Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2699/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı2(bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı2 hesablanmış 218353,92 (iki yüz on səkkiz min üç yüz əlli üç manat, doxsan iki qəpik) manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 508,35 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Şərəfə kəndi ünvanda yerləşən **********00010 saylı abonent kodu olan iddiaçıya məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri son mövsüm istisna olmaqla daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ilədək istifadə etdiyim təbii qazın dəyərinin hesablanmasında hər-hansı gözə çarpacaq qüsurlar olmamışdır. Cavabdeh təşkilat tərəfindən 2023-cü il ərzində və 2024-cü ilin aprel ayınadək mənə ümumilikdə 452191,52 manat borc hesablanmışdır. Hesablanmış borcun 233837,60 manat hissəsi tərəfimdən ödənilmiş 218353,92 manat hissəsi ilə isə razılaşmadığımdan ödənilməmişdir. 2024-cü ilin aprel ayından tərəfimdən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsəmdə mənə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız xx.xx.2024-cü il tarixdə istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda mənə məxsus qaz kəmərinin üzərində ELSTER G1600 markalı, 10520473 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Hazırda qaz sayğacım qüsurlu olması səbəbindən cavabdeh tərəfindən çıxarılaraq yoxlamaya göndərilməsinə dair qərar qəbul edilmişdir. qaz sayğacının texniki müayinəsindən sonra aydın görünəcək ki sayğac qüsurlu olmuş və sərf edilən qazın dəyərini düzgün hesablamamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2023-cü il ərzində təbii qazdan istifadəyə görə mənə ümumilikdə 274995,82 manat məbləğində, 2024-cü ilin ilk üç ayında isə 177195,70 manat məbləğində borc hesablanmışdır. Ötən illərin müvafiq dövrü ilə müqayisədə borcun real sərfiyyatı əks etdirmədiyini görmək olar. Misal üçün 2020-ci ilin ilk üç ayında (yanvar, fevral və mart) ümumilikdə 79178 manat, 2021-ci ilin ilk üç ayında 104600 manat məbləğində təbii qazdan istifadə edilmişdirki bu da 2023-cü və 2024-cü illərin müvafiq dövrləri ilə müqayisədə hər üç aya görə 100000 manat civarında fərq edir. Göründüyü kimi qaz sayğacı cavabdeh tərəfində təmir edildikdən sonra dəfələrlə artıq hesababt aparmağa başlamışdır. Əfsuslar olsun ki qaz sayğacının aidiyyəti üzrə hesablama mexanizmi ilə bağlı mənim bir istehlakçı olaraq müstəqil araşdırma aparmağım qeyri mümkündür. Bu səbəbdən yalnız məhkəmə qaydasında müvafiq araşdırma aparıldıqda əminəm ki qeyd etdiklərim öz təsdiqini tapacaqdır. Sadə məntiqlə baxdıqda istixananın ölçüləri, əkin növünün və qaz işlədicilərinin dəyişmədiyi halda qaz sərfiyyatının iki dəfədən artıq olması mümkün deyil. Hazırda cavabdeh təşkilat öz inhisarçı mövqeyindən istifadə edərək əsassız hesab etdiyim məbləği mənə ödətdirməyə çalışır. Hazırda istixanada əkin mövcuddur və təbii qaz bərpa edilməzsə əkin məhv olacaqdır. Məlum olduğu kimi, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər, habelə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra - Qaydalar) və qazın alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) ilə tənzimlənir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. Müqavilənin 2.1.11-ci yarımbəndilə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifələrinə və 2.4.7-ci yarımbəndilə paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini paylayıcıdan tələb etmək istehlaçının hüquqlarına aid edilmişdir. Hesab edirəm ki, **********00010 saylı abonent saldosu üzrə qazdan istifadəyə görə Cavabdeh İB-nə yaranmış 218353,92 manat borc əsassız hesablanmış borcdur və yuxarıda qeyd olunan səbəblərdən həmin borcun ödənilməsi mümkün olmamışdır.
3. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi verərək, İddiaçı2 Cavabdehnə qarşı 218353,92 manat borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçı Şükürov X2 rayonu Şərəfə kəndində X4 İstismar İdarəsinin Masallı Xidmət Sahəsində **********00010 saylı kodla abonent qeydiyyatındadır. Belə ki, Masallı rayonu Şərəfə kəndində yerləşən cavabdeh fiziki şəxs İddiaçı2 məxsus istixanada təbii qazdan istifadəyə görə yaranmış olan debitor borc ödənmədiyi üçün borcun məhkəmə qaydasında tələb edilməsi ilə bağlı Cavabdeh İB tərəfindən aidiyyəti məhkəmələrə müaraciət olunmuşdur. Belə ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-2(086)-431/2018 saylı iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı2 193177,70 manat əsas borc, 30,00 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, cəmi 193208,10 manat və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-741/2020 saylı mülki iş üzrə 11 avqust 2020- ci il tarixli qətnaməsi ilə 119232,10 manat məbləğində əsas borc, 25 manat məbləğində dövlət rüsumu, cəmi 119257,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. İddiaçı2 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-741/2020 saylı mülki iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən Apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)24/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Şirvan Kommersiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli e-2-2(121)-741/2020 saylı qətnaməsinin cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı2 tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)24/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-2(102)-490/2021 saylı qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 may 2021-ci il tarixli 2- 2(106)24/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Cavabdeh xeyrinə təmin edilmiş Şirvan İnzibatiİqtisadi Məhkəməsinin 2-2(086)-431/2018 saylı mülki iş üzrə 03 dekabr 2018-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-741/2020 saylı mülki iş üzrə 11 avqust 2020-ci il tarixli, Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)24/2021 saylı, 25 may 2021-ci il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-2(102)- 490/2021 saylı qərarı icra olunmamış qalmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli razılaşma protokolu bağlanmışdır. Protokola əsasən iddiaçı xx.xx.2023-cü il tarixə kimi yaranmış olan 259863,00 manat dəyərində debitor borcun ödənilməsin öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2024-cü il tarixli razılaşma protokolundada iddiaçı xx.xx.2024-cü il tarixə kimi yaranmış olan 334618,40 manat dəyərində debitor borcun ödənilməsini öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında bağlanmış razılaşma protokolu iddiaçı tərəfindən icra edilməmiş hazırki dövrə yəni xx.xx.2024- cü il tarixə 218353,92 (iki yüz on səkkiz min üç yüz əlli üç manat, 92 qəpik) manat debitor borcu qalmışdır. Tərəflər arasında bağlanmış razılaşma protokolu əsasında yaranan öhdəliyi iddiaçı icra etməmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azəriqaz İB tərəfindən İddiaçı2 hesablanmış 327874,08 (üç yüz iyirmi yeddi min səkkiz yüz yetmiş dörd manat, 08 qəpik) manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh tərəfindən İddiaçı2 aktlara əsasən hesablanmış 109520,16 (yüz doqquz min beş yüz iyirmi manat, 16 qəpik) manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, qaz sayğacı üzrə cavabdeh tərəfindən aparılmış hesablamalar ciddi şübhələr yaratdığı üçün 327874,08 (üç yüz iyirmi yeddi min səkkiz yüz yetmiş dörd manat, 08 qəpik) manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə gedişi zamanı işin hallarının araşdırılmasının gedişatında məlum olan hallara uyğun iddia tələbinin dəqiqləşdirilməsinə və idda həcminin azaldılmasına zərurət yaranmışdır. Belə ki, 2025-ci ilin fevral ayında sayğac göstəricisindən əlavə olaraq ona 87193,92 manat akt əsasında borc hesablanmışdır. Mart ayında isə ümumiyyətlə mənə təbii qaz verilməmiş və istixanaya təbii qazın verilməsi dayandırılmışdır. Nə qədər çalışsam da təbii qazın verilməsini bərpa edim, əfsuslar olsun ki, bu mümkün olmamışdır. Cavabdeh təşkilata müraciət edərək şikayətlərimi bildirdim, alternativ yanacaqdan istifadənin çox baha olduğunu qeyd etdim. Lakin buna baxmayaraq mənə yenə də mart ayında akt əsasında 22326,24 manat borc hesablanmışdır. Göründüyü kimi, aktlar əsasında mənə ümumilikdə 109520,16 manat borc hesablanmışdır. Aktlar üzrə hesablanmış ümumi məbləğin 87193,92 manat hissəsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmışdır. Aktda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə obyektə baxış keçirildi və guya qaz sayğacının işləməməsinə görə mənə cərimə hesablanmışdır. Aktın adından da göründüyü kimi, akt istifadə qaydalarının pozulmasına dair tərtib edilmişdir. Yəni istehlakçının hər hansı bir qanunsuz hərəkətləri nəticəsində qaydaların tələbləri pozulmuş və bu səbəbdən istehlakçıya cərimə hesablanır. Sözügedən akta baxdıqda isə mənim bir istehlakçı kimi harada və nə zaman qanun pozuntusuna yol verdiyim müəyyən etmək mümkün olmur. Bundan başqa abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2025-ci ilin fevral ayında qaz sayğacına əsasən hesablanmış borc 6733,20 manat təşkil edir. Aktlara əsasən hesablanmış ümumi məbləğin 22326,24 manat hissəsi isə cavabdeh tərəfindən tərtib edilmiş və heç bir hüquqi məntiqə sığmayan akta istinadən hesablanmışdır. Belə ki, cavabdeh tərəfindən elektron kabinetə əlavə edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən müəyyən olunur ki, cavabdeh təşkilatın Alvadı QPS-də quraşdırılmış qaz sayğacının (istehlakçılara heç bir aidiyyəti olmayan və qazpaylayıcıya məxsus sayğac) göstəricilərinə əsasən qazpaylayıcı tərəfindən 2025-ci ilin mart ayında 248252 m3 qaz qəbul olunmuşdur. Həmin qaz xəttinin üzərində olan digər istehlakçıların qaz sayğaclarına əsasən sərf edilən qaz həcmi müəyyən edildikdən sonra 93026 m3 qaz həcmi itki kimi olmasın deyə iddiaçının üzərinə yüklənmişdir. Aktda həmçinin o da qeyd edilir ki, guya qaz xəttində sızma olmadığı üçün yaranan fərq İddiaçı2 tərəfindən ödənilməlidir. Belə bir yanaşma heç bir hüquqi məntiqə sığmır və belə hal yalnız qazpaylayıcı tərəfindən öz təbii inhisar subyekti vəziyyətindən sui-stifadə kimi qiymətləndirilməlidir. Hər hansı araşdırma aparmadan, birtərəfli qaydada qazpaylayıcı deyir ki, mənim itkimi İddiaçı2 ödəməlidir. Belə bir hal yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fiziki şəxsə münasibətdə qaz sayğacına görə məsuliyyət bütövlükdə qazpaylayıcının üzərinə qoyulmuşdur. Qaz sayğacım işləməsəydi belə sayğacı işlək vəziyyətdə saxlamaq cavabdeh məsuliyyət daşıyır. II. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin ediməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək ərzinənin təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
12. İddiaçı2 bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı2 təbii qazla təchiz edir.
13. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 04199999 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, sayğacın arxiv məlumatlarına əsasən xx.xx.2025-ci il tarixində qazın verilməsi bərpa olunduqdan sonra sayğac sərf olunan qazın hesabatını aparmadığı üçün qaz paylayıcı ilə sənayə qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqı müqaviləsinin 2.136 yarımbəndinə uyğun olaraq Masallı X/S-nin xx.xx.2025-ci il tarixli aktına əsasən sayğacın 19-xx.xx.2025-ci il tarixlərində 5 gün ərzində 27647 m3 qaz sərfini qeyd etdiyini nəzərə alaraq 54 gün 3 saat ərzində sərf olunan qazın hesabatının aktda qeyd olunan qaydada hesablanmas məqsədəmüvafiqdir.
14. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252278479 saylı, 17 aprel 2025-ci il tarixli çıxarışa əsasən Cavabdeh İB tərəfindən İddiaçı2 aid qeyri-yaşayış sahəsində müqavilə şərtlərinə əməl olunması ilə bağlı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində yoxlamanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
15. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 009/03/25 nömrəli aktda qeyd edilmişdir ki, 2025-ci ilin mart ayında Alvadı (sənaye) QPS-də 248252 m3 təbii qaz həcmi qəbul olunmuşdur. Lakin sənaye xəttinin üzərində olan sayğaclardan 155226 m3 təbii qaz sərfi oxunmuşdur. Alvadı sənaye xəttində (tranzit xətt) mart ayında heç bir itkinin olmamasını nəzərə alsaq yaranan təbii qazın fərqi F/Ş İddiaçı2luna məxsus istixanadır. Buna səbəb 2025-ci ilin fevral ayında istixanaya məxsus qaz sayğacının işləməməsi və normativ hesabatın aparılmasıdır. Odur ki, 2025-ci il mart ayında Masallı rayon Şərəfə kəndində yerləşən F/Ş İddiaçı2 məxsus istixananın (abonent kodu **********00010) qaz xətti üzərinə quraşdırılmış Elster G- 1600 TRZ EK-230 markalı, 32104167 nömrəli qaz sayğacı işləmədiyi üçün 93026 m3 təbii qazın fərqini istehlakçının qaz hesabına işlənməsinə məqsədə uyğun hesab edilmişdir.
16. **********00010 saylı abonent İddiaçı2 (kommersiya) abonent saldosundan görünür ki, abonent "Eleksan" tipli istilik qazanı(3/3) adlı qaz cihazından istifadə edir. 2025-ci ilin fevral ayında abonentə akta əsasən 87193.92 manat və 22326.24 manat məbləğində borc hesablanmışdır.
17. Cavabdeh İB tərəfindən tərtib olunmuş sənayə üzrə inventar aktında iddiaçının sayğcın parametrləri,müəssisədə istəfadə olunan qaz qurğuları göstərilmişdir.
V. Tətbiq edilən hüquq:
18. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
19. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
21. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
23. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi (istixana) cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, müxtəlif vaxtlarda cavabdeh tərəfindən aktlar tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2025-ci ildə tərtib olunmuş aktlara əsasən iddiaçıya cəmi 109520.16 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının son dəqiqləşmə barəsində ərizəsində, iddiaçı ancaq 202-ci il ərizə 2 akt- xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlar əsasında cavabdeh tərəfindən ona yazılmış borcun silinməsini xahiş edir.
24. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Göründüyü kimi İddiaçı2 silinməsini tələb etdiyi 109520.16 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
26. Belə ki,cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252278479 saylı, 17 aprel 2025-ci il tarixli çıxarışa münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 17 aprel 2025-ci il tarixli çıxarışın hazırda mübahisələndirilən aktlara aidiyyəti yoxdur. Belə ki, iddiaçının mübahisələndirdiyi akt üzrə hesablanmış borclar xx.xx.2025-ci il və xx.xx.2025-ci ili əhatə edir. Yəni, həmin tarixlərdə aparılan yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamış,daha əvvəl aparılan yoxlamalar (xx.xx.2025-xx.xx.2025-ci il üçün olan müddət) reyestrdə qeydiyyata alınmışdır.
27. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
28. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
29. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 52 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı2 məxsus (**********00010 saylı abonent) Masallı rayonu, Şərəfə kəndi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 109520.16 (yüz doqquz min beş yüz iyirmi manat on altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova