Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2720/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Kredıitor Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond), “12" may 2022-ci il tarixli 110/2022 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun daraq məqsədi istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.4-cü bəndində müəyyən edilmiş təminat(lar)ı vermək şərti ilə Borc alana (150 000 manat məbləğində illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir. 1.2. 1.2-ci bəndinə əsasən, Borcalan kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. 1.3. 1.3-cü bəndinə əsasən, Kredit Dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün borc alanın Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küç, ev121A, m6 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. 1.4. 4.1 və 4.2-ci bəndlərinə əsasən, Bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Borcalan ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinin 0.1 (sıfır tam onda bir) %-i həcmində dəbbə pulu ödəməlidir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsinə Əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniləcək aylıq ödənişin məbləği 7273 manat müəyyən edilmişdir.
3. Bundan başqa, borc alanın kreditor qarşısında xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı məqsədi ilə xx.xx.2022-ci il tarixdə borc alan ilə Cavabdeh1, Cavabdeh3 və X5 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin predmetinə əsasən, zaminlər borc alanın kreditor qarşısında xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsi əsasında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
4. İş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, X3 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2720/2025 saylı qərardadı ilə cavabdeh X3 hüquqi varisi müəyyən edilənədək işin icraatı dayandırılmışdır. AR Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 117400/2025 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, X3 adına xx.xx.2023-cü il tarixində 4 saylı bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.2025-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qanun üzrə vərəsəsi X4 müəyyən olunmuşdur.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fonunun 12 may 2022-ci il tarixli 110/2022 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq bağlanılmış 09 iyun 2022-ci il tarixli, 03/102 saylı Kredit müqaviləsi üzrə 2 091,6 manat əsas, 339,88 manat faiz borcu, 487,34 manat cərimə olmaqla, cəmi 2 918,82 manat kredit borcunun və iddia ərizəsini verilməsinə görə ödənilmiş 49,19 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fonunun 12 may 2022-ci il tarixli 110/2022 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və müqavilədə müəyyən edilmiş təminatları vermək şərtilə bağlanılmış 09 iyun 2022-ci il tarixli, 03/102 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik 15% olmaqla 150 000 manat kredit verilmişdir. Əlavə olaraq iddiasçı ilə Cavabdeh3 arasında 09 iyun 2022-ci il tarixli 14/102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 09 iyun 2022-ci il tarixli, 03/102 saylı Kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Həmçinin, iddiaçı ilə X5 arasında 09 iyun 2022-ci il tarixli 12/102 saylı, Cavabdeh1 arasında 09 iyun 2022-ci il tarixli 13/102 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrində 09 iyun 2022-ci il tarixli, 03/102 saylı Kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində X3 və X3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur.borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Hazırda Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. Cavabdeh2 MMC-nin 30 yanvar 2025-ci il tarixə banka borcu 2 091,6 manat əsas, 339,88 manat faiz borcu, 487,34 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 2 918,82 manat təşkil edir. Cavabdehə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehlərin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehlər gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır(xx.xx.2023-cü il tarixədək olan redaksiya).
21. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.
25. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
30. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
31. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
32. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 150 000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini cavabdehlərdən tələb edir.
33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından da müəyyən olunur ki, borc alanın xx.xx.2025-ci il tarixə banka borcu 2091,6 manat əsas, 339,88 manat faiz borcu, 487,34 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 2918,82 manat təşkil edir.
34. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
35. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
36. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 105 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
37. Bununla yanaşı, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh1, Cavabdeh3 və X4 arasında zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın kreditor qarşısında xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsi əsasında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
38. Məhkəmə zaminlərin xx.xx.2022-ci il tarixli, 03/102 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
39. İş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, X3 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2720/2025 saylı qərardadı ilə cavabdeh X3 hüquqi varisi müəyyən edilənədək işin icraatı dayandırılmışdır. AR Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 117400/2025 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, X3 adına xx.xx.2023-cü il tarixində 4 saylı bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.2025-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qanun üzrə vərəsəsi X4 müəyyən olunmuşdur.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir.
41. Eyni zamanda, yenə həmnin Qərarda göstrilir ki, dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
42. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı kredit borcunun ödənilməməsində cavabdehlərin təqsirliliyini aradan qaldıran halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, cavabdehlər, eləcə də, X4 da bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
43. Odur ki, məhkəmə X2 cavabdeh X3 qanun üzrə vərəsəsi müəyyən edilməsini, vərəsənin sonuncuya məxsus miras əmlakı (MM 1151-ci maddəsinə əsasən, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu) qəbul etməsini nəzərə alaraq hesab edir ki, cavabdeh X5, onun qanun üzrə varisi X4 ilə əvəz edilməli, iddiaçıya olan 2091,60 manat əsas, 339,88 manat faiz borcu, 105 manat cərimə borcu olmaqla, ümumilikdə 2536,48 manat məbləğində borc cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
44. Məhkəmə hesab edir ki, ödənilmiş 49,19 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 09 iyun 2022-ci il tarixli, 03/102 saylı Kredit müqaviləsi üzrə 2091,60 manat əsas, 339,88 manat faiz borcu, 105 manat cərimə borcu olmaqla, ümumilikdə 2536,48 manat məbləğində pul vəsaiti və ödənilmiş 49,19 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı