Məhkəmə qərarları › İş №e-2-2(113)-2714/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2714/2021

03.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2714/2021 03.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə işsizlikdən sığorta fonduna ödənilməmiş 12864,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 139000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X2 izahatında hazırki e-2-2(113)-2714/2021 saylı kommersiya işi ilə yanaşı məhkəmədə hakim Zaur Pirverdiyevin icraatında eyni tərəflər barədə eyni predmetlə bağlı e-2-2(113)- 2704/2021 saylı işin olduğunu, həmin iş üzrə 314000 manat məbləğində vergi borcunun ödənilməsi məqsədilə 439000 manatlıq əmlakların (3 mənzil) siyahıya alındığını o cümlədən həmin iş üzrə siyahıya alınmış mənzillərdən birinin hazırki iş üzrə siyahıya alınmış mənzillə eynilik təşkil etdiyini və həmin əmlakların dəyərinin hər iki işdə göstərilən vergi borcundan çox olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı hazırki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü e-2-2(113)-2704/2021 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işinin obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair hazırki kommersiya işinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü olan e-2-2(113)-2704/2021 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə e-2-2(113)-2714/2021 saylı kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)-2704/2021 saylı kommersiya işinə birləşdirilsin. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar