Məhkəmə qərarları › İş №e-2-2(113)-2718/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2718/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2718/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə 24 gün üçün ödənilməmiş icarə haqqı ƏDV ilə birlikdə 5938,14 manat, gecikdirilən məbləğ üçün 130,64 manat, həmçinin 80,69 manat dövlət rüsumu üçün ödənilmiş pulun, hüquqi xidmətə görə ödənilmiş 500 manat, ümumilikdə 6649,47 manat pulun Cavabdeh MMC-dən alınaraq, iddaçı İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 39 saylı (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən obyektinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu icarəy uyğun olaraq hər ay üçün 6500 manat icarə haqqı olmaqla, icarə haqqı məbləğinin ilk üç ayı üçün birdəfəlik 19500 manat ödəmək şərti ilə, sonrakı aylarda birdəfəlik ikiaylıq icarə haqqı məbləğini təşkiledən 13000 manat icarə haqqı vəsaitini icarə verənə ödəyəcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər ödəmə ayı üzrə həmin ayın 05 tarixinə icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilməlidir. Həmin müqavilənin 10.1cimaddəsinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını bu müqavilədə göstərilən müddətdən sonrakı 10 (on) gün ərzində ödəmədikdə, bu barədə yazılı bildirişi aldıqdan sonra hər gecikdirilmiş gün üçün icarəçi tərəfindən ödənilməsi nəzərdə tutulmuş aylıq icarə məbləği ilə yanaşı gecikdirilmiş məbləğin 0.1% miqdarında icarəyə verənə cərimə ödənilməlidir. Sonradan həmin obyekt İddiaçı MMC tərəfindən alqı-satqı yolu ilə alınmışdır. Bu bardə çıxarış iddia ərizəsinə əlavə olunur. 29 aprel 2024-cü il tarixdə İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. İcarəçi, yəni X7 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, icarə haqqını 2024-cu ilin dekabr ayından başlayaraq sonrakı ayların icarə haqqını ödəməmişdir. İcarə haqqının ödənilməsi İddiaçı MMC ətrəfindən dəfələrlə tələb edilsə də (2024-cü il tarixdə isə yazılı olaraq xəbərdar edilmişdir),Cavabdeh MMC icarə haqqını ödəməyi müxtəlif bəhanələrlə yubatmış, boyun qaçırmış və onu qeyri-yaşayış sahəsindən heç kimin çıxara bilməyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan və onun alınması barədə qəbzdən də göründüyü kimi, iddiaçı cavabdehə müqavilənin ləğvi, icarə obyektinin təhvil verilməsi və icarə haqqının ödənilməsi tələbi ilə müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 39 saylı (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən obyekt təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsi tərəfindən qəbul olunmuşdur. Müqaviləyə xitam verilməsi şifahi olaraq cavabdehə təklif olunmuş, xx.xx.2025-ci il tarixdə razılıq əsasında icarə müqaviləsi notariat ofisində ləğv edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarə haqqını ödəməmişdir. 24 gün üçün ödənilməmiş icarə haqqı ƏDV ilə birlikdə 5938,14 manat, gecikdirilən məbləğ üçün 130,64 manat təşkil edir,cəmi 6068,78 manat icarə haqqı cavabdehdən tutulub iddiaçıya verilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək icarə müqaviləsi üzrə 24 gün üçün ödənilməmiş icarə haqqı ƏDV ilə birlikdə 5938,14 manat, borcun gecikdirilməsinə görə 130,64 manat cərimə, həmçinin 80,69 manat dövlət rüsumu üçün ödənilmiş pulun, hüquqi xidmətə görə ödənilmiş 500 manat, ümumilikdə 6649,47 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. X5 ilə Cavabdeh MMC artasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşaları küçəsi, ev 39 (Yeni qaydalarla: AZ1014, ünvan 2 ünvanda ikinci və üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m. olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən icarəyə verənə məxsusdur:-Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə X2 (Bakı şhəri, Nəsimi rayonu, Mərdanov Qardaşalrı küçəsi, ev 39, Yeni qaydalarla: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşaları küçəsi 5E) verilmiş **********95-050301-083007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 674,6 kv.m.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəçiyə xx.xx.2023-cü il tarixindən icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı icarəyə götürərək icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən icarəyə verilən əmlakı 13 iyul 2023-cü ul tarixindən təhvil verməklə 05 avqust 2023-cü il tarixdən icarəçiy\ icarəyə verir və həmin tarixdən etibarən icarə müddəti 3 il təşkil edəcək.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu icarəyə uyğun olaraq hər ay üçün 6500 manat icarə haqqı olmaqla, icarə haqqı məbləğlərini il üç ayı üçün birdəfəlik 19500 manat ödəmək şərti ilə, sonrakı aylarda birdəfəlik iki aylıq icarə haqqı məbləğini təşkil edən 13000 manat icarə haqqı vəsaitini icarəyə verənə ödəyəcək.

13. Müqavilənin 3.2-ci bədinə əsasən icarə haqqı 05 avqust 2023-cü il tarixindən hesablanacaq və hər ödəmə ayı üzrə həmin ayın 05 tarixinə icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödəniləcək.

14. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi il 3 ay üçün (xx.xx.2023-xx.xx.2023-cü il) icarəyə verənə 19500 manat məbləğində icarə haqqı məbləğii müqavilə bağlanan gün ödənilməsini təmin edəcək.

15. Müqavilənin 10.1-ci bəndinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını və ya xidmət haqqlarını bu müqavilədə göstərilən müddətdən sonrakı 10 gün ərzində ödəmədikdə, bu barədə yazılı bildiriş aldıqdan sonra 5 təqvim günü ərzində belə pozuntunu aradan qaldırcaq və yazılı bildirişi alqıdan sonra hər gecikdirilmiş gün üçün icarəçi tərəfindən ödənilməsi nəzərdə tutulmuş aylıq icarə məbləği ilə yanaşı gecikdirilmiş məbləğin 0.1% miqdarında icarəyə verənə cərimə ödənilməlidir.

16. Müqavilənin 13.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə mülkiyyətçi icarəyə verilən əmlakı üçüncü şəxslərə sata, bağışlaya və ya digər qaydada özgəninkiləşdirə bilər. Verilən əmlaka dair mülkiyyət hüququ hər hansı digər şəxsə verilməsi bu Müqavilənin xitamına səbəb olmayacaq və yeni tərəflərin hazırkı müqavilə üzrə münasibətləri eyni şərtlərlə qüvvədə qalacaq.

17. ƏMDX DƏDK və RPHŞ-nin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşaları küçəsi, ev 39, Yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləən 674,60 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.

18. xx.xx.2023-cü il tarixli icarə müqavilə 29 aprel 2024-cü il tarixli 1 saylı əlavəyə əsasən:

19. Əlavənin 2-ci bəndinə əsasən 13 iyul 2023-cü il tarixli icarə müqaviləsinin icarəyə verən adlanan giriş hissəsi dəyişdirilsin və aşağıdakı qeyd olunsun:

20. İddiaçı MMC-nin direktoru X3 (VÖEN-**********, hüquqi ünvan: AZ1025, ünvan 4 verən adlandırılacaq)

21. Əlavənin 3-cü bəndinə əsasən 13 iyul 2023-cü il tarixli icarə müqavilənin 3.1-ci maddəsi dəyişdirilsin və aşağıdakı mətndə qeyd olunsun:

22. Əlavənin 3.1-ci bəndinə əsasən icarəçi bu icarəyə uyğun olaraq hər ay üçün 6500 manat ƏDV xaric icarə haqqı olmaqla icarə verənə ödəyəcək.

23. Əlavənin 4-cü bəndinə əsasən 13 iyul 2023-cü il tarixli icarə müqaviləsinin 3.2-ci bəndi dəyişdirilsin və aşağıdakı mətndə qeyd olunsun:

24. Əlavənin 3.2-ci bəndinə əsasən icarə haqqı 05 may 2024-cü il tarixdən hesablanacaq və ödəmə ayı üzrə həmin ayın 05 tarixinə icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödəniləcək.

25. Əlavənin 5-ci bəndinə əsasən 13 iyul 2023-cü il tarixli icarə müqavilənin 3.3, 3.4,3.6-cı maddələri ləğv edilsin.

26. Əlavənin 6-cı bəndinə əsasən 13 iyul 2023-cü il tarixli icarə müqaviləsinə 17.6-cı maddə əlavə olunsun:

27. Əlavənin 17.6-cı bəndinə əsasən bu müqavilə, 1 saylı əlavə olmalq fərdi şəxs X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olsun və 1 saylı əlavədə qeyd olunan dəyişikliklər istisna olunmaqla, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtləri qüvvədində saxlanılsın və icarə verənin hüquq və öhdəlikləri İddiaçı MMC-yə şamil olunsun.

28. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən bir tərəfdən xx.xx.2023-cii il tarixli 3M-1195 saylı notarial təsdiqli İcarə müqaviləsi və bu icarə müqaviləsinə xx.xx.2024-cü il tarixli 3M-837 saylı notarial təsdiqli 1 saylı Əlavəsinə əsasən icarəyə verən İddiaçı MMC-nin (VÖEN **********) direktoru X3, Təsərrüfat və Təchizat şöbəsinin müdiri X10 və digər nümayəndəsi X6, digər tərəfdən icarəçinin (İcarəyə götürən) "xxxx" MMC- nin (VÖEN **********) direktor müavini Mehdiyeva Aizhamal (Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Seriya MYİ № 0638057, verilmə tarixi xx.xx.2023, etibarlıdır xx.xx.2025) Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 39 (Yeni qaydalarla: AZ1014, ünvan 1 ünvanda ümumi sahəsi 400 m2 olan qeyri yaşayış sahəsini (2-ci və 3-cü mərtəbələr) xx.xx.2025-ci il tarixdə müqavilə şərtlərini pozduqlarına görə (icarə haqqını ödəmədiklərinə görə) ərazini icarəyə götürən icarəyə verənə obyekti boş təhvil-təslim etdilər. İcarəyə götürən tərəfindən təchiz edilmiş və icarəyə verilən əmlakın tərkib hissəsi olmayan və ya onunla daimi olaraq möhkəm bağlı olmayan bütün ləvazimat və avadanlıqlar, qiymətli əşyalar, mebellər, elektrik avadanlıqları və digər daşınar əşyalar icarəyə götürənin özü və nümayəndələri tərəfindən götürülüb aparılmış.

29. 29.01.2025-ci il tarixli MT2***-*******2 saylı e-qaimə əsasən müqavlə üzrə xidmət haqqı məbləği ƏDV daxil 6068,7754 manat müəyyən edilmişdir.

30. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən:

31. Müqavilənin 1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu Müqavilə imzalandığı tarixdən etibarən icarə müqaviləsində birinci tərəf İddiaçı MMC ilə ikinci tərəf Cavabdeh MMC arasında Bakı şəhər 29 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-837 reyestrli icarə müqaviləsi ləğv edilir.

32. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

33. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Belə ki, işin halları ondan ibarətdir ki, X4 ilə (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 39 saylı (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən obyektinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu icarəyə uyğun olaraq hər ay üçün 6500 manat icarə haqqı olmaqla, icarə haqqı məbləğinin ilk üç ayı üçün birdəfəlik 19500 manat ödəmək şərti ilə, sonrakı aylarda birdəfəlik ikiaylıq icarə haqqı məbləğini təşkil edən 13000 manat icarə haqqı vəsaitini icarə verənə ödəyəcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər ödəmə ayı üzrə həmin ayın 05 tarixinə icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilməlidir. Həmin müqavilənin 10.1cimaddəsinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını bu müqavilədə göstərilən müddətdən sonrakı 10 (on) gün ərzində ödəmədikdə, bu barədə yazılı bildirişi aldıqdan sonra hər gecikdirilmiş gün üçün icarəçi tərəfindən ödənilməsi nəzərdə tutulmuş aylıq icarə məbləği ilə yanaşı gecikdirilmiş məbləğin 0.1% miqdarında icarəyə verənə cərimə ödənilməlidir. Sonradan həmin obyekt İddiaçı MMC tərəfindən alqı-satqı yolu ilə alınmışdır. Bu bardə çıxarış iddia ərizəsinə əlavə olunur. 29 aprel 2024-cü il tarixdə İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. İcarəçi, yəni X7 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, icarə haqqını 2024-cu ilin dekabr ayından başlayaraq sonrakı ayların icarə haqqını ödəməmişdir. İcarə haqqının ödənilməsi İddiaçı MMC ətrəfindən dəfələrlə tələb edilsə də (2024-cü il tarixdə isə yazılı olaraq xəbərdar edilmişdir),Cavabdeh MMC icarə haqqını ödəməyi müxtəlif bəhanələrlə yubatmış, boyun qaçırmış və onu qeyri-yaşayış sahəsindən heç kimin çıxara bilməyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan və onun alınması barədə qəbzdən də göründüyü kimi, iddiaçı cavabdehə müqavilənin ləğvi, icarə obyektinin təhvil verilməsi və icarə haqqının ödənilməsi tələbi ilə müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 39 saylı (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən obyekt təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsi tərəfindən qəbul olunmuşdur. Müqaviləyə xitam verilməsi şifahi olaraq cavabdehə təklif olunmuş, xx.xx.2025-ci il tarixdə razılıq əsasında icarə müqaviləsi notariat ofisində ləğv edilmişdir. Lakin, iş üzrə cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ödəmədiyi icarə haqqı borcu qalmışdır.

36. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi qeyri-yaşayış sahəsi cavabdehin istifadəsində olmuş, cavabdeh tərəfindən icarə haqqı öhdəliklərini yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə borcu yaranmışdır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

38. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

40. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

41. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

42. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

43. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

44. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.

46. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 5938,14 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb 5938,14 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

47. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 130,64 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüş və əsas olaraq müqavilənin 10.1-ci bəndinə istinad etmişdir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

50. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

51. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

52. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 130,64 manat məbləğində müəyyən edilməlidir.

53. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 80,69 manat məbləğində dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 80,69 manat məbləğində dövlət rüsumunun və 500 manat vəkil xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 5938,14 manat əsas borc məbləği, 130,64 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 80,69 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar