökm, hazırki iş üzrə cavabdehlərin təqsirini müəyyən edən sübut kimi qəbul olunmamalıdır. Odur ki, X2 vurduğu zərərə görə, "xxxx" MMC-nin direktoru Cavabdeh2 mülki məsuliyyət daşımır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü 53394 manat pul tələbi barədə iddiası əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı ASC-nin Cavabdeh2 qarşı 53804 manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X20 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh3 nümayəndəsi Vəkil1 sistemə ərizə yükləyərək iddianın Cavabdeh3 aid olan hissədə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
İİ.İşin halları
İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 1(007)-11/2022 saylı Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmündən görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X9 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90000 manat pulun 40000 manatı zərərçəkmiş şəxs X7, 50000 manatı zərərçəkmiş şəxs X8 verilməsi, Zərərçəkmiş şəxs – mülki iddiaçı X11 mülki iddiası baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməsi, Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar və yanğına məruz qalmış elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, İş üzrə məhkəmə məsrəfi olan 1075,52 manat ekspertiza xərci X1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməsi qərara alınmışdır. 17 mart 2021-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsinə dair qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X22 barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.
İİİ.Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 936.1, 936.2 və 1096-cı maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçirMülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
İV.Məhkəmənin gəldiyi nəticə
İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində 26 mart 2019-cu il tarixində yanğın hadisəsi baş vermiş və hadisə nəticəsində "xxxx" ASC tərəfindən bir sıra hüquqi və fiziki şəxslərə sığorta ödənişi edilmiş və sığorta şirkəti ödənilən pulun subroqasiya qaydasında yanğın hadisəsində təqsirli olduğunu hesab etdiyi cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələb ilə bağlı bildirir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-11/2022 saylı hökmündən görünür ki, "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmiş X9 təqsirli bilinmiş və sonuncu barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla birlikdə 17 mart 2021-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsinə dair qərara əsasən "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X22 barəsində Azərbaycan Respublikası CMnin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi, 26 mart 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsini törətməkdə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmiş şəxs X9 təqsirli bilindiyindən, həmçinin Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə, həmçinin "xxxx" MMCnin direktoru Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verildiyinə görə onlara qarşı iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin "xxxx" ASC-yə münasibətdə də bildirir ki, yanğın hadisəsində "xxxx" ASC-nin təqsiri olması ilə bağlı heç bir sübut təqdim edilmədiyindən tələb həmin hissədə də təmin edilə bilməz. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı 53394 manat məbləğin və mediasiya xərci kimi ödənilmiş 410 manat, ümumilikdə 53804 manat məbləğində pulun müştərək qaydada xeyrinə tutulması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı 53394 manat məbləğin və mediasiya xərci kimi ödənilmiş 410 manat, ümumilikdə 53804 manat məbləğində pulun müştərək qaydada xeyrinə tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev