Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2704/2021 12.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı İqtisadiyyat Nazirliyi X12 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı cavabdehin 09.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən məcburi dövlət sosial siğorta fonduna ödənilməmiş 314706.73 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 439000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (e-2-2(113)- 2714/2021 saylı iş) cavabdehin 09.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə İşsizlikdən sığorta fonduna ödənilməmiş 12864,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 139000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 09.03.2021-ci tarixli **********1 saylı və **********0 saylı qərarlar çıxarmışdır. 09.03.2021-ci il tarixli **********1 saylı qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 314706,73 manat borcuna görə 439000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.03.2021-ci il tarixli, **********1 saylı protokol tərtib edilmiş, 09.03.2021-ci il tarixli **********0 saylı qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 12864,87 manat borcuna görə 139000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.03.2021-ci il tarixli, **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tarixli, e-2-2(113)-2714/2021 saylı qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə e-2-2(113)-2714/2021 saylı kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)- 2704/2021 saylı kommersiya işinə birləşdirilməsi qərara alınmışdır. İş üzrə X9, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı tərəfindən siyahıya alınmış mənzillər ayrı-ayrı şəxslərə satılmışdır. İddiaçı qanunsuz olaraq başqa şəxslərə satılmış mənzilləri siyahıya almışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 09.03.2021-ci tarixli **********1 saylı və **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarların surətlərindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 11.03.2021-ci il tarixli **********1 saylı və **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokollardan və ona əlavə edilmiş siyahılardan görünür ki, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişmələrində “SİPARK” çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci, 3cü və 5-ci mərtəbələrində yerləşən, sahələri müvafiq olaraq 139, 139 və 161 kv.metr olan hər biri 3 otaqlı 3 ədəd yaşayış sahələri siyahıya alınmışdır. “SİPARK” çoxmərtəbəli yaşayış binasının mənzillərinə dair kitabçadan müəyyən olunur ki, “SİPARK” çoxmərtəbəli yaşayış binasının “C” blokunda olan 3 otaqlı mənzillərin sahəsi 139,3 kv.metr və 162 kv.metr təşkil edir. 30 yanvar 2018-ci il tarixli 13A saylı müqavilədən və mədaxil xəzinə orderlərindən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 5-ci mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 144 saylı mənzil X8 satılmış və X9 tərəfindən mənzilin dəyəri ödənilmişdir. 11 sentyabr 2019-cu il tarixli 248A saylı müqavilədən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 130 saylı mənzil X1. 24 iyun 2020-ci il tarixli 289A saylı müqavilədən və maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 138 saylı mənzil X3 və X7 tərəfindən mənzilin dəyəri ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcu olmuş, iddiaçının 09.03.2021-ci tarixli **********1 saylı və **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarları ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişmələrində “SİPARK” çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci, 3-cü və 5-ci mərtəbələrində yerləşən, sahələri müvafiq olaraq 139, 139 və 161 kv.metr olan hər biri 3 otaqlı 3 ədəd yaşayış sahələri siyahıya alınaraq 11.03.2021-ci il tarixli **********1 saylı və **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokollar tərtib edilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 5-ci mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan 3 otaqdan ibarət 144 saylı mənzil 30 yanvar 2018-ci il tarixli 13A saylı müqavilə ilə X8, giriş C, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan 3 otaqdan ibarət 130 saylı mənzil 11 sentyabr 2019-cu il tarixli 248A saylı müqavilə ilə X4, giriş C, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan 3 otaqdan ibarət 138 saylı mənzil 24 iyun 2020-ci il tarixli 289A saylı müqavilə ilə X2. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən tərtib olunmuş protokollarda siyahıya alınmış mənzillərin hamısının yaşayış binasının 1-ci blokunda yerləşdiyi göstərilmişdir. İş materiallarında olan “SİPARK” çoxmərtəbəli yaşayış binasının mənzillərinə dair kitabçadan görünür ki, sahəsi 139 kv.metr olan mənzillər yalnız yaşayış binasının “C” blokunda yerləşir ki, bu halda protokolda qeyd olunan 1-ci blok müqavilələrdə və kitabçada göstərilmiş “C” blokudur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının siyahıya aldığı yaşayış sahələri cavabdeh tərəfindən 30 yanvar 2018-ci il tarixli 13A saylı müqavilə ilə X8, 11 sentyabr 2019-cu il tarixli 248A saylı müqavilə ilə X4 və 24 iyun 2020ci il tarixli 289A saylı müqavilə ilə X2 ki, bu halda başqa şəxslərə məxsus əmlakların cavabdehin borcuna görə satılması qanunsuzdur və buna görə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi X12 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2704/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2704/2021
12.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver