Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2704/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X9 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, X4 və Cavabdeh2 Zəkəriyyə oğluna qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, Cavabdeh4 iştirakı ilə, cavabdehlər Cavabdeh2 Zəkəriyyə oğlunun və X2 iştirakı olmadan, İddiaçı X9 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, X4 və Cavabdeh2 Zəkəriyyə oğluna qarşı “kreditin qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14086,10 (ABŞ dolları- bundan 5167,11 ABŞ dolları əsas, 1201,17 ABŞ dolları faiz, 7717,82 ABŞ dolları cərimə borcunun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh4, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq, X9 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 90004620 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz olmaqla 12745 (on iki min yeddi yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən X6 və Cavabdeh2 ilə Bank arasında 90004620/ZM nömrəli 16 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 12745 (on iki min yeddi yüz qırx beş) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11486,23 (on bir min dörd yüz səksən altıABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilir. Əlavə Sazişə əsasən X6 və Cavabdeh2 zaminlik müqaviləsi bağlanılır. Daha sonra xx.xx.2015-ci il tarixli 90004620 saylı kredit müqaviləsinə 06 noyabr 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 16325,22 (on altı min üç yüz iyirmi beş ABŞ dolları 22 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8716,88 (səkkiz min yeddi yüz on altı ABŞ dolları 88 sent) ABŞ dolları əsas borc, 4908,8 (dörd min doqquz yüz səkkiz ABŞ dolları 8 sent) ABŞ dolları faiz borcu və 2699,54 (iki min altı yüz doxsan doqquz ABŞ dolları 54 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən X6 və Cavabdeh2 zaminlik müqaviləsi bağlanılır. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması FondununCavabdeh4, X4 və Cavabdeh2qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/10-00045 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********001 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh4 kredit üzrə cəmi borcu 14086,10 (on dörd min səksən altı ABŞ dolları 10 sent) ABŞ dolları təşkil edir. Bundan 5167,11 (beş min bir yüz altmış yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 1201,17 (bir min iki yüz bir ABŞ dolları 17 sent) ABŞ dollar faiz, 7717,82 (yeddi min yeddi yüz on yeddi ABŞ dolları 82 sent) ABŞ dolları cərimə borcu təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Həsənli iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, həmin hissədə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirib, cərimə borcunun silinməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəlki kredit müqaviləsi üzrə 20.000 dollar məbləğində kredit götürdükdən sonra, həmin məbləği qısa müddətdə bağlayıb. Bankın əməkdaşları onunla əlaqə saxlayaraq əlavə 10000 dollar kredit verəcəklərini bildirdilər. Kredit borcunu ödəmək üçün dəfələrlə banka X9 zaman ödəniş etmək üçün getmiş, lakin bankın nümayəndələri ödənişləri qəbul etməyiblər. Həmin məbləği qəti şəkildə qəbul etmir. Banka olan borcu hesablanmış məbləğ həddində ola bilməzdi.
5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bir tərəfdən bundan sonra “kreditor” adlandırılacaq İddiaçı ASC, digər tərəfdən bundan sonra” borcalan” adlandırılacaq Cavabdeh4 arasında bağlanmış 16 yanvar 2015ci il tarixli, 90004620 nömrəli kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 12745 USD məbləğində kredit verir.
9. 2.2. Müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin məqsədilə verilir.
10. 2.3. Kredit 24 ay müddətinə verilir.
11. 2.4.Kreditin istifadəsinə görə borcalan kreditora illik 28 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28 faiz təşkil edir.
12. 2.5. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsi ilə, aylıq isə 4.67 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
13. xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli kredit müqaviləsinə Əlavə № 1 əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Xarici valyuta ilə verilən kredit ödənişi həmin günə olan Kreditorun (Bankın) nağd valyutanın alıq-satqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə hesablanır.
14. xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün ödəniş qrafiki müəyyən olunmuşdur. Məbləğ – 12745 USD, illik faiz 28%, müddət 24 ay, aylıq annunitet – 699.72 USD müəyyən edilmişdir.
15. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 12745 ABŞ dolları məbləğində pul ödənilmişdir.
16. Bir tərəfdən bundan sonra kreditor adlanacaq İddiaçı ASC, digər tərəfdən bundan sonra zamin adlanacaq Cavabdeh2 Zəkəriyyə oğlu, X6 və borcalan adlanacaq Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli zaminlik müqaviləsinin predmeti 16 yanvar 2015-ci il tarixli, 90004620 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin və ya zaminlər öz üzərinə götürməsidir.
17. 1.2. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan məbləğdir.
18. 2. Zaminliklə təmin edilmiş öhdəliklər:
19. 2.1. 12745 USD təşkil edən kredit məbləği,
20. 2.2. 24 ay təşkil edən kreditin qaytarılma müddəti.
21. 2.3. 28% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi,
22. 2.4 56 % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 4.67 % isə aylıq faiz dərəcəsi.
23. xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli zaminlik müqaviləsinə Əlavə № 1 əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Xarici valyuta ilə verilən kredit ödənişi həmin günə olan Kreditorun (Bankın) nağd valyutanın alıq-satqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə hesablanır. Ödəniş günü qeyri iş günü olduqda növbəti iş günü ödənilə bilər. Zamin Borcalanla birgə məsuliyyət daşıyır. Kredit ödənişi gecikməsinin 10-cu günündə gecikdirilmiş ödənişin aparılması ilə bağlı xəbərdarlıq məktubu Borcalana, surəti isə kredit və təminat müqavilələri üzrə digər şəxslərə göndərilir. Kredit ödənişinin gecikdirildiyi gündən etibarən hər gün gecikdirilmiş ödənişin aparılması ilə bağlı Borcalanla,kredit və təminat müqavilələri üzrə digər şəxslərlə telefon, sms və elektron poçt vasitəsilə əlaqə saxlanılır. Borcalan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra olunmadıqda onun barəsində Kreditor (Bank) tərəfindən borcun məcburi ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir.
24. 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kreditin qalıq məbləği 11486,23 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017 tarixinədək təyin olunur.
25. xx.xx.2017-ci il tarixli “xx.xx.2015-ci il tarixli, 90004620 nömrəli kredit müqaviləsi üzrə Əlavə Saziş №2” əsasən:
26. 1.1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir:
27. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 16325.22 USD təşkil edir. Ödəniş krafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcüd məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcüd məzənnəsi əsas götürülməklə ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12 aydan sonra ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir.
28. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə “Borcalan” tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 % təşkil edir.
29. 1.6. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X10 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X10 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış 90004620 saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir.
30. xx.xx.2017-ci il tarixli xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli zaminlik müqaviləsinə Əlavə № 2 əsasən
31. 1.1. Borcalanın Kreditor qarşısındakı 16325,22 USD təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir.
32. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir.
33. 1.3. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8% təşkil edir.
34. 1.4. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16% dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.
35. X9 İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********053 nömrəli maliyyə arayışına əsasən 14 sentyabr 2023-cü il tarixinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq məbləğ 5167,11 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğ 1201,17 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 7717,82 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 14086,10 ABŞ dolları təşkil edir.
36. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə 90004620 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi; həmin müqaviləyə 033/15 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişin; 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2022-ci il tarixə və müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekpsertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5171 saylı ekspert rəyinə əsasən isə İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 90004620 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi; həmin müqaviləyə 033/15 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişin; 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 5167,11 ABŞ dolları, faiz borcu iə 2368,63 ABŞ dolları, xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 5167,11 ABŞ dolları, faiz borcu iə 2426,34 ABŞ dolları təşkil etmişdir.
37. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi 16 yanvar 2015-ci il tarixli, 90004620 nömrəli kredit müqaviləsi və müqaviləyə Əlavələr və xx.xx.2015-ci il tarixli, 90004620/ZM nömrəli zaminlik müqaviləsi və onun Əlavələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit, zaminlik müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
41. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
42. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
45. .Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
46. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
47. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
48. İşin hallarından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında 16 yanvar 2015-ci il tarixli, 90004620nömrəli kredit müqaviləsi bağlanılaraq ona 24 ay müddətinə 28 faizlə 12745 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə iddiaçı ilə digər cavabdehlər X6, Cavabdeh2 Zəkəriyyə oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kredit məbləğini verməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməmiş, banka ödənilməmiş borcu qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən məlum olur ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq məbləği 5167,11 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğ 1201,17 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 7717 ABŞ dolları olmaqla ümumi borc məbləği 14086,10 ABŞ dolları təşkil edir (Ekspert rəyində xx.xx.2022-ci il tarixinə müəyyən olunan əsas borc iddia tələbi ilə eyni olsa da, faiz borcu daha çox – 2366,63 ABŞ dolları müəyyən edilmişdir; iddiaçı isə tələbinin artırılması barədə ərizə verməmişdir).
49. Buna görə məhkəmə hesab edir ki, 90004620 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi; həmin müqaviləyə 033/15 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişin; 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh4 ekspert rəyində göstərilən faiz borcu daha yüksək olmasına baxmayaraq, İddiaçı tərəfindən iddia ərizəsində tələb olunan məbləğlərdə cavabdehlərdən tutularaq İddiaçıya ödənilməlidir
50. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc, faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
51. Lakin məhkəmə iddiaçı tərəfindən hesablanmış 7717,82 ABŞ dolları məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
52. Məlum olduğu kimi, Mülki Məcəllə dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
53. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 259 ABŞ məbləğində dəbbə pulu tutulmalıdır.
54. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 5167,11 ABŞ dolları məbləğində əsas bоrc, 1201,17 ABŞ dolları məbləğində faiz bоrcu və 259 ABŞ dolları məbləğində dəbbə pulu, olmaqla cəmi 6627,28 (altı min altı yüz iyirmi yeddi dollar, 28 sent) ABŞ dolları müştərək qaydada tutularaq iddiaçı X9 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
57. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, X1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 90004620 saylı krеdit müqaviləsi üzrə 5167,11 ABŞ dolları məbləğində əsas bоrc, 1201,17 ABŞ dolları məbləğində faiz bоrcu və 259 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 6627,28 (altı min altı yüz iyirmi yeddi dollar, 28 sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 210 manat müştərək qaydada tutularaq iddiaçı X9 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova