Məhkəmə qərarları › İş №e-2-2(113)-27/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-27/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-27/2024 11.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi şəxs cəlb edilməklə) borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi şəxs cəlb edilməklə) borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli kredit üzrə olan cəmi 1904625,22 manat borcun, bundan 1658806,60 manat əsas, 245818,62 manat faiz, Cavabdeh1 MMC-nin xx.xx.2014-cü il tarixli kredit üzrə cəmi 1900264,70 manat olan borcun, bundan 1655003,84 manat əsas, 245260,86 manat faiz borcu olmaqla, ümumilikdə 3804889,92 (üç milyon səkkiz yüz dörd min səkkiz yüz səksən doqquz manat doxsan iki qəpik) manat borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 2293 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 (səksən dörd) ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə ******* manat və xx.xx.2015-ci il tarixli, 093/13/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 (səksən dörd) ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********567, **********568 və **********66 saylı xx.xx.2021-ci il tarixli, **********709 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Tərəfimizdən cavabdehə kredit müqavilələri üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli kredit üzrə cəmi borcu 1904625,22 (bir milyon doqquz yüz dörd min altı yüz iyirmi beş manat iyirmi iki qəpik) manat təşkil edir. Bundan 1658806,60 (bir milyon altı yüz əlli səkkiz min səkkiz yüz altı manat altmış qəpik) manat əsas, 245818,62 (iki yüz qırx beş min səkkiz yüz on səkkiz manat altmış iki qəpik) manat faiz, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin xx.xx.2014-cü il tarixli kredit üzrə isə cəmi borcu 1900264,70 (bir milyon doqquz yüz min iki yüz altmış dörd manat yetmiş qəpik) manat təşkil edir. Bundan 1655003,84 (bir milyon altı yüz əlli beş min üç manat səksən dörd qəpik) manat əsas, 245260,86 (iki yüz qırx beş min iki yüz altmış manat səksən altı qəpik) manat faiz borcu təşkil edir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim etmiş, sonuncu olaraq məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, xx.xx.2023-cü il tarixinə Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli kredit üzrə olan 2170956,34 olan borcun, bundan 1658806,60 manat əsas, 370229,50 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 141920,24 manat faiz borcu, xx.xx.2023-cü il tarixinə Cavabdeh1 MMC-nin xx.xx.2014-cü il tarixli kredit uzrə 2048445,28 manat alan borcun, bundan 1587503,84 əsas, 294030,51 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166910,93 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc, ipoteka predmetinə tutmanın qeydyyata alınması üçün istifadə edilən 60 (altmış) manat dövlət rüsumu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı ödənilmiş 2500 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yükiü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə və Ələkbərova (Xəlilova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetldrinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465, 739.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdehlərin ünvanına poçtla 2022-ci ilin iyun ayının ortalarında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, **********045 saylı Bakı Kommersiya məhkəməsinə ünvanlanmış kredit borcunun onlardan və "xxxx" MMC-dən ödənilməsi barədə iddia ərizəsinin surəti göndərilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh2 və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızı məhkəmədə hüquqlarının müdafiəsi üçün notarial etibarnamə verərək, müvafiq müqavilə bağlayıb order götürmüşlər. Bundan sonra Bakı Kommersiya məhkəməsindən edilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, faktiki olaraq məhkəməyə belə bir iddia ərizəsi daxil olmamışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 ilə telefonla əlaqə saxlanıldıqda o bildirmişdir ki, surəti göndərilən iddia ərizəsi faktiki olaraq məhkəməyə təqdim edilməmişdir, iddia ərizəsinin məhkəməyə verilməsi sonralar həyata keçiriləcəkdir. Bir müddət sonra məhkəmə ilə əlaqə saxladıqda məlum olmuşdur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianın məzmumunu dəyişdirərək, göndərmiş olduğu iddia ərizəsindən fərqli olaraq kommersiya məhkəməsinə yeni məzmunda, yəni kreditə görə yalnız "xxxx" MMC-nin cavabdeh kimi qoyulmasını əks etdirən başqa bir iddia ərizəsi vermişdir. Yenə də aradan xeyli müddət keçdikdən sonra məhkəmə ilə əlaqə saxladıqda məlum olmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə prosesinin gedişində iddia ərizəsinə dəyişiklik edərək, Cavabdeh2 və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızının da "xxxx" MMC ilə bərabər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə birgə cavavbdeh kimi tanınmalarını xahiş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun belə ziddiyyətli davranışı hər şeydən əvvəl onlara qarşı həm bank, həm də "xxxx" MMC-nin yeni mülkiyyətçisi tərəfindən yol verilmiş ədalətsizlik və qanun pozuntuları ilə bağlıdır. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC X7 və X2 tərəfindən xx.xx.2011-ci il tarixdə təsis edilmiş və 06 aprel 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC xx.xx.2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 7 faiz ödənilmək şərti ilə İddiaçı ASC-dən ******* manat krediti almışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanılmışdır. Eyni zamanda Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzili ipotekaya qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin təsisçiləri X7 və X2 MMC-nin nizamnamə kapitalındakı paylarını Bakı şəhəri, 53 saylı notariat kontorunun xüsusi notariusu A.Hüseynov tərəfindən rəsmiləşdirilməklə notarial qaydada müqavilə ilə X1. Bununla da həmin alqı-satqıdan sonra X4 Cavabdeh1 MMC-nin yeni mülkiyyətçisi olduğu üçün İddiaçı ASC-dən alınmış kreditə münasibətdə bank qarşısında faktiki olaraq yeni borclu kimi çıxış etmişdir. Cavabdehlər "xxxx" MMC-nin almış olduğu kreditə münasibətdə bank qarşısında yeni borclu kimi çıxış edən X3 borc üçün cavabdehlik barəsində kreditora, yəni İddiaçı ASC-yə razılıq verməmişlər. Halbuki AR Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında da qeyd olunmuşdur ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC 2015-ci ildə əsas iddiaçıdan kredit almaq üçün öz əmlakını və hüquqlarını müdafiə etdiyi şəxslərin əmlaklarını girov qoymuşdur, yəni həmin əmlaklar faktiki olaraq hüquqi yüklü olmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir. Kredit borcuna görə əmlakın özgəninkiləşdirilməsinə qadağan qoyulmuş olduqda mülkiyyət hüququ haqqında şəhadətnamə borcu vermiş müvafiq bank idarəsinin, yaxud təsərrüfat hesablı müəssisənin, yaxud təşkilatın icazəsi ilə verilir. Göründüyü kimi, "xxxx" MMC satılarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, kreditorun və əldə edənin razılığı alınmamışdır. Beləliklə, qeyd olunduğu kimi, hüquqlarını müdafiə etdiyi şəxslər "xxxx" MMC-nin əvvəlki sahiblərinin krediti üçün zamin durmalarına baxmayaraq, müəssisənin satılmasından sonra onun yeni sahiblərinə kreditə görə zamin durmalarına dair onların və bankın razılığı olmadığından zaminlik müqaviləsi hüquqi qüvvəsini avtomatik olaraq itirmişdir və əmlakları girovda olmuş hüquqlarını müdafiə etdiyi cavabdehlərə münasibətdə bankın əvəzedicisinin iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Cavabdeh "xxxx" MMC-nin 2 ildən çox davam edən hazırkı işi üzrə məhkəməyə gəlməkdən boyun qaçırmasını, məhkəmə iclaslarının heç birində iştirak etməməsini nəzərə alaraq, eləcə də yuxarıda göstərilənlərə əsasən hüquqlarını müdafiə etdiyim şəxslərə münsibətdə iddia rədd edilməlidir.

6. İş üzrə Cavabdeh1 MMC və üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etiraz ərizələrində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd olunmasını xahiş etdi

9. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 (səksən dörd) ay müddətinə qaytarmaq şərti ilə ******* (iki milyon) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür.

10. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 (səksən dörd) ay müddətinə qaytarmaq şərti ilə ******* (iki milyon) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür.

11. Kredit müqavilələrinə əlavə olunan ödəniş qrafiklərindən görünür ki, xx.xx.2021-ci il tarixi son ödəniş tarixi olaraq müəyyən olunmuşdur.

12. Məhkəməyə təqdim edilmiş kassa məxaric orderləriindən görünür ki, kredit müqavilələrində göstərilən kredit vəsaitləri İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə təqdim edilmişdir.

13. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Xəlilova (Ələkbərova) Kəmalə Əli qızı, borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Xəlilova (Ələkbərova) Kəmalə Əli qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 418 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2, borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

15. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2, borc alan – Cavabdeh1 MMC arasında notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 6 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi Cavabdeh2 məxsusdur.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1691 nömrəli reyestr kitabının 155265 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzili Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsusdur.

19. İpoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə qeyd olunur ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunur ki, bildiririk ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “Faraş Aqro" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 65093/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik faiz dərəcəsi 6 (altı) faiz ödənilmək şərtilə ******* manat məbləğində kredit vəsaiti verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kımı Xəlilova (Ələkbərova) Kəmalə Əli qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 418 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipotekaya qoyulması barədə bank ilə Sizin aranızda ipoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzil “Zaminbank" ASC-nin xeyrinə yüklü edilmişdir. Nəzərinizə çatdırırıq ki, kredit müqaviləsi üzrə götürülmüş öhdəlik borclu “Faraş Aqro'' MMC tərəfindən lazımınca icra edilməmişdir. Bu səbəbdən də Sizin xx.xx.2014-cü il tarixli 65093/13 saylı kredit müqaviləsi 1900264,70 manat məbləğində vaxtı keçmiş kredit borcu mövcuddur. Həmin borcun könüllü ödənilməsi barədə borc alana dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması tərnin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılışması əsasında yol verilir. Qeyd edilənlərə və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2.3-cü maddəsinə əsasən sizə təklif olunur ki məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəidılməsi üçün notariat qaydasında razılaşmanı təsdiq edəsiniz. Əks təqdirdə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir.

20. İpoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə qeyd olunur ki, bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “Faraş Aqro" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 65093/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə ******* manat və xx.xx.2015-ci il tarixli, 65093/13/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə ******* manat məbləğində kredit vəsaiti verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Nabran kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin fərdi yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə sizin aranızda ipoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin fərdi yaşayış evi “Zaminbank" ASC-nin xeyrinə yüklü edilmişdir. Nəzərinizə çatdırırıq ki. kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər borclu Cavabdeh1 MMC tərəfindən lazımınca icra edilməmişdir. Bu səbəbdən də sizin xx.xx.2014-cü il tarixli, 65093/13 saylı kredit müqaviləsi üzrə 1900264,70 manat və xx.xx.2015-ci il tarixli, 65093/13/1 saylı kredit müqaviləsi üzrə 1904625,22 manat məbləğində vaxtı keçmiş kredit borclarınız mövcuddur. Həmin borcların könüllü ödənilməsi barədə borc alana dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılışması əsasında yol verilir. Qeyd edilənlərə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2.3-cü maddəsinə əsasən sizə təklif olunur ki, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanı təsdiq edəsiniz. Əks təqdirdə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir

21. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarələrinə təqdim olunmuş və həmin idarələrdə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarələrində qeydiyyata alınması üçün 60 (altmış) manat məbləğində xidmət haqqı ödəmişdir.

22. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli, ******************** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka əsas borcu 1658806,60 manat, faiz borcu 245818,62 manat, olmaqla, ümumilikdə borcu 1904625,22 manat təşkil edir.

23. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2014-cü il tarixli, ******************** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka əsas borcu 1655003,84 manat, faiz borcu 245260,86 manat olmaqla, ümumilikdə borcu 1900264,70 manat təşkil edir.

24. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********046 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli, ******************** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 1658806,60 manat, faiz borcu 370229,50 manat, gecikdirilmiş vaxt üçün hesablanan cərimə məbləği 0 manat, illik 5%lə hesablanan faiz məbləği 141920,24 manat (gecikdirilmiş gün sayı: 616) olmaqla, ümumilikdə 2170956,34 manat təşkil edir.

25. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********045 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2014-cü il tarixli, ******************** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 1587503,84 manat, faiz borcu 294030,51 manat, gecikdirilmiş vaxt üçün hesablanan cərimə məbləği 0 manat, illik 5%lə hesablanan faiz məbləği 166910,93 manat (gecikdirilmiş gün sayı: 757) olmaqla, ümumilikdə 2048445,28 manat təşkil edir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/300 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1658806,60 manat, faiz borcu üzrə 197319,38 manat, xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1655003,84 manat, faiz borcu üzrə 281777,54 manat məbləğində müəyyən olunur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5302, 9/5519 saylı ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Nabran kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin təqribən 172500 manat, likvid dəyərinin isə təqribən 155000 manat olduğu müəyyən olunur. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzili təqdim olunmadığından həmin mənzil üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

28. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-114/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 418 saylı mənzilinin likvid dəyəri 238000 manat, bazar dəyəri 270000 manat təşkil edir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

34. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli, xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" MMC bankdan 84 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, hər bir müqavilə üzrə ******* manat məbləğində kredit götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Xəlilova (Ələkbərova) Kəmalə Əli qızı, borc alan – Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Xəlilova (Ələkbərova) Kəmalə Əli qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 418 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2, borc alan – Cavabdeh1 MMC arasında b xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 093/13 nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 093/13/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

35. İddia tələbinin bir hissəsini cavabdеh "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1587503,84 manat əsas, 294030,51 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 166910,93 manat faiz borcunun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1658806,60 manat əsas, 370229,50 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 141920,24 manat faiz borcunun tutulması təşkil edir.

36. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam, 15 aprel 2015-ci il tarixli, 093/13/1 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun) təmin edilməlidir. Eləcə də iddia hər iki müqavilə üzrə faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyini və ekspert rəyini əsas götürmüşdür. Belə ki, iddiaçı cavabdehə göndərdiyi bildirişlərdə xx.xx.2021-ci il tarixə olan borc məbləğinin tam ödənilməsini tələb etmiş, məhkəməyə təqdim etdiyi ilkin maliyyə arayışlarında da məhz həmin borc məbləğlərinin cavabdehdən tutulmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq xx.xx.2023-cü il tarixə hesablanmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Ona görə də xx.xx.2021-ci il tarixə yaranmış faiz borcu cavabdehdən tutula bilər.

37. İddiaçının hər iki müqavilə üzrə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd olunmalıdır ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıdığından, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olduğundan iddia qeyd olunan hissədə tam təmin edilməlidir.

38. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMCdən 15 aprel 2015-ci il tarixli, 093/13/1 saylı kredit müqaviləsi üzrə 1655003,84 manat (bir milyon altı yüz əlli beş min üç manat səksən dörd qəpik) əsas borc, 281777,54 manat (iki yüz səksən bir min yeddi yüz yetmiş yeddi manat əlli dörd qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 141920,24 manat (yüz qırx bir min doqquz yüz iyirmi manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 2078701,62 manat (iki milyon yetmiş səkkiz min yeddi yüz bir manat altmış iki qəpik), 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsi üzrə 1587503,84 manat (bir milyon beş yüz səksən yeddi min beş yüz üç manat səksən dörd qəpik) əsas borc, 197319,38 manat (yüz doxsan yeddi min üç yüz on doqquz manat otuz səkkiz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 166910,93 manat (yüz altmış altı min doqquz yüz on manat doxsan üç qəpik) olmaqla, ümumilikdə 1951734,15 manat (bir milyon doqquz yüz əlli bir min yeddi yüz otuz dörd manat on beş qəpik)iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir.

39. İddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür.

40. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh2 və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində təmin edilməli, 15 aprel 2015-ci il tarixli, 093/13/1 saylı və 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə və 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsi üzrə tutma Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına qaytarılmalıdır. İpoteka predmetləri olan, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzili tutma yönəldikdən və satıldıqdan 1 ay sonra alıcıya təhvil verilməlidir.

42. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəylərə əsasən ipoteka predmeti olan, Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat, Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilin ilkin satış qiyməti 238000 (iki yüz otuz səkkiz min) manat olması müəyyən edilmişdir.

44. Belə olan halda məhkəmə hesab edir ki, , Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat, Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilin ilkin satış qiyməti 238000 (iki yüz otuz səkkiz min) manat məbləğində müəyyən edilməlidir.

45. İddia tələbunun satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, ümumilikdə borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması qət edilmişdir və bu, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.

46. Eləcə də, iddiaçı 400 manat mediasiya xərci, ödənilmiş 2500 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının Cavabdeh1 MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir.

47. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə 2388 manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

48. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın 143,3 manat (yüz qırx üç manat otuz qəpik) hissəsi Cavabdeh1ndən, 6,7 manat (altı manat yetmiş qəpik) hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

49. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 286,6 manat (iki yüz səksən altı manat altmış qəpik) hissəsi Cavabdeh1ndən, 13,4 manat (on üç manat qırx qəpik) hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 15 aprel 2015-ci il tarixli, 093/13/1 saylı kredit müqaviləsi üzrə 1655003,84 manat (bir milyon altı yüz əlli beş min üç manat səksən dörd qəpik) əsas borc, 281777,54 manat (iki yüz səksən bir min yeddi yüz yetmiş yeddi manat əlli dörd qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 141920,24 manat (yüz qırx bir min doqquz yüz iyirmi manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 2078701,62 manat (iki milyon yetmiş səkkiz min yeddi yüz bir manat altmış iki qəpik), 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsi üzrə 1587503,84 manat (bir milyon beş yüz səksən yeddi min beş yüz üç manat səksən dörd qəpik) əsas borc, 197319,38 manat (yüz doxsan yeddi min üç yüz on doqquz manat otuz səkkiz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 166910,93 manat (yüz altmış altı min doqquz yüz on manat doxsan üç qəpik) olmaqla, ümumilikdə 1951734,15 manat (bir milyon doqquz yüz əlli bir min yeddi yüz otuz dörd manat on beş qəpik), 400 (dörd yüz) manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı və dövlət rüsumuna görə 2388 (iki min üç yüz səksən səkkiz) manat olmaqla, ümumilikdə 4033283,77 manat (dörd milyon otuz üç min iki yüz səksən üç manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqaviləsi üzrə tutma Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına qaytarılsın. 15 aprel 2015-ci il tarixli, 093/13/1 saylı və 15 dekabr 2014-cü il tarixli, 093/13 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına həmin müqavilələr üzrə iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetləri olan, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat; Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzilin ilkin satış qiyməti 238000 (iki yüz otuz səkkiz min) manat müəyyən edilsinlər. İpoteka predmetləri olan, Cavabdeh2 məxsus Xaçmaz rayonu, Nabran kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və Xəlilova (Ələkbərova) Kəmalə Əli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 25 saylı evin 5 otaqlı 418 saylı mənzili tutma yönəldikdən və satıldıqdan 1 ay sonra alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın 143,3 manat (yüz qırx üç manat otuz qəpik) hissəsi Cavabdeh1ndən, 6,7 manat (altı manat yetmiş qəpik) hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 286,6 manat (iki yüz səksən altı manat altmış qəpik) hissəsi Cavabdeh1ndən, 13,4 manat (on üç manat qırx qəpik) hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar