Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2702/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X2 və nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 33750 manat müqavilənin şərtlərinə ğörə ödəmədiyi məbləği, 15000 manat mənəvi ziyan və əldən çıxmış faydaya ğörə və 270 manat ödədiyi dövlət rüsumunun dəyəri, cəmi 49020 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 28 aprel 2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X6 ilə müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə ğörə o ofis mebelləri hazırlayıb, cavabdehin direktoruna təhvil verməli idi. Müqavilənin ümumi dəyəri 35750 manat təşkil edirdi. Müqavilənin şərtlərinə ğörə o istehsal etdiyi mebeli 28 may 2022-ci il tarixədək cavabdehə təhvil verməli idi. Cavabdeh əvvəlcədən 2000 manat ödəmiş və qalan 33750 AZN-i hər ay 3375 AZN olmaq şərtilə 10 ay müddətəndə ödəməyi öhdəsinə ğötürmüşdür. 25 may 2022-ci il tarixdə o müqavilənin tələblərinə əsasən öhdəsinə ğötürdüyü şərtləri yerinə yetirmiş, yəni tələb olunan mebeli hazırlayıb, cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh müqavilənin şərtlərinə ğörə üzərinə ğötürdüyü öhdəliyi, yəni 10 ay ərzində hər ay 3375 AZN ödəməyi yerinə yetirmədi və onun dəfələrlə müraciətlərinə baxmayaraq, hər dəfə vəd verib, vədinə yenə də əməl etməmişdir. Bütün bu hadisələrin şahidi X1r və məhkəmə iclasında bu halları ifadəsi ilə təsdiq edə bilər. Bununla əlaqədar olaraq o Bakı 16 saylı Merdiasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin direktoru Vüqar Həsəni dəfələrləı söz verməsinə baxmayaraq, mediasiya sessiyasında üzürlü səbəb olmadan iştirak etməkdən yayındı. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyan və əldən çıxmış faydanı hesablayaraq, cavabdehdən əlavə olaraq 15000 manat da tutulub ona verilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X5 və nümayəndəsi, vəkil X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin Cavabdeh MMC-nin direktoru X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanladığı izahatında sifariş etdikləri mebellərin lazımı keyfiyyətdə və formada olmamasına istinad etdikləri ilə bağlı X5 izahatında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən sifariş etdikləri mebellərin lazımı keyfiyyətdə və formada olmaması ilə bağlı iradlar bildirilməmiş, sadəcə olaraq mebellərin istifadə ilə bağlı sifarişçinin təqsiri üzündən yaranmış xırda qusurlar İddiaçı MMC-nin əməkdaşları tərəfindən aradan götürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixdən elektron kabinetinin möcudluğuna baxmayaraq, yalnız xx.xx.2023-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının 19 avqustdan sonrakı tarixə təyin edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı adlandırılacaq Mebel Afəroğlu” MMC ilə sifarişçi adlandırılacaq Cavabdeh MMC arasında bağlanan müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı müxtəlif növ mebellərin hazırlanması işlərini görür, sifarişçi isə onu qəbul edib dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin ümumi məbləğinin 2000 AZN ilkin ödəniş olaraq ödənilməlidir. 2.3-cü maddəyə əsasən qalan məbləğ hər ay 3375 AZN olmaqla 10 ay ərzində ödəniləcək. Ödəniş vaxtında ödənilmədiyi halda məhkəmə yolu ilə həll olunacaq. xx.xx.2023-cü il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən səhhəti ilə bağlı ABŞ-da müalicə almasını səbəb göstərərək izahatını ABŞ-dən yazıb göndərən X6 bildirmişdir ki, İddiaçı MMC-dən 35750 manatlıq mebeli ilkin ödəniş 2000 manat ödəməklə 10 aylıq hissə-hissə ödənişlə əldə etməyə razılaşmışlar. Söz verdiyi kimi ilkin ödəniş etmişlər. Daha sonra mebelləri gətirib quraşdırarkən sifariş etdikləri keyfiyyətdə və formada olmadığını görüb dəyişdirilməsini tələb etmişlər. Lakin qarşı tərəf mebelləri dəyişməkdən imtina edib yenidən yerində təmiri üçün ustalarını göndərmişlər. Onlar isə ya razılaşdırılan keyfiyyətdə mebelləri gətirmələrini və ya hazırki keyfiyyətsiz mebelləri geri götürmələrini tələb etmişlər. Dəfələrlə bu barədə razılaşmağa çalışsalar da qarşı tərəf razılığa gəlmək istəməmişdir. Həmin mebelləri istəmədikləri üçün təhvil-təslim aktını imzalamamışlar. Hal hazırda iş (e-2-2(113)- 2702/2023) Kommersiya Məhkəməsindədir. xx.xx.2023-cü il tarixli EBCK seriyalı 467475 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə cəmi 35750 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Mebel Afəroğlu” MMC 70 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/16-00334 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Mebel Afəroğlu” MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh MMC-nin rəhbəri Bakı Kommersiya Məhkəməsinə elektron qaydada xx.xx.2023-cü il tarixdə göndərdiyi ərizəsində ölkəxaricində müalicə aldığını, 19 avqust geri qayıdacağı və məhkəmə iclasının 19 avqustdan sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, müxtəlif mebellərin hazırlanması ilə bağlı icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən icraçı 35750 manat məbləğində mebelləri hazırlayıb sirarişçiyə 25 may 2022-ci il tarixdə təhvil vermiş, sifarişçi isə 2000 manat ilkin ödəniş etsə də, qalan 33750 manat məbləğində vəsaiti hər ay 3375 manat olmaqla 10 ay müddət ərzində ödəməmişdir. Cavabdeh MMC-nin direktoru X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanladığı izahatında sifariş etdikləri və qəbul etdikləri mebellərin lazımı keyfiyyətdə və formada olmamasına istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, nədə ki etirazını bildirməmiş (elektron kabinet xx.xx.2023-cü il tarixdən açılıb), halbuki hazırki mübahisə ilə bağlı Bakı Kommersiya Məhkəməsində işin olmasından xəbəri olmuşdur (polisə ünvalandığı izahatında və məhkəməyə xx.xx.2023-cü il tarixdə yerləşdirdiyi ərizəsində). Göründüyü kimi 35750 manat məbləğində mebellər Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncunun isə bunun müqabilində 2000 manat məbləğində vəsaiti İddiaçı MMCyə ödəmiş, qalan 33750 manat məbləğində vəsait isə ödənilməmiş qaldığına görə iddiaçının əsas borc 33750 manat, həmçinin 200 manat medasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 15000 manat məbləğində mənəvi ziyan və əldən çıxmış fayda ilə bağlı tələblə əlaqədar hesab edir ki, sözügedən tələblərlə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, tələbin 69,23% təmin edildiyindən və həmin təmin edilmiş hissəyə uyğun dövlət rüsumu 186,92 (270x69,23%) manat təşkil etdiyindən, məhkəmə tərəfindən mediasiya xərci olan 200 manat məbləğində vəsaitin tutulması təmin edilir və həmin vəsait 186,92 manatı əhatə etdiyindən tələb dövlət rüsumunun qalan hissəsində rədd edilir. Həmçinin məhkəmə 270 (200 manat mediasiya xərci+70 manat dövlət rüsumu) manat dövlət rüsumu tələbi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mediasiya xərci olan 200 manat məbləğində vəsaitin tutulması təmin edildiyindən, iddia tələbinin isə təmin edilmiş 69,23% hissəsinə mütənasib olan 186,92 manat məbləğ 200 manatdan (mediasiya xərci) az olduğuna görə 70 manat dövlət rüsumunun cavabdehdən alınması hissəsində tələb rədd edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən əsas borc üzrə 33750 manat, habelə mediasiya xərcinə görə ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 33750 manat, habelə mediasiya xərcinə görə ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2702/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2702/2023
21.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver