Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2691/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı İddiaçı MMCnin nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən X4) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən siğorta edilmiş **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən mülkiyyətimizdə olan **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş 11200 azn dəyərində maddi zərərin Cavabdeh ASC-dən tutularaq bizə ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri ərazisində və ətrafında sərnişin daşıma işləri ilə məşğul olmuş və MMC-nin balansında bir çox sayda avtobuslar mövcuddur. Belə ki, MMC-nin balansında olan avtobuslarından **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa ASC tərəfindən siğorta edilmiş **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xəsarət yetirmiş və maddi ziyana səbəb olmuşdur. Həmin dəymiş zərərin sübuta yetirilməsi bağlı fotoşəkillər və sürücülər tərəfindən polis idarəsində verilmiş izahatlar sizə təqdim edilir. Həmin izahatlarda qeyd edilmişdir ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən öz səhlənkarlığı nəticəsində bizə məxsus olan avtobusa zərər vurmuşdur. Həmin zaman o dayanmış vəziyyətdə olan avtobusu görmədiyini bildirmişdir. Daha sonra tərəfimizdən avtobusa dəymiş zərərin ödənilməsi ilə bağlı Cavabdeh ASC-yə müraciət edilmiş və həmin müraciətdə siğorta edilmiş avtomobil tərəfindən bizim avtobusa dəymiş zərərin ödənilməsinin təmin edilməsi ilə əlaqədar müraciət edilmişdir. ASC tərəfindən bizə dəymiş zərər isə 1000 manat dəyərində müəyyən edilmiş və həmin vəsait ödənilmişdir. Lakin tərəfimizdən həmin vəsaitin yetərli olmaması, dəymiş zərərin daha çox olması qarşı ASC-yə bildirilsə də müraciətlərimizə məhəl qoyulmamışdır. Tərəfimizdən avtobusa dəymiş zərərin dəyərinin müəyyən edilməsi üçün Haval Azerbaijan "xxxx" QSC-yə müraciət edilmişdir. Həmin QSC tərəfindən bizə təqdim edilmiş ilkin qiymətləndirmə aktında avtobusa dəymiş zərər barədə ətraflı məlumatlar qeyd edilmiş və həmin dəymiş zərərin toplamda qiymətinin 11200 AZN olması müəyyən edilmişdir. Həmin avtobusa dəymiş bütün zərər barədə məlumatlar ilkin qiymətləndirmə aktında ətraflı şəkildə qeyd edilmişdir. Həmin akta əsasən bizə dəymiş zərər 11200 azn olmasına baxmayaraq cavabdeh ASC tərəfindən bizə yalnızca 1000 azn məbləğində pul vəsaitnin ödənilməsi həyata keçirilmişdir. Bu isə bizim mülkiyyət hüquqlarımızın pozulmasına səbəb olmuşdur. ASC tərəfindən ödənilmiş məbləğ ilə avtobusun təmir edilməsi qeyri-mümkündür. Həmin avtobus nasaz vəziyyətdə olduğu üçün avtobusdan istifadəmiz də mümkün olmamışdır. Bu səbəbdən nasaz olduğu dövr ərzində həmin avtobusdan hər hansı vəsait əldə edilməmişdir. Bu kimi hallar səbəbilə tərəfimizdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Hesab edirik ki, cavabdeh ASC tərəfindən siğorta edildiyi avtomobilin bizim avtobusa vurduğu zərər Cavabdeh ASC-dən tutularaq bizim hesabımıza ödənilməlidir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək tələbin 1000 manat məbləğində təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnamədən görünür ki, “BMW” 320 minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üçüncü şəxslərin əmlakına 5000 manat məbləğində dəyən zərər üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilmişdir. X2 Bakı şəhəri BPİ-in DYP-nə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixində təxminən saat 11-də X4 idarə etdiyi “BMW” 320 minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. xx.xx.2023-cü il tarixli 9/5177 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “İsuzu” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10805,20 manat müəyyən edilir. Ekspertiza xərci 50 manat təşkil edir. İİİ.Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 56.1.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə baxışında tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, BMW 320 minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üçüncü şəxslərin əmlakına 5000 manat məbləğində dəyən zərər üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “BMW” 320 minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan “İSUZU” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə iddiaçıya məxsus avtobusa Məhkəmə Ekspertizası Mərkəzasının rəyinə əsasən 10805,20 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzasının rəyinə əsasən "xxxx" MMC-yə məxsus olan “İSUZU” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa 10805,20 manat məbləğində zərər dəysə də, “BMW” 320 minik markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə 5000 manatədək sığortalandığına görə iddia tələbi də, həmin həcmdə təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən edilməli və “İSUZU” markalı **-JA-*** qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 5000 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 44,64%-nin (5000:11200*100=44,64) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pulun 22,32 manatı "xxxx" ASC-dən, 27,68 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “İSUZU” markalı **-JA-*** qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 5000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pulun 22,32 manatı "xxxx" ASC-dən, 27,68 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2691/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2691/2023
23.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver