Məhkəmə qərarları › İş №e-2-2(113)-2706/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2706/2025

24.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2706/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə tələbin həcminin müəyyən edilməsi zərurəti yarandığı üçün Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllədə yerləşən 1900 kv.metr torpaq sahəsinin eyni ölçüdə parametrdə oxşar torpaq sahəsinin ekspertlər tərəfindən qiymətləndirilməsinə, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əlavə olaraq 200 (iki yüz) manat ərizələrin yazdırılmasına, digər xərclərə görə və xx.xx.2024-cü il tarixli 162198/2019-5-22-007 saylı imtinanın qanunsuz hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə üç halda iddia ərizəsi qəbul etməkdən imtina edilir. - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Hazırki işdə də görünür ki, iddia tələbi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-185/2- 251 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlıdır. Belə halda isə, mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizə qəbul edilməkdən imtina edilməli və tərəfə icra icraatı qaydasında müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar